Axtarış

The search found 105805 results in 0.126 seconds.

Search results

  1. Gürcüstanda azərbaycanlı icra başçısı PROKURORLUĞA ÇAĞIRILDI

    Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov prokurorluğa çağırılıb.

    Muxalifət.az apa-ya istinadən xəbər verir ki, prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.

    Muxalifet2 - 13-06-2018

  2. Genişmiqyaslı HÜCUM BAŞLADI – 250 min insan ölə bilər

    Yəmənin hökumət ordusu və Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyasının qoşunları Qırmızı dənizin sahilində yerləşən Xodeyda limanına hücuma başlayıb.

    Muxalifət.az xəbər verir ki, bu haqda hərbi mənbələrə istinadən “Al Arabia” telekanalı bildirib.

    Koalisiyanın qoşunları Yəmənin ən böyük limanını “Ənsar Allah” şiə hərəkatından azad etməyi planlaşdırır. Yəmən hakimiyyəti son günlərdə şəhərin ətrafına güclər toplayırdı. Koalisiya hökumət qüvvələrini havadan və dənizdən dəstəkləyir.

    Muxalifet2 - 13-06-2018

  3. DGK sədri: "Gömrük postlarına media-tur təşkil olunacaq"

    Hər il 5 milyon 400 min nəfərə xidmət edirik.

    Muxalifət.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Azərbaycan Gömrüyü: bu gün və sabahın çağırışları" mövzusund keçirilən seminarda deyib.

    Onun sözlərinə görə, 26 illik fəaliyyəti dövründə Gömrük Komitəsi böyük və uğurlu yol qət edib:

    Muxalifet2 - 13-06-2018

  4. Ermənistana təzyiq başladı – MOSKVA QAZA “BASIR”...

    Rusiya işğalçı ölkəyə satdığı mavi yanacağı bahalaşdırır – kritik gəlişmə; erməni nəşri: “Bu, Ermənistanın yeni rəhbərliyinə təzyiqdir, qiymət qalxsa, indiki hakimiyyətin reytinqi düşəcək”; Paşinyanın “qanının arası”na hələ ki, çempionat girir, çünki...

    Muxalifet2 - 13-06-2018

  5. General planı açıqladı: TÜRK ORDUSU XƏRİTƏNİ DƏYİŞİR

    Türkiyə Silahlı Qüvvələri Şimali İraqda kritik mərhələni artıq geridə qoyub. Ordumuz İraqda xüsusi bir üsuldan istifadə edir.

    Muxalifət.az xəbər verir ki, bu sözləri istefada olan türkiyəli general İsmayıl Haqqı Pekin deyib.

    Muxalifet2 - 13-06-2018

  6. Qəbələdə çay daşdı - 77 NƏFƏRİ SELİN ƏLİNDƏN QURTARDILAR

    Qəbələ rayonunda sel fəsadlar yaradıb.

    Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 11 iyun 2018-ci il tarixində Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

    Muxalifet2 - 13-06-2018

  7. Bakıda “Range Rover” yüksək sürətlə dəhşətli qəza törətdi: ÖLƏNLƏR VAR

    Bakı şəhərinin Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib.

    Binəqədi-Balaxanı yolunda gecə saat 21 radələrində yolda sürətlə hərəkət edən 10 XR 009 dövlət qeydiyyat nişanlı "Range Rover” ilə 10 HF 590 nömrəli "Ford” toqquşub.

    Nəticədə "Range Rover” yanmağa başlayıb. "Ford”un 36 yaşlı sürücüsü və 25 yaşlı sərnişin aldıqları xəsarətlərdən vəfat edib.

    Yanan avtomobili FHN-in əməkdaşları söndürüb.

    Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb. (lent.az)

    Muxalifet2 - 13-06-2018

  8. Baxçada uşaqları döyən "TƏRBİYƏÇİ" SAXLANILDI

    Bakıda "Kids Studio Uşaq Mərkəzi”ndə baş vermiş qanunsuzluqla bağlı artıq hüquq-mühafizə orqanları qanuni tədbirlər görməyə başlayıblar. Uşaqlara qarşı kobud davranan Firuzə Tağıyeva adlı tərbiyəçi Yasamal RPİ-i tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

    Muxalifet2 - 13-06-2018

  9. MOSKVA MƏNBİCLƏ BAĞLI SAZİŞİ NİYƏ SÜKUTLA QARŞILADI? –Rusiya və Türkiyə Bismarkın tövsiyəsini qulaqardına vurur - TƏHLİL

    Türkiyə və ABŞ hökuməti YPG-nin Suriyanın Mənbic şəhərini tərk etməsi barədə razılığa gəlib. Ankara uzun müddətdir ki, bu ərazini idarə etmək istəyir, amma AB kürd milislərinə dəstək verdiyindən hərəkətə keçmir.

    Muxalifet2 - 13-06-2018

  10. Tramp: "Dünya nüvə fəlakətindən yayınmaq üçün böyük ADDIM ATDI"

    "Dünya potensial nüvə fəlakətindən yayınmaq üçün böyük addım atdı".

    "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen In ilə danışıqların yekunlarını şərh edərkən "Twitter" səhifəsində yazıb.

    "Daha heç bir raket buraxılışı, nüvə sınaqları və ya işlənib hazırlanması olmayacaq", - D.Tramp yazıb.

    O həmçinin tarixi günə görə Kim Çen Ina təşəkkür edib.

    Muxalifet2 - 13-06-2018

  11. Yeni qaz sayğacları: BUNLARA EHTİYAC OLMAYACAQ

    “Azəriqaz” İstehsalat Birliyi ölkəyə Fransa istehsalı olan yeni qaz sayğacları gətirib. Yeni sayğacların bir neçə aydan sonra real tətbiqinə başlanılacaq.

