Axtarış
The search found 105785 results in 0.102 seconds.
Search results
"Bu mələşmənin, bambılılığın İslam dini ilə heç bir əlaqəsi yoxdur" - Fazil Mustafa
"Məni kimsənin inancı zərrə qədər maraqlandırmaz. Hadisələri müşahidə edərəm və görərəm ki, toplumun əxlaqına mənfi təsir göstərən hansısa yobazlıq, xurafat və cəhalət elementləri ilə dolu hərəkətlər varsa, ona qarşı mövqeyimi bildirərəm. Həm də başqasının səhifəsinə baş vurmadan, özümə aid olan virtual məkandan. Azərbaycanda İslam dininin bir cəhalət dini səviyyəsində olduğunu da dilə gətirməkdən çəkinmərəm. Son paylaşdığım video ilə bağlı onu da qeyd etmişəm ki, bu bambılılığın, bu mələşmənin, bu ağlaşmanın İslam dini ilə heç bir əlaqəsi yoxdur.
Muxalifet3 - 10-06-2018
"Sərkisyan torpaqları Azərbaycana satıb..." - Ermənistanda ŞOK İDDİA
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində 3 postu azad etməsi və Günnüt kəndini Ermənistan ordusunun nəzarətindən çıxarması İrəvanda şok effekti yaradıb.
Muxalifet.az xəbər verir ki, Ermənistan KİV Azərbaycan ordusunun erməni silahlı birləşmələrinin təxribatlarına verdiyi cavab rəsmi İrəvanı çıxılmaz vəziyyətə saldığını iddia edir.Muxalifet3 - 10-06-2018
Güləşçimizdən Avropada böyük uğur
Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatına yekun vurulub.
Muxalifet.az-ın məlumatına görə, sonuncu yarış günündə Azərbaycan sərbəst güləşçisi Şami Zubairov qızıl medal qazanıb.
92 kq çəki dərəcəsində yarışan Zubairov ardıcıl olaraq, Rusiya və Ermənistan təmsilçilərinə qalib gəldikdən sonra finala yüksəlib. Qızıl medal uğrunda görüşdə isə o, gürcüstanlı rəqibini tam üstünlüklə yenərək, Avropa çempionu olub.Muxalifet3 - 10-06-2018
Paşinyan buna görə Moskvaya gedir - Təfərrüat
N.Paşinyanın Moskva səfərinin təfərrüatı bəlli olub.
Kreml sözçüsü Dmitri Peskovun sözlərinə görə, erməni baş nazir Moskvada keçiriləcək futbol üzrə dünya çempionatını izləyəcək.
"Bəli, futbola gözləyirik", - deyə Peskov vurğulayıb.
Muxalifet3 - 10-06-2018
Ramazan ayının 26-cı gününün – DUASI VƏ TƏQVİMİ
Muxalifet.az müqəddəs Ramazan ayının 26-cı gününün təqvimi və duasını təqdim edir.
26 ramazan 1439 – 11 iyun 2018
İmsak: 03:19
İftar: 20:27
26-cı günün duası:
“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.
Tərcüməsi:Muxalifet3 - 10-06-2018
Qərbi Azərbaycanda PJAK-la atışma: 16 ölü
İranın Qərbi Azərbaycan vilayətinin Uşnəviyə mahalında və yaxınlıqdakı ərazilərdə PKK-nın İran qanadı PJAK-a qarşı əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışmalar zamanı 16 PJAK-çı məhv edilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu bölgədə terrorçulara qarşı əməliyyatların davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl PJAK-la qarşıdurma zamanı iki azərbaycanlı sərhədçi - Yusif Piranə və Məhbub Qurbani həlak olmuşdu.
Muxalifet3 - 10-06-2018
Ərdoğan ETİRAF ETDİ: Dünyanı idarə edənlərdənəm...- FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur alman nəşri “Der Şpigel”in üz qabığına yerləşdirilən 4 dünya lideri ilə bağlı illüstrasiyaya şərh verib. Muxalifet.az xəbər verir ki, türk lider alman nəşrinin bu addımından məmnun qaldığını bəyan edib. “Almanların bir nəşri var, üz qabığına 4 şəxsin rəsmini qoyub. Biri də mənəm. “Dünyanı idarə edən liderlər” deyilir. Əlhəmdülillah. Bu millətin övladı olaraq bu xidməti son nəfəsimizə qədər davam etdirəcəyik”, - deyə dövlət başçısı bildirib.
