Axtarış

The search found 105805 results in 0.061 seconds.

Search results

  1. Azərbaycan-Rusiya sərhədində əməliyyat: 42 NƏFƏR HƏBS EDİLDİ

    Azərbaycan və Rusiyanın daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il iyunun 4-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

    Muxalifet2 - 13-06-2018

  2. Rusiyaya təhdid: Bu ölkədə ABŞ hərbçilərinin sayı artırılır

    Norveç hökuməti ABŞ-la hərbi əməkdaşlığı 5 il müddətinə uzatmaq niyyətindədir.

    Muxalifət.az xəbər verir ki, bu barədə bəyanat Norveç Nazirlər Kabinetinin saytında yer alıb. Rəsmi Oslo həmçinin ölkədəki ABŞ hərbçilərinin sayını 2 dəfəyə qədər artıraraq 700 nəfərə çatdırmağı planlaşdırdığını açıqlayıb. Bu hərbçilərin Rusiya ilə sərhəddə yerləşən Trums quberniyasına göndərilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, hazırda Norveçdə olan ABŞ hərbçilərinin sayı 330 nəfərdir.

    Muxalifet2 - 13-06-2018

  3. Bu müəllimlər İŞDƏN ÇIXARILACAQ

    Azərbaycanda təkrarən sertifikasiyadan keçməyən müəllimlərlə bağlanan əmək müqaviləsi işəgötürən tərəfindən ləğv ediləcək.

    Muxalifət.az trend.az-a istinadən xəbər verir ki, bu, Milli Məclis tərəfindən yeni qəbul edilmiş "Əmək Məcəlləsi"nə dəyişikliklərin edilməsi barədə qanunda öz əksini tapıb.

    Muxalifet2 - 13-06-2018

  4. Sabahın HAVA PROQNOZU açıqlandı

    Azərbaycanda iyunun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

    Muxalifet2 - 13-06-2018

  5. ABŞ televiziyası TÜRKİYƏDƏKİ SEÇKİNİN SON SORĞU ANKETİNİ AÇIQLADI

    ABŞ-ın ən böyük iqtisadiyyat kanalı olan “Bloomberg”, Türkiyədəki 24 iyun seçkilərinə 10 gün qalmış seçki sorğusunu açıqlayıb. Açıqlanan nəticəyə görə, prezident Ərdoğan 50 faiz səviyyəsini ilk turda aşa bilir.
     
    Türkiyədə keçiriləcək seçkilər, dünya ölkələri tərəfindən də yaxından izlənilir. Amerikada yayımlanan və dünyanın ən önəmli iqtisadi kanalı kimi qəbul edilən “Bloomberg”, 24 iyun seçkiləri ilə bağlı sorğu keçirib.
     
    ƏRDOĞAN İLK TURDA 50 FAİZİ AŞIR
     

    Muxalifet3 - 13-06-2018

  6. İrəvan merinin binasında xüsusi ƏMƏLİYYAT KEÇİRİLİR

    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlı dəstəsi İrəvan merinin binasında xüsusi əməliyyat keçirir.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xidmətin mətbuat katibi Samson Qalstyan jurnalistlərə bildirib.

    Onun sözlərinə görə, binada keçirilən əməliyyatla bağlı əlavə məlumatları bir müddət sonra açıqlayacaq.

    Muxalifet2 - 13-06-2018

  7. Ekspertdən QƏNDİL HƏRƏKATI ÜÇÜN YENİ İDDİA

    Təhlükəsizlik və terror mütəxəssisi Abdulla Ağar, başlayan Qəndil əməliyyatına Kürd Peşmərgələrinin də qatıla biləcəyini iddia edib.
     

    Muxalifet3 - 13-06-2018

  8. Minsk Qrupunun HƏMSƏDLƏRİ PAŞİNYANLA GÖRÜŞÜB

    Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) baş nazir Nikol Paşinyanla görüşüblər.
     
