Axtarış
The search found 105785 results in 0.119 seconds.
Search results
Futbol zamanı bir anda hər kəs özünü yerə atdı – VİDEO
Ekvadorun B seriyasında mübarizə aparan “Poroviejo” - “Manta” komandalarının matçında qəribə hadisə baş verib. Belə ki, matçın 28-ci dəqiqəsində futbolçular və hakimlər daxil olmaqla, yaşıl meydançada olan hər kəs bir anda yerə uzanıb. Buna səbəb yaşıl meydançaya arıların hücum etməsi olub. Meydandakılar bir dəqiqə sabit vəziyyətdə yerdə uzanıblar. Arılar getdikdən sonra isə matça davam ediblər. Qarşılaşma “Manta”nın 3:2 hesabı qalibiyyəti ilə başa çatıb.
Muxalifet4 - 10-06-2018
“Qarabağın danışıqlara cəlb edilməsi mümkün olmayan məsələdir” - KÖÇƏRYAN PAŞİNYANA ETİRAZ ETDİ
Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini qaldırıb. Hökumətin proqramının parlamentdə müzakirəsi zamanı Paşinyan deyib ki, əslində onun Dağlıq Qarabağın adından danışıqlar aparmağa mandatı və səlahiyyəti yoxdur. Çünki qarabağlı deyil. Robert Köçəryan və Serj Sərkisyan isə qarabağlı olduqları üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına malik idilər.
Muxalifet4 - 10-06-2018
"Real" Neymara astronomik maaş təklif etdi - ÜSTƏLİK, BİR OYUNÇU...
İspaniya nəhəngi “Real Madrid” PSJ-nin ulduzu Neymarı transfer etməkdə israrlıdır.
İspanlar Fransada xoşbəxt olmadığı iddia edilən Neymar üçün Paris klubuna 350 milyon avro təklif etməyə hazırdır.
“Real” yay transfer pəncərəsi bağlandıqdan sonra sərbəst qalma hüququ 300 milyon avroya düşməsinə rəğmən, Neymara 45 milyon avro maaş təklif edir.
Əlavə olaraq, ispanlar Neymarın transferi qarşılığında pul vəasiti ilə yanaşı, PSJ-yə bir oyunçu da vermək niyyətindədir.Muxalifet4 - 10-06-2018
Azərbaycanlı kaskadyor prezident qızının filmində - FOTO
Azərbaycanlı kaskadyor Fərhad Fərmanlı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayevanın filminə dəvət alıb.
Musavat.com-un verdiyi məlumata görə, tarixi mövzuda çəkilən “Tomris” filminin çəkilişləri bu ilin sonunda başa çatacaq.
Muxalifet4 - 10-06-2018
Azərbaycan Rusiyadan “Terminator” alır
Azərbaycan Rusiyadan BMPT-72 Terminator-2 tanka dəstək döyüş maşınlarını almağa maraq göstərir.
Virtualaz.org xəbər verir ki, bu barədə “Sputnik” agentliyi Rusiyanın hərbi-sənaye kompleksindəki mənbələrə istinadən bildirib.
Terminator-2 tanka dəstək döyüş maşınları hazırda Rusiyadan başqa təkcə Qazaxıstan ordusunun silahlanmasında yer alır. Əlcəzair bu il Rusiyadan həmin döyüş maşınlarının iri partiyasını alacaq. Azərbaycan, Peru və Suriya isə döyüş maşınlarını almağa maraq göstərir.
Muxalifet4 - 10-06-2018
Məşhur erməni yazıçıdan Ermənistana ŞOK MÜRACİƏT: "Elə bilrsiniz Qarabağ sizindi?" - VİDEO
"Literaturnaya Kanada" almanaxının baş redaktoru, İngiltərə Yazıçılar İttifaqının üzvü, Ukrayna Jurnalistlər İttifaqının üzvü, yazıçı Vaaqn Karapetyan Ermənistan ermənilərinə müraciət edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, o, müraciətində Ermənistanda vəziyyətin günü-gündən ağırlaşdığını, əhalinin sürətlə ölkədən köçdüyünü bildirib. Yazıçı müraciətində Qarabağ probleminə də toxunub və söyləyib ki, ermənilər Qarabağın onların olduğunu düşünürlər. Halbuki bu Rusiyanın tələyə qoyduğu pendirdi.
