Axtarış
The search found 105793 results in 0.1 seconds.
Search results
Kim Çen In Trampı Pxenyana DƏVƏT ETDİ
Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib.
Muxalifət.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya lideri iyul ayında KXDR-ABŞ sammitinin ikinci raundunu keçirməyi təklif edərək belə bir təkliflə çıxış edib.
Qeyd edək ki, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.
Muxalifet2 - 11-06-2018
Lələ təpənin ardınca DÜŞMƏNƏ GÜNNÜT ZƏRBƏSİ
26 ildir işğalda olan ərazi azad edildi; Üzeyir Cəfərov: “Atmalı olduğumuz lazımi addımları atacağıq...”
Ötən həftə Azərbaycan ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti tam əlinə alması və bir sıra yüksəklikləri azad etməsi bu günlərin əsas hadisəsi oldu. Ələ keçirilən yüksəliklərin bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 1500 və 2000 metrə çatır ki, bu da hərbi nöqteyi-nəzərdən ölkəmiz adına çox böyük strateji əhəmiyyət kəsb edir.
Muxalifet2 - 11-06-2018
Ərəb investorlar Ələt azad ticarət zonasına 500 milyon dollar sərmayə yatırıblar - VERGİDƏN VƏ RÜSUMLARDAN AZAD OLUNACAQLAR
Birləşmiş Ərəb Əmirliklərindən olan investorlar Ələt qəsəbəsindəki azad ticarət zonası ərazisində istehsalatın yaradılmasına 500 milyon dollar sərmayə yatırıblar.
Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.
Bununla belə, mənbə investisiyaların hansı layihəyə yatırıldığı barədə məlumat verməyib.
Mənbənin sözlərinə görə, azad ticarət zonasının qaydaları rezidentlərin vergilərdən və gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.
Muxalifet2 - 11-06-2018
İdarə işçiləri CƏRİMƏLƏNDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı tullantıların əraziyə Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı İdarələrinin işçiləri və torpaq mülkiyyətçisi tərəfindən atıldığı məlum olub.Muxalifet2 - 11-06-2018
G-7-də BÖHRAN BÖYÜYÜR: TRAMP RƏSMƏN QARŞIDURMANI BAŞLATDI
G7-nin son iclası boyunca beynəlxalq müqavilələrə əməl etməyə inandırmaq səyləri davam edən və sonda yekun bəyannaməsinə imza atılmasına nail olunan ABŞ prezidenti Donald Tramp, Kanadanın baş naziri Trudeaunın açıqlamasına əsəbiləşərək bəyannaməni təsdiq etməyəcəyini bildirib və beləliklə də ticarət müharibəsini başlatmış olub.
Muxalifet3 - 11-06-2018
“Azərkosmos”da YENİ TƏYİNATLAR
“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxdıqdan sonra ona 2 sədr müavini təyin edilib.
Muxalifət.az quruma istinadən xəbər verir ki, bunlar Dunay Bədirxanov və Rövşən Rüstəmovdur.
Muxalifet2 - 11-06-2018
Azərbaycan və Türkiyə “yeni xəritə” cızır - TARİXİ GÜN
Sabah qardaş ölkədə TANAP-ın təntənəli açılış mərasimi olacaq; prezident İlham Əliyevin də qatılacağı törən ən çox hansı çevrələri rahatsız edir?; Səngəçalı Əskişəhərə birləşdirən dəyər
İyunun 12-də qardaş Türkiyədə region üçün çox mühüm və tarixi bir hadisə gözlənilir. 40 milyardlıq Cənub Qaz Dəhlizinin (CQD) ikinci vacib seqmenti - TANAP sabah işə salınacaq. Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev təntənəli açılış törəninə qatılmaq üçün qardaş ölkəyə səfər edəcək.
Muxalifet2 - 11-06-2018
DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
Deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat” qəzetinə müsahibə verib.
Muxalifət.az müsahibəni oxucularına təqdim edir:
– Vahid bəy, sabah açılış mərasimi keçiriləcək TANAP layihəsinin önəmi barədə nə deyə bilərsiniz?
