Axtarış
The search found 105805 results in 0.128 seconds.
Search results
Türk ordusundan Qəndil hesabatı: 7 GÜN ƏRZİNDƏ…
Türkiyə Silahlı Qüvvələri 1-8 iyun tarixləri arasında İraqın şimalındakı separatçı terror qruplaşması hədəfləri istiqamətində təşkil olunan hava əməliyyatlarında 18 terrorçunu məhv edib.
Muxalifət.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.
Məlumata görə, Şimali İraqa əməliyyatlar zamanı ümumilikdə 34 terrorçu məhv edilib.
Muxalifet2 - 12-06-2018
Şamaxını SEL APARDI - Yollar bağlandı, maşınlar su içində qaldı (YENİLƏNDİ)
"Şamaxıda güclü leysan yağışından sonra kəndlərdən mərkəzə gedən yollarda yaranan problemlər aradan qaldırılıb".
Bu barədə publika.az-a Şamaxı rayon İcra Hakimiyyətindən məlumat verilib.
Muxalifet2 - 12-06-2018
Agentliyin 14 xidmətini “ASAN xidmət” mərkəzləri həyata keçirəcək –SƏNƏD İMZALANDI
Qida təhlükəsizliyi ilə bağlı xidmətlərin ASAN xidmət mərkəzlərində həyata keçirilməsi ilə əlaqədar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Muxalifet2 - 12-06-2018
Leysan Balakəndə fəsadlar törətdi: Yevlax-Zaqatala-Gürcüstan magistral yolu dağıldı
Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit havaşəraiti hökm sürür. Dağlara yağan intensiv və leysan yağışlar nəticəsində Balakənin Katex kəndi ərazisindən keçən, mənbəyini dağlardan götürən Dəliçay məcrasından çıxıb. Çayın sağ və sol sahilindəki 400-ə yaxın evin həyətyanı sahəsini su basıb, 50-dən çox evə su dolub. Ev quşlarını və xırdabuynuzlu heyvanları sel aparıb, 10-dan çox həyətyanı sahənin hasarını sel dağıdıb. Sel suları Dəliçayın üzərindəki 8 kiçik körpünü də uçurub, ərazidən keçən içməli su, elektrik və qaz xəttlərinə ziyan dəyib.
Muxalifet2 - 12-06-2018
Paşinyan inqilab ortaqlarını atdı: “YELK”SİZ GEDİR
Ermənistanın hakim Yelk Bloku daxilində Nikol Paşinyan parçalanmalar başladıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “İrates” qəzeti yayıb.
“Bizim mənbələr xəbər verir ki, əgər ölkədə növbədənkənar parlament seçkisi olsa, Yelk Bloku indiki kimi seçkiyə qatılmayacaq. Nikol Paşinyan və onun komandası blokdan çıxaraq, seçkiyə müstəqil şəkildə gedəcəklər. Paşinyan ətrafına Yelkin digər liderləri Edmon Marukyan və Aram Sərkisyanı toplamayacaq”, – deyə məlaqədə bildirib.
Muxalifet2 - 12-06-2018
Bir ailənin 6 üzvünün düşdüyü qəzadan dəhşətli görüntülər - VİDEO
Zaqatalada bir ailənin 6 üzvünün xəsarət aldığı yol qəzası olub.
ARB TV xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.
Muxalifet2 - 12-06-2018
Separatçı erməni liderindən məcburi gediş: “İki il sonra…” - QƏRAR
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki erməni separatçıların lideri Bako Saakyan növbəti “prezident seçkiləri”nə qatılmayacaq.
Muxalifət.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə onun özü məlumat verib.
Saakyan qeyd edib ki, dəyişikliyə əsasən, 2020-ci ildə keçiriləcək seçkilərdə “yeni başçı”nı “vətəndaşlar” səsvermə yolu ilə seçəcəklər: “Bu seçkilərə qatılmayacağımı rəsmən elan edirəm”.
Muxalifet2 - 12-06-2018
“Azərbaycan xaricdən aldığı silahların yararlığını yoxlamalıdır” – Mərkəz, Bakının silahlanmada yeni tərəfdaşlar axtardığını bildirir
“Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycana müasir silahlar lazım olacaq. Azərbaycan silahlanmaya milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Azərbaycanın silah aldığı ölkələr əsasən bunlardır – Rusiya, İsrail, Türkiyə, Ukrayna və Belarus. Azərbaycan bu coğrafiyanı genişləndirməyə çalışır”.
Strateq.az-ın məlumatına görə, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin hazırladğı analitik materialda bildirilir.
Muxalifet2 - 12-06-2018
Bu qanun layihəsi Milli Məclisin gündəliyindən ÇIXARILDI
Milli Məclisin növbədənkənar sessiyada ilk plenar iclası öz işinə başlayıb.
Muxalifət.az-ın xəbərinə görə, dövlət himninin oxunması ilə başlayan növbədənkənar iclası Spiker Oqtay Əsədov açıq elan edilib.
O bildirib ki, “Dövlət rüsumu haqqında” qanununun layihəsinin müzakirəsi gündəlikdən çıxarılıb.
