Axtarış
The search found 105805 results in 0.056 seconds.
Search results
Bakıda yanan zavodla bağlı yeni xəbər - Video
Bakıda boya sexində baş vermiş yanğın söndürülüb.
Muxalifet3 - 13-06-2018
Ramazan ayının 29-cu gününün duası
Bu gün Azərbaycanda Ramazan ayının 28-ci günüdür.
Muxalifet.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 14-də Bakıda imsak saat 03:18-də, iftar isə saat 20:29-dadır.
Ramazan ayının 29-cu gününün duası:
“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”.Muxalifet3 - 13-06-2018
Türkiyənin gücü bizim gücümüzdür - İlham Əliyev
Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimdə Prezident İlham Əliyev bildirib.Muxalifet3 - 13-06-2018
Ağcabədidə tank əleyhinə minanın partladıcısı tapıldı
İyunun 13-də saat 17:39-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 18:08-də Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində bir ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.Muxalifet3 - 13-06-2018
Çavuşoğlu Azərbaycan məmurlarını canlı yayımda belə RÜSVAY ETDİ
Muxalifet.az azerbaycan24.com-a istinadən xəbər verir ki, Türkiyənin “DimTV” kanalının canlı efirində qonaq olan xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb
TANAP layihəsinin Türkiyə iqtisadiyyatına faydaları və gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı sualı cavablandıran Çavuşoğlu bildirib ki, Türkiyə fərqli ölkələrdən qaz və neft idxal edir, çünki qaynaqları məhduddur:Muxalifet3 - 13-06-2018
Prezident imzalamaqdan imtina etdi - Ölkənin adı dəyişdirilmir
Makedoniyanın adı dəyişdirilməyəcək.
Muxalifet.az xəbər verir ki, Makedoniya Prezidenti Georgi İvanov Yunanıstanla əldə edilən müqaviləni imzalamaqdan imtina edib.
"Bu zərərverici və bəşəriyyət tarixində bənzəri görülməmiş müqavilə mənim mövqeyimdən hökmsüz və qəbul edilməzdir. Bu müqavilə konstitusiyanı, qanunları pozur, dövlət qurumlarını yuyur. Bu siyasi təşəbbüsün altına imza atmayacağam" - İvanov xalqa müraciətində bildirib.Muxalifet3 - 13-06-2018
Dolların taleyi ilə bağlı mühüm - Qərar
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, öncədən də gözlənildiyi kimi, FES uçot dərəcəsini 1,75-2,00% artırıb.
Muxalifet3 - 13-06-2018
Suriyanın konstitusiyası hansı ölkədə yaradılacaq?
Suriya üçün yeni konstitusiyanın yaradılması məsələsi Astanada deyil, Cenevrədə gündəmə gətirilə bilər.
Muxalifet.az xəbər verir ki, bunu BMT-nin Suriya üzrə Ali nümayəndəsi Stefan de Mistura bildirib.
Qeyd edilir ki, Suriya danışıqlarında bir konstitusiya komissiyasının yaradılması yolunda Türkiyə, Rusiya və İrandan yüksək səviyyəli rəsmilər məsləhətləşmələr üçün iyunun 18-19-da Cenevrədə bir araya gələcək.
Muxalifet3 - 13-06-2018
Pompeo açıqladı: Koreya ilə gizli şəkildə...
Koreya yarımadasının denuklarizasiyasının yoxlanılması məsələsi iki ölkənin birgə bəyanatında gizli şəkildə qeyd olunub.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüş baş tutub.
Muxalifet3 - 13-06-2018
Azərbaycanlı “qanuni oğru” qadın təcridxanasında saxlanılır - Sensasion məlumat - FOTO
Bir müddət öncə Rusiyanın paytaxtı Moskvada həbs olunan azərbaycanlı qanuni oğru Hacı Beyləqanski (Hacıbaba Talıbxanlı) ilə bağlı sensasion məlumat yayılıb.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, 36 yaşlı Beyləqanski Rusiya paytaxtında yerləşən 6 saylı istintaq təcridxanasına köçürülüb.Muxalifet3 - 13-06-2018
Ruhani: Suriyadan geri çəkiləcəyik
Suriyada terror bitdiyi zaman Dəməşq rəhbərliyinin xarici qüvvələrə ehtiyacı qalmayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani bildirib.
Ruhani terroçuların kökünün tezliklə məhv ediləcəyinə ümid etdiyini və İranın Suriyadan geri çəkiləcəyini qeyd edib.
Muxalifet3 - 13-06-2018
Azərbaycanda gənc qızlar evli kişilərə niyə meyl edir?
