Axtarış
The search found 105785 results in 0.09 seconds.
Search results
Putinə şok təklif: Bu ölkələri zəbt et... - Felgenhauer
Qərb ölkələrində Rusiyanın təcavüzkar hərəkətləri ilə əlaqədar ümumavropa müharibəsinə ciddi baxılır.
Muxalifet.az xəbər verir ki, bu haqda “Apostrof” nəşrinə Rusiyanın hərbi eksperti və publisisti Pavel Felgenhauer yazıb.
Onun sözlərinə görə, real planlaşdırma gedir və istənilən vaxt ən kiçik hadisəyə görə müharibə başlaya bilər. Hərbi ekspert qeyd edib ki, belə müharibədə yalnız NATO ölkələri iştirak etməyəcək, çünki Baltikyanı ölkələrdə müharibə halında İsveç NATO-nun tərəfində vuruşacaq. O, Finlandiyanın Rusiyaya qarşı vuruşacağını da istisna etmir.Muxalifet3 - 6-06-2018
Türkiyədən AB-yə Yunanıstanla bağlı - Xəbərdarlıq
Avropa Birliyinin Egey dənizi problemləri kontekstində Yunanıstanın siyasi aləti olmaması istiqamətindəki xəbərdarlığımızı təkrarlayırıq.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan Prezidenti Prokopis Pavlopoulosun Egey dənizindəki problemlərlə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Aksoy Yunanıstan prezidentinin sözlərinin heç bir hüquqi əsası olmadığını, AB-yə də məsələ ilə bağlı Türkiyənin mövqeyinin çatdırıldığını söyləyib.
Muxalifet3 - 6-06-2018
Pirotexniki anbarda partlayış: 7 ölü, 8 yaralı
Meksikanın Tultepek şəhərində pirotexniki anbarda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 8-i isə yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Bildirilir ki, partlayış 23 evə və 12 avtomobilə zərər verib.
Hazırda partlayışın yaratdığı fəsadlar aradan qaldırılır.
Olayın hansı səbəbdən baş verməsi bəlli deyil.
Muxalifet3 - 6-06-2018
Kim Çen İn dizlərini yerə qoyaraq Trampa belə yalvardı - Quiliani
ABŞ Prezidenti Donald Trampın 12 iyunda Sinqapurda nəzərdə tutulan zirvə sammitinin ləğv edilməsi ilə bağlı qərarından sonra Şimali Koreya lideri Kim Çen İn toplantının baş tutması üçün Ağ Ev rəhbərinə yalvarmışdı.
Muxalifet.az xəbər verir ki, bu sözləri Nyu Yorkun keçmiş bələdiyyə sədri Rudi Qiuliani deyib.
O bildirib ki, Kim Çen İnin ardıcıl təhqirlərindən sonra Trampın sammiti ləğv etməkdən başqa çarəsi qalmamışdı:
“Kim Çen İn dizlərini yerə qoyaraq sammit üçün yalvardı”.Muxalifet3 - 6-06-2018
İşdən çıxarılan icra başçısı haqda SENSASİON İDDİALAR – Xaləddin İsgəndərov həftənin “lideri” oldu
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 7-06-2018
Prezident Administrasiyası rəhbəri sərt tənqid etmişdi, amma... – NAZİM İBRAHİMOVA YENİ VƏZİFƏ VERİLMƏSİNİN SİRRİ!
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 7-06-2018
ŞOK: ASALA Bakını TƏHDİD ETDİ: "Hazır olun..." - ASİMDER FOTOFAKTLAR YAYDI
Gürcüstanın ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində ASAL-a terror təşkilatı yenidən qurulur.
Muxalifet.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.
ASALA-nın bu bölgədə yenidən “dirilməsi”nin strateji hədəfi var.
Muxalifet3 - 8-06-2018
İraqın 30 kilometrliyindəyik, bütün variantlar masadadır - Yıldırım
Türkiyə əsgəri Şimali İraqın 30 kilometrliyindədir. Qəndillə bağlı bütün variantlar masadadır.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Baş naziri Binəli Yıldırım Qəndillə bağlı bəyanatında bildirib.
Yıldırım qeyd edib ki, Türkiyənin tək dərdi separatçı terror təşkilatıdır: "HDP-çilər gəlib sizdən səs istədi, ancaq Qəndilin əsarətindən özlərini xilas etmədilər. Artıq bəsdir. Terror təşkilatının sapı çöldə, ipi başqalarının əlindədir. Kürdlərin də, türklərin də PKK, YPG, FETÖ kimi problemi var".
Muxalifet3 - 8-06-2018
ABŞ: İŞİD məğlub oldu, biz geri çəkilmirik
İŞİD məğlub oldu deyə, biz Suriyadan geri çəkiləcək deyilik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Brüsseldə mətbuat konfransında ABŞ Müdafiə naziri Ceyms Mettis bildirib.
"Suriyada lazım olan yerli hakimiyyət məclislərini dəstəkləməkdir. Yerliləri dəstəkləyəcəyik ki, siz geri çəkilərkən, İŞİD dərhal geri qayıtmasın", - Mettis söyləyib.
Muxalifet3 - 8-06-2018
Avstriya 50-ə yaxın türk imamı ölkədən qovur
Avstriyanın kansleri Sebastyan Kurtz öz “Twitter” hesabında hökumətin Türk islam ittifaqına üzv olan 40 imamı ölkədən deportasiya etməyi qərara aldığını bəyan edib.
Muxalifet.az xəbər verir ki, bu haqda “Gazeta.ru” məlumat yayıb.
