Axtarış
The search found 105785 results in 0.102 seconds.
Search results
Debatdan dərhal sonra namizədi güllələdilər
Meksika Konqresinə keçirilən seçkilərdə Koauila ştatından namizəd Fernando Puron Pedras-Neqras şəhərində şənbə günü axşam saatlarında güllələnib.
Muxalifet.az RİA-ya istinadla xəbər verir ki, cinayətkarla Purona telekanaldakı debatdan dərhal sonra hücum ediblər. Sosial şəbəkələrdə yayılan videoda görünür ki, Puron onunla şəkil çəkdirmək istəyən qadının xahişi ilə dayanır, onlar birgə foto çəkdirmək istədikləri zaman qatil qoyuqqanlı tərzdə yaxınlaşır və namizədi güllələyərək aradan çıxır.Muxalifet3 - 9-06-2018
Bakıda türmədə hərbçi güllələndi - Rəsmi
Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub.
Muxalifet.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:Muxalifet3 - 9-06-2018
İsrailin kəşfiyyat təyyarələri Beyt Hanuna hücum etdi
İsrailə aid kəşfiyyat təyyarəsi Qəzzanın şimalında yerləşən Beyt Hanun bölgəsinə hava hücumu təşkil edib.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Fələstin Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, martın 30-dan bu günə qədər davam edən "Böyük qayıdış yürüşü" zamanı 13-ü uşaq, 2-si səhiyyə işçisi, 2-si jurnalist olmaqla, ümumilikdə 120-dən çox fələstinli israil əsgərləri tərəfindən öldürülüb, 14 min nəfərə yaxın yaralanıb.Muxalifet3 - 9-06-2018
В Грузии избили российского туриста - ВИДЕО
Российский парапланерист избит в Грузии после конфликта с жителями села Гудаури, он госпитализирован, сообщают местные СМИ.
В распространенном в социальной сети видео с места событий видно, как толпа избивает одного из парапланеристов, которым, как выяснилось позже, оказался турист из России Федор Челышев. После того как его вместе с другими членами группы российских и украинских спортсменов-экстремалов прогнали с площадки для запуска параплана, в их автомобиль полетели камни. Что стало причиной возникшего конфликта, пока не известно.
Muxalifet4 - 10-06-2018
Трамп: «Мне нужна минута, чтобы понять Ким Чен Ына»
Президент США Дональд Трамп сообщил, что ему понадобится лишь минута, чтобы определить серьезность намерений лидера КНДР Ким Чен Ына, и если он этого не почувствует, он не будет «тратить своё время» на дальнейшие переговоры, сообщает РИА Новости.
«Сколько времени мне понадобится, чтобы понять? Я пойму в первую же минуту… Думаю, что я очень быстро пойму, произойдет ли что-то хорошее», — сообщил американский президент на пресс-конференции.
«И если этого не произойдёт, не буду тратить своё время и не хочу тратить его», — подчеркнул Трамп.Muxalifet4 - 9-06-2018
Qərbi Azərbaycanda bir qrup terrorçu məhv edildi
İranın Qərbi Azərbaycan əyalətində terrorçular və SEPAH arasında atışma olub. Hadisə nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Onlardan bir neçə nəfəri öldürülüb.
SEPAH-ın "Həmzə Seyyduş-Şühəda" quru qoşunları qərargahının yaydığı məlumata görə, cümə axşamı bir qrup terrorçu İraqın şimalından İran ərazisinə soxulmağa cəhd edib. SEPAH-ın müdaxiləsi nəticəsində cəhdin qarşısı alınıb.
Oşnəviyə sərhəd keçid məntəqəsi yaxınlığında zərərsizləşdirilən terrorçulardan xeyli sayda silah götürülüb.
SEPAH üzvlərindən xəsarət alan olmayıb(apa).Muxalifet4 - 10-06-2018
MƏCBURİ KÖÇKÜNÜN EVİNƏ BASQIN – 2 nəfər tərəfindən döyülən ev sahibi xəstəxanaya yerləşdirildi
Gəncədə məcburi köçkünlər üçün salınan yeni qəsəbədə döyülmə faktı qeydə alınıb. Belə ki, Kəlbəcərdən olan məcburi köçkün, 1995-ci il təvəllüdlü Süleymanov Elnur Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. E. Süleymanovun sözlərinə görə, o yaşadığı evdə tanıdığı iki nəfər tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır(apa).Muxalifet4 - 10-06-2018
Sürücü avtomobili aşırdı, 5 nəfər yaralandı - VİDEO - YENİLƏNİB
Kürdəmir rayonunda yol qəzası nəticəsində xəsarət alan 5 nəfərin şəxsiyyəti məlum olub.
