Axtarış
The search found 105795 results in 0.138 seconds.
Search results
Ərdoğandan ABŞ-a SƏRT CAVAB: "Alacağıq, istifadə edəcəyik"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiyadan alacağı S-400 havadan müdafiə sistemi haqqında “alın, amma istifadə etməyin” deyən ABŞ-a sərt cavab verib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Ərdoğan “Oyun oynamağa halmız yoxdur, ABŞ-ın əlinəmi baxacağıq? Alacağıq və istifadə edəcəyik” sözlərini deyib.
Muxalifet2 - 12-06-2018
Ermənistanda inqilab sonrası eyforiya bitir: ƏKS-İNQİLAB QAPIDA
İşğalçı ölkədə Paşinyan hökumətindən məyusluq artır, küçə etirazları səngimir; Moskva fürsət gözləyir; erməni nəşrindən SOS: “Ukrayna inqilabından dərs götürməliyik, Qərb bizə lazımı dəstəyi verməyəcək...”
Muxalifet2 - 12-06-2018
ABŞ FTX şirkətlərinə sanksiya TƏTBİQ ETDİ
ABŞ Maliyyə Nazirliyi Rusiyanın 5 şirkətinə qarşı sanksiya tətbiq edib.
Muxalifət.az xəbər verir ki, sanksiyaya məruz qalan şirkətlər “Digital Sekuriti”, “Dayvtexnoservis” və Kvant Elmi Tədqiqat İnstitutu federal dövlət müəssisəsi olub. Vaşinqton hər üç şirkətin Federal Təhlükəsizlik Xidmətinə bağlı olduğunu bildirib.
Digər iki şirkət isə “Embedi” və “Erpscan”dır. Rusiyanın xaricində yerləşən hər iki şirkətin “Digital Sekuriti” şirkətinə bağlı olduğu bildirilib.
Muxalifet2 - 12-06-2018
MÜDAFİƏ NAZİRLİYİ:""Polonez"lər ordumuzun silahlanmasına daxil edildi" - VİDEO
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər ordumuzun silahlanmasına daxil edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, ötən gün Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş texnikası parkında hərbi texnikaya baxış keçirib.
Muxalifet2 - 12-06-2018
Dolların rəsmi məzənnəsi sabit qaldı, avro isə endi – Mərkəzi Bank + CƏDVƏL
Azərbaycan Mərkəzi Bankı bu günə olan xarici valyuta və qiymətli metalların məzənnələrini açıqlayıb.
Muxalifət.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi kursu ötən günlə müqayisədə dəyişməyib. Belə ki, dollar bu gün 1.7000 manata dəyişdiriləcək.
Bu gün avronun rəsmi məzənnəsi isə düşüb. Belə ki, avro 2.0006 manata dəyşdiriləcək.
Qızıl da bu gün ucuzlaşıb.
Muxalifet2 - 12-06-2018
“Şəxsiyyəti müəmmalı, psixikası pozuq...” – MİLLƏT VƏKİLİNDƏN ETİRAZ
Müəllimin yetişmə mexanizmində problemlər, tərbiyəçinin dünyagörüşündə isə natamamlıq var.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
O, orta məktəb və bağçalarda baş verən neqativ hallardan danışıb:
Muxalifet2 - 12-06-2018
Tramp hədələdi: HESABINI ÖDƏTDİRƏCƏM
Özünəməxsus çıxışları ilə G7 Sammitinin mahiyyətini dəyişdirən ABŞ prezidenti Donald Tramp, Qərbli ortaqlarını Twitter üzərindən bombardmana tutun. Tramp ölkəsini həm NATO, həm də iqtisadi sahədə aldadan dostlarına hesab ödədəcəyini deyib.
Dünyanın ən böyük yeddi sənaye ölkəsini bir araya gətirən G7 Sammitinin xəyal qırıqlığı ilə nəticələnməsinin üstündən iki gün keçməsinə baxmayaraq sammitin yaratdığı əks-sədalar dünya mətbuatında yer almağa davam edir.Muxalifet3 - 12-06-2018
MMC direktoru cərimələndi - QANUN POZUNTUSU
Nərimanov rayonunda fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması aşkarlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Muxalifət.az-a verilən məlumata görə, fakt araşdırılıb və havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib. Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.
