Axtarış

The search found 105785 results in 0.073 seconds.

Search results

  1. Rusiyada fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında - ŞOK TƏFSİLAT

    İki il əvvəl Moskva vilayətinin Mıtışi şəhərində 22 yaşlı Fransa vətəndaşını qətlə yetirən azərbaycanlıların məhkəməsi başlayır.

    Muxalifət.az-ın yerli KİV-lərə istinadən hazırladığı məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə sədrinin köməkçisi Olqa Vradi bildirib.

    Muxalifet2 - 9-06-2018

  2. Dünyanın ən varlı və xəsis qadını…- REKORDLAR KİTABINA DÜŞDÜ

    Dünyanın ən xəsis qadını böyük britaniyalı Qenrietta Houlend 81 yaşında ürək çatışmazlığından vəfat edib.

    Azərtac billionnews.ru saytına istinadla bildirir ki, qadın hətta Ginnesin Rekordlar Kitabına dünyanın ən xəsis adamı kimi düşüb. Vəfat edən gün qadının 4 milyard dollar varidatı olub.

    Qenrietta ölkənin dəmir yolu şirkətlərinin aksiyalarının, eləcə də 8 mindən çox torpağın sahibi kimi tanınıb.

    Muxalifet2 - 9-06-2018

  3. Putin Çində özünə yemək bişirdi – RƏSMİ SƏFƏR ZAMANI

    Rusiya Prezidenti Vladimir Putin Çinin Tyantszin liman şəhərinə səfər edib.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, səfər zamanı Putin həmkarı Si Szinpinlə Çin yeməyi hazırlayıb. Daha sonra hər iki lider hazırladıqları yeməkdən dadıblar. Liderlərin hazırladığı yeməyin Tyantszin delikatesi olduğu açıqlanıb.
     
    Qeyd edək ki, Putin bundan öncə Çinə səfər edib. O, səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib.
     

    Muxalifet4 - 9-06-2018

  4. Türkiyənii təhdid etmişdi: ÖLDÜRÜLDÜ

    Terror təşkilatı İŞİD-in, 2016-ci ildə yaydığı videoda Türkiyəyə təhdidlər yağdıran terrorçu Talha al-Turki in Hajinin Suriyada öldürüldüyü bildirilib.
     
    Terror təşkilatı İŞİD, 2016-ci ilin dekabr ayında 2 Türk əsgərinin şəhid edilməsi ilə bağlı olduğu irəli sürülən bir video yaymışdı.
    Youtube-da yayımlanan videoda İŞİD terrorçusu Talha al-Turki in Hajin, Türkiyəni hədələmiş və canlı hücumlarını davam etdirəcəyini açıqlamışdı.

    Muxalifet3 - 9-06-2018

  5. Bu yolda nəqliyyatın hərəkəti qismən MƏHDUDLAŞDIRILACAQ

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

    Muxalifət.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

    Muxalifet2 - 9-06-2018

  6. Quiroqa Bakıda danışdı: Demə, Tramp ciddi deyirmiş…

    Biz Tramp administrasiyasının siyasətini ciddi tənid etdik. Düşünürdük ki, cənab Tramp seçkiqabağı təbliğat məqsədilə Meksika ilə sərhəddə divar hörəcəyi barədə bəyanat verir. Ancaq sonra ortaya çıxdı ki, bu təbliğat yox, həqiqətdir. Əlbəttə, bu ciddi narahaatlıq yaradır.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində çıxışı zamanı Boliviyanın sabiq prezidenti Yorqe Quiroqa deyib.

    Sabiq prezident ABŞ-ın Paris iqlim sazişindən çıxmasını da pis gediş adlandırıb:

    Muxalifet2 - 9-06-2018

  7. Bakı, Sumqayıt və Cəlilabadda yaşayış evləri yandı

    Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.

    Muxalifət.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Muxalifet2 - 9-06-2018

  8. Yan Zahradil: "Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarların qəbuluna SON QOYMAQ LAZIMDIR"

    "Bu il Azərbayan və Avropa arasında münasibətlər fərqli olacaq".

    APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil bildirib.

    Muxalifet2 - 9-06-2018

  9. Deputat: "Naxçıvan istiqamətində torpağımız azad edildi" - MÜJDƏ

    "Yenə də torpağımız işğaldan azad edilib. Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar, torpağımızın işğaldan azad edilməsi həm ordumuzun, həm xalqımızın, həm də prezidentimizin apardığı siyasətin təntənəsidir".

    Muxalifət.az-ın məlumatına görə, bunu bu gün Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

    Muxalifet2 - 9-06-2018

  10. Qüdsdə növbəti ƏRƏB XƏYANƏTİ

    ABŞ, xəyanətkar Körfəz ölkələrinin Fələstin dövlətinin başına gətirmək istədiyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi keçmiş “Fəth” lideri Məhəmməd Dahlan, İsrail üçün Məscid-i Aksa yaxınlığındakı əraziləri satın almağa başlayıb.
     

    Muxalifet3 - 9-06-2018

  11. Paşinyan 7 milyardı necə verəcək? - OVANİSYAN

    Serj Sərkisyan hələ də getməyib və onun gələcəyə dair öz hesabları var.

    Muxalifət.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovanisyan deyib. Onun sözlərinə görə, Nikol Paşinyan hələ də gələn təhlükəni dəyərləndirə bilmir:

    Muxalifet2 - 9-06-2018

  12. Mərhum jurnalistin oğlu oldu - ÖZ ADINI QOYDULAR

    Bir müddət əvvəl dünyasını dəyişən jurnalist Natiq Qədimovun övladı olub.

