Axtarış
The search found 105805 results in 0.068 seconds.
Search results
Orta məktəblərdə II yarımil üzrə QİYMƏTLƏNDİRMƏ BAŞA ÇATDI
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin II yarımili üzrə böyük summativ qiymətləndirmə yekunlaşıb.
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, böyük summativ qiymətləndirmə müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaq məqsədlərinə xidmət edir.
Qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.
Muxalifet2 - 13-06-2018
Böyük xaos! MİNLƏRLƏ PEŞMƏRGƏ KÜÇƏLƏRƏ TÖKÜLDÜ
İraq seçkilərində verdikləri səslərin ləğv edilməsindən sonra Peşmərgə qüvvələri etiraz üçün küçəyə tökülüb. Süleymaniyyədə İraq Kürd Regional Rəhbərliyinə (IKBY) bağlı minlərlə Peşmərgə, "Bu xəyanəti unutmayacağıq" yazılı plakatlarla böyük bir yürüş keçirib.
İraqda 12 mayda keçirilən parlament seçkilərindən sonra heç cür təzyiq səngimir. Bağdaddakı mərkəzi parlamentin Peşmərgə səslərinin ləğv edilməsi istiqamətindəki qərarından sonra, Süleymaniyyədə minlərlə Peşmərgə küçəyə tökülüb.Muxalifet3 - 13-06-2018
Almaniyada miqrantlara qarşı XÜSUSİ ƏMƏLİYYAT...
Almaniyada ölkəyə qanunsuz miqrant keçirənlərə qarşı xüsusi əməliyyat davam edir. Əməliyyata yüzlərlə alman polisi cəlb olunub.
Bu barədə “dpa”ya Almaniya federal polisinin nümayəndəsi məlumat verib.
Məlumata görə, xüsusi əməliyyat mütəşəkkil cinayətkar şəbəkə üzrə iş çərçivəsində aparılır. Söhbət xüsusən də, Hindistan və Pakistandan gələn qanunsuz miqrantlara yaşayış icazəsi verən və onların Almaniyaya keçidini təmin edən şəbəkə ilə mübarizədən gedir.
Muxalifet2 - 13-06-2018
Putin Əliyevin Rusiyaya növbəti səfərinin vaxtını AÇIQLADI
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya növbəti dəfə avqustun 30-da səfər edəcək.
Muxalifət.az xəbər verir ki, bunu Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bizim ikitərəfli münasibətlərimizə gəlincə isə biz onları əsaslı və dərin şəkildə müzakirə edəcəyik. Bununla avqustun 30-da sizin Rusiyaya səfəriniz zamanı məşğul olacağıq” – deyə o bildirib.
Muxalifet2 - 13-06-2018
Tramp açıqladı: ARTIQ RAHAT YATA BİLƏRSİNİZ
ABŞ prezidenti Donald Tramp, Şimali Koreyanın artıq nüvə təhdidi yaratmadığını deyib.
ABŞ prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Jong Un-la görüşdən qayıtdıqdan sonra Twitter-də mesaj yazıb. Artıq ölkəsindəki hər kəsin daha etibarda olduğunu qeyd edən Tramp, bu ifadələri işlədib:Muxalifet3 - 13-06-2018
Deputat Əli Məsimli:“Hansı obyekti soruşursan, məmurun adı hallanır”
“Azərbaycanda sahibkarlıq deyəndə daha çox məmur sahibkarlığı göz önünə gəlir”.
Bu sözləri “Yeni Müsavat” qəzetinə açıqlamasında deputat Əli Məsimli ölkədə kiçik və orta sahibkarlığın problemlərini şərh edərkən deyib.
Deputatın vurğulamasına görə, hansı obyekti soruşursan, hansısa məmurun və ya onlara yaxın adamların adı hallanır: “Bəzi istisnaları çıxmaq şərtilə, həmin məmurların çoxu onlara tapşırılan dövlət qurumunu necə idarə edirsə, öz biznesini də birbaşa və ya kimlərinsə vasitəsilə elə o səviyyədə də idarə edir”.
Muxalifet2 - 13-06-2018
2026 Futbol üzrə DÜNYA ÇEMPİONATININ EV SAHİBİ BƏLLİ OLDU
2026 FİFA Dünya Kubokunun ev sahibi müəyyənləşdi. ABŞ, Kanada və Meksika birlikdə 2026 Dünya Kubokuna ev sahibliyi edəcəklər.
Müxalifət.azMuxalifet3 - 13-06-2018
Evləndikləri gün öldülər - BAKIDA DƏHŞƏTLİ HADİSƏ
Dünən səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində - Müşfiqabad qəsəbəsində 50 DF 025 nömrəli KamAZ-la toqquşan Vaz-2106 markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobili Şəmkirdən gəlirmiş. Belə ki, Xaçmaz rayon sakini, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlu minik avtomobili ilə Şəmkirdən qayıdarkən sübh saatlarında qəzaya düşüb.
Muxalifet2 - 13-06-2018
İsrailli nazirdən İŞĞAL XƏBƏRDARLIĞI
İsrailin təhsil naziri Nafta Bennett, tezliklə Qərbi Şerianın hamısının İsrailə aid olacağını söyləyib.
