Axtarış

The search found 105793 results in 0.112 seconds.

Search results

  1. İranlı tələbənin Sumqayıtda meyiti tapıldı - FOTO

    İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunu öldürməkdə təqsirli bilinən Rəşidə Seydiyeva, Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Növbəti proses iyunun 22-də davam edəcək.

    Muxalifet2 - 11-06-2018

  2. Bayram namazının vaxtı bilindi: nə qədər fitrə verilməlidir?

    Bayram namazı iyunun 15-i, saat 09:00-da qılınacaq.

    Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli söyləyib. O, Ramazan ayının son günü fitrə çıxarmaq lazım olduğunu deyib:

    “Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

    Muxalifet2 - 11-06-2018

  3. Azərbaycan Ordusu iki CƏBHƏDƏN İRƏLİLƏYİR - Sarqis Artsruni AÇIQLADI

    Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində 11 min hektar ərazini düşmən işğalından azad etməsindən sonra Ermənistanda müharibə qorxusu artıb. Buna paralel olaraq, Qarabağ cəbhəsində atəşkəsi pozaraq, Azərbaycan mövqelərini güllə yağışına tutan erməni hərbi birləşmələrinə də ağır cavab verilib. Ordumuzun cavab atəşi nəticəsində iyunun 8-də erməni hərbi birləşmələrinin əsgəri Gevork Xaçaturyan, iyunun 10-da isə gizir Vaan Eloyan ölümcül yaralanıb.

    Muxalifet2 - 11-06-2018

  4. İsraildən yeni alınan ən müasir “LORA” operativ-taktiki raketləri Azərbaycanın hərbi bazasında... - VİDEO

    Xəbər verildiyi kimi bu gün prezident İlham Əliyev raket qoşunlarının yeni hərbi bazasının açılışını edib. Həmin bazada Belarusdan alınan “Polonez” raket kompleksləri ilə yanaşı “LORA” operativ-taktiki raket kompleksləriə də dislokasiya olunub. Bu haqda “Azərtac”ın məlumatında deyilir. Hərbi bazadan çəkilmiş fotolara əsasən "lORA" raketlərinin 4 konteynerdən ibarət buraxılış-daşıyıcı paketi Belarus istehsalı olan "Volat" avtomobilinin şassisi üzərində yerləşdirilib.

    Muxalifet2 - 11-06-2018

  5. Muharrem İncə Ərdoğanı böhtanda ittiham etdi, məhkəməyə verdi –100 MİNLİK TƏLƏB

    CHP-nin prezidentliyə namizədi Muharrem İncə prezident Ərdoğanı məhkəməyə verib.

    Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, CHP-nin namizədi “Böhtan və təhqir”lə bağlı məhkəməyə üz tutaraq, Ərdoğandan 100 min lirə təzminat tələb edir.

    Qeyd edək ki, Ərdoğan İncəni terrora dəstəkdə ittiham edib.

    Muxalifet2 - 11-06-2018

  6. POMPEO: “ABŞ-ın tək hədəfi budur”

    ABŞ denuklearizasiyaya əvəz olaraq Koreya Xalq Demokratik Respublikasına təhlükəsizliyin unikal zəmanətlərini verməyə hazırdır.

    Muxalifət.az xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, bu zəmanətlər Amerikanın daha əvvəl təklif etməyə hazır olduğu zəmanətlərdən fərqlidir.

    “Şimali Koreya ilə diplomatik dialoqdan əldə etmək istədiyimiz son məqsəd dəyişməyib. Koreya yarımadasının tam və dönməz denuklearizasiyası ABŞ-ın qəbul edəcəyi tək nəticədir”, - Pompeo vurğulayıb.

    Muxalifet2 - 11-06-2018

  7. Türkiyə hərbi əməliyyata başladı - TƏCİLİ

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəndil və Sincar hərbi əməliyyatının başladığını elan etdi.

     Muxalifət.az xəbər verir ki, Ərdoğan Türkiyə ordusunun 20 təyyarə ilə terror təşkilatına aid 14 bazanın məhv edildiyini bildirib.

    Qeyd edək ki, bu gün Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ da ordunun Qəndil istiqamətində müdafiədən hücum əməliyyatına keçdiyini elan etmişdi.

