Axtarış

The search found 105805 results in 0.066 seconds.

Search results

  1. ​Poroşenko Əliyevlə Türkiyədə niyə görüşdü? – Mühüm səbəb

    Əskişəhərdə üçlü ittifaqın konturları cızıldı.
    Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Əskişəhərdə ukraynalı həmkarı Poroşenko ilə görüşüb:

    Muxalifet3 - 12-06-2018

  2. ​İnstaqram çökdü

    İnstaqram sosial şəbəkəsinə girişdə müəyyən problemlər yaşanıb. Muxalifet.az xəbər verir ki, Azərbaycan da daxil olmaqla, Avropa, Asiya və Cənubi Amerikanın bir sıra ölkələrində sözügedən sosial şəbəkə hesablarına daxil olmaq mümkünsüz hala gəlib. Problemin nədən qaynaqlandığı bəlli deyil.

    Muxalifet3 - 12-06-2018

  3. ​Təhsil müəssisələrinin lisenziya qiyməti - Siyahı

    Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir.
    Muxalifet.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, lisenziya üçün müraciət edən şəxs lazımı sənədləri təqdim edəndən sonra aid olduğu sahə üzrə müvafiq qurum – nazirlik rəy verir:

    Muxalifet3 - 12-06-2018

  4. ​AMEA-nın bu loqosunda qədim türkcədə, görün, nə yazılıb – Foto

    AMEA-nın Mərkəzi Elmi Kitabxanasının loqosunda qədim türk (run) əlifbasında yazı diqqət çəkib. Muxalifet.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın tarixi 1924-cü ilə gedib çıxsa da, 2003-cü ildə Heydər Əliyevin sərəncamı ilə AMEA Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə əsasən Mərkəzi Elmi Kitabxana (MEK) elmi müəssisə statusu alıb. Məhz bundan sonra loqo və atributları yaranıb, yeni və müasir bina ilə təmin edilib. Maraqlıdır ki, AMEA MEK-in loqosunda əski türk hərfləri yalnız diqqətlə baxanda göründüyü üçün o qədər də fərqinə varılmır.

    Muxalifet3 - 12-06-2018

  5. ​Ramazan ayının son günləri — İftar və imsak vaxtı

    Bu gün Azərbaycanda Ramazan ayının 27-ci günüdür.
    Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 13-də imsak saat 03:18-də, iftar isə 20:28-dədir.
    28-ci günün duası:
    “Allahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi biihzaril-məsail və qərrib (fihi) vəsiləti iləykə min bəynil-vəsail ya mən la yəşğəluhu ilhahul-mulihhin”.

    Muxalifet3 - 12-06-2018

  6. Hollandiyadan MÜSƏLMAN PEYĞƏMBƏRİNƏ TƏXRİBAT

    Geert Vildersin liderlik etdiyi Hollandiyanın “Azadlıq” Partiyası böyük bir təxribata hazırlaşır. Hər fürsətdə Müsəlman əleyhinə aksiyalar təşkil edən “Azadlıq” Partiyası, bu dəfə də Hollandiya Parlamentində Müsəlman Peyğəmbəri Həzrəti Məhəmmədi təsvir edən karikaturalar müsabiqəsi keçirəcək.
     
    Xatırladaq ki, daha əvvəl də Həzrəti Məhəmmədin karikaturalarının çəkilməsi böyük gərginliyə səbəb olmuşdu. 2015-ci ildə Fransanın “Çarli Hebdo” jurnalında nümayiş olunan karikaturalardan sonra terror hücumu həyata keçirilmiş və jurnalın 12 əməkdaşı həlak olmuşdu.

    Muxalifet3 - 13-06-2018

  7. Terror yuvası QƏNDİL “TERMİNATOR”-la VURULDU

    Türk Hava Qüvvələrinin Qəndil və ətrafını bazar günü 20 təyyarə ilə 14 kritik hədəfi vurmasından sonra, dünən də Qəndil, Hakurk və Avaşin-Basyan döyüş təyyarələrinin hədəfi olub.
     
    "Hava-yer” güdümlü olan və "Terminatör kimi tanınan F-4 2020 təyyarələrinin çoxluq təşkil etdiyi və F-16-ların da iştirak etdiyi hava hərəkatlarında, terror təşkilatı PKK-nın sığınacaq, silah mövqeyi və sursat anbarı kimi istifadə etdiyi 12 hədəf, lazer güdümlü həssas bombalarla vurularaq məhv edilib.
     