Kanslerin sözlərinə görə, bu qərar həmin təşkilatın dini qurumların və dini rəhbərlərin ölkə xaricindən maliyyələşməsinə qoyulan qadağaya məhəl qoymaması ilə əlaqədardır.Muxalifet3 - 8-06-2018
Tramp Məhəmməd Əlini ölümündən sonra əfv edə bilər
ABŞ prezidenti Donald Tramp bildirib ki, vəfat edən boks üzrə dünya çempionu Məhəmməd Əlinin əfv olunması imkanlarını nəzərdən keçirir.
Muxalifet.az xəbər verir ki, bununla bağlı The Independent məlumat yayıb.
1967-ci ildə Vyetnama göndərmək üçün ordu sıralarına çağırılan zaman Əli orduda xidmət etməkdən boyun qaçırıb. Ona ringə çıxmaq qadağan edilib. Qadağa 1971-ci ildə ABŞ Ali məhkəməsi tərəfindən ləğv edilib.Muxalifet3 - 8-06-2018
Zlatan İbrahimoviç: “Mən dünya çempionatında iştirak etməliyəm”
ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun hücumçusu Zlatan İbrahimoviç Rusiyada keçirilən dünya çempionatında iştirak edə bilməyəcək.
Muxalifet.az xəbər verir ki, İbrahimoviç buna görə isveç mətbuatını günahlandırıb.
İbrahimoviç İsveç ylğmasına cəlb edilməyib.Muxalifet3 - 8-06-2018
Tramp Rusiyanı “G 8”ə qaytarmaq istəyir — Qərbdə buzlar əriyir
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiyanı “Böyük Səkkizlik” qrupuna əlavə etmək istəyir.
Muxalifet.az xəbər verir ki, 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya bu ittifaqdan ixrac edilib.
ABŞ lideri həm də “G7” sammitində Rusiyanın təmsil olunmasını arzuladığını bildirib. Tədbir bu gün Kvebekdə açılacaq.Muxalifet3 - 8-06-2018
Avropa çempionatı: güləşçilərimiz yarımfinalda
İstanbulda keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Muxalifet.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
Güləşçilərimizdən ikisi - Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dolqatov (65 kq) yarımfinala yüksəlib. Yarımfinalda hər iki güləşçimizin rəqibi Almaniya idmançısı olacaq. Əfqan Xaşalov 1/4 finalda Ukrayna pəhləvanı Taras Markoviç üzərində 4:3 hesabı ilə qalib gələrək almaniyalı Viktor Lezin ilə qarşılaşacaq.Muxalifet3 - 8-06-2018
7 məscidin bağlanmasına Türkiyə XİN-dən - Sərt açıqlama
Avstriya hökumətinin ideoloji mövqeyi universal hüquq normalarına, ictimai harmoniya siyasətinə, azlıqların hüquqlarına və əxlaqa ziddir.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
XİN bildirir ki, Avstriyanın bəhanələrlə 7 məscidi bağlaması və imamları deportasiya etməsi İslam əleyhinə irqçi və ayrı-seçkilik populist dalğanın nəticələrindən biridir.
Qeyd edək ki, Avstriya hökuməti ölkə ərazisində 7 məscidin qapadılması haqqında qərar qəbul edib.
Muxalifet3 - 8-06-2018
11 min hektardan artıq ərazi və Günnüt kəndi azad edildi - Rəsmi
1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Muxalifet.az xəbər verir ki, bu barədə report-a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.
Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.Muxalifet3 - 8-06-2018
Naxçıvana yeni nazir təyin edildi - Fərman
Mayis Əliyev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Muxalifet.az xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.
Qeyd edək ki, Mayis Əliyev bundan əvvəl həmin nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.Muxalifet3 - 8-06-2018
Tiflisdə etirazçılar yenidən ayağa qalxdı: istefa ver...
Gürcüstanın paytaxtı Tiflisdə etiraz aksiyası davam edir.
Muxalifet.az xəbər verir ki, etirazçılar ədliyyə naziri Tea Tsulukianinin istefasını tələb edirlər.
Aksiyaçılar “Tea get!” şüarının olduğu qara şarları havaya buraxıblar. Onlar yeni ədliyyə nazirinin vətəndaş cəmiyyətinin konsensusu nəticəsində seçilməsini tələb ediblər.
Muxalifet3 - 8-06-2018
Moskvadan Lənkərana ilk uçuş yerinə yetirildi - Foto
İyunun 8-də Moskvanın “Vnukovo” Beynəlxalq Aeroportundan yola düşən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarə Lənkəran hava limanında yerə enib.
Muxalifet.az xəbər verir ki, Lənkəran Beynəlxalq Hava Limanında Moskva-Lənkəran-Moskva reysi ilə uçan təyyarənin sərnişinlərinin qarşılanma mərasimi olub.Muxalifet3 - 8-06-2018
Rusiya-Çin arasındakı 1 milyardlıq müqavilənin - Detalları
Rusiya-Çin İnvestisiya Fondu ilə (RCIF) "Çenqtonq Holdinqs" təşkilatı arasında 1 milyard dollarlıq müqavilə imzalanıb.
Muxalifet.az xəbər verir ki, müqaviləyə əsasən, iki ölkə arasında birgə sənaye investisiya fondu yaradılacaq.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Pekin səfəri zamanı imzalanan müqavilə Rusiyadakı sənaye, nəqliyyat və turizm infrastrukturunun inkişaf etdirilməsi məqsədilə müxtəlif sektorlara investisiya qoyulmasını nəzərdə tutur.
Muxalifet3 - 8-06-2018