Axtarış
The search found 105785 results in 0.066 seconds.
Search results
Trampdan Moskvaya böyük jest: Burada Rusiya da olmalıdır
İstəsəniz də, istəməsəniz də G7 zirvəsində Rusiya da olmalıdır.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kanada səfəri zamanı bildirib.
Qeyd edək ki, Rusiya Krımın ilhaqı və Ukraynanın şərqindəki böhranla bağlı G8-dən kənarlaşdırılıb.
Muxalifet3 - 8-06-2018
Tusk Rusiyanın “G7”yə qayıtmasına qarşı çıxdı
Rusiyanın “böyük səkkizliyə” qayıtması dünyanın aparıcı dövlətləri klubundakı birliyə xələl gətirə bilər.
Muxalifet.az xəbər verir ki, bunu Avropa Şurasının sədri Donald Tusk Kanadada keçirilən “G7” sammiti çərçivəsində verdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, klubun hazırkı formatı özlüyündə “unikaldır” və üzv dövlətlərin vahid mövqe tutması ilə seçilir.
“G-7”yə yeni, meydan oxuyan hansısa bir ünsür əlavə etməkdənsə, Amerikalı tərəfdaşlarımızı bu formatın möhkəmləndirilməsinə inandırmağımız daha vacibdir” , - deyə Tusk vurğulayıb.Muxalifet3 - 8-06-2018
Putin SURİYA QƏRARINI AÇIQLADI
Rusiya prezidenti Putin ölkəsinin maraqlarına uyğun olduğu müddət ərzində Suriyadan getməyəcəklərini açıqlayıb. Putin, buna qarşılıq regionda yeni bazalar yaratmadığını bildirib
Muxalifet3 - 8-06-2018
Argentina-İsrail matçının baş tutmaması HÖKÜMƏTİ QARIŞDIRDI: QARŞILIQLI İTTİHAMLAR
Argentina ilə İsrail milli futbol komandaları arasında Qüdsdə oynanılması planlaşdırılan hazırlıq matçının ləğv edilməsindən sonra İsrail rəsmiləri arasında kimin məsuliyyət daşıması ilə bağlı mübahisə yaşanıb.
“Yedioth Ahronoth” qəzetinin xəbərinə görə, İsrailin mədəniyyət və idman naziri Miri Regev, İsrailin baş naziri Binyamin Netanyahunun Argentina prezidenti Mauricio Macriyə zəng edərək iki komanda arasında oynanılması planlaşdırılan matçın Qüdsdə həyata keçirilməsini təmin etməyə çalışdığını bildirib.
Muxalifet3 - 8-06-2018
Sadıqovun yetirmələri Macarıstana üç qol vurdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Macarıstanla yoldaşlıq oyunu keçirib.
Muxalifet.az xəbər verir ki, Mərdəkanda, “Dalğa Arena”da keçirilən matç 3:3 hesabı ilə başa çatıb.
Qollar: Ehtiram Şahverdiyev, 49 - penalti ilə. Renat Dadşov, 67. Anton Krivotsyuk, 71 - Qabor Makray, 29. Atilla Haris, 37. Matias Tayti, 52
Muxalifet3 - 8-06-2018
Trampla Kanadanın baş naziri arasında MARAQLI DİALOQ: AĞ EVİ SƏN YANDIRMADINMI?
ABŞ prezidenti Donald Tramp ilə Kanadanın baş naziri Trudeaunın əlavə gömrük vergisinin tətbiq edilməsi məsələsi ilə bağlı apardığı telefon danışığında maraqlı bir dialoq baş tutub.
Amerikanın CNN televiziyasının xəbərinə görə Trudeau, "Gömrük vergisinin tətbiq edilməsini necə milli təhlükəsizliyə bağlaya bilərsiniz", deyərək bu barədə açıqlama tələb edib, Tramp isə bunun əvəzində Ağ Evin yandırılması ilə bağlı uğursuz bir tarixi xatırladıb.
TRAMPIN BİLMƏDİYİ TARİX
Muxalifet3 - 8-06-2018
Türk əsgəri bölgəni MÜHASİRƏYƏ ALDI: PKK-nın ÜSTÜNDƏN XƏTT ÇƏKİLDİ
TSQ regionda terror təşkilatı PKK-nı məngənəyə alarkən, İraqın Kürd bölgəsi IKBY-dən açıqlama verilib. IKBY-nin hökumət sözçüsü Sefin Dizayi, "PKK-nın varlığı sərhəd bölgələrinin qeyri-sabitliyinə səbəb olmaqdadır" deyib.
