Axtarış

The search found 105785 results in 0.087 seconds.

Search results

  1. Makron Trampı hədələdi

    G7 ölkələrinin Kanadada baş tutan görüşü qalmaqallı keçib.
     
    Dünyanın iqtisadi cəhətdən ən güclü 7 ölkəsinin liderləri görüşüb. Zirvə toplantısında ABŞ-ın İranla olan nüvə sazişindən imtina etməsi ətraflı müzakirə olunub. Sözügedən məsələ ilə yanaşı Trampın Uzaq Şərqdən sonra Avropadan da ixrac edilən polad və alüminiuma ağır vergilər qoyması Fransa prezidenti Emmanuel Makronu özündən çıxarıb.
    O, ABŞ-ın qərarlarına sərt reaksiya verərək deyib:

    Muxalifet3 - 9-06-2018

  2. ​Qadağan edilən ov bıçağı hərracda – 5 manata…

    Xüsusi təyinatlı (köməkçi) ov bıçağı aukisona çıxarılıb.
    Muxalifet.az xəbər verir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi dövlət nəfinə müsadirə etdiyi əmlakları hərraca çıxarıb. Bu məqsədlə 10 iyul tarixində özəlləşdirmə keçiriləcək.
    Hərraca çıxarılan aksesuarlar arasında xüsusi təyinatlı ov bıçağı da var. 5 manatdan başlayan qiymətlə hərraca təqdim edilən bıçağın sərbəst satışına icazə yoxdur.
    Lakın müsadirə edildiyi üçün hərraca təqdim edilib.
     

    Muxalifet3 - 9-06-2018

  3. ​Putindən Poroşenkoya: Onları dərhal sərbəst burax!

    Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Pyotr Poroşenkodan rus jurnalistləri dərhal azad etməyi tələb edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
    Məlumata görə, bu gün iki ölkə lideri arasında həbs edilənlərin dəyişdirilməsi və digər məsələlərlə bağlı telefon danışığı baş tutub. Hər iki ölkənin nümayəndələri arasında insanların qarşılıqlı şəkildə ailələrini ziyarət etməsi ilə bağlı razılıq əldə edilib.
     

    Muxalifet3 - 9-06-2018

  4. ​Miqrantlardan Suriya hökumətinə: Yardım edin!

    ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın nəzarəti altında olan Rukban sığınacağındakı yüzlərlə miqrant Suriya hökumətindən yardım istəyib.
    Muxalifet.az xəbər verir ki, miqrantlar sığınacaqda qida olmadığını bildiriblər. Onlar yaxınlarının Dəməşqdən yemək və dərman gətirdiklərini, amma onları da pulla aldıqlarını söyləyiblər.

    Muxalifet3 - 9-06-2018

  5. ​İtaliya: Yalnız NATO buna qadirdir

    Yalnız NATO Aralıq dənizi regionunda təhlükəsizliyi təmin etmək gücündədir.
    Muxalifet.az xəbər verir ki, bunu “Messaggero” qəzetinə müsahibəsində İtaliya Müdafiə naziri Elizabetta Trenta deyib.
    “NATO-nun daha sürətli olmasına ehtiyac var. Aralıq dənizində biz əsas geosiyasi maraqlara sahibik və kollektiv təhlükəsizliyin təminatında öhdəliklərimizi icra etməyə hazırıq. Yalnız NATO bu regiondan gələn təhdidlərin qarşısını almaq gücündədir”, – deyə o bildirib.
     

    Muxalifet3 - 9-06-2018

  6. ​Məhəmməd Salahdan Serxio Ramosa SƏRT CAVAB

    “Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah Serxio Ramosa sərt cavab verib.
    Muxalifet.az xəbər verir ki, Salah  Serxionun “İynə vurulsaydı, oyuna davam edə bilərdi” açıqlamasına “Gülməlisən” cavabını verib.
    Çempionlar Liqasının finalında “Real Madrid”-“Liverpul” qarşılaşmasına Salahın zədələnməsi damğa vurmuşdu. Serxio Ramosla girdiyi mübarizədə zədələnən misirli futbolçu bir neçə dəqiqə sonra stadionu tərk etmək məcburiyyətində qalmışdı.

