Axtarış

The search found 105785 results in 0.066 seconds.

Search results

  1. Göyçay çayı üzərindəki körpünün uçması ilə bağlı cinayət işı açıldı

    İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.
     

    Muxalifet4 - 6-06-2018

  2. Messi ölüm təhdidləri aldı, Argentinanın oyunu ləğv edildi

    Argentina milli komandasının İsrail yığması ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib.
     
    Muxalifət.az xəbər verir ki, buna səbəb yığmanın kapitanı Lionel Messinin ölüm təhdidləri alması olub.
    Bununla bağlı İsrailin Argentinadakı səfirliyinin yaydığı bəyanatda bildirilib.
    Qeyd edək ki, daha əvvəl Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub müsəlman azarkeşləri, İsraillə oyunda meydana çıxacağı halda, Lionel Messinin fotoları və köynəklərini yandırmağa çağırıb.

    Muxalifet4 - 6-06-2018

  3. Nazirlik şirkət direktorunu 3000 manat cərimələdi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.
     
    Muxalifət.az xəbər verir ki, bu barədə ETSN-nin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet4 - 6-06-2018

  4. İyunun 7-nə MANATIN MƏZƏNNƏSİ

    İyunun 7-nə manatın məzənnəsi açıqlanıb.
     
    Muxalifət.az Mərkəzi Banka istinadən xəbər verir ki, 07.06.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2018-ci il iyunun 6-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet4 - 6-06-2018

  5. Ombudsman Aparatı Emin Aslanovla bağlı məlumat yaydı

    İyunun 4-də internet səhifələrində və sosial şəbəkələrdə vətəndaş Emin Aslanovun həmin gün günorta saatlarında Dənizkənarı Milli Parkda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılması və polis orqanları tərəfindən saxlanılması haqqında məlumatlar yayılıb.
     

    Muxalifet4 - 6-06-2018

  6. Xərçəngə qarşı mübarizədə inqilabi yenilik - Amerikalı alimlərin yeni müalicə üsulu ölümcül xəstəni sağaltdı

    ABŞ tədqiqatçıları bildirirlər ki, süd vəzi xərçənginin müalicəsiz sayılan formasının yeni üsulla müalicəsi nəticəsində bir qadının həyatını xilas etmək mümkün olub.
     
    Muxalifət.az “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki, bu müalicə üsulu zamanı qadının bədəninə 90 milyardadək xərçəngi öldürən immun hüceyrələri yeridilib. Judy Perkins adlı qadına müalicədən əvvəl bildirilib ki, o, cəmi 3 ay yaşayacaq, lakin 2 ildən sonra onun bədənində xərçəngin heç bir izi qalmayıb.
     

    Muxalifet4 - 6-06-2018

  7. Prezidentin keçmiş köməkçisi saxlanıldı - RÜŞVƏT İTTİHAMI

    Belarusda ölkə prezidenti Alelsandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneyko saxlanılıb.
     
    Muxalifət.az xəbər verir ki, o, böyük miqdarda rüşvət almaqda ittiham olunur.
    Qeyd olunur ki, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları S.Rovneykonu 200 min dollar məbləğində rüşvət alarkən yaxalayıb.
    Prezident A.Lukaşenko bu hadisəni şərh edərkən bildirib ki, keçmiş köməkçisi özünü əsl quldur kimi aparıb. Hazırda onun barəsində həbs-qətimkan tədbiri seçilib./trend/

    Muxalifet4 - 6-06-2018

  8. Azərbaycanda sel təhlükəsi - Nazirlikdən xəbərdarlıq

    Yaxın günlər ərzində gözlənilən leysan yağışlarla əlaqədar ölkənin bəzi dağ çaylarından yenidən selin keçəcəyi gözlənilir.
     
    Muxalifət.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

    Muxalifet4 - 6-06-2018

  9. Azərbaycan efirində biabırçılıq: Əlbəyaxa dava - VİDEO

    ARB telekanalının efirində baş vermiş əlbəyaxa dava sosial şəbəkələrin əsas müzakirə mövzusu olub.
     
    Muxalifət.az modern.az-a istinadən xəbər verir ki, “Sirdaş Rövşanə” proqramında qonaqlar arasında yaşanan olay aparıcı Rövşanə Ağasəfqızını da qınaq obyektinə çevirib. Aparıcı sosial şəbəkələrdə ciddi tənqidlərə məruz qalıb.
     
    Xatırladaq ki, verilişdə rəqqasə Simona ilə idmançı Amirin mübahisəsi o həddə çatıb ki, onlar bir-birlərinə əl qaldırıblar.
     
    Sözügedən kadrları təqdim edirik:

    Muxalifet4 - 6-06-2018

  10. Azərbaycanda taxıl sahəsi və nar bağında güclü yanğın başladı

    Göyçay rayonunda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib.
     
    Muxalifət.az
    apa-ya istinadən xəbər verir ki, Bığır kəndində 25 hektarlıq biçilməmiş taxıl sahəsi və nar bağı yanıb.
    Hazırda yanğın davam edir. Hava küləkli olduğundan yanğının qarşısını almaq çətinləşib.
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay, İsmayılı, Ağsu rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.
    Alovun qarşısını almaq üçün tədbirlər görülür.