İraq Kürd Regional Rəhbərliyinin (IKBY) hökumət sözçüsü Sefin Dizayi, terror təşkilatı PKK-nın İraqın şimalındakı varlığı səbəbilə regionun zərər gördüyünü və PKK-nın bölgədə yerləşməsinə görə, 300-dən artıq kəndə xidmət göstərilə bilmədiyini bildirib.
PKK-nı BÖLGƏDƏ İSTƏNMİRLƏR
Muxalifet3 - 8-06-2018
ABŞ Ərdoğana bir hədiyyə verdi - MKİ eksperti
Menbiç Ərdoğan üçün seçkilərə görə vacib idi. ABŞ Ərdoğana bir hədiyyə verdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə tərəfindən barəsində saxlanılma əmri verdiyi MKİ eksperti Henri Berki bildirib.
Berki prezident seçkilərində Ərdoğanın qələbəsini gözlədiyini qeyd edib.
Menbiçin Ərdoğanın istədiyi bir bölgə olduğunu deyən Berki YPG-nin Menbiçlə bağlılğının olmadığını bildirib.
Muxalifet3 - 8-06-2018
Azərbaycan-İran avtomobil zavodu istehsalat planlarını açıqlayıb
Neftçala sənaye zonasında yerləşən “Khazar” Azərbaycan-İran avtomobil zavodu bu ilin sonunadək iki minə yaxın avtomobil istehsal etməyi planlaşdırır.
Muxalifet.az trend-ә istinadәn xәbәr verir ki, bunu zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, bu müddət ərzində zavod “Khazar”, eləcə də “Peugeot” və “Renault” markası altında 8 avtomobil modelinin istehsalatını təşkil etmək niyyətindədir:Muxalifet3 - 8-06-2018
Türkiyədə hərbçilərə hücum: 1 şəhid, 3 yaralı
Türkiyənin Bingöl vilayətinin Yedisu rayonunda türkiyəli hərbçilər terrorçuların silahlı hücumuna məruz qalıb.
Muxalifet.az “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir əsgər şəhid olub, üç nəfər yaralanıb.
Hərbçilər məişət tullantılarını hərbi hissədən çıxaran zaman PKK terrorçularının atəşinə tuş gəlib. Əsgərlər atəşlə qarşılıq verib.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə irimiqyaslı əməliyyat aparılır.
Muxalifet3 - 8-06-2018
Türkiyəyə daha bir pis xəbər: ABŞ 250 TIR-la...
ABŞ Deyr əz-Zor əməliyyatı çərçivəsində YPG-nin də olduğu Demokratik Suriya Qüvvələrinə 250 TIR-la ağır silah və "Hammer" hərbi maşınlarını göndərib.
Muxalifet.az xəbər verir ki, ABŞ artıq 4 gündür hər gün silah və hərbi texnikaları DSQ-ya çatdırır.
Qeyd edək ki, bu günə qədər ABŞ DSQ-ya 4800 TIR hərbi yardım edib.
Muxalifet3 - 8-06-2018
Türk dili farscadan 45 dəfə üstündür – Güneyli alim
Fars dili elmi dil deyil. Bu dillə elm və texnologiya haqda məlumatı dəqiq çatdırmaq mümkün deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri BBC-Fars telekanalına müsahibəsində Güney azərbaycanlı araşdırmaçı alim Ziya Sədrül-Əşrəfi deyib.
“Biz elm və texnologiya dövründə yaşayırıq. Fars dili dünyanın elmi dilləri, o cümlədən ingilis dili ilə heç bir şəkildə rəqabət apara bilməz. Fars dilində bu dilə aid yalnız 200 feil var. Mənim 93 ildir boğulmuş ana dilimdə isə 9 min feil var. Bu rəqəm fransız dilində 15 mindir”, - deyə o qeyd edib.Muxalifet3 - 8-06-2018
Prezident seçkilərinə doğru: Ərdoğan nə qədər səs toplayacaq?
İyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı növbəti sorğu keçirilib.
Muxalifet.az xəbər verir ki, REMRES-in apardığı sorğuya əsasən, Ərdoğan gözlənilmədən aşağı səs toplayıb.
Sorğu 28 may-3 iyun tarixləri arasında aparılıb və 4 min 482 nəfər sorğuda iştirak edib. Sorğunun nəticələri belədir: AKP - 33,5 faiz, CHP- 19,7 faiz, İYİ - 12,7 faiz, HDP - 8,7 faiz, MHP - 4,3 faiz, Səadət Partiyası - 3,5 faiz, digər partiyalar - 1,3 faiz. 8,2 faiz vətəndaş bitərəf qalıb.