    Muxalifet3 - 9-06-2018

  7. ​Gəncəlilərə şad xəbər: "Sürət qatarı istifadəyə veriləcək"

    Bu ilin sonunadək Bakı və Gəncə şəhərləri arasında sürət qatarı istifadəyə veriləcək.
    Muxalifet.az-ın xəbərinə  görə, bunu bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Bakıda keçirilən  Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında bildirib.
    E. Vəliyev deyib ki, bu, turistlərin Gəncəyə səfərini asanlaşadıcaq
     

    Muxalifet3 - 9-06-2018

  8. ​Tramp: Uğurlu G7-nin sammitini keçirdik

    Biz inanılmaz dərəcədə uğurlu G7-nin sammitini keçirdik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri sammitin yekununda ABŞ Prezidenti Donald Tramp deyib. O, "Böyük yeddiliy"in Kanadada keçirilən zirvə toplantısını çox uğurlu adlandırıb.
    Qeyd edək ki, Tramp iyunun 12-də Şimali Koreya lideri Kim Çen İnlə görüşü ilə bağlı G7 sammitini vaxtından tez tərk etməyi planlaşdırır.
     

    Muxalifet3 - 9-06-2018

  9. ŞoK: "Qarabağ Ermənistanın tarixi torpağıdır...": Rusiyadan Azərbaycana qarşı TƏXRİBAT - VİDEO

    “Vladimir Solovyovla axşam” verlişində aparıcı ilə ukraynalı politoloq Vyaçeslav Kovtun arasında mübahisə düşüb.
    Muxalifet.az xəbər verir ki, politoloq Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini və onun ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
    Teleaparıcı istənilən halda neytral qalmalı olsa da, ukraynalı politoloqun sözləri Solovyovu özündən çıxarıb. 
    Buna cavabında Solovyov Kovtunun “Qarabağın erməni torpağı olduğunu, və orada ömür boyu ermənilərin yaşadığını” bilib-bilmədiyini soruşub.

    Muxalifet3 - 9-06-2018

  10. ​İran “Boeing”i məhkəməyə verəcək

    İran ABŞ-ın təyyarə istehsalçısı olan “Boeing” korporasiyasını beynəlxalq məhkəməyə verəcək.
    Muxalifet.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə İran İslam Şurası Məclisinin (parlamentin) deputatı Taki Kəribi bildirib:
    “2016-cı ilin dekabrında “İran Air” şirkəti ilə “Boeing” korporasiyası arasında 80 təyyarənin alınması haqqında müqavilə imzalanıb. Bu gün isə korporasiya öhdəliyini yerinə yetirməkdən imtina edir.

    Muxalifet3 - 9-06-2018

  11. ​İranda qadınlarla bağlı daha bir ilk yaşandı

    İranda ilk dəfə bir qadın Gənclik və İdman İdarəsinə rəhbər təyin edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə qərarı İranın Gənclik və İdman naziri Məsud Sultanifər verib. O, Məryəm Baxşını Gilan əyalətinin Gənclik və İdman İdarəsinə rəhbər təyin edib.
    Qeyd edək ki, M.Baxşı 15 il Gənclik və İdman İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
     

    Muxalifet3 - 9-06-2018

  12. ​Ukrayna təyyarəsi qəzaya uğradı: yaralılar var

    Polşada Ukraynaya məxsus kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, təyyarə eniş zamanı qəzaya düşüb.
    Qəza nəticəsində 3 nəfər yaralanıb.
     

    Muxalifet3 - 9-06-2018

  13. ​Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək üçün... - Səfir

    Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının təşkilatçılıq səviyyəsi çox yüksəkdir. Azərbaycan və Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) bu mötəbər yarışı peşəkarlıqla təşkil ediblər.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores azərtac -a müsahibəsində deyib.