    Muxalifet4 - 6-06-2018

  11. Keçmiş arvadı azərbaycanlı milyarderi İFŞA ETDİ - “O, məscidə yalnız turist kimi daxil olurdu”

    Rusiyanın Azərbaycan əsilli milyarderi Fərhad Əhmədovun adı qalmaqallarda hallanmaqda davam edir.
     
    “New York Times” xəbər verir ki, ona xəyanət etmiş həyat yoldaşı Tatyana Əhmədovadan boşanan iş adamı prosesə görə Dubayda həbs edilmiş “Luna” yaxtasını geri almaq üçün şəriət məhkəməsinə müraciət edib.
    Fərhad Əhmədovun vəkillərinin işi Britaniya məhkəməsindən Dubaydakı şəriət məhkəməsinə keçirmək istəmələri milyarderin keçmiş həyat yoldaşı Tatyananı qəzəbləndirib. O, buna görə ilk dəfə jurnalistlərtə açıqlama verib.

    Muxalifet4 - 6-06-2018

  12. Maştağa–Nardaran avtomobil yolunun yenidən qurulmasına 9,5 milyon manat ayrıldı- Sərəncam

    Prezident İlham Əliyev Sabunçu rayonunun Maştağa–Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
     

    Muxalifet4 - 6-06-2018

  13. Məşhur gözəllik yarışmasında yeni qayda: daxili gözəlliyə baxacaqlar

    ABŞ-ın ən nüfuzlu gözəllik yarışması “Miss Amerika”nın qaydalarında dəyişiklik edilib.
     
    Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, bu haqda yarışmanın təşkilatçıları məlumat yayıb. Onlar bildiriblər ki, artıq iştirakçıların daxili gözəlliyinə əhəmiyyət veriləcək.

    Muxalifet4 - 6-06-2018

  14. Bakıda yük avtomobili aşdı

    Bakıda yol qəzası baş verib. Muxalifət.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında paytaxtın Xətai rayonunda baş verib. "Ford" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Dirək sınıb, yük avtomobili isə aşaraq yolun sağ hissəsinə düşüb. Bu zaman yolun kənarındakı mini marketə ziyan dəyib. "Ford"un sürücüsü yüngül xəsarət alıb.

    Muxalifet4 - 6-06-2018

  15. Siqarlara görə rüsumun artırılması siqaretlərin qiymətinə təsir edəcəkmi? - AÇIQLAMA

    Azərbaycanda istehsal olunan siqar və siqarillalara (nazik siqar) verginin artırılması ölkədə tütün məmulatı bazarına ciddi təsir etməyəcək.
     
    Muxalifət.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, iqtisad elmləri doktoru Rüfət Quliyev deyib.
    R.Quliyev bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər iyunun 12-də parlamentin növbədənkənar iclasında müzakirə olunacaq:

    Muxalifet4 - 6-06-2018

  16. Zəlzələ zamanı xəsarət alanlardan biri Bakıya göndərildi

    Qax rayonunda zəlzələ zamanı xəsarət alanlardan biri müalicə məqsədilə Bakıya göndərilib.
     
    Muxalifət.az report-a istinadən xəbər verir ki, iyunun 5-də axşam saatlarında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində üç nəfər xəsarət alıb.

    Muxalifet4 - 6-06-2018

  17. Heybət dəmir yolu stansiyası ləğv edildi

    Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.
     
    Muxalifət.az xəbər verir ki, sərəncamda deyilir:
     

    Muxalifet4 - 6-06-2018

  18. Paytaxtda dayanacaqlar niyə bərbad vəziyyətdədir? - VİDEO

    Dayanacağın çirk-pas içində olmasına necəsə dözmək olar, baxmayaraq ki, bu, estetik görüntünü pozmaqla yanaşı, həm də gigiyenik cəhətdən sağlamlığa zərərlidir. Hazırda havaların isti olmasını nəzərə alsaq şüşələrin yerində olmamağının da üstündən keçə bilərik, hansı ki, qış aylarında bu hal sərnişinlər üçün böyük çətinlik yaradır.
     
    Muxalifət.az ARB TV-yə istinadən xəbər verir ki, paytaxtda bəzi dayanacaqlar təmir edilmədiyindən istifadəyə yararsızdır.
     

    Muxalifet4 - 6-06-2018

  19. ​Qaxda narkotik plantasiyası aşkarlandı

    Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
    DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Qax rayon sakini Ümidvar Yusifov saxlanılıb. Ü.Yusifov yaşadığı Tasmalı kəndində özünəməxsus bağ səhəsində əkdiyi çətənə kollarına qulluq edərkən elə iş başında yaxalanıb.

    Muxalifet3 - 6-06-2018

  20. SON DƏQİQƏ: ​“Azərbaycan ordusu Ermənistan sərhədinə yaxınlaşır…”

    Azərbaycan ordusunun Naxçıvan istiqamətində bir neçə yüksəkliyi azad edərək erməni kəndlərinə və Gorus-Laçın yoluna nəzarət etməsi Rusiya mətbuatının diqqətindən yayınmayıb.
    Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, nüfuzlu “Rosbalt” nəşriyyatı “Azərbaycan ordusu Ermənistanla sərhədə yaxınlaşır, Qarabağda isə inqilab yetişir. Sülh şansı əriyir. Deyirlər ki, bunun günahkarı Rusiyanın XİN rəhbəri Lavrovdur” sərlövhəli məqalə dərc edib.
    Bakıda və Yerevanda Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsi barədə danışıqlar səngimir.

    Muxalifet3 - 6-06-2018

Pages