Muxalifet2 - 12-06-2018
Sərnişinlərin rahatlığı üçün BUNU DA ETDİLƏR
Avropa aeroportlarında tezliklə yuxu üçün “Airpods” kapsulları istifadəyə veriləcək.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, xüsusi kapsullar Sloveniya dizaynerləri tərəfindən hazırlanıb. Plana əsasən, “Airpods” modulları xarici görünüşünə görə gələcək avtomobilləri xatırladacaq. Konstruksiya daxilində formasını dəyişən rahat kreslo quraşdırılıb, eləcə də burada səyahətçilər telefonu enerji ilə doldura, “Wi-Fi” şəbəkəsinə qoşula, zəngli saat qura və filmlər seyr edə biləcəklər.
Muxalifet2 - 12-06-2018
Türkiyəyə yeni təhlükə - 2.5 MİLYON İNSAN...
Suriyanın şimal-qərbində Türkiyə sərhədində yerləşən müxaliflərin nəzarətindəki İdlib bölgəsində rejimin ələ keçirdiyi ərazilərdən qaçan döyüşçülərin ailələrini də götürüb, bura köçməsi ilə əhalinin sayı kəskin şəkildə artıb.
Muxalifət.az xəbər verir ki, İdlib vilayətinə Rusiya və rejim qüvvələrinin aviazərbələrinin artması Türkiyəni yeni bir köç təhlükəsi ilə qarşı-qarşıya qoyub.
Muxalifet2 - 12-06-2018
TSQ Qəndil ətrafında PKK-nın daha 2 HƏRBİ DÜŞƏRGƏSİNİ ƏLƏ KEÇİRDİ
Şimali İraqın sərhəd xəttində və Qəndil ətrafında 11 baza yaradan TSQ, terror təşkilatı PKK-nın kökünü kəsmək üçün düyməyə basıb. Türkiyə prezidenti Ərdoğan dünən Qəndilə hərəkatın rəsmən başladığını bəyan edib. Ərdoğan, 20 təyyarə ilə 14 hədəfin məhv edildiyini açıqlayıb. Digər tərəfdən, Türk əsgəri Qəndili əhatə edən PKK-ya aid Hakurk və Armuş düşərgələri ilə Bradost bölgəsinin nəzarətini də tamamilə təmin edib. Bu düşərgələrin ələ keçirilməsi terror təşkilatı PKK-nın Türkiyəyə qarşı hücumlarda istifadə etdiyi ən önəmli keçid xətti qapadılıb.
Muxalifet3 - 12-06-2018
Bu ərazilərdə içməli SU OLMAYACAQ
Bu gün paytaxtın bir sıra ərazilərində içməli suyun verilməsində fasilələr yaranacaq.
Muxalifət.az xəbər verir ki, Bakı şəhəri Mir Cəlal və H.Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində Nəsimi rayonu 1,2,3,4,5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Muxalifet2 - 12-06-2018
Bu gün TANAP layihəsinin açılış mərasimi keçiriləcək – Azərbaycan qazını Qərbə daşıyacaq nəhəng layihə işə düşür
İyunun 12-də Azərbaycan təbii qazının Türkiyəyə, oradan da Avropaya nəql olunacağı Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. Muxalifət.az xəbər verir ki, bu münasibətlə Türkiyənin Əskişəhər bölgəsində təntənəli mərasim təşkil ediləcək.
Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan qlobal layihələrdən – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP-ın da istifadəyə verilməsi bölgənin taleyini dəyişdirəcək əhəmiyyətli hadisə adlandırılır.
Muxalifet2 - 12-06-2018
Azərbaycanlı milyarder dünya çempionatına görə öz cibindən xərclədi - AMMA 2 MİLYARDLIQ KONTRAKT BAĞLADI
İki gündən sonra Rusiyada futbol üzrə dünya çempionatı başlayacaq. Bu ölkənin 11 şəhərində keçiriləcək çempionatı futbol tarixinin ən bahalısı hesab edirlər. Ekspertlərin fikrincə buna səbəb yeni stadionların tikintisi və digər infrastruktur layihələridir.
