Axtarış
The search found 105785 results in 0.061 seconds.
Search results
Türkiyə və Rusiya hərbi əməkdaşlığı genişləndirir: Bu dəfə donanma...
Türkiyənin hərbi nümayəndələri Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib.
Muxalifet.az xəbər verir ki, Türkiyənin Hərbi-Dəniz Qüvvələrinin komandanı Adnan Özbalın başçılıq etdiyi nümayəndə heyəti rusiyalı həmkarı Vladimir Korolyevlə görüşüb.
Tərəflər arasında keçirilən görüşdə Türkiyə-Rusiya hərbi donanmaları arasında Qara dəniz və Aralıq dənizində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.
Muxalifet3 - 6-06-2018
ŞOK AÇIQLAMA: ABŞ-a tabe olmazsa, İranı müsəlman dövlətləri ilə birgə vuracağıq
İrana qarşı Ərəb və Qərb dövlətlərindən təşkil olunmuş hərbi ittifaq qurulacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail Kəşfiyyat naziri Yisrael Katz deyib.
“Əgər İran ABŞ-ın istəklərini yerinə yetirməsə, İsrail Qərb və Ərəb ölkələrindən təşkil olunacaq bir hərbi ittifaq qurmaq üçün təşəbbüslərə başlayacaq”, - Katz bildirib.
Muxalifet3 - 6-06-2018
Rusiyanın geri qayıtması mümkünsüzdür - Merkel
Hazırda Rusiyanın G-7 formatına qayıtması mümkünsüzdür.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Almaniya kansleri Angela Merkel çıxış edib.
Merkel bildirib ki, Krımın ilhaqı beynəlxalq hüquq pozuntusu olduğu üçün Rusiyanın G-8-dən kənarlaşdırılması qaçılmaz idi.
Muxalifet3 - 6-06-2018
“Dünya Ermənistanın qarşısında süqut edəcək. İran qardaş ölkədir. Naxçıvansa Ermənistanın....” – AÇIQLAMA
"Bu kəskinləşmə Ermənistan ətrafında təhlükə yarada bilər”
Ermənistan politolqu Levon Şirinyan deyib:Muxalifet3 - 6-06-2018
Kanter öz ölümünü videoya çəkdi: dəhşət...
Ukraynalı rejissor Leonid Kanter öz ölümünü videoya çəkib.
Muxalifet.az xəbər verir ki, bunu Ukrayna polisinin mətbuat katibi Yaroslav Trakalo bildirib. Onun sözlərinə görə, hüquq mühafizə orqanlarının əməkdaşları videoyazını cinayət işinin materiallarına qoşub və ekspertizaya göndəriblər.
“Silah və videoçəkiliş olduğu üçün məhkəmə-tibbi ekspertizasının ilkin nəticəsi onun bu yolla intihar etdiyini təsdiqləyir”, - deyə Trakalo bildirib.
O, həmçinin etik normalara görə, videoyazının ictimaiyyətə təqdim olunmayacağını da deyib.Muxalifet3 - 6-06-2018
Zahradilin Azərbaycanla bağlı məqaləsi yayıldı
Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “AvroAktiv” xəbər portalında Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradilin Azərbaycanla bağlı məqaləsi yayılıb.
Muxalifet3 - 6-06-2018
UEFA təsdiqlədi: Klublarımızın mükafatı nə qədər ola bilər?
UEFA 2018/19 mövsümü üçün avrokubokların büdcəsini təsdiq edib.
Muxalifet.az xəbər verir ki, bununla da Azərbaycan klublarının da qazanacağı məbləğ bəlli olub.
“Qarabağ”
Qitə futbol qurumunun saytı yazır ki, Çempionlar Liqasında pul mükafatları aşağıdakı kimi olacaq:
İlkin mərhələdə iştirak üçün - 230 min avro
Birinci mərhələdə iştirak üçün - 280 min avro
İkinci mərhələdə iştirak üçün - 380 min avro
Üçüncü mərhələdə iştirak üçün - 480 min avro
Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 5 milyon avroMuxalifet3 - 6-06-2018
"Türkiyənin Menbiçdə varlığını qəbul etməyəcəyik, ancaq..."
Türkiyənin Menbiçdə hərbi varlığını qəbul etməyəcəyik.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Menbiç Hərbi Məclisinin nümayəndəsi Şarfan Dərviş çıxış edib.
Dərviş Türkiyə-ABŞ arasındakı razılaşmanın yerinə yetiriləcəyini, ancaq Türkiyə ordusunun şəhərə girməsinə razı olmayacaqlarını vurğulayıb.
Qeyd edək ki, ABŞ və Türkiyə arasındakı razılığa əsasən, PKK-ya bağlı bütün təşkilatlar Menbiçi tərk etməlidir.
Muxalifet3 - 6-06-2018
DİN: Məlumatlar böhtan xarakterlidir və...
Bəzi kütləvi informasiya vasitələrində Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bolməsinin əməkdaşları haqqında yayılan fikirlər həqiqəti əks etdirmir.
Bunu Qərb bürosuna DİN-in Mətbuat xidmətinin Gəncə şəhər regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Qazax rayon sakini Mahir Yusubovun Ağstafa Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları barəsində səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.Muxalifet3 - 6-06-2018
ABŞ-da hesabat: F-35 qırıcısında 1000 nöqsan var
Dünyanın ən bahalı silah proqramı olaraq qəbul edilən beşinci nəsil F-35 təyyarəsi layihəsində təxminən 1000 nöqsan var.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Hesab Dairəsinin hesabatında bildirilib.