    Muxalifet3 - 9-06-2018

  14. ​"Neftçi"nin büdcəsi üçqat artırıldı - Rekord

    Baş məşqçi postuna italiyalı Roberto Bordini gətirən "Neftçi" klubunun illik büdcəsi 3 qat artırılıb.
    Muxalifet.az xəbər verir ki, SOCAR-dan "Neftçi"yə 2018/2019 mövsümü üçün 21 milyon manat büdcə ayrılıb. Bu, klub tarixi ərzində paytaxt təmsilçisinə ayrılan ən yüksək məbləğdir. Məlumat üçün bildirək ki, Dövlət Neft Şirkəti indiyədək "ağ-qaralar"a ən yaxşı halda 12 milyon manat ayırıb.

    Muxalifet3 - 9-06-2018

  15. ​Görünməmiş HADİSƏ: Kəbədə intihar etdi – VİDEO

    Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən, müsəlmənların müqəddəs saydığı Kəbədə intihar hadisəsi baş verib.
    Muxalifet.az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Daily Sabah məlumat yayıb.
    Qeyd olunur ki, bir nəfər gecə namazından sonra özünü üçüncü mərtəbədən aşağı atıb.
    Məlumata görə, vəfat edən şəxs İslamı yenicə qəbul etmiş 26 yaşlı fransız olub.
     

    Muxalifet3 - 9-06-2018

  16. ​Süleymaniyyədə partlayış: ölü və yaralılar var

    İraqın Süleymaniyyə şəhərində partlayış baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Ölü və yaralı sayının artacağı ehtimal edilir.
    Partlayışın hansı səbəbdən baş verməsi hələlik məlum deyi
     

    Muxalifet3 - 9-06-2018

  17. ​Erməni-fars ittifaqının əsl səbəbi - Gülbəydən sensasiya

    İran ona qarşı tətbiq olunan embarqo səbəbiylə ehtiyacı olan məhsulları Gürcüstanın Batum limanına gətirərək oradan Ermənistan üzərindən idxal edir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy çıxış edib.
    Onun sözlərinə görə, Ermənistan İranın bu vəziyyətini fürsətə çevirərək onu təhdid edir, tranzit üçün icazənin yalnız bəzi siyasi və maddi dəstək verilməsi qarşılığında verilə biləcəyini bildirir.

    Muxalifet3 - 9-06-2018

  18. ​Avropa Birliyindən Türkiyəyə şərt: Sazişə əməl et və...

    Avropa Birliyi Türkiyəni təhdid edib.
    Muxalifet.az xəbər verir ki, Avropada yaşayan miqrantları qeydiyyata alan "Geri Qəbul" sazişinin Türkiyə tərəfindən təxirə salınması Avropa Birliyi tərəfindən birmənalı qarşılanmayıb. Birliyin sözçüsü Türkiyəni bu qərarından geri dönməyə səsləyib.
    AB rəsmisi Türkiyənin sazişə əməl etməsini istəyib. Sazişin Ankaranın istədiyi viza sərbəstliyi üçün şərt olduğunu bildirən sözçü sazişə əməl edilməyəcəyi təqdirdə bunun mümkün olmayacağını bildirib.
     

    Muxalifet3 - 9-06-2018

  19. ​Güləşçimiz erməniyə qalib gələrək finala yüksəlib

    Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Muxalifet.az-az Azərbaycan Güləş Federasiyasından verilən məlumata əsasən, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 61 kq-da mübarizə aparan Elçin Vəliyev Rumıniya idmançısına qalib gəlsə də yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Eçinin həlledici görüşdə rəqibi Türkiyə idmançısı olacaq. 92 kq-da yarışan Şamil Zubairov isə ardıcıl olaraq Rusiya və Ermənistan təmsilçilərinə qalib gəlib və finala yüksəlib.

    Muxalifet3 - 9-06-2018

  20. ​Kürdə batan 11 yaşlı oğlanın meyiti tapıldı

    İyunun 6-da Kür çayının Hacıqabul rayonu, Meyniman kəndi ərazisindən keçən hissəsində batan 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğlunun meyiti aşkarlanıb.
    Muxalifet.az APA-ya istinadla xəbər verir ki, cəsəd çayın Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkar olunub.
    Meyit FHN-in müvafiq qurumlarının əməkdaşları tərəfindən sudan çıxararaq aidiyyatı üzrə təhvil verilib.
     

    Muxalifet3 - 9-06-2018

Pages