Axtarış
The search found 105805 results in 0.08 seconds.
Search results
Sumqayıt sakini 9 bıçaq zərbəsi ilə QƏTLƏ YETİRİLDİ
Sumqayıt şəhər sakini bıçaqlanaraq qətlə yetirilib.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.
Belə ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Nuriyev Emil Cəmil oğlu naməlum şəxs tərəfindən 9 bıçaq zərbəsi alıb. O, aldı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 12-06-2018
Gülən də əzadarlıq edir, şivən qoparır: ONA SAHİB ÇIXIN!
Bütün din böhtançılarının şəxsimizə yönəlik böhtanlarında ilk yeri nurçu, FETÖ-çu ittihamı tutur.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, bütün məzhəb və təriqətləri kültür məsələsi kimi dəyərləndirən, fəqət islam baxımından doğru təzahürlər olmadığını hər dəfə dilə gətirən bir insan kimi, fikircə, hərəkətcə, təhsilcə bu saçmalıqlardan tamamilə fərqli platformada olduğunu təkrar söyləməyi lüzum bilmir:
Muxalifet2 - 12-06-2018
PKK “yox” olduqca İNGİLİSLƏR NARAHAT OLDULAR
“Financial Times” Türkiyənin Qəndildəki PKK-lı terrorçulara qarşı əməliyyatına dözə bilməyərək açıq-aşkar düşmən münasibətini ortaya qoyub. “Financial Times” Türkiyənin bölgədə kifayət qədər qüvvəsinin olmadığını, Bağdadın bu əməliyyata qəzəblənəcəyini yazıb.
Muxalifet3 - 12-06-2018
Saatlıda AĞIR QƏZA: 6 nəfər xəsarət aldı
Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndindən keçən hissəsində “VAZ 2105” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Saatlı rayon xəstəxanasına yerləşdirilib.
Muxalifet2 - 12-06-2018
Alman dili müəlliminin 62 min avrosu oğurlandı – ABŞERONDA
Abşeron rayonunda alman dili dərsi keçən müəllimin evindən oğurluq etməkdə təqsirli bilinən Fuad Zeynalovun məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Fuad Zeynalov 9 il müddətinə azadlıqdan məhrum edilib. Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub.
Muxalifet2 - 12-06-2018
Yunanıstandan sürpriz ƏRDOĞAN AÇIQLAMASI
Yunanıstanın xarici işlər naziri Nikos Kocias, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "xarizmatik bir şəxsiyyət" olduğunu deyib. Buna qarşı, 24 iyun seçkiləri öncəsi Türkiyədə müxalifəti tənqid edib.
Nikos Kocias "Faner" televiziyasına verdiyi müsahibədə "Türkiyə ilə böyük problemimiz mövcuddur. Bizi narahat edən məsələlərdə Ərdoğan hakimiyyətindən daha yaxşı olmayan müxalifətin varlığıdır. Ərdoğan, onlardan (müxalifəti nəzərdə tutur) daha tutarlı və xarizmatik bir şəxsiyyətdir" deyib.Muxalifet3 - 12-06-2018
“İraqı tərk etməyəcəyik, təhlükəsizlik zonaları yaradacağıq” –Türkiyənin müdafiə naziri
Türkiyə Silahlı Qüvvələri (SQ) sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə İraq ərazisini tərk etməyəcək.
Bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
Nazir bildirib ki, Türkiyənin məqsədi İraqın dağlıq rayonlarının PKK terrorçularından təmizlənməsi, həmçinin düzənlik ərazilərdə təhlükəsizlik zonalarının yaradılmasıdır.
Muxalifet2 - 12-06-2018
Balakəndə kəndlərlə əlaqə kəsildi - YENİLƏNDİ
Balakən rayonunda Dəli çayın daşması nəticəsində Katex kəndinin bir hissəsi su altında qalıb.