Muxalifet3 - 8-06-2018
Prezident belə məsləhət gördü ki... - Rasizadə nələr danışdı?
Muxalifet.az Azərbaycanın keçmiş baş naziri Artur Rasizadənin musavat.com -a müsahibəsini təqdim edir:
- Artur müəllim, adətən məmurlar vəzifədən uzaqlaşandan sonra ən azı bir müddət özlərini narahat hiss edirlər. Sizin əhval-ruhiyyəniz necədir?Muxalifet3 - 8-06-2018
Paşayeva: Suriyadan ermənilər Qarabağa köçürülür
Millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak edib.
Muxalifet3 - 8-06-2018
Türkiyənin Krımı tanımaması... - Rusiya
Türkiyə hökumətinin Krımı Rusiya ərazisi kimi tanımaması ikitərəfli münasibətlərdə müsbət əksini tapmayacaq.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Krımdakı daimi nümayəndəs Georgi Muradov çıxış edib.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Krımın ilhaqını tanımaması ilə bağlı fikirlərinə münasibət bildirən Muradov Krımı sırf Moskva istədiyi üçün deyil, Krım xalqının istəyi əsasında Rusiyanın tərkibinə daxil edildiyi bildirilib.
Muxalifet3 - 8-06-2018
SON DƏQİQƏ: Ərdoğan vəfat etdi - TÜRKİYƏ YASDA
Muxalifet.az xəbər verir ki, Florence Nightingale xəstəxanasının Baş Həkimi Azad Şamilgil, Ərdoğan Demirörən-in bu gün həyatını itirdiyini açıqlayıb. Baş həkim Şamilgil bunları dedi: “Dəyərli mətbuat nümayəndələri, burada sizə acı xəbəri vermək üçün toplaşmışıq. İş adamı Ərdoğan Demirörən bu gün 11:53 etibarilə aramızdan ayrılıb. Bir müddətdir ki, tənəffüs çatışmazlığı səbəbindən müalicə altında olan Sayın Ərdoğan Demirör-ən, ailəsinin yaxın diqqət və qayğısı, xəstəxanamızın şəxsi heyətinin gərgin səylərilə bu günə qədər iztirab çəkmədən həyatını davam etdirmişdir.
Muxalifet3 - 8-05-2018
Dəmirdaşın TRT-yə gətirilməsi ilə bağlı - Yeni qərar
Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) rəhbəri Səlahəddin Dəmirdaş seçki təşviqatı ilə bağlı Ədirnə həbsxanasından TRT vasitəsilə tərəfdarlarına müraciət edəcək.
Muxalifet.az xəbər verir ki, TRT-1 vasitəsilə Dəmirdaş 10 dəqiqə ərzində 2 dəfə çıxş etmək imkanı əldə edəcək.
Belə ki, Türkiyənin Ali Seçki Qurumu Dəmirdaşın proqramda çıxışının həbsxanadan edilməsi barədə qərar verib. Dəmirdaşın olduğu həbsxanada studiya qurulacaq.
Qeyd edək ki, ötən gün verilən açıqlamada Dəmirdaşın TRT-nin Ankara studiyasına gətiriləcəyi bəyan edilmişdi.
Muxalifet3 - 8-06-2018
Generallar Bakıdan sonra Helsinkidə bir araya gəldi
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov amerikalı həmkarı Cozef Danfordla Helsinkidə görüşüb.
Muxalifet.az xəbər verir ki, tərəflər Suriya böhranı və Avropanın təhlükəsizliyini müzakirə ediblər.
Bundan əlavə, ABŞ və Rusiya arasındakı ikitərəfli əlaqələri gündəmə gətiriblər.
Qeyd edək ki, Danford və Gerasimov son olaraq, Bakıda bir araya gəlmişdi.
Muxalifet3 - 8-06-2018
Ölkədə qızıl ucuzlaşdı, gümüş bahalaşdı
İyunun 8-də Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, qızılın qiyməti iyunun 7-i ilə müqayisədə 1,0625 manat azalaraq 1 troy unsiyası üçün 2204,2625 manat təşkil edib.
Gümüş 0,0546 manat bahalaşaraq 1 unsiya üçün 28,3913 manata bərabər olub.
Platinin qiyməti 11,475 manat azalaraq 1528,9885, palladiumun qiyməti isə 8,398 manat azalaraq 1723,732 manat təşkil edib.
Muxalifet3 - 8-06-2018