    Bununla bağlı açıqlama verən “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, yeni sayğaclar vasitəsilə vətəndaşların ödəniş imkanları daha da rahatlaşacaq.

    Muxalifet2 - 13-06-2018

  12. Putin bir neçə günə… – Azərbaycanın yeni silahları ermənilərin ÜMUDLƏRİNİ DƏFN ETDİ

    “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında Ermənistanın vəziyyəti çox mərhəmətsizdir. Yeni hakimiyyətin birinci şəxslərinin təminatlarına baxmayaraq, bu, Ermənistan-Rusiya münasibətlərində yeni keyfiyyətə gətirib çıxarmayıb”.

    Muxalifət.az xəbər verir ki, bunu “Birinci informasiya” saytında erməni şərhçi Sarqis Artsruni bildirib.

    Onun sözlərinə görə, Ermənistanın nominal müttəfiqləri yalnız ictimai bəyanatlar səviyyəsində deyil, həm də işdə Azərbaycanı dəstəkləyirlər.

    Muxalifet2 - 13-06-2018

  13. Direktor müavini sözünü geri götürdü - QALMAQALIN SONU

    Son aylar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynovla İnstitut arasında anlaşılmazlıq yaranıb.

    Muxalifət.az yenicag.az-a istinadən xəbər verir ki, İnstitutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli mətbuatda Səbuhi Hüseynov haqqında söylədiyi “Təxribat törətmək istəyən qüvvələrə işləməsi” ifadəsinin doğru olmadığını bildirərək, Səbuhi Hüseynova qarşı bu ifadədən imtina etdiyini bildirib.

    Muxalifet2 - 13-06-2018

  14. Gömrük məntəqələrində sənədləşmə MİNİMUMA ENDİRİLİR

    "Gömrük məntəqəsində yaranan sıxlığın aradan qaldırılması üçün sənədləşmənin minimuma endirilməsinə çalışırıq".

    Muxalifət.az xəbər verir ki, bunu Azərbaycan Gömrük Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Sənan Muxtarov deyib.

    O bildirib ki, sərhəd keçid məntəqələrində sıxlığın qarşısının alınması istiqamətində yeniliklər davam edir:

    Muxalifet2 - 13-06-2018

  15. “Bakı Bus” təhlükəli görüntüləri yaydı - VİDEO

    Bakı Bus MMC avtobuslarının yoluna çıxan avtomobillərin yaratdığı təhlükəli vəziyyətlərlə bağlı görüntüləri yayıb.

    MMC-dən verilən məlumata görə, “Bakı Bus” avtobuslarını idarə edən sürücülər digər nəqliyyat vasitələri sürücülərinin yol-hərəkət qaydalarını pozması nəticəsində yaranan təhlükəli vəziyyətlər zamanı qəzalardan yayınmaq məqsədilə əyləcdən istifadə etmək məcburiyyətində qalır. Bu hal isə sərnişinlərdə narahatlıq yaradır və onlar Bakı Bus MMC-yə müraciət edirlər.

    Muxalifet2 - 13-06-2018

  16. Kənd təsərrüfatı naziri özünə müşavir təyin edib- İnnovasiya üzrə

    Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni təyinat olub.

    “Report”un əldə etdiyi məlumata görə, nazir İnam Kərimov Şəbnəm Məmmədovanı özünə innovasiya üzrə müşavir təyin edib.

    Ş.Məmmədova ADA Universitetinin “Biznesin idarə edilməsi” fakultəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.

    Muxalifet2 - 13-06-2018

  17. Cümə namazına gedən kişiyə bacısı oğlundan amansızlıq – AĞCABƏDİDƏ DƏHŞƏTLİ OLAY

    Ağcabədi rayonunda pul borcu üstündə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən 1984-cü il təvəllüdlü Qiyas Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Muxalifət.az xəbər verir ki, 2011-ci ildə Qiyas Əhmədovun pul borcuna görə dayısı Kamilı İbrahimovla münasibətləri soyuyub.

    Muxalifet2 - 13-06-2018

  18. Xətai rayonunda SU OLMAYACAQ

    Paytaxtda bəzi ərazilərdə su olmayacaq.

    "Azərsu" ASC-dən verilən məlumata görə, Xətai rayonu M.Hadi, X.Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 13 iyun 2018-ci il tarixində gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

    Muxalifet2 - 13-06-2018

  19. "Azərbaycana sanksiyalar tətbiq edilsin" - ABŞ Konqresində SENSASİYALI ADDIM

    Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) sədri və ABŞ Senatının Missisipi ştatını təmsil edən respublikaçı üzvü Rocer Uiker bir neçə ölkə haqqında qalmaqallı qanun layihəsini Konqresə təqdim edib.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, qanun layihəsində Türkiyə, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Ukraynada dini azadlıqlara hörmət göstərmədikləri qeyd olunur.

    Muxalifet2 - 13-06-2018

  20. Ərəb koalisiyası qoşunları Yəmənin Hodeyda şəhərində BİR NEÇƏ RAYONU HUSİLƏRDƏN GERİ ALIB

    Yəmən Prezidenti Abd Rabbu Mənsur Hadinin tərəfində olan qoşunlar bu gün səhər Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının aviasiyasının dəstəyi ilə başlanılan hücumda Qırmızı dəniz sahilində yerləşən Hodeyda liman şəhərində ilk rayonlara nəzarəti husilərdən geri alıb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı hökumət ordusunun bəyanatına əsasən məlumat yayıb.

    Muxalifet2 - 13-06-2018

Pages