    İRANA DOĞRU QAÇIŞ
     

    Muxalifet3 - 13-06-2018

  8. Qəndilə 90 GÜNƏ BAYRAQ TAXILACAQ

    Türk əsgərinin 90 gün ərzində Qəndilə bayraq taxacağını bildirən təqaüddə olan general-polkovnik Pekin, həm Türkiyə, həm də bölgə xalqının tam təhlükəsizliyi üçün sərhədin xəritəsinin mütləq dəyişməsinin lazım olduğunu bildirib.
     
    1990-cı illərdə 5-ci Sərhəd Alay Komandanlığı vəzifəsində olduğunu xatırladan İsmayıl Haqqı Pekin, Şimali İraqda tətbiq olunan üsulun bu dəfə fərqli olduğunu dilə gətirərək bunları söyləyib:
     
    XÜSUSİ BİR ÜSUL.
     

    Muxalifet3 - 13-06-2018

  9. Poroşenko ƏRDOĞANDAN YARDIM İSTƏDİ

    Ukrayna prezidenti Pyotr Poroşenkonun, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Ukraynalı girovların azad edilməsi məsələsində yardımçı olmaq çağırışı etdiyi bildirilib.
     
    Ukrayna Prezident Ofisinin açıqlamasında Poroşenkonun Türkiyə səfəri zamanı görüşdüyü Ərdoğan ilə iki ölkə arasındakı əməkdaşlığı və beynəlxalq gündəmi dəyərləndirdiyi bildirilib.
     
    ƏRDOĞANDAN KÖMƏK İSTƏDİ
     

    Muxalifet3 - 13-06-2018

  10. İsraildən yeni həmlə: TÜRKİYƏDƏKİ SEÇKİLƏRİ GÖZLƏYƏCƏYİK..

    İsrail parlamenti Knessetdə bu gün səsverməyə çıxarılması planlaşdırılan, "Qondarma Erməni soyqırımının tanınması" layihəsinin müvəqqəti olaraq rəfə qaldırıldığı açıqlanıb. İsrail mətbuatında yer alan xəbərlərdə, Knessetdə layihə bağlı səsvermənin Türkiyədəki 24 iyun seçkilərindən sonra keçiriləcəyi qeyd olunub.
     

    Muxalifet3 - 13-06-2018

  11. Tramp və Netanyahunun ÇİRKLİ PLANI İFŞA OLUNDU

    Amerikanın “The New York” jurnalında dərc olunan yazıda sensasiyalı ifadələrə yer verilib. Jurnalda yazılana görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu, Yaxın Şərq üçün hazırladıqları planda Körfəz ölkələrinə böyük əhəmiyyət verilir.

    Muxalifet3 - 13-06-2018

  12. "İran öz qüvvələrini Suriya və Yəməndən çıxarmağa başlayıb" - TRAMP

    Amerika lideri Donald Tramp bildirib ki, İran Vaşinqtonun "nüvə sazişi"ndən çıxmasından sonra öz qüvvələrini Suriya və Yəməndən çıxarmaq kampaniyasına başlayıb.
     
    Bu barədə "Fox News" telekanalı məlumat yayıb
    "Düşünürəm ki, İran dəyişib. İranın indi Aralıq dənizi, Suriya və Yəmən tərəfə əvvəlki kimi baxdığını düşünmürəm. Onlar öz adamlarını Suriyadan, Yəməndən çıxarmağa başlayırlar. Bu artıq başqa məsələdir", - deyə ABŞ prezidenti bildirib.
    Tramp həmçinin əlavə edib ki, "İran artıq üç-dörd ay əvvəlki cəsarətli ölkə deyil".

    Muxalifet3 - 13-06-2018

  13. Türkiyədən QARABAĞ MESAJI: ƏGƏR MÜHARİBƏ BAŞLASA…

    Konfliktin həllində qardaş ölkənin rolu artır; politoloq: “Ermənistan rəhbərliyi ciddi seçim qarşısındadır...”
     