    Muxalifət.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı mərhumun dostları sosial şəbəkədə paylaşıb. Onlar bildiriblər ki, jurnalistin oğluna "Natiq" adı qoyulub: "Dostlar, Natiq Qədimov ikinci dəfə dünyaya gəldi!"

    Qeyd edək ki, tanınmış jurnalist ötən ilin noyabr ayında infarktdan dünyasını dəyişib.

    Muxalifet2 - 9-06-2018

  13. İtaliyada göldə boğulan azərbaycanlının MEYİTİ TAPILMIR

    Elnur Babayevin əmisi bildirib ki, axtarış prosesləri dayandırılmayıb, lakin nəticə də yoxdur...

    İtaliyada azərbaycanlı tələbə  göldə boğularaq, dünyasını dəyişib.  Roma Universitetinin politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev Kastel Qandolfo şəhərindəki göldə boğulub. Hadisə iyunun 2-də baş verib.

    Muxalifet2 - 9-06-2018

  14. Qoca Qitə eyni vaxtda Tramp, Putin və Zinpinlə döyüşür – Avropalıları necə xilas etməli? - TƏHLİL

    Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dəstəkləyən əsas dəlillərindən biri Dumanlı Albionun təklikdə digər ölkələrlə – hətta Avropa ilə – daha sərfəli ticarət sövdələri əldə edə bilməsi idi. İngiltərənin xarici işlər naziri Boris Conson kimi, bir çox “Brekzit”çinin sözlərinə görə, Avropa İttifaqı üzvləri Avropa Layihəsinin bütövlüyünü müdafiə etmək əvəzinə, öz böhranlarından daha çox qayğılanır və buna görə də, “İstədiyimiz dəyişikliyin yalnız bir yolu var: Aİ-dən ayrılmaya səs verin”.

    Muxalifet2 - 9-06-2018

  15. Türkiyənin müdafiə nazirindən QƏNDİL VƏ MÜNBİÇ AÇIQLAMASI

    Türkiyənin milli müdafiə naziri Nurəddin Canik, NATO Müdafiə Nazirləri toplantısından sonra jurnalistlərə açıqlama verib. Canik, "Xüsusilə Münbiçdəki yol xəritəsi ilə əlaqədar çox ətraflı, konstruktiv və müsbət görüş keçirdik" – deyib.
     
    Nazir Nurəddin Canik, "Yeni İldən bu yana İraqın şimalında keçirdiyimiz əməliyyatlarda 500-dən çox terrorçu zərərsizləşdirilmişdir. Terroru kökdən təmizləmək üçün nə edilməsi lazımdırsa, hazırda o həyata keçirilir və sonuna qədər də gedəcəyik" deyib.

    Muxalifet3 - 9-06-2018

  16. Ələkbərov bu türk ölkəsinə 7 milyard yatırdı – PUTİN

    Rusiya Prezidenti Vladimir Putin payızda Özbəkistana səfər edəcək.

    Muxalifət.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin deyib. O, Mirziyayevin Rusiyaya səfərindən sonra iki ölkə arasında münasibətlərin müsbət istiqamətə dəyişdiyini deyib:

    “Bizim ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artıb. İki ölkə arasında böyük layihələr gerçəkləşdirilir. Təkcə “Lukoyl” şirkəti Özbəkistana 7 milyard dollar investisiya yatırıb”.

    Muxalifet2 - 9-06-2018

  17. Ərdoğan:"İraqın şimalı çox tezliklə terrorçulardan təmizlənəcək"

    İraqın şimalı, o cümlədən Qəndil çox tezliklə terrorçulardan tamamilə təmizlənəcək.

    Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

    R.T.Ərdoğan bildirib ki, İraqın şimalı PKK terrorçuları üçün yuvadır:

    “Əgər İraq hakimiyyəti bu bölgəni təmizləmək iqtidarında deyilsə, o zaman Türkiyə Silahlı Qüvvələri bu torpaqların terrorçulardan azad edilməsi üçün mümkün olan hər şeyi edəcək”.

    Muxalifet2 - 9-06-2018

  18. Biləsuvarda tanınmış falçı SAXLANILDI - FOTO

    Biləsuvar rayonunda vətəndaşları fala baxmaq adı ilə aldadaraq onların pul və qızıl-zinət əşyalarını mənimsəyən qadın saxlanılıb.

    Muxalifet2 - 9-06-2018

  19. Türkiyəli nazirdən “FETÖ-dan YENİ DÖVLƏT ÇEVRİLİŞİ” AÇIQLAMASI

    FETÖ şəbəkəsi ilə bağlı məlumat verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, "Ölkə içində təhdid yaradacaq FETÖ hücrələri yerləşir. FETÖ sübliminal mesajlarla dövlət çevriliş çağırışı etməyə davam edir. FETÖ sosial media üzərindən dəstək axtarır" deyə, söyləyib.
     
    Daxili işlər naziri Soylu,  CNN Türk-ün suallarını cavablandırıb.

    Muxalifet3 - 9-06-2018

  20. Azərbaycandan ÇİRKLİ PULLARI YUYAN Latviya bankının ləğvedicisinin qətli

    Azərbaycan, Rusiya və digər bəzi keçmiş sovet respublikalarından çirkli pulların yuyulmasını təşkil etdiyi üçün Avropa Mərkəzi Bankı tərəfindən 2016-cı ildə lisenziyası ləğv edilmiş Latviya bankı «Trasta komercbanka»-nın ləğvedicisi Martıniş Bunkus mayın 30-da Riqada qətlə yetirilib. Virtualaz.org Latviya KİV-lərinə istinadən xəbər verir ki, həmin qətlin “bankda pulları batan azərbaycanlı biznesmenlər” tərəfindən sifariş verildiyi versiyası araşdırılır.

    Muxalifet2 - 9-06-2018

Pages