Axtarış

The search found 105805 results in 0.07 seconds.

Search results

  1. Deputat “Çınqıl mafiyası”nı hədəfə aldı:“Onlara icazəni kim verir?”

    Bu gün Milli Məclisinin növbədənkənar keçirilən plenar iclasında ekologiyaya ziyan vuran hallar kəskin tənqid olunub. «Ətraf mühitin mühafizəsi haqqında» çıxış edən millət vəkili Vahid Əhmədov ekoloji fəlakətə səbəb olan hallardan danışıb. O ötən il Qubada, bu ilsə Göyçayda baş verən təbii fəlakətlərin əsas səbəbi kimi həmin ərazidə qanunsuz çınqıl daşların daşınmasını deyib: “Həmin ərazidə qanunsuz çınqıl daşları qanunsuz olaraq daşınır. Bu barədə dəfələrlə deyilsə də, heç bir faydası yoxdur.

    Muxalifet3 - 12-06-2018

  2. Siyavuş Novruzov partiyalardan HESABAT TƏLƏB EDİR

    “Artıq “Siyasi partiyalar haqqında” Qanunun bəzi müddəalarında geniş dəyişikliklərin həyata keçirilməsinin vaxtı çatıb”.
     
    Milli Məclisin komitə sədri Siyavuş Novruzov bu fikirləri Milli Məclisdəki müzakirələr zamanı söylədi.

    Muxalifet3 - 12-06-2018

  3. Qaçırılmış avtomobildən SİLAH TAPILDI

    Bakıda qaçırılmış avtomobildən silah-sursat tapılıb.
     
    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyunun 11-də Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

    Muxalifet3 - 12-06-2018

  4. Azərbaycan prezidenti TÜRKİYƏYƏ RƏSMİ AÇILIŞA GETDİ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Türkiyə Respublikasına səfər edib.
     
    Əskişəhər şəhərinin Hasan Polatkan hava limanında dövlətimizin başçısını Türkiyənin meşə və su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşılayıblar.

    Muxalifet3 - 12-06-2018

  5. Qazaxıstandan Rusiyaya EMBARQO

    Qazaxıstan Rusiyadan benzin idxalına qadağa qoyub.
     
    Qadağa 3 ay qüvvədə olacaq.
    Qazaxıstan hokuməti bu addımı yanacaq ixracatını və yerli neft məhsullarının satış bazarını genişləndirmək məqsədi ilə atdığını açıqlayıb.
    Ölkənin energetika naziri Kanat Bozumbayev bununla bağlı yayılan məlumatları təsdiq edib.

    Muxalifet3 - 12-06-2018

  6. Obamadan gizlədilən razılaşma ortaya çıxdı - DETALLAR

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail səlahiyyətliləri Cənubi Kiprdə İranın bölgədəki təsirinə qarşı mübarizə məqsədilə gizli görüş keçiriblər.
     
    Bu iddia ilə ABŞ-ın “New Yorker” jurnalı çıxış edib.
    Xəbərə görə, Amerikanın kəşfiyyat xidmətləri 2016-cı ildə BƏƏ və İsrailin yüksək səviyyəli səlahiyyətlilərinin Kiprdə gizli bir görüşü barədə məlumat əldə ediblər. Buna baxmayaraq, ABŞ-ın keçmiş prezidenti Barak Obamaya İrana qarşı aparılan gizli danışıqlarla bağlı heç vaxt məlumat verilməyib.

    Muxalifet3 - 12-06-2018

  7. Bakı Beynəlxalq Avtovağzalı iş rejimini dəyişir - SABAHDAN

    Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.

    Muxalifət.az-a qurumdan verilən məlumata görə, iyunun 13-dən 20-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

    Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

    Muxalifet2 - 12-06-2018

  8. Kim Çenin dostu sevincdən ağladı: ONA İNANIRDIM

    Şimali Koreya liderinin yaxın dostu olaraq tanınan keçmiş NBA basketbolçusu Dennis Rodman Kim Çenlə Trampın görüşü barədə danışarkən, göz yaşlarını saxlaya bilməyib.