Muxalifet2 - 11-06-2018
Rusiyadan oğurlanan 800 milyard haradadır? - PİONTKOVSKİ
Rusiyadan oğurlanan vəsaitlərin çoxu Qərbə aparılıb.
Muxalifət.az xəbər verir ki, bunu Sotnik TV-yə müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski deyib. Onun sözlərinə görə, oliqarxlar pulların böyük qismini ABŞ və Britaniyada gizlədiblər:Muxalifet2 - 11-06-2018
“Ərdoğan ilə mübahisə etməyə NİFRƏT EDİRƏM” – BARAK OBAMA
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bütün ikitərəfli danışıqlarına qatılan, keçmiş təhlükəsizlik üzrə müşavir müavini Ben Rhodes, Obama ilə Ərdoğan arasında keçən bir dialoqu xatırladıb.
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bütün ikitərəfli danışıqlarına qatılan, keçmiş təhlükəsizlik üzrə müşavir müavini Ben Rhodes, “Olduğu Kimi Dünya” adlı kitabında Ərdoğan ilə Obama arasında keçən bir dialoqu yazıb.Muxalifet3 - 11-06-2018
Yağın bahalaşmasından kim qazanır? – Bir neçə şirkət qiyməti ucuzlaşmağa qoymur (EKSPERTDƏN AÇIQLAMA)
“Bir qədər əvvəl Azərbaycanda kərə yağının idxalı üçün rüsumların endirilməsindən udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub”.
Bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib.
“Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb ki, ötən ay ərzində mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının, qəhvə və çayın qiymətlərində isə bahalaşma qeydə alınıb. DSK-nın məlumatında 2 məqama diqqət yetirmək istərdim.
Muxalifet2 - 11-06-2018
Pambıq tarlasında zəhərlənərək Bakıya gətirilən xəstələrin vəziyyəti orta-ağırdır - Nazirlik
Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən və Bakıdakı Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə gətirilən 4 xəstənin vəziyyəti orta-ağırdır.
Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, Saatlı Rayon Mərkəzi Xəstəxanasıda müalicəsi davam edən 20 nəfərdən ikisi öz istəyi ilə evə buraxılıb: “Digər xəstələrin müalicəsi davam edir və yaxın günlərdə evə buraxılacaqlar”.
Muxalifet2 - 11-06-2018
TSQ, Qəndili vurduqca İRAQDAN SƏS ÇIXMAĞA BAŞLADI
Türk əsgəri PKK hədəflərini yerlə bir etmək üçün addım addım Qəndilə yaxınlaşdıqca, İraq rəhbərliyindən də bu yöndə açıqlamalar artmağa başladı.
Terror təşkilatı PKK-ya qarşı böyük bir qətiyyətlə əməliyyatlar keçirən Türk Silahlı Qüvvələri, “Zeytun Budağı” Hərəkatı ilə Suriyada təşkilata ağır zərbələr vurub.
PKK VURULUR
Türk əsgəri, Afrindən sonra Qəndili də terror təşkilatından təmizləməyə qərarlıdır.
Bölgədə irəliləməyə davam edən Türk əsgəri, PKK terrorçularını zərərsizləşdirməyə davam edir.
Muxalifet3 - 11-06-2018
Azərbaycanda vəzifəli şəxsə qarşı 37 minlik - DƏLƏDUZLUQ
ATEF Şirkətlər Qrupunun rəhbərliyinə qarşı dələduzluq edilib.
Reportun xəbərinə görə, şirkətlər qrupunun Muşahidə Şurasının sədri Talıb Əlixanbəyov hüquq-mühafizə ortqanlarına müraciət edərək şirkətin bir qrup əməkdaşının onun imzasını saxtalaşdıraraq Estoniyada yerləşən “European Power Solutions Estonia” şirkəti ilə müqavilə bağlanıldığını və həmin şirkətin hesabına 37000 avro pulun xəbərsiz köçürüldüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 11-06-2018
Lotu Quli Dubaydan təcili toya gəldi - FOTO
İstanbulda 36 yaşlı qanuni oğru Nikolay Dqeçuadzenin (Nika Qaqrinski) toy mərasimi keçirilib.