    Muxalifet2 - 11-06-2018

  8. Sürücülərin reysqabağı müayinəsi ilə bağlı YENİLİKLƏR OLACAQ

    “Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanması və sürücülərin reysqabağı müayinəsi ilə əlaqədar çatışmazlıqlar var”.

    Muxalifət.az xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov deyib.

    Onun sözlərinə görə, bu məsələnin hüquqi həllində boşluqlar var.

    Muxalifet2 - 11-06-2018

  9. DİM: Sınaq imtahanının nəticələri bu gün AÇIQLANACAQ

    Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da keçirilən sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunan test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

    DİM-dən verilən məlumata görə, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin gün ərzində (axşam saatlarında) elan olunması nəzərdə tutulur.

    İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

    Muxalifet2 - 11-06-2018

  10. ​Xalq şairinin oğlu dəfn edildi - FOTO

    Xalq şairi Cabir Novruzun oğlu, yazıçı Müşfiq Cabiroğlu torpağa tapşırılıb.
    Kult.az xəbər verir ki, yazıçının bacısı Günay Novruz dəfn mərasimindən fotolar paylaşıb.
    Qeyd edək ki, Müşfiq Cabiroğlu dünən 54 yaşında vəfat edib.

    Muxalifet2 - 11-06-2018

  11. Azərbaycanda nazir oğlu çoban iti aldı: 10 hektar ərazidə saxlayır - FOTOLAR

    Azərbaycan maliyyə naziri Samir Şərifovun oğlu dünyada "Anadolu aslanı" kimi tanınan Kanqal (poyraz) it cinsini alıb.

    Muxalifət.az mia.az-a istinadən xəbər verir ki, iri cüssələri, qoruma instinktləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkən bu it Anadolunun Edremit qəsəbəsində 10 hektar xüsusi hasarlanmış ərazidə bəslənir.

    Muxalifet2 - 11-06-2018

  12. Dünya çempionatının ən bahalı komandası – TAM SİYAHI

    Beynəlxalq İdman Araşdırmalar Mərkəzi dünya çempionatında iştirak edəcək komandaların heyətlərindəki futbolçuların ümumi dəyərini açıqlayıb.

    Qol.az-ın xəbərinə görə, heyətində Mbappe, Poqba, Qrizmann, Dembele, Kante, Umtiti kimi futbolçular olan Fransa millisi siyahıda birincidir.

    Turnirin autsayderlərindən sayılan Panama millisi isə sonuncu yerdədir.

    Tam siyahı isə belədir

    1.Fransa – 1 milyard 410 milyon avro

    2.İngiltərə - 1 milyard 386 milyon

    3.Braziliya – 1 milyard 269 milyon

    Muxalifet2 - 11-06-2018

  13. Paşinyana MESAJ: Kreml Bakının əks-zərbəsinə göz yumdu

    Dağlıq Qarabağ və ya sərhədyanı regionlarda işğalçı Ermənistana qarşı müəyyən əməliyyatların bundan sonra da başlaması ehtimalı yüksəkdir.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a Azərbaycan Ordusunun son Naxçıvan əməliyyatı ilə bağlı bəzi suallara aydınlıq gətirərkən siyasi ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Paşinyanın son zamanlar Ermənistanda hüquq-mühafizə sistemində ciddi dəyişikliklərə start verməsi Moskvanı qıcıqlandırıb:

    Muxalifet2 - 11-06-2018

  14. QONŞU DÖVLƏTLƏR TÜRKİYƏNİ İTTİHAM EDİR –Ankaranın tikdiyi bəndlər İraqda su çatışmazlığı doğurub - ARAŞDIRMA

    İllər boyu davam edən etnik-məzhəbi qarşıdurma illə tənəzzülə uğramış İraq son onillikdə su çatışmazlığına məruz qalıb.

    Kürdüstan bölgəsi də daxil olmaqla, bütün İraq içmək, sulama və sanitariya üçün ehtiyaclarının 98%-ini Fərat və Dəclə çayları ilə təmin edir. Ölkə əhalisinin əksəriyyəti mənbəyini Türkiyədən götürən iki tarixi çay boyu məskunlaşıb. Türkiyə kürd əhalisinin kompakt yaşadığı bölgədə Cənub-Şərqi Anadolu Projesi (GAP) vasitəsilə 22 bənd və 19 hidroelektrik stansiyası tikib.