Musavat.com-un məlumatına görə, “Forbes” jurnalı stadionların tikintisi ilə bağlı maraqlı bir araşdırma aparıb. Məlum olub ki, əksər stadionların tikintisi və rekonstruksiyası rusiyalı oliqarxlara tapşırılıbmış. Onların arasında azərbaycanlı milyarder Araz Ağalarov da var.
Muxalifet2 - 12-06-2018
General dövlətin miqrasiya siyasətini necə iflasa uğradıb? - Firudin Nəbiyev haqda ŞOK İTTİHAMLAR
Bu məqalə, bəşəriyyət tarixində mürəkkəb tendensiyaları ilə böyük rol oynayan miqrasiya prosesinin birbaşa müstəqil Azərbaycan Respublikası mühitində və həyat müstəvisində buraxdığı izlərə, yaratdığı problemlərə ölkə mətbuatının həsr etdiyi analitik və müxbir yazıları əsasında qələmə alınıb. Yazılar saf-çürük edilərkən, real nəticə belə olub ki, həcmini və coğrafiyasını günü-gündən genişləndirən miqrasiya, ölkəmizdə də, özünün yeni tiplərini formalaşdırıb və getdikcə daha qabarıq nümayiş olunan problemlərdən birinə çevrilib.
Muxalifet2 - 12-06-2018
Muxtar Babayev yeni aparat rəhbəri TƏYİN ETDİ
Ekologiya və Təbii Sərvətlər nazirliyinə yeni aparat rəhbəri təyin olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin əmri ilə Kərimov Vüqar Nəzir oğlu qurumun aparat rəhbəri təyin olunub.
Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təsdiqləyiblər.
Muxalifet2 - 12-06-2018
Sərhəddə yabanı bitmiş çətənə kolları aşkarlandı - FOTO
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada çətənə kollarının yabanı halda bitdiyi sahə aşkar olunub.
Muxalifet2 - 12-06-2018
Tramp Kim Çenə gülləkeçirməz avtomobilini göstərdi – VİDEO
Amerika prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kimi Çeni Ina Sinqapurda görüşdən sonra öz avtomobilini göstərib.
Muxalifət.az xarici mediaya istinadən xəbər verir ki, Tramp həmkarına avtomobilin üstünlükləri barədə məlumat verib.
Avtomobil ballistik və ya kimyəvi hücumundan qorunmağa qadirdir. Qara rəngli “Cadillac” “General Motors” korporasiyası tərəfindən hazırlanıb və “Heyvan” (The Beast) ləqəbi aldı. Avtomobildə silah arsenalı və prezidentin yaralanması hadisəsi nəzərə alınaraq qan ehtiyatı var.
Muxalifet2 - 12-06-2018
Tramp və Kim-in imzaladığı SƏNƏDİN MAHİYYƏTİ BƏLLİ OLDU
ABŞ və Şimali Koreya yeni əlaqələr və sülh üçün hazırdır. Bu barədə iki ölkənin sonda imzalandığı birgə sənəddə deyilir.
"Prezident Tramp və Kim Jong ABŞ-la KXDR arasında yeni əlaqələrin qurulması və Koreya Yarımadasında davamlı və sərt sülhün bərqərar olması yönündə fikir mübadiləsi aparıblar” deyə sənəddə bildirilib.Muxalifet3 - 12-06-2018
Ramazan bayramında Qəbələdə konsert - GİRİŞ PULSUZDUR
Ramazan bayramını Qəbələdə keçirmək istəyənlərə xoş xəbər var.
İyunun 15-17-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində Milli Konservatoriyanın müəllim və tələbə heyətinin möhtəşəm bayram konserti keçiriləcək.
Proqramda xalq artistləri Mənsum İbrahimov, Azər Zeynalov, əməkdar artistlər Təyyar Bayramov, Ehtiram Hüseynov, Anar Şuşalı, xanəndə Güllü Muradova və başqaları, həmçinin Milli Konservatoriyanın xoru çıxış edəcək.
Konsertə giriş pulsuzdur.
Muxalifet2 - 12-06-2018