Musavat.com-un məlumatına görə, "Esa Royal Park" əyləncə mərkəzində keçirilən toyda keçmiş post-sovet ölkələrindən çıxmış əksər oğrular iştirak edib.
Məlumata görə, Roland, Mzarela, Qoça, Nukri, Kuşner, Çoban kimi oğrularların ən əziz qonağı isə Lotu Quli olub. Elə sağlıqların əksəriyyəti də Qullinin ünvanına səslənib.
Məlumatda o da deyilir ki, toyda Qulini İlham Hacıyev adlı avtoritet müşayiət edib. Toyun səhəri isə Quli Dubaya qayıdıb.
Muxalifet2 - 11-06-2018
ABŞ: Rusiya SSRİ kimi şərdir
SSRİ artıq mövcud deyil, amma onun şəri hazırkı Rusiyada yaşayır.
Muxalifət.az xəbər verir ki, bunu ABC televiziyasına açıqlamasında amerikalı senator Lindsi Qrem deyib. Onun sözlərinə görə, Rusiya ABŞ-ın dostu deyil və buna görə də G8-ə qəbul edilməməlidir:
“G7 G8-ə çevrilməməlidir. Hazırda Rusiyanın buraya cəlbi böyük səhv olardı. Moskva ilə hazırda Suriyadakı hərbi mövcudluğuna görə danışıqlar aparılır”.
Muxalifet2 - 11-06-2018
YPG Əsədin görüş təklifini QƏBUL ETDİ
YPG-nin bir qolu olan Suriya Demokratik Qüvvələri Bəşər Əsədin görüş təklifini qəbul edib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, YPG-nin Suriyadakı siyasi qolu sayılan qüvvələr Bəşər Əsədin rəhbərlik etdiyi qüvvələrin təzyiqlərinə dözə bilməyib, qarşılıqlı dialoq təklifini qəbul ediblər.
Əsəd rejiminin YPG terror təşkilatını "Əgər danışıqlar aparmağa razılıq verilməzsə, bu bölgələri silah gücünə də azad edəcəyik" təhidinə Suriya Demokratik Qüvvələri cavab verib.
Muxalifet2 - 11-06-2018
Avstriya məscidləri bağlayır, İMAMLARI ÖLKƏDƏN QOVUR - Müsəlmanlar məhkəməyə müraciət edirlər
Avstriyalı müsəlman icmasının lideri İbrahim Olgun bildirib ki, onun rəhbərlik etdiyi təşkilat (IGGÖ) hökumətin 7 məscidi bağlamaq və ən azı 40 imamı ölkədən xaric etmək barədə hökumətin verdiyi qərarın qanuniliyini ədliyyə vasitəsilə yoxlayacaq.
Olgun öz bəyanatında bildirib ki, məscidlərin bağlanması kimi radikal addım fərziyyələrə əsaslanmamalıdır.
Onun sözlərinə görə, hökümət məscidlərin bağlanması barədə yerli müsəlman təşkilatını əvvəlcədən məlumatlandırmayıb və bu cür qərarın səbəblərini açıqlamayıb.
Muxalifet2 - 11-06-2018
Eyyub Hüseynov: "Leş ət mafiyasını bələdiyyələr və digər qurumlar dəstəkləyir"
Azərbaycanda leş ət mafiyası yenidən fəaliyyətə başlayıb. Uzun müddətdir ki, ölkədə leş ət mafiyasına qarşı mübarizə aparılsa da, onların fəaliyyətinə son qoyulmur.
Muxalifet2 - 11-06-2018
FİFA-dan milli komandalarla bağı RADİKAL DƏYİŞİKLİK - Bundan sonra...
Beynəlxalq Futbol Federsiyaları Asossiasiyası (FİFA) milli komandalar üçün yeni reytinqin tərtib olunma sistemini açıqlayıb.
Muxalifət.az xəbər verir ki, yeni system bu ilin iyul ayından etibarən tətbiq olunacaq.
Muxalifet2 - 11-06-2018