    Azərbaycan ordusunun Naxçıvan istiqamətində lokal uğurlu əməliyyatı Ermənistanın yeni hakimiyyəti üçün “soyuq duş” effekti verib. Erməni tərəfinin reaksiyasından belə qənaət hasil olur ki, rəsmi İrəvan hadisənin önəmini kiçiltməyə çalışaraq, öz xalqını sakitləşdirməyə cəhd etsə də, erməni toplumu qəfil “Naxçıvan sindromu”ndan artıq lazımi nəticəni çıxarıb və zəruri siqnalı alıb.

    Muxalifet3 - 13-06-2018

  14. Tramp onu söyən AKTYORA CAVAB VERDİ

    ABŞ prezidenti Donald Tramp keçən gün canlı yayında onu söyən Robert De Niroya ağır ifadələrlə cavab verib.
     
    Tramp Sinqapurdan ABŞ-a qayıdarkən tvitter hesabında bunları yazıb: “Aşağı İQ-sü olan Robert De Niro flimlərdə gerçək boksçulardan başına çox yumruq yeyib. Dünən izləyib, onun sərsəm olduğuna inandım. Hesab edirəm, iqtisadiyyatımızdan xəbəri yoxdur və bir çox şirkətlərin yenidən ölkəyə qayıtdığının fərqində deyil. Oyan, sərsəm!”

    Muxalifet3 - 13-06-2018

  15. Eldar Mahmudovun həbs edilməməsinin MÜBHƏMLƏRİ

    Deputat: “Milləti belə amansız sümürən heç bir mütəşəkkil cəza dəstəsi olmayıb”

    Muxalifet2 - 13-06-2018

  16. Minsk razılaşmasından imtina etməliyik – AVAKOV

    Ukrayna Minsk razılaşmasından imtina etməlidir.

    Muxalifət.az xəbər verir ki, bu sözlər Ukrayna Daxili İşlər naziri Arsen Avakovun “Ukrainskiy Pravda” qəzetindəki məqaləsində yer alıb.

    “Minsk razılaşması Ukraynanın hüquqi məkanından kənarda qalır. Ona görə də Rada bu razılaşmanı ratifikasiya edə bilməz. DİN artıq Donbasın işğal azad edilməsiylə bağlı “Kiçik addımlar mexanizmi” strategiyası hazırlayıb”, - o bildirib.

    Muxalifet2 - 13-06-2018

  17. Tansu Çillərdən Akşənərə SƏRT CAVAB

    İyi Partiyanın sədri Akşənərin sosial mediaya əsaslandırdığı, "Tansu Çillər demişdi ki, Maral Akşənər 28 fevralda dövlət sənədlərini ABŞ-a satdı" iddiasına Çillərdən sərt açıqlama verilib. Çillər, "Adım üzərindən siyasi xal qazanmağa çalışma" deyib.
     
    Sosial mediada Çillərin onunla bağlı bir sıra iddialarda olduğunu deyən Akşənər, Çilləri bunu açıqlamağa dəvət edib. Akşənərin bu ifadələrindən sonra keçmiş baş nazir Tansu Çillər, sosial mediada adının istifadə edilərək edilən açıqlamaların ona aid olmadığını bildirib.
     

    Muxalifet3 - 13-06-2018

  18. Armen Sarkisyan Azərbaycana gəldi

    Ermənistan prezidenti Armen Sarkisyan bu gün Azərbaycanın işğal edilmiş bölgəsində səfər edib.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “Armenpress” Ermənistan prezident administrasiyasına istinadən bildirib.

    Səfərin Dağlıq Qarabağ separatçıların başçısı Dako Saakyanın dəvəti ilə reallaşdığı bildirilir.

    Muxalifet2 - 13-06-2018

  19. Bu gecə atəşkəs 93 dəfə pozulub - MÜDAFİƏ NAZİRLİYİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.

    Muxalifet2 - 13-06-2018

  20. Məmurların PULLU BİZNESİ - uşaqlardan yığılan milyonlar

    Qalmaqallı "Kid Studio" Uşaq Mərkəzi lisenziyasız fəaliyyət göstərirmiş; məmurların son illər böyük maraq göstərdiyi, milyonlar qazanılan sahələrdən biri də uşaq əyləncə mərkəzləri və bağçalardır

    Cəmi bir neçə ay əvvəl fəaliyyətə başlamış "Kid Studio" Uşaq Mərkəzinin ömrü uzun olmadı. Tərbiyəçinin azyaşlı uşağa qarşı amansız davranışları bağçanın fəaliyyətinə son qoydu.

    Muxalifet2 - 13-06-2018

Pages