    Muxalifət.az xəbər verir ki, Rodman bu günün hər kəs üçün “böyük gün” olduğunu bildirib.

    Məşhur basketbolçunun sözlərinə görə, Ağ Ev rəsmilərdən biri ona zəng vuraraq, Donald Trampın onunla fəxr etdiyini söyləyib.

    “Şimali Koreya səfərimdən sonra bir çox ölüm təhdidi aldım. Şimali Koreyaya inanırdım. Evimə belə gedə bilmədim. 30 gün ərzində gizlənməyə məcbur oldum”, - Rodman bildirib.

    Muxalifet2 - 12-06-2018

  9. “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik TƏKLİF OLUNUR

    Azərbaycanın "İnformasiya əldə etmək haqqında” qanununa dəyişiklik olunur.

    Muxalifet2 - 12-06-2018

  10. G7 sammiti:eybəcər ailə dalaşı və Boltondan Qərb ölkələrinə “Amerika Avropanın bankı olmayacaq” şapalağı – TƏHLİL

    Kanadanın La-Malbe şəhərində G7 sammitində baş verənləri seyr edərkən bu fikir adamdan əl çəkmir ki, Vladimir Putinin bəxti o mənada gətirib ki, bütün parametrlərilə haçansa çox nüfuzlu təşkilata daxil olan dövlətlərin başçılarının görüşünü deyil, amansız və çox eybəcər ailə dalaşını xatırladan bu tədbirə qatılmağı lazım gəlməyib.

    Muxalifet2 - 12-06-2018

  11. Rumıniyada Rusiya səfirinin diplomatik VƏSİQƏSİNİ OĞURLAYIBLAR

    Rusiaynın Rumıniyadakı səfiri Valeri Kuzmin soyğunçuluğa məruz qalıb.

    Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə Sibiu şəhərində baş verib.

    Həyat yoldaşıyla şəhərin mərkəzi meydanında gəzişərkən cibgirlər onun cüzdanını oğurlayıblar.

    Cüzdanda bank kartı, 250 dollar pul və səfirin diplomatik vəsiqəsi olub.

    Polis cinayət işi qaldırıb, cibgirlərin axtarışına başlınılıb.

    Muxalifet2 - 12-06-2018

  12. Ukraynadan ŞOK ETİRAF: “Rusiya ilə müharibə olarsa…”

    “Ukraynada anlayırlar ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ilə müharibəyə hazır deyil”.

    Muxalifət.az xəbər verir ki, bu haqda Ukrayna Birləşmiş güclərin əməliyyat qərargahının böyük zabitinə istinadən “Strana.ua” yazıb.

    Onun sözlərinə görə, Moskva ilə münaqişə halında, nə Ukrayna dövləti, nə də ordu belə müharibəni aparmaq gücündə olacaq. Zabit həmçinin əlavə edib ki, Kiyev Xarkov, Çerniqov və ya Sumsk vilayətlərinin sərhədlərində kifayət qədər hərbi kontingentə malik deyil.

    Muxalifet2 - 12-06-2018

  13. Orduda bunları etmək qadağan olundu - QƏRAR

    “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun layihəsinə dəyişiklik edilib.

    Muxalifət.az xəbər verir ki, qanun layihəsi barədə birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.

    Onun sözlərinə görə, qanuna edilən dəyişikliyə əsasən, Silahlı Qüvvələrdə qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağan edilir.

    Muxalifet2 - 12-06-2018

  14. Yeni sədr aparat rəhbərini İŞDƏN ÇIXARDI

    Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəzifəsindən azad edilib.

    APA-nın məlumatına görə, o öz ərizəsi ilə işdən ayrılıb.