     “Armenpress”-in verdiyi məlumata görə, görüşdə Ermənistanın baş naziri N. Paşinyan münaqişənin sülh yolu ilə həlli prosesində vasitəçilərin rolunun vacib olduğunu vurğulayıb və effektiv əməkdaşlığa ümid etdiyini deyib.
    Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün bütün lazımi səyləri göstərəcəklərini bəyan ediblər.

    Muxalifet3 - 13-06-2018

  9. Azərbaycan prezidenti Putinlə görüşəcək – MOSKVADA

    Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada görüşəcəklər.
     
    Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
    Onun sözlərinə görə, V.Putin Moskvada həmçinin digər ölkələrin, o cümlədən Ermənistan, Boliviya, Livan, Belarus və Səudiyyə Ərəbistanının liderləri ilə görüşəcək.

    Muxalifet3 - 13-06-2018

  10. Qubernatordan saxlanılan Azərbaycanlı merlə bağlı AÇIQLAMA

    "Kvemo-Kartli bölgəsinin Marneuli rayonunun meri Temur Abazov ifadə vermək üçün prokurorluğa çağrılıb. Bir neçə saatdan sonra merlə əlaqədar rəsmi açıqlama olacaq".
     
    Bunu Kvemo-Kartli bolgəsinin qubernatoru Qriqol Nemsadze bildirib.
    Onun sözlərinə.gorə, hazırda prokurorluq T.Abazovla bağlı araşdırma aparır.
    Qeyd edək ki, iyunun 13-də Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov saxlanılıb. Onun saxlanılmasına səbəb kimi sakinlərlə pis rəftarı göstərilir.

    Muxalifet3 - 13-06-2018

  11. Azərbaycanlı şagird xeyli pul tapdı VƏ..

    Zərdab rayonunda yerləşən “Zərdabi Yolu” tədris mərkəzinin 11-ci sinif şagirdi Səyyad Rəsulov nümunəvi hərəkəti ilə diqqət çəkib.
     
    Mərkəzin müəllimi Səbuhi Musayevin verdiyi məlumata görə, şagirdi S.Rəsulov təhsil aldığı kursun qarşısından 400 manat məbləğində pul tapıb və sahibini tanımadığı üçün müəllimlərinə verib. Axtarışlardan sonra pulun həmin məktəbin digər müəllimi İsmayıl Zeynalova məxsus olduğu üzə çıxıb:

    Muxalifet3 - 13-06-2018

  12. “İyun ayı insan haqlarının müdafiəsi yox, pozulması ayı oldu” – Samir Kazımlı

    Hüquq müdafiəçisi Amerikanın Səsinə müsahibəsində ölkədə insan haqlarının durumundan danışıb
     
    Siyasi Məhbusların Siyahısının Hazırlanması üzrə İşçi Qrupunun üzvü Samir Kazımlı Amerikanın Səsinə müsahibəsində ölkədə insan hüquqlarının mövcud durumundan danışıb.
     
    Amerikanın Səsi: Azərbaycanda insan hüquqları sahəsində islahatlarla bağlı gözləntilərin doğrulmamasının səbəblərini necə izah edərdiniz?
    Hətta insan haqları müdafiəçilərinin özünün də hüquqları pozulur.

    Muxalifet3 - 13-06-2018

  13. TRAMPIN SEÇKİ MENECERİNİN RUS KƏŞFİYYATIYLA ƏLAQƏLƏRİ TƏSDİQLƏNİR –Manafortla işləyən bütün siyasətçilərin adları açıqlanacaq

    ABŞ-da federal hakim xüsusi prokuror Robert Müllerə əmr edib ki, Pol Manafortun (Ukraynadakı – Tərc.) Regionlar Partiyasının maraqlarına uyğun olaraq, lakin ABŞ qanunvericiliyinin tələbi çərçivəsində xarici agent kimi qeydiyyatdan keçmədən apardığı lobbiçilik fəaliyyətinə cəlb edilən bütün şəxslərin və təşkilatların adlarını açıqlasın.