Muxalifet2 - 12-06-2018
Nazim İbrahimovun komitədəki cinayəti üzə çıxdı - RƏSMİ AÇIQLAMA
Diasporla İş üzrə Dövlət komitəsinin sabiq sədri Nazim İbrahimov dövlət qurumuna məxsus avtomobilin dövlət qeydiyyat nişanını mənimsəyib.
Muxalifet2 - 12-06-2018
Pambıq tarlasında baş vermiş zəhərlənmənin ilkin səbəbi AÇIQLANDI
"Qida Təhlükəsizliyi Agentliyinin ekspertlərinin və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Saatlıda pambıq tarlasında, kimyəvi maddələrin saxlandığı anbarlardan və xəstələrdən götürülmüş nümunələrin üzərində ekspertizalar həyata keçirilir". Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, ekspertizaların ilkin rəyinə əsasən, pambıq tarlasında baş vermiş zəhərlənmənin mənşəyi qida məhsulu deyil: "Bu, qida zəhərlənməsi deyil. İlkin nəticələrə görə, zəhərlənmə pambıq tarlasında istifadə olunan herbisidlərdən baş verib". Q.
Muxalifet2 - 12-06-2018
Trampdan AB-yə: Sizə niyə icazə verməliyəm?
Əgər qarşılıqlı olmayacaqsa, bundan sonra ədalətli ticarətə axmaq ticarət demək lazımdır.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp G7 zirvəsində yaşanan gərginliklər fonunda Tvitter hesabında yazıb.
Muxalifet2 - 12-06-2018
Bakıda evdə 80 yaşlı kişinin MEYİTİ TAPILDI
Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən APA-ya verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin hadisə yerinə cəlb olunmuş müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və 1938-ci il təvəllüdlü Rüstəmov Elxan İldırım oğlunun meyitini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Muxalifet2 - 12-06-2018
QƏNDİL VƏ SƏNCARA QARŞI BÖYÜK ƏMƏLİYYAT BAŞLADI
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Qəndil və Səncarda keçirilən hava hücumları zamanı 12 hədəf məhv edilib.
Beləliklə, İraqın şimalındakı Qəndil, Səncar, Hakurk və Avaşin-Basyanda vurulmuş hədəflərin sayı iki gün içərisində 26-ya çatıb.
Muxalifet2 - 12-06-2018
İcra Hakimiyyəti nazirliyi suçladı – “Kids studio” QALMAQALI
Özəl uşaq bağçalarının qeydiyyata alınması və fəaliyyətinə nəzarət Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Kim nə əməl törədirsə, məsuliyyəti də o özü daşıyır.
Bu sözləri axar.az-a Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Zöhrab Cəfərov Yasamal rayonunda yerləşən və uşaqların döyüldüyünü əks etdirən videosu yayılan “Kids Studio Uşaq Mərkəzi”nin lisenziyasız fəaliyyət göstərməsinin səbəbinə aydınlıq gətirərkən deyib.
Muxalifet2 - 12-06-2018
İradə Cavadovanın vəkillik fəaliyyəti dayandırılıb
O, hüquq müdafiəçiləri tərəfindən müstəqil vəkil kimi tanınır
Vəkillər Kollegiyası Rəyasət Heyəti mayın 11-də Vəkillər Kollegiyasının üzvü, Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib.
Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyəti məlumat yayıb.
Məlumatda deyilir ki, K.M şərti adlı şəxs Vəkillər Kollegiyasına teleqram vuraraq İradə Cavadovadan şikayət edib.Muxalifet3 - 12-06-2018
Sabah hava necə olacaq?
Azərbaycanda iyunun 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Muxalifet - 12-06-2018
Türkiyənin MÜDAFİƏ NAZİRİNDƏN “QƏNDİL” AÇIQLAMASI
TSQ-nin Qəndil əməliyyatını dəyərləndirən Milli Müdafiə Naziri Nurəddin Canik, "Terror bitənə qədər Qəndildə qalacağıq" deyib.
Müxalifət.azMuxalifet3 - 12-06-2018
Avropa Məhkəməsi Azərbaycan JURNALİSTLƏRİNİN ŞİKAYƏTİNƏ BAXIR
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan jurnalistlərinin şikayətləri üzrə kommunikasiyaya başlayıb.
Vəkil Fariz Namzlının facebook səhifəsində yaydığı məlumata görə, Milli Məclisain keçmiş deputatı Cəlal Əliyevin şikayəti üzrə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə həbs olunan Yaşar Ağazadə və Rövşən Mahmudovun şikayəti üzrə Avrpopa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (İfadə azadlığı) pozuntusunun olub-olmaması ilə bağlı;Muxalifet3 - 12-06-2018
TANAP Qaz Boru Kəməri barədə NƏ BİLİRİK?
Bu gün Azərbaycan qazını Avropaya aparacaq TANAP işə düşür.
Eskişəhərin Seyidqazı rayonunda Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) açılışı gözlənir.
"Bu, neftlə bağlı 1994-cü ildə imzalanan "XX əsrin müqaviləsinə" bənzəyir, millət vəkili Vahid Əhmədov BBC News Azərbaycancaya deyir.
Onun fikrincə, Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycana həm siyasi, həm də iqtisadi faydası var.Muxalifet3 - 12-06-2018