    Qeyd edək ki, aprelin 11-də keçirilən prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

    Muxalifet2 - 12-06-2018

  15. Qarabağ separatçılarının lideri də hakimiyyətdən İMTİNA EDİR

    “DQR” “prezidenti”, işğalçı rejiminin başçısı Bako Saakyan 2020-ci ildə keçiriləcək “prezident seçkilərində” öz namizədliyini irəli çəkməyəcək.

    Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, B.Saakyan bunu erməni telekanallarına verdiyi müsahibəsində bəyan edib.

    O xatırladıb ki, "Konstitusiyaya” uyğun olaraq, “ümummilli prezident seçkiləri” 2020-ci ildə keçiriləcək: “ Mən rəsmən bildirmək istəyirəm ki, prezident postuna namizəd olmayacağam".

    Muxalifet2 - 12-06-2018

  16. Jurnalisti təhqir edən generalla bağlı Əflatun Amaşovdan REAKSİYA

    "Vəzifə səlahiyyətlərini yerinə yetirən jurnalistin təhqirə, aşağılayacı rəftara məruz qalması qətiyyət yolverilməzdir. Buna görə də «Bizim yol» qəzetinin əməkdaşı Əli Cahangiroğlunun üzləşdiyi durumdan dərin təəssüf hissi keçirirəm. Hesab edirəm ki, bu təəssüf hissini bütövlükdə media ictimaiyyəti qəzəbli və hiddətli şəkildə yaşamaqda tam haqlıdır".

    Muxalifət.az unikal.org-a istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

    Muxalifet2 - 12-06-2018

  17. Leyla Əliyeva Moskvada iftar verdi - FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada, “Poklonnaya qora”dakı “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb. Tədbir Moskva Müsəlmanları Dini İdarəsi tərəfindən Rusiya Müsəlmanları Dini İdarəsinin və Moskva hökumətinin dəstəyi ilə təşkil olunub.

    Muxalifet2 - 12-06-2018

  18. İtaliyadan qalmaqal YPG/PKK HƏMLƏSİ

    İtalyan ordusu, ABŞ və Fransa qüvvələri azmış kimi, terror təşkilatı YPG/PKK-ya dəstək olmaq üçün Suriyanın İraq sərhədindəki neftlə zəngin Deyrizor bölgəsinə əsgər göndərib. Deyrizordaki etibarlı yerli mənbələrdən alınan məlumata görə, təxminən 1 həftə əvvəl Suriyanın şimalında YPG/PKK-nın işğalında olan bölgələrə İraq üzərindən İtalyan əsgərləri gətirilib. Terror təşkilatı İŞİD əleyhinə beynəlxalq koalisiya tərkibinə daxil olan az sayda İtalyan əsgəri, əvvəlcə Hasekəyə, sonra isə Deyrizora göndərilib. İtalyan əsgərlər Deyrizorun “Ömər” neft sahəsində olan ABŞ bazasına yerləşib.

    Muxalifet3 - 12-06-2018

  19. Avtoxuliqanlıq edən sürücülər HƏBS OLUNDU

    Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaratdığına, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən, polisin qanuni tələbini yerinə yetirmədiyinə sürücülər inzibati məsuliyyətə cəlb olunub.

    Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədovun verdiyi məlumata görə, müəyyən olunan sürücülər paytaxtın müvafiq rayon məhkəmələri tərəfindən çıxarılan qərarlar əsasında həbs olunmaqla inzibati məsuliyyətə cəlb olunub.

    Muxalifet2 - 12-06-2018

  20. Dövlət büdcəsində neftin baza qiyməti qaldırılır – 55 dollara

    Azərbaycanın 2018-ci il dəqiqləşdirilmiş dövlət büdcəsində neftin baza qiyməti artırılır.

    Muxalifət.az “Report”a istinadən bildirir ki, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barrelinin satış qiymətinin təsdiq olunmuş proqnoza(45 ABŞ dolları) nisbətən 10 dollar artırılaraq 55 dollara çatdırılması nəzərdə tutulur.

    Muxalifet2 - 12-06-2018

Pages