    Bu barədə “Politoco” yazır.

    Muxalifet2 - 13-06-2018

  14. Yunanları türk qorxusu bürüdü: AFRİNDƏN SONRA QƏNDİL…

    Türkiyənin Qəndil əməliyyatı Yunanıstanda diqqət izlənilir.

    Muxalifət.az xəbər verir ki, yunan mətbuatında Qəndil əməliyyatı ilə bağlı manipulyasiya xarakterli məlumatlar yayılıb.

    Yunanlar Qəndil əməliyyatını “Afrindən sonra yeni bir işğal həmləsi” olaraq qiymətləndirib. Türkiyənin bu əməliyyatı qonşu ölkə sərhədləri daxilində həyata keçirdiyi bildirilib və bunun işğal anlamına gəldiyi fikri cəmiyyətə təlqin olunub.

    Mətbuatda həmçinin, PKK terrorçularına qarşı keçirilən əməliyyat İraqdakı kürdlərə qarşı təşkil olunmuş əməliyyat kimi təqdim edilib.

    Muxalifet2 - 13-06-2018

  15. Peskov: "Tramp-Kim görüşünü ALQIŞLAYIRIQ"

    “ABŞ prezidenti Donald Tamp və Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda keçirilən görüşü yarımadada gərginliyin azalmasına yardım edir, vəziyyəti böhranlı nöqtədən uzaqlaşdırır”.

    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 

    Muxalifet2 - 13-06-2018

  16. SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Avtovağzal-Xırdalan dairəsində...

    İyunun 16-dan etibarən Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün yenilənməsi işlərinə başlanılacaq.

    Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu səbəbdən yolun sözügedən hissəsində işlər aparılan zolaqlar üzrə yol bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

    Hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq ediləcək.

    Muxalifet2 - 13-06-2018

  17. PDM ekipajları təlim məşqləri keçirir

    Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, PDM ekipajları döyüş vərdişlərini təkmilləşdirir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim məşqlərinin əsas məqsədi zirehli texnika ekipajlarının döyüş qabiliyyətinin artırılması məqsədilə onların çətin keçilən ərazilərdə idarə edilməsi və real şəraitdə uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

    Muxalifet2 - 13-06-2018

  18. Məşhur müğənninin oğlu Bakıda adam öldürüb – RƏSMİ MƏLUMAT

    Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb.

    Minval.info Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, İyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.

    Muxalifet2 - 13-06-2018

  19. Dünya çempionatının startına bir gün qalmış İspaniya yığmasının BAŞ MƏŞQÇİSİ QOVULDU

    İspaniya milli komandasının baş məşqçisi Xulen Lopetegi dünya çempionatının startına bir gün qalmış tutduğu postdan qovulub. 

    "Report"un məlumatına görə, bu barədə İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlama verib. Son dünya çempionları DÇ-2018-də ilk görüşünü iyunun 15-də Portuqaliyaya qarşı keçirəcək. Lopetegi yığmaya 2016-cı ildən rəhbərlik edirdi. 

    Qeyd edək ki, iyunun 12-də "Real Madrid" klubu yeni baş məşqçisinin Xulen Lopetegi olacağını açıqlayıb. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.  

    Muxalifet2 - 13-06-2018

  20. NATO-nu izləyirik, əgər ehtiyac yaransa... - RUSİYA

    Rusiya NATO-nun şərq istiqamətindəki planlarını nəzərə alacaq.

    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib. Onun sözlərinə görə, Rusiya NATO-nun şərq istiqamətindəki fəaliyyətini izləyir və alyansın burada nə qədər hazırlıqlı olduğunu çox gözəl bilir.

    O, ehtiyac yaranacağı təqdirdə Rusiyanın bu istiqamətdə hərbi tədbirlər görəcəyini söyləyib.

    Muxalifet2 - 13-06-2018

Pages