Video müraciətin tam versiyasını təqdim edirik:
Muxalifet4 - 10-06-2018
İsraildən İrana yardım - Tarixi hadisə
İsrail Baş naziri Benyamin Netanyahu milyonlarla iranlının quraqlıq və aclıqla mübarizəsinə yardımçı olacağını bəyan edib.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
“İsrail İranda ekoloji fəlakətin necə qarşısının alınacağını bilir. Bu bilgini İran xalqı ilə paylaşmaq istəyirəm: Su axıntılarının təkrar istifadəsinin, məhsullarının quraqlıqdan qorunmasının, ailələrin bu vəziyyətdə necə yaşam tərzlərini əks etdirən fars dilində sayt istifadəyə verəcəyik”, - deyə baş nazir bildirib.
Muxalifet3 - 10-06-2018
Bülletenlərin saxlanıldığı anbar yandı - Müəmmalı olay
İraqın paytaxtı Bağdadda seçki bülletenlərini saxlanıldığı anbarda yanğın baş verib. Muxalifet.az xəbər verir ki, bu barədə “Əl-Sumariyə” məlumat yayıb. Bildirilib ki, əraziyə İraq Mülki Müdafiə Qüvvələri cəlb edilib və yanğını lokalaşdırmağa çalışır. Qeyd edək ki, mayın 12-də ölkədə parlament seçkiləri baş tutmuşdu və bülletenlər xüsusi anbarlarda saxlanılırdı.
Muxalifet3 - 10-06-2018
SON DƏQİQƏ: Havadan və qurudan düşmənə zərbələr endirilir – HƏRƏKAT BAŞLANDI
Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının ən böyük düşərgəsinin yerləşdiyi Qəndil dağına hava hücumu təşkil edib.
Muxalifet.az xəbər verir ki, hərəkat nəticəsində terror təşkilatının 14 hədəfi məhv edilib.
İraqın şimalında havadan və qurudan əməliyyatlar davam edir. Bu gün səhər saatlarında 3 terrorçu məhv edilib.
“Habertürk”ün verdiyi məlumata görə, yaxın müddətdə başlanması planlaşdırılan böyük Qəndil əməliyyatından öncə Sidekan bölgəsindəki təşkilatlanma təmin edilib və bölgəyə silah göndərilməsi prosesi son sürətlə davam etdirilir.Muxalifet3 - 10-06-2018
Rusiyanın ən qoca kommunisti azərbaycanlı imiş - Foto
Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov 100 yaşlı azərbaycanlı Məmməd Mirzəməmməd oğlu Cəbrayılova təbrik məktubu göndərib.
Muxalifet.az-ın verdiyi məlumata görə, 80 ildir kommunist partiyasının üzvü olan Cəbrayılov, həm də bu ölkənin ən qoca kommunistidir. Hazırda 100 yaşını qeyd edən Məmməd baba müharibə veteranıdır. O, döyüş yoluna Bakıdan başlayıb, Berlində yekun vurub. Hazırda M.Cəbrayılovun Voronejdə yaşadığı bildirilir.
Məmməd Cəbrayılov hazırda Rusiya Kommunist Partiyasının ən qoca üzvü sayılır.
Muxalifet3 - 10-06-2018
İsrail ordusu Suriya sərhədində: genişmiqyaslı...
İsrail ordusu Suriya ilə sərhəddə yerləşən Qolan Təpələrində hərbi təlimlərə başlayıb.
Muxalifet.az xəbər verir ki, ordunun sözçülərindən biri Qolan Təpələrində genişmiqyaslı təlimlərə başladıqlarını açıqlayıb. O, hərbi təlimlərin ordunun fiziki hazırlığının və müdafiə gücünün müəyyən edilməsi üçün keçirildiyini bildirib.
Qeyd edək ki, rəsmi Təl-Əviv bir neçə gün əvvəl də hərbi təlim keçirmişdi.
Muxalifet3 - 10-06-2018
Gürcülər yenidən ayağa qalxdı: Öldürmə!
Mitinqdə çıxış edən Zaza Saralidze Daxili İşlər naziri Giorgi Qaxariya və Ədliyyə naziri Tea Tsulukianini istefa verməyə çağırıb.
O, həmçinin “Gürcü arzusu” partiyasını da mitinqlərə qoşulmağa dəvət edib.
Muxalifet3 - 10-06-2018
Azərbaycan ilk beşlikdə - Statistika
TurStat agentliyi 2018-ci ilin I rübü ərzində Rusiyaya səfərlər üzrə turizm statistikasını təhlil edib.
Muxalifet.az-ın məlumatına görə, Azərbaycandan Rusiyaya turist səfərləri I rüb ərzində 193 min təşkil edib, ötən ilin ilk üç ayından 7 faiz çox.