Muxalifet3 - 10-06-2018
Ermənistan çürüyür, qarşısını almaq üçün... - Qreqoryan dilənir
Ermənistanda yaşayan intellektual gənclər böhrana görə ölkədən qaçırlar. Onları ölkədə saxlamaq üçün çoxlu pula ehtiyac var.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ-da fəaliyyət göstərən “Aurora” təşkilatının sədri, erməni diasporunun rəhbər şəxslərindən biri Vartan Qreqoryan deyib.
O, xarici ölkələrdəki erməni diasporuna müraciət edərək Ermənistana ayırdıqları maliyyə vəsaitlərini artırmağa çağırıb:Muxalifet3 - 10-06-2018
Qarabağda erməni əsgəri öldürüldü
Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində erməni əsgər öldürülüb.
Muxalifet.az nyus.am-a istinadən xəbər verir ki, Dağlıq Qarabağda öldürülən əsgərin 1992-ci il təvəllüdlü Vaan Eloyan olduğu bildirilib.
Hadisənin cəbhənin cənub-şərqində baş verdiyi vurğulanıb.
Muxalifet3 - 10-06-2018
Ramil Quliyevdən ard-arda 2 qələbə— YENƏ BİRİNCİ OLDU
14 turdan ibarət olan “Brilliant Liqa”da 200 metr məsafəyə qaçışda Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev qələbə qazanıb.
Muxalifet.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda yarışa çıxan atlet 19,92 saniyədə finiş xəttinə çatıb. Kanadalı idmançı Aoron Braun 20,07 ilə ikinci, Cənubi Afrikalı Luksolo Adams isə 20,36 ilə üçüncü olub.
Məlumat üçün bildirək ki, Ramil Quliyev iyunun 7-də Norveçin paytaxtı Osloda da birincilik əldə etmişdi.Muxalifet3 - 10-06-2018
Taekvondo federasiyasında 8 aydır maaşlar verilmir — Məşqçilər ayağa qalxdı
Azərbaycan Taekvondo Federasiyasında vəziyyət ürəkaçan deyil.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, 8 aydır, maaş üzü görməyən məşqçilər çıxılmaz vəziyyətdə qalıb.
Onlar bu durumdan federasiya prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun xəbərsiz olduğunu düşünürlər.
Məşqçilərin iddiasına görə, mövcud duruma biganə yanaşan şəxs federasiyanın vitse-prezidenti Nağı Səfərovdur.
Nağı Səfərov hər dəfə məşqçilərə maaş probleminin aradan qaldırılacağı sözünü versə də, bu, əməldə öz təsdiqini tapmır.Muxalifet3 - 10-06-2018
Türmədə güllə yarası alan əsgərlə bağlı - Açıqlama
Ötən gün Bakıda cəzaçəkmə müəssisində hərbçi yoldaşı tərəfindən güllələnən əsgərin səhhəti barədə rəsmi açıqlama verilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov apa-ya bildirib ki, ötən gün qolundan yüngül güllə xəsarəti alan əsgərin vəziyyəti qənaətbəxşdir.Muxalifet3 - 10-06-2018
Putin TERRORLA MÜBARİZƏ APARAN ÖLKƏLƏRİ SADALADI
Rusiya prezidenti Vladimir Putin, Suriyada terrorla mübarizədə əməyi olan ölkələri sadaladı. Siyahıda Türkiyə də yer alıb.
Rusiya prezidenti Vladimir Putin Çinin Şanxay şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında Suriyada terrorla mübarizəyə dəstək verən ölkələri sadalayıb.
Putin, İran Türkiyə və Qazaxıstanın regionda terrorizmlə mübarizə məsələsində əmək sərf etdiklərini qeyd edib. Putin Əsədin də yanvar ayında Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Konqresinin bütün konvensiyalarına uyğun gəldiyini deyib.Muxalifet3 - 11-06-2018
Merkeldən “TÜRK FUTBOLÇULAR” AÇIQLAMASI
Almaniyanın baş naziri Angela Merkel, Alman azarkeşlərin hazırlıq matçında fitə basdığı İlkay Gündoğan və Məsut Özilə dəstək verib.