Fələstinin işğal altındakı Qərbi Şeria bölgəsinə gözünü dikən İsrailin təhsil naziri və Habayit Hayehudi (Yəhudi Evi) partiyasının lideri Nafta Bennett, tezliklə bütün Qərbi Şerianın İsrail tərəfindən işğal ediləcəyini deyib.Muxalifet3 - 13-06-2018
Bakıda tikinti şirkətinin rəhbərinə 100 min atdılar – CİNAYƏT
Bakıda hündürmərtəbəli bina tikən şirkətin rəhbərinə qarşı dələduzluqda təqsirli bilinən Aqşin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevim sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Aqşin Mirzəyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Aqşin Mirzəyev “Luxe” MMC-də rəhbər şəxslərdən biri olan Asif Bədəlova qarşı dələduzluq edib.
Muxalifet2 - 13-06-2018
Yol polisindən "son zəng" XƏBƏRDARLIĞI
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi növbəti təhsil ilinin başa çatması ilə əlaqədar vətəndaşlara müraciət edib.
Muxalifet2 - 13-06-2018
Ekspert Azərbaycanın avtomobil parkı ilə bağlı rəqəmlər açıqladı –"Rus" mənşəli maşınların sayı kəskin azalıb
İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanın avtomobil parkı ilə bağlı maraqlı rəqəmlər açıqlayıb. Strateq.az-ın verdiyi xəbərə görə, son 10 ildə (2007-2017-ci illər) Azərbaycanda minik avtomobillərinin sayı 2 dəfəyə yaxın artaraq, 1.147 milyon ədədə çatıb.
Muxalifet2 - 13-06-2018
Paşinyan Sərkisyanın ən böyük düşmənini AZAD ETDİ
Ermənistanın Təsisçi Parlament hərəkatının həbsdəki lideri Jirayr Sefilyan azadlığa buraxılıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İrəvan Apelyasiya Məhkəməsi qərar qəbul edib. Məhkəmə həmçinin Sefilyanın tərəfdarları olan Gevork Səfəryan, Nerses Poqosyan, Sasunik Kirakosyan, Qrayr Topçuyan və Qalust Qriqoryana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı tələbi qəbul etdiyini açıqlayıb.
Muxalifet2 - 13-06-2018
Ruhani İranın SURİYADAN ÇIXMA SİQNALINI VERDİ
İran prezidenti Həsən Ruhani, Suriyada terrorun köklərinin bir an əvvəl kəsilməsinə ümid etdiyini və beləliklə, bu ölkədə xarici qüvvələrə ehtiyac qalmayacağını deyib.
Dünən Fransa prezidenti Emmanuel Makron ilə bir telefon danışığı aparan Ruhani, Suriyada xarici qüvvələrə artıq ehtiyacın qalmayacağını qeyd etməsi ilə İranlı qüvvələrin də ölkədən çıxacağı ilə bağlı işarə vermiş oldu.
Ruhaninin bu açıqlaması siqnal kimi qiymətləndirilsə də, İran cəbhəsindən gələn açıqlamalar Tehranın Suriyadakı varlığının davam edəcəyinə dair eyhamlar yer alırdı.Muxalifet3 - 13-06-2018
Prezident Azərbaycan xalqını TƏBRİK ETDİ
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Muxalifət.az-ın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər!
Muxalifet2 - 13-06-2018
6 uşaqlı ailə 5 övladından İMTİNA ETDİ VƏ... - Bakıda
Bakıda ailə 6 uşağından 5-nə baxa bilmədiyinə görə sığınacağa yerləşdirmək üçün müraciət edib.
Muxalifət.az-ın xəbrinə görə, Uşaqların yerləşdirildiyi "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyindən publika.az-a bildirdilər ki, ötən gün günorta saatlarında bir qadın uşaqlarını sığınacağa yerləşdirmək üçün müraciət edib:
Muxalifet2 - 13-06-2018
KÖRFƏZ İXTİLAFLARINDA BİR SİLAH NÖVÜNÜN DOĞURDUĞU TOZANAQ:Putin "S-400"lə ərəb padşahlarını bir-birilə necə dalaşdırır... - ARAŞDIRMA
Hərbi ekspertlər Rusiyanın hazırladığı S-400 SAM-ını “dünyanın ən qabiliyyətli və öldürücü uzunməsafəli hava müdafiə raket sistemi” adlandırırlar. “Growler” ləqəbi almış bu portativ silah sistemi ballistik raketlərdən və görünməz döyüş təyyarələrindən tutmuş pilotsuz uçuş aparatlarına qədər istənilən hava vasitəsini 400 km-ə qədər məsafədə hədəfə ala bilər. Məşhur “American Patriot” sistemi onun əlinin tozu da deyil.
Buna görə də, rusların hətta Türkiyədə alıcı tapması təəccüblü sayılmamalıdır. Türklər 2,5 milyard dollarlıq bir razılaşmaya imza atıblar.
Muxalifet2 - 13-06-2018
Bakıda güclü YANĞIN - VİDEO
Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.
Yanğın məhdudlaşdırılıb. Ətraf ərazilərə təhlükə yoxdur.
Əlavə məlumat veriləcək/publika/
Muxalifet2 - 13-06-2018
4 gün ASAN-da iş olmayacaq
15-18 iyun tarixlərində Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, iyunun 19-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Muxalifet2 - 13-06-2018
Almaniyadan Türkiyə lehinə həmlə: ÇEVRİLİŞ KOMANDANI...
Almaniya Adil Öksüzlə bağlı axtarış elan edib.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Almaniyanın Öksüzü tapdıqdan sonra atacağı addım onu anlaşmalar və hüquq çərçivəsində bizə təslim etməsidir”, - Çavuşoğlu bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Adil Öksüzün Berlin şəhərində yaşadığı binanın görüntüləri yayılmışdı.
Muxalifet2 - 13-06-2018