Bu barədə publika.az-a Balakən rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, hadisə nəticəsində kənd ərazisində 22-dən çox yaşayış məntəqəsi ilə əlaqə kəsilib:
Muxalifet2 - 12-06-2018
İranda 8 terrorçuya ölüm hökmü çıxarılıb
İranın Ali Məhkəməsi ötən il həbs edilən 8 terrorçuya qarşı ölüm hökmü qərarı çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata açıqlama verən İranın Ali Məhkəməsinin sədr müavini Qulamrza Ənsari terrorçuların günahlarının tam sübut olunduğunu bildirib. O qeyd edib ki, Ali Məhkəmə 7 iclas keçirərək aşağı instansiyalı məhkəmənin araşdırmasını diqqətlə nəzərdən keçirib və ölüm hökmü qərarını qüvvədə saxlayıb.
Muxalifet2 - 12-06-2018
Leysan davam edəcək, çaylarda daşqın gözlənilirmi? – BAŞ HİDROLOQ
Azərbaycanda iyun ayında leysan yağışları hər 10 ildə 7-8 dəfə baş verir.
Muxalifət.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, leysan xarakterli güclü yağışların yağması iyun ayının birinci və ikinci yarısı üçün səciyyəvidir: “Azərbaycanda mayın 20-dən iyunun 20-ə kimi leysan xarakterli yağışların yağması və selə çevrilməsi gözləniləndir”.
Muxalifet2 - 12-06-2018
MALİYYƏ NAZİRLİYİ AZƏRBAYCANIN XARİCİ DÖVLƏT BORCUNU AÇIQLADI –10 milyard dollara yaxınlaşıb
Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb.
Maliyyə Nazirliyi xəbər verir ki, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 9,6 milyard dollartəşkil edib.
Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 22%-i qədər olmaqla adambaşına 972,4 dollar xarici dövlət borcu deməkdir.
Muxalifet2 - 12-06-2018
Bağçada uşağı döyən tərbiyəçini gözləyən cəza - VƏKİL
“Kids studio” bağçasında uşaqlara qarşı zorakılıq əməli törədən təbiyəçi iki ilədək həbs cəzası ala bilər.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a “Kids Studio”da uşaqları döyən tərbiyəçiyə cinayət işinin açılması məsələsi haqqında danışan hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, tərbiyəçinin uşaqlara xəsarət əməli sübuta yetirilərsə, o, cinayət məsuliyyətinə cəlb oluna bilər:
Muxalifet2 - 12-06-2018
Rusiyanın taleyi bu 90 kiloqramdadır - Kiyevdən HƏMLƏ
Kiyev terrorizm və irqi diskriminasiyanın maliyyələşdirilməsi haqqında iş üzrə Rusiyadan BMT məhkəməsinə şikayət edib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Pyotr Poroşenko bildirib.
Sənəd 2017-ci ildə Ukrayna hakimiyyəti tərəfindən təşəbbüs edilmiş proses çərçivəsində beynəlxalq məhkəməyə təqdim ediləcək. Kiyev Rusiyanı, xüsusi halda, qanunsuz silah çatdırılmasında, həmçinin Krım tatarlarının diskriminasiyasında ittiham edib.
Muxalifet2 - 12-06-2018
Tramp Ruhani ilə də görüşə hazırlaşır?.. - İRANDAN HƏYƏCANLI AÇIQLAMA
İran Prezidenti Həsən Ruhaninin amerikalı həmkarı Donald Trampla görüşü mümkün deyil.
Bunu İran parlamentinin milli təhlükəsizlik üzrə rəhbəri Hüseyn Nakvi Hüseyni bildirib.
“ABŞ özü İranla münasibətləri kəsdi, nüvə sazişindən çıxdı və Tehrana qarşı sanksiyalar tətbiq etdi. Mən düşünürəm ki, Trampın Kim Çen İnlə görüşdüyü formatda Ruhani ilə danışıqlar aparması mümkün deyil və bu baş verməyəcək”.
Muxalifet2 - 12-06-2018
Azərbaycanda siqaretə tətbiq edilən vergi 3 dəfə artırıldı – QİYMƏTLƏR QALXACAQ?
Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.
Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq.
Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi.
Dəyişiklik layihəsi səsverməyə çxıarılaraq qəbul olunub/Report.
Muxalifet2 - 12-06-2018
Prokuror Rəqsanənin polis sevgilisinə CƏZA İSTƏDİ
Oğurluqda ittiham olunan Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və onların ataları İsif Azayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Fərid Azayevin 12 il 6 ay, qardaşı Faiq Azayevin 7 il 6 ay və ataları İsif Azayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses iyunun 28-də davam edəcək.
Muxalifet2 - 12-06-2018
İranlı millətvəkili İran BANKLARINI İŞİD-lə ƏMƏKDAŞLIQDA İTTİHAM ETDİ
İranda islahatçılara yaxınlığı ilə tanınan Tehran millət vəkili Mahmud Sadiqinin terror təşkilatı İŞİD-lə bağlı açıqlamaları ölkə gündəmində bomba effekti yaradıb.
Rəsmi Twitter hesabından apardığı bölgüdə İran Məclisindəki mübahisəli “FATF” qanun layihəsi müzakirələrinə toxunan Sadiqi, "İŞİD ötən illərdə qara pul yumaq üçün İran bankçılıq sistemini istifadə edirdi. Hətta bu hal Suriyanın etirazlarına belə səbəb olmuşdu" deyə, şok açıqlama verib.Muxalifet3 - 12-06-2018
“TANQO” ÜÇÜN RƏQQAS AXTARIŞI:ABŞ İranda kimə dayaqlanmalı və nəyə köklənməlidir? - TƏHLİL
Prezident Trampın İranla razılaşmasından çəkilmə qərarı və İslam Respublikasına davamlı təzyiq öncəgörülən cavabla qarşılaşıb. Tənqidçilər tarixə, xüsusilə qeyri-məhsuldar 1953-cü il çevrilişinə istinadla, bu strategiya əleyhinə çıxırlar. Ancaq keçmişə daha diqqətli baxış çəkindirmə siyasətinin rejimi dəyişmənin ən yaxşı yolu olduğunu göstərir.
Muxalifet2 - 12-06-2018
Tramp məktubları və yazıları oxuduqdan sonra cırır - AĞ EV ƏMƏKDAŞLARI SƏNƏDLƏRİ YAPIŞDIRMAQLA MƏŞĞULDUR
Trampın prezidentlik fəaliyyətinin ilk beş ayını Solomon Larti kağız parçalarının qalaqlandığı yazı masasının arxasında keçirib.
Bu barədə “Politico” qəzeti yazır.
Jurnalist Enni Karni (Annie Karni) aydınlıq gətirir: “Sənəd dövriyyəsi analitiki vəzifəsində ildə 65969 dollar əmək haqqı alan Larti təxminən 30 illik staja malik dövlət işçisi olub. Lakin o, əvvəlki administrasiyalar zamanı buna oxşar halla rastlaşmayıb. Əvvəllər o, heç vax prezident kağızlarını yenidən yapışdırmaq məcburiyyətində qalmayıb”.
Muxalifet4 - 12-06-2018
“Bəyəm biz “ştanqist” yetişdiririk?” - Aqil Abbasdan təhsillə bağlı KƏSKİN SÖZLƏR
“Vaxtilə mənfur sovet rejiminin yaxşı təhsil sistemi vardı. Burada əyləşənlərin mütləq əksəriyyəti sovet təhsil sisteminin yetirməsidir. Hansı ki, bu təhsil sistemində oxuyan Xudu Məmmədov 34 yaşında elmlər doktoru olub və İngiltərədə ingilislərə mühazirə oxuyurdu. Eləcə də Yusif Məmmədəliyev və digərlərinin adını qeyd edə bilərəm”. Muxalifət.az xəbər verir ki, bunu Milli Məclisdə “Təhsil haqqında qanun” layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
Muxalifet4 - 12-06-2018