Almaniyanın futbol üzrə milli komandasının oynadığı hazırlıq matçlarında azarkeşlər tərəfindən fitə basılan İlkay Gündoğan və Məsut Özil üçün son açıqlamanə Angela Merkel verib.Muxalifet3 - 11-06-2018
Mirşahin illər sonra Cəlal Əliyevin CAVABINI VERDİ: “Məni yaxşı tanımırsız…” – VİDEO
"Məni bir akademikin adı ilə söyən adamlar bir şeyi anlamır ki, akademik məni bir dəfə, amma bu adamlar yüz min dəfə söyüb”. Muxalifet.az xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev ASAN Radioya müsahibəsində deyib. O bildirib ki, bu barədə ilk dəfə danışır: "Məni bir akademikin adı ilə daha çox söyürlər. Tamaşaçılar cavandır. Əksəriyyəti müstəqillik dövründə dünyaya gəlmiş insanlardır və onlar bəlkə də məni heç tanımırlar. Onlar bizim keçmişimizdən xəbərdar deyil”.
Muxalifet4 - 11-06-2018
Yevlaxda yaş yarımlıq körpəni İLAN SANCDI
Yevlaxda körpəni ilan sancıb.
Muxalifət.az xəbər verir ki, hadisə axşam saatlarında Xanabad kəndində baş verib.
Belə ki, yaşadığı həyətdə oynayarkən nəzarətsiz qalan yaş yarımlıq - 2016-cı il təvəllüdlü Cəfərov Ramal Tural oğlunu ilan sancıb.
Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Körpəyə təcili tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdirilib. (report)
Muxalifet2 - 11-06-2018
Ukrayna kəşfiyyatı açıqladı: ƏKSƏRİYYƏT RUSİYANI İSTƏYİR
Ukrayna istənilən halda Donbas və Krımı qaytaracaq.
Muxalifət.az xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin rəhbəri Vasili Vovk deyib.
O bildirib ki, yaxın 5-15 il ərzində torpaqlar azad ediləcək:
“Gərək doğrunu danışaq, insanları aldatmayaq. “Donbasın 99 faizi Ukraynaya qayıtmaq istəyir” sözləri yalandır. Biz nəinki işğal olunmuş, hələ ətraf ərazilərdə də durumu bilirik. Əhalinin əksəriyyəti Rusiyanı istəyir”.
Muxalifet2 - 11-06-2018
Yeniyetmə qız telefona görə ÖZÜNÜ BİNADAN ATDI
Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən özünü 11-ci mərtəbədən yerə atıb.
Hadisə Xətai rayonunda, Sabit Orucov küçəsində baş verib.
2004-cü il təvəllüdlü Talıbova Fidan İlham qızı anası ilə mübahisə edib. Buna səbəb isə onun anasından mobil telefon istəməsi olub. Lakin anası telefonu ona verməyib.
Muxalifet2 - 11-06-2018
Suriyada tarixi qərar: MÜHARİBƏ BİTİRMİ?
Demokratik Suriya Qüvvələrinin siyasi qanadı Demokratik Suriya Məclisi ölkə lideri Bəşər Əsədin dialoq təklifini qəbul etdiklərini açıqlayıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, məclisin yaydığı açıqlamada axan qanı durdurmaq üçün danışıqlara getməyin daha doğru yol olduğu bildirilib:
Muxalifet2 - 11-06-2018
Suriyada nələr baş verir? – RUSİYA-İRAN QARŞIDURMASI
Suriyanın paytaxtı Dəməşqdəki kritik mövqelər Rusiyanın əlinə keçib. Dəməşq İcra Hakimiyyəti və Baas Partiyasının yerləşdiyi Yeddi Bahrat bölgəsi, hökumət binalarının yerləşdiyi Kefer Susedə təhlükəsizliyi artıq Rus əsgərləri təmin edir. Moskva, İran dəstəkli Şiə milisləri də ölkədən çəkilməyə məcbur edir.
Muxalifet3 - 11-06-2018