Muxalifet.az kokteyl.az-a istinadən xəbər verir ki, 35 yaşlı Cəmilə 6 il ailəli olub, bu 6 illik ailə münasibətlərindən 2 övlad da qazanıb. Amma 6 ildən sonra həyat yoldaşı ilə ortaq dil tapa bilməyən cütlük ayrılmalı olublar. Elə əsas məsələ də bundan sonra başlayıb. 35 yaşlı qadın indi 2 uşaqla qalıb çölün düzündə, çünki bu 6 il müddətində Cəmilə həyat yoldaşı ilə vətəndaş nigahında yaşayıb, onlar heç bir yerdə rəsmi dövlət qeydiyyatında olmayıblar.
Muxalifet3 - 14-06-2018
BMT-dən “Fələstin” qərarı! QƏBUL EDİLDİ
BMT Baş Assambleyası Fələstin xalqı üçün qoruma tələb edən qətnaməni qəbul edib.
Müxalifət.azMuxalifet3 - 14-06-2018
Casus keşişin TERROR İTTİFAQI
Türkiyədə FETÖ üzvlüyü və casusluqla ittiham olunan keşiş Endryu Kreyq Brunsonun ev yoldaşı, PKK/PYD-yə yardım və vasitəçilik edən Farzad Daniel çıxdı. Şanlıurfada icarəyə götürdüyü evin sahibi isə FETÖ-çu bir polis olduğu müəyyənləşib.
EVİN SAHİBİ FETÖ-çu POLİS
Muxalifet3 - 14-06-2018
Ərdoğandan Putinə BOMBA TƏKLİF
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Putinə S-500 raketini birlikdə istehsal etməyi təklif edib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, 24 TV-də S-500 raket sistemi ilə bağlı açıqlama verib.
Prezident Ərdoğan "Putinə S-500 raketini birlikdə istehsal etməyi təklif etdim" deyə, bildirib.
Müxalifət.azMuxalifet3 - 14-06-2018
“Fətullah Gülən terrorçulara SƏS VERMƏK ÜÇÜN TƏLİMAT VERİB” – DOĞU PERİNÇEK
Türkiyədə Vətən Partiyasının sədri Doğu Perinçek, 24 iyundakı seçkilərlə bağlı kəskin açıqlama verib.
Vətən Partiyasının sədri və prezidentliyə namizədi Doğu Perinçek, FOX TV-də jurnalistlərin suallarını cavablandırıb.
HƏBSDƏKİ FETÖ-çulara TƏLİMAT
Muxalifet3 - 14-06-2018
Məcburi ittifaq: MÜKTEDA SADR İRANA BOYUN ƏYDİ
İraqda parlament seçkilərinin qalibi Şiə lider Mukteda əs-Sadr, "İranı ölkənin daxili işlərinə qarışdırmama” sözündən döndü. Tehran dəstəkli Haşdi Şabinin siyasi lideri Hadi Əl Amiri ilə görüşən Sadr, ittifaq qurduqlarını bildirib.
Muxalifet3 - 14-06-2018
MOSKVADA PLANLAŞDIRILAN RUSİYA-AZƏRBAYCAN DANIŞIQLARI:Putin İlham Əliyevdən nələri istəyəcək? - TƏHLİL
Rusiyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iyunun 13-də həmkarı Vladimir Putinlə Kremldə keçirdiyi görüşdə iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
Müzakirə zamanı media üçün xüsusi diqqət çəkən detallardan biri Putinin rəsmi Moskvanın Azərbaycan prezidentinin növbəti səfərinə hazırlaşdığı və səfərin də avqustun 30-a planlaşdırıldığı haqda açıqlaması olub: “…O ki qaldı ikitərəfli münasibətlərimizə, bunu sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik”.
Muxalifet2 - 14-06-2018
Uzaq Şərqi işğal edənlər... - JİRİNOVSKİ
Çinlilərin Uzaq Şərqi “işğal” etməsi statistika ilə sübut edilməyib.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib.
“Deyirlər ki, çinlilər Uzaq Şərqi işğal edirlər. O zaman statistikanı ortaya qoyun. 2016-cı ildə bu bölgəyə 1,5 milyon çinli gəlib və gedib. Buraya gəlib gedən turistlərdir. Bu regiona əsasən Mərkəzi Asiya vətəndaşları gəlirlər. Onlar isə bizim dili bildiklərinə və ölkəmizi sevdiklərinə görə təhlükəsizdirlər” – Jirinovski bildirib.
Muxalifet2 - 14-06-2018
Azərbaycanda Ramazan tətili başlayır
Ramazan bayramı münasinbətilə Azərbaycanda sabahdan tətil başlayır.
Muxalifət.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 15, 16 iyun Ramazan bayramıdır.
Bu il iyunun 15-i həm də Milli Qurtuluş Günü olduğu, 16 iyun isə şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 18 iyun - bazar ertəsi, 19 iyun - çərşənbə axşamı da qeyri-iş günü olacaq.
Beləliklə, Ramazan bayramında 15 iyun, 16 iyun, 17 iyun (bazar), 18 iyun və 19 iyun ardıcıl qeyri-iş günüdür.
Muxalifet2 - 14-06-2018