Bunlar Qaradağ rayonundan olan 1983-cü il təvəllüdlü sürücü Əliyev Faiq Tofiq oğlu, sərnişinlər - 1957-ci il təvəllüdlü Qaradağ royon sakini Əliyev Tofiq Mənsim oğlu, 1953-cü il təvəllüdlü Daşkəsən rayon sakini İbrahimov Raci Vəli oğlu,1959-cu il təvəllüdlü Daşkəsən rayon sakini İbrahimova Sara Gülalı qızı, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini Namazov İsrafil Məhəmməd oğludur.Muxalifet4 - 10-06-2018
Əmlakı ələ keçirilən qadın prezidentə müraciət etdi, TƏZYİQLƏRLƏ ÜZŞLƏŞDİ – Məhkəmə işi araşdırmadan qərar çıxarıb…
Şəki şəhəri R.Axundov küçəsi ev 16 ünvanında yaşayan Bəkirova Səadət Laçın qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə president İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edən şikayətçi yazır:
Muxalifet4 - 10-06-2018
Türkiyə ordusunun düşməni qorxuya salan silahı – ARDICIL OLARAQ 1 MİLYON ATIŞ…
Türkiyə Silahlı Qüvvələrini yerli və ən yeni silahlarla təchiz edən ASELSAN hərbi sənaye şirkəti yeni layihəyə imza atıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, şirkət Lazer Müdafiə Sistemini sınaqdan keçirib.
Lazer Müdafiə Sistemi müdafiə sənayesi məsləhətçisi İsmayıl Dəmiri də təəccübləndirib.
O, LMS-i “gələcəyin silahı” adlandırıb və layihənin qurucularını təbrik edib.Muxalifet4 - 10-06-2018
ŞOK: Deputat Elxan Süleymanov 6 villanı yan-yana tikdirdi… – 500 AİLƏNİ ÇÖRƏKSİZ QOYDU / FOTOLAR
Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini Purqafari Azər Ələsgər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deputat Elxan Süleymanovun 500 ailənin iş yerini qapatdığını iddia edir:
Muxalifet4 - 10-06-2018
“5000 manat alaraq yerimə başqasını təyin etmək üçün məni işdən çıxardılar” – HƏRBÇİDƏN PREZİDENTƏ MÜRACİƏT
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Elşən Mehtiyev küç.ev 008 “A” kirayədə yaşayan gizir İbrahimov Fərid Nəbi oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Hərbi hissə komandiri tərəfindən əsassız olaraq işdən çıxarıldığını bildirən şikayətçi president İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edir: “Canab Ali Baş Komandan!
Muxalifet4 - 10-06-2018
Kim Çen In Sinqapurda - TƏYYARƏDƏN ENDİ VƏ...
Şimali Koreya prezidenti Kim Çen In amerikalı həmkarı Donald Trampla baş tutacaq tarixi görüş üçün Sinqapura gedib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, prezidenti hava limanında Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan qarşılayıb.
Qeyd edək ki, Kim Çen Donald Tramp ilə 12 iyunda Sinqapurun Sentosa adasında bir araya gələcək. Hər iki lider zirvədən öncə Sinqapurun baş naziri Li Hsien Lunq ilə görüşəcək.Muxalifet4 - 10-06-2018
Xoşqədəmin verilişində üzə çıxan qətllə bağlı yeni FAKTLAR - FOTO
Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilərək meyitinin qamışlıq sahəyə atılması hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.
Muxalifet4 - 10-06-2018
Bütün dünya "G-7" toplantısında çəkilən BU FOTODAN DANIŞIR
Kanadada keçirilən G-7 Liderlər Sammitinin ikinci günündə ABŞ prezidenti Donald Tramp ilə digər liderlər arasında baş verən gərginliyin fotoları dünya miqyasında müzakirələrə səbəb olub.