Ümumilikdə I rüb ərzində xarici vətəndaşların Rusiyaya turist səfərlərinin sayı 4,3 milyon təşkil edib.
İlk beşlikdə aşağıdakı ölkələr yer alıb:
1. Ukrayna - 1,556 min (-1%)
2. Qazaxıstan - 656 min (0%)
3. Çin - 216 min (+18%)
4. Finlandiya - 204 min (-13%)
5. Azərbaycan - 193 min (+7%)
Muxalifet3 - 10-06-2018
Əsəddən vəhşilik: uşaq xəstəxanası bombalandı
Əsəd rejiminə məxsus hərbi təyyarələr İdlibdəki uşaq xəstəxanasını və yaşayış məntəqəsini bombalayıb.
Muxalifet.az xəbər verir ki, hücum zamanı 17 mülki şəxs həlak olub, xeyli insan yaralanıb.
İdlib rəsmiləri həlak olanlardan 3-nün uşaq olduğunu, xəstəxananın tamamilə yararsız hala düşdüyünü açıqlayıb.
Rəsmilər ölü sayını artma ehtimalının olduğunu bildiriblər.
Muxalifet3 - 10-06-2018
İncənin yalanının üstü canlı yayımda açıldı
CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə Türkiyənin NTV telekanalında yayımlanan proqramda Milli Müdafiə Universitetinin rektoru Ərhan Afyoncunun FETÖ-çu olduğunu iddia edib.
Muxalifet.az xəbər verir ki, İncənin bu iddiasının qısa zaman ərzində yalan olduğu üzə çıxıb.
“Hərbi akademiyaları bağladılar, Milli Müdafiə Universiteti qurdular, rektor təyin etdilər. O da FETÖ-çu çıxdı”, - İncə bildirib.Muxalifet3 - 10-06-2018
Nazarbayevdən yeni təklif: Meqa infrastruktur...
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrə Avrasiya yüksək sürətli dəmiryolu magistralı layihəsini həyata keçirməyi təklif edib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Nazarbayev Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin dövlət başçılarının 18-ci toplantısında çıxışı zamanı deyib.Muxalifet3 - 10-06-2018
Kreml açıqladı: Putinlə Tramp Vyanada görüşə bilər
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilməsi nəzərdə tutulan zirvə toplantısı Vyanada təşkil oluna bilər.
Muxalifet.az xəbər verir ki, bu xəbəri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
Kremlin nümayəndəsi bildirib ki, iki dövlət başçısı arasında mümkün zirvə toplantısına ev sahibliyi edəcək şəhərlər arasında Vyana da nəzərdən keçirilir.Muxalifet3 - 10-06-2018
İranda Qarabağa dəstək: “İslam torpağı...”
Azərbaycanlı milli-mədəni fəallar İranın Kərəc şəhərində küçələri milli şüarlarla bəzəyiblər.
Muxalifet.az xəbər verir ki, həmyerlilərimiz divarlara fars və türk dillərində “Türk dilində mədrəsə, Olmalıdır hər kəsə”, “Türk dili rəsmi olsun”, “Heyran Azərbaycan torpağıdır” və “Qarabağ islam torpağıdır” şüarlarını yazıblar.
Onlar bununla İranda türk dilində təhsilə qoyulan qadağaya və Güney-Quzey Azərbaycanın ərazi bütövlüyünə diqqət çəkiblər.
Muxalifet3 - 10-06-2018
Türkiyədə zəlzələ
Türkiyədə zəlzələ olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb. Yerli vaxtla saat 18:44-də qeydə alınan yeraltı təkanların episentri Muğla şəhərindən 101 km cənub-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.
Zəlzələnin gücü 4 bal olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Muxalifet3 - 10-06-2018
Tramp bəyəndi: Şimali Koreyada "Makdonalds" açılır
ABŞ Prezidenti Donald Tramp Şimali Koreyada "Makdonalds" restoranlar şəbəkəsinin qurulması ideyasını bəyənib. Muxalifet.az xəbər verir ki, bu barədə “Aksios” nəşri məlumat yayıb. Bildirilib ki, Sinqapurda görüş öncəsi Ağ Ev rəhbəri ABŞ-ın vizit kartına çevrilmiş kompaniya və şirkətlərin Ş.Koreyada fəaliyyətə başlaması ilə bağlı irəli sürülən təklifərdən məmnun qalıb. Qeyd edək ki, 2 gün sonra Trampla Kim Çen İnin tarixi görüşü baş tutacaq.
Muxalifet3 - 10-06-2018