    Muxalifet2 - 11-06-2018

  15. Bakıda ŞOK OLAY: dostlar mübahisə edib maşınlarını toqquşdurdular, sonra...

    Bakıda qətl törətməkdə təqsirli bilinən Qabil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baş tutan prosesdə hökm oxunub.

    Qabil Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 11-06-2018

  16. Kim Çenin korteji manşet oldu: 20-dən çox avtomobi...

    ABŞ Prezidenti Donald Trampla sabah Sinqapurda görüşəcək Kim Çen İnin mühafizəçiləri yenidən gündəmə çıxıb. Şimali Koreya liderinin avtomobilini qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarının görüntüləri sosial mediada da diqqət çəkib.

    Muxalifət.az xəbər verir ki, Kim Çenin Sinqapura gətirdiyi təhlükəsizlik kortejində 20-dən çox maşın olub.

    Qeyd edək ki, iyunun 12-də Tramp və Kim Çen ikitərəfli görüş keçirəcək. Görüşdə nüvə silahlarının məhv edilməsi və təhlükəsizlik məsələlərinin müzakirə olunacağı bildirilir.

    Muxalifet2 - 11-06-2018

  17. “ABŞ və müttəfiqləri yenidən SURİYANI BOMBALAYA BİLƏR” - RUSİYA

    “Kimyəvi silahların növbəti istifadəsi ilə əlaqədar bir video rolikin yayımlanması, ABŞ koalisiyasının Suriyaya hava hücumu üçün yeni bir bəhanə ola bilər”.
     
    Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

    Muxalifet3 - 11-06-2018

  18. İrəvan təşviş içində: BAKI VƏ ANKARA ƏMƏLİYYATA BAŞLAYA BİLƏR

    Azərbaycanın Naxçıvan istiqamətində Günnüt kəndini işğaldan azad etməsi Ermənistanda böyük həyəcana səbəb olub.

    Muxalifət.az  xəbər verir ki, erməni ekspertlər artıq indidən İrəvanın ehtiyatlı davranması gərəkdiyini bildiriblər. Günnütün azad edilməsinin Türkiyə-Azərbaycan ittifaqının məhsulu kimi təqdim etməyə çalışan erməni ekspertlər Ermənistan üçün ağır vəziyyətin yarandığını etiraf etməyə başlayıblar.

    Ermənistan Demokratik Partiyasının sədri Aram Sərkisyan Ermənistana Naxçıvandan Türkiyə və Azərbaycanın təhdid yaratdığını deyib:

    Muxalifet2 - 11-06-2018

  19. “Nar” korporativ tarif planlarını yeniləyərək daha sərfəli etdi

    Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran “Nar” artıq daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir. Belə ki, mobil operator biznes üçün nəzərdə tutulmuş tarif planlarının tərkibində olan bonusları artırıb.
     
    Şəbəkədaxili və şəbəkəxarici danışıq dəqiqələrinin, həmçinin beynəlxalq zənglərin həcmi tarifdən asılı olaraq 25%-dən 85%-dək artırılıb. Daha bir yenilik korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələrinin əlavə edilməsidir. Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur.

    Muxalifet4 - 11-06-2018

  20. Gürcüstan parlamentinin qarşısına XÜSUSİ TƏYİNATLILAR VƏ POLİS CƏLB EDİLİR

    Tbilisinin mərkəzində polis müxalifət partiyası “Vahid Milli Hərəkat”ın bir neçə üzvünü parlamentin qarşısındakı etiraz aksiyasında saxlayıb və etirazçılar tərəfindən qurulan çadırları söküb.
     
    Gürcüstan Parlament binasının yaxınlığında vəziyyəti qızışıb. Hökümət xüsusi təyinatlı qüvvələri və yüzlərlə polisi səfərbər edib və parlamentin qarşısına doğru irəliləyirlər.

    Muxalifet3 - 11-06-2018

Pages