Belə ki, Amerikanın “gömrük vergisi” qərarından sonra ölkənin prezidenti Yaponiya, Almaniya, Fransa, İngiltərə, Kanada və İtaliya liderləri ilə bir araya gəlib.
Toplantıya liderlər arasındakı gərginlik damğasını vurub. Görüşdə çəkilən bir foto dünya mediasında və sosial şəbəkələrdə geniş əks-səda doğurub.Muxalifet4 - 10-06-2018
TÜRK ORDUSU QƏNDİL DAĞINDA - PKK məhv edilir - VİDEO
Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqın Qəndil dağına təşkil etdiyi hərbi əməliyyatlar davam edərkən PKK terror təşkilatının ən böyük düşərgəsinin yerləşdiyi bölgədən son görüntülər əldə edilib.
“Anadolu Agentliyi” xəbər verir ki, Türkiyəyə məxsus qırıcıların və pilotsuz təyyarələrin hədəfi olmağı istəməyən PKK-çıların meşəlik ərazilərdə gizləndiyi ortaya çıxıb.
Bölgədəki yerli qaynaqların verdiyi məlumata görə, Türkiyə Hava Qüvvələri mütəmadi olaraq Qəndil dağında PKK-nın olduğu əraziləri bombalayır.Muxalifet4 - 10-06-2018
Dünya Çempionatına 1936-cı ildə istehsal olunan traktoru ilə getdi - FOTOLAR
4 ildən bir keçirilən Dünya Çempionatının 21-ci buraxılışına ev sahibliyi edən Rusiya artıq futbol azarkeşlərini qəbul etməyə başlayıb.
Muxalifet.az xəbər verir ki, Almaniya vətəndaşı Hubert Uirt 14 iyunda başlanacaq çempionatda ölkəsinin millisini dəstəkləmək üçün 1936-cı ildə istehsal olunan traktoru ilə gedib.
70 yaşlı azarkeşin traktoru saatda 20 km sürətlə gedə bilir. Halbuki, traktor 1960-cı illərdə dövrünün ən sürətli traktorlarından olub.Muxalifet4 - 10-06-2018
Trampın təyyarəsi yunan adasına qəfil eniş etdi – FOTO
Bu barədə Yunanıstan mənbələri məlumat yayıb.
Prezident təyyarəsi – “Air Force One” adadakı “Suda” amerikan hərbi bazasına 3:07-də enib, 4:41-də səmaya qalxıb. “Bazada və ətraf rayonlarda təhlükəsizlik tədbirləri gücləndirilib”, deyə yunan mənbələri qeyd edir.
Qeyd edək ki, iyunun 12-də Sinqapurda D.Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilməsi planlıaşdırlıb(teleqraf).Muxalifet4 - 10-06-2018
Sevdiyi qızın 3 min manatını oğurladı – XIRDALANDA
Abşeronda oğurluq hadisəsi baş verib.
Belə ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nəcməddin Əlizadə saxlanılıb.
İstintaqa ifadə verən Nəcməddin Əlizadə törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, oğurluq etdiyi ev sahibi onun sevdiyi qızın ailəsi olub.
Əlizadə bildirib ki, sevdiyi qızla görüşə gəlib və bu zaman qızla mübahisə edib. Sonar o, evdən pulu götürərək gedib.Muxalifet4 - 10-06-2018
Trampdan Kanadanın baş nazirinə təhqir dolu sözlər – “Olduqca ikiüzlü və zəif…”
ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonu sərt şəkildə tənqid edib.
Belə ki, prezident C.Trüdonun ABŞ-ın polad və aliminiuma gömrük vergisi tətbiq etməsindən sonra G-7 Liderlər Zirvəsinin hesabatını imzalamayacağını açıqlayıb.
Adəti üzrə, tvitterdən yazılı açıqlama verən Tramp “Baş nazir Castin Trüdo mən zirvədən ayrıldıqdan sonra mətbuat konfransı təşkil edərək ABŞ-ın gömrük vergilərinin həqarət olduğunu deyənə qədər G-7 toplantılarımızda çox həssas və nəzakətli davrandı. Olduqca ikiüzlü və zəif”.Muxalifet4 - 10-06-2018