Qeyd edilir ki, hesabatda çox ciddi çatışmazlıqlar üzə çıxıb. Nöqsanların 110-u təyyarənin təhlükəsizlik və digər kritik özəlliklərinə zərər verə biləcək 1-ci kateqoriyaya aiddir.
Muxalifet3 - 6-06-2018
İt qripi təhlükəsi yaranıb: minlərlə insan yoluxa bilər
İtlər növbəti irimiqyaslı pandemiyaya səbəb ola biləcək virus daşıyıcılarına çevrilə bilər. ABŞ-ın Maunt-Sinaq Tibb məktəbindən olan tədqiqat qrupu belə bir nəticəyə gəlib.
Muxalifet.az xəbər verir ki, “MedicalXpress” nəşrində bununla bağlı pres-reliz dərc olunub.
Qlobal epidemiyaların böyük əksəriyyətində donuzlar virusun “müvəqqəti sahibləri” rolunu oynayıb. Müvəqqəti o mənada ki, bir müddət virus daşıyıcısı olduqdan sonra onu insanlara yoluxdurublar.Muxalifet3 - 6-06-2018
Mədəniyyət Nazirliyi işçilərinin say həddi müəyyənləşib
Mədəniyyət Nazirliyinin işçilərinin say həddi müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.Muxalifet3 - 6-06-2018
Rusiyadan Xəzərlə bağlı növbəti açıqlama: İş gedir
“Xəzər beşliyi” ölkələri (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) avqustda keçiriləcək sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi üzərində iş aparırlar. Bu sənəd bir çox mübahisəli, o cümlədən Xəzərin ehtiyatlarının mənimsənilməsi məsələlərini həll etməyə imkan verəcək.
Muxalifet.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin Dövlət Dumasında çıxışı zamanı səsləndirib.Muxalifet3 - 6-06-2018
İraqın daxilində xətt yaradırıq, Qəndil uzaqda deyil - Soylu
İraqın 26-27-ci kilometrliyində xətt yaradırıq, Qəndil uzaq hədəf deyil.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.
"Qəndilin alınması labüddür. Bunun seçki ilə əlaqələndirilməsi səhv fikirdir. Oraya uzaqdan baxan Türkiyə deyilik. Belə bir Türkiyə çox qədim tarixlərdə qaldı. İstədiyimiz vaxt, istədiyimiz gücdə və istədiyimiz yerdə əməliyyat apara bilərik", - Soylu qeyd edib.
Muxalifet3 - 6-06-2018
BMT-dən Donetsklə bağlı bəyanat: Dərhal geri çəkilin
BMT Təhlükəsizlik Şurası Ukraynanın Donetsk şəhərindəki vəziyyətlə bağlı bəyanat verib.
Muxalifet.az xəbər verir ki, bəyanatda atəşkəsin pozulmasının davam etdiyi, ağır silahlardan istifadə edildiyi bildirilib.
TŞ tərəflərdən insan itkisinin qarşısını almaq üçün hərbi qüvvələri geri çəkməyi və ağır silahların dərhal bölgədən çıxarılmasını tələb edib.
Muxalifet3 - 6-06-2018
Prezident bu nazirliklə bağlı qərarını verdi: 4 hissə...
Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunu təsdiq edib.
Muxalifet.az xəbər verir ki, prezidentin fərmanına əsasən, nazirliyin strukturu aşağıdakı kimi müəyyənləşdirilib:
1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatı (şöbələr və sektorlar)
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
3. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi
4. Regional mədəniyyət idarələri.
Muxalifet3 - 6-06-2018
Saakyan generalların yerinə polkovnikləri “təyin etdi”
Bu gün Qarabağın separatçı rejimindən istefa verənlərin yerinə “təyinatlar” aparılıb.
Muxalifet.az xəbər verir ki, Qarabağ separatçılarının lideri Bako Saakyan “dövlət naziri” vəzifəsindən istefa verən Araik Arutyunyanın yerinə “maliyyə naziri” Qriqori Martirosyanı “təyin edib”. Martirosyanın yerini isə Artur Arutunyan tutub.
Arşavir Qaramyanın istefa verdiyi “təhlükəsizlik xidməti” adlı qondarma qurumun rəhbərliyinə polkovnik Samvel Şahramanyan gətirilib.
“Polis rəisi” vəzifəsindən istefa verən “general” Kamo Ağacanyanı isə polkovnik İqor Qriqoryan əvəzləyib.Muxalifet3 - 6-06-2018
Bu saytlar məmurların yuxusuna haram qatıb – HƏFTƏ ƏRZİNDƏ DƏRC OLUNAN YAZILARIN STATİSTİKASI
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 6-06-2018
Ramazanın 22-ci günü — Dua, imsak və iftar vaxtı
Sabah Ramazan ayının 22-ci günüdür.
Muxalifet.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 7-də Bakıda imsak saat 03:20, iftar isə saat 20:25-dədir.
Ramazan ayının 22-ci gününün duası:
"Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin".
Tərcüməsi:Muxalifet3 - 6-06-2018
“Şah” Karlsenlə heç-heçə etdi
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Stavenqer şəhərində keçirilən “Altibox Norway Chess” superturnirinin səkkizinci turu çərçivəsində dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib.
Muxalifet.az xəbər verir ki, partiyada tərəflər bərabərliyə razılaşıb.
Səkkizinci turun nəticələri:
Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov (Azərbaycan) –0,5:0,5
Hikaru Nakamura (ABŞ) – Serqey Karyakin (Rusiya) – 1: 0Muxalifet3 - 6-06-2018