Axtarış
The search found 105785 results in 0.078 seconds.
Search results
PKK TERRORÇUBAŞINDAN TÜRKİYƏYƏ TƏHDİD
KCK-nın icra heyətinin üzvü olan "Besa Hozat" kod adlı terrorçu, “Cümhur İttifaqı”nın qalib gəldiyi təqdirdə vətəndaş müharibəsi çıxacağı ilə təhdid edib.
Almaniyanın Neu İsenburg şəhərində nəşr edilən və terror təşkilatı PKK-KCK-nın nəşr orqanı kimi tanınan “Yeni Azad Siyasət” qəzeti, Avropadakı seçicilərdən HDP-yə səs vermələri çağırışı edib.Muxalifet3 - 6-06-2018
BAKIDA ŞOK: Həbsdən çıxan ata həyat yoldaşı və uşaqlarını döyərək xəstəxanalıq etdi
Bakının Nərimanov rayonunda bir ailənin üç üzvü döyülüb.
Belə ki, Əliyar Əliyev küçəsi, 7 ünvanında yaşayan Xanlar Qurbanov evə gələrək ailə üzvləri ilə mübahisə edib.
O, əvvəlcə 1997-ci il təvəllüdlü oğlu Sirac Qurbanovu döyərək ona xəsarətlər yetirib. Bununla hirsi soyumaayan X.Qurbanov 1969-cu il təvəllüdlü həyat yoldaşı Qurbanova Reyhan Çingiz qızını da döyüb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kişi ardınca qızı Q.S-nı da döyüb.Muxalifet4 - 6-06-2018
PKK başçıları ARXASINA BAXMADAN QAÇMAĞA BAŞLDI
PKK-nın mərkəzi kimi göstərilən Qəndilə qarşı əməliyyatın təfərrüatlarının meydana çıxması, təşkilatda böyük təlaş yaradıb.
Türkiyə terrorla mübarizədə yeni mərhələyə daxil olub. 15 iyulda keçirilən qanlı çevriliş cəhdindən sonra içindəki xainləri təmizləyən Türk Silahlı Qüvvələri, Suriya və İraqda eyni vaxtda terror təşkilatlarına qarşı böyük bir mübarizə aparır.
AFRİN TAMAM, NÖVBƏ QƏNDİLDƏ
Muxalifet3 - 6-06-2018
ABŞ-dan Türkiyəyə qarşı FƏRQLİ TƏHDİD: "S-400-lərdən vaz keçməsələr..."
Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sisitemi almasını həzm edə bilməyən ABŞ qardaş ölkəyə yeni təhdid mesajı göndərib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Donald Tramp hökuməti Türkiyəni hərbi layihələrdən kənarlaşdırmaqla təhdid edib.
Muxalifet2 - 6-06-2018
PKK və Haşdi Şabi ARASINDA ATIŞMA BAŞ VERİB
İraqda Mosulun Sincar rayonunda İranın dəstəklədiyi Haşdi Şabi ilə terror təşkilatı PKK-ya bağlı YBŞ döyüşçüləri arasında qısa müddətli toqquşma baş verib.
İraqda Mosul vilayətinin Sincar rayonunda Haşdi Şabi milisləri ilə terror təşkilatı PKK-ya bağlı YBŞ (Şengal Müdafiə Qoşunları) döyüşçüləri arasında qarşıdurma yaşanıb.
Sincardaki Yezidi Peşmərgə komandirlərindən Kasım Şeşo, Anadolu Agentliyinə verdiyi açıqlamada, dünən axşam saatlarında Haşdi Şabi ilə YBŞ-yə bağlı qruplar arasında qarşıdurma çıxdığını söyləyib.Muxalifet3 - 6-06-2018
Zaqatala 7 dəfə silkələndi - Güclü zəlzələdən sonra...
Zaqatalada dünən axşam baş verən zəlzələ ilə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları əraziyə yollanıb.
Muxalifət.az xəbər verir ki, bu barədə APA-ya Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli danışıb. Q.Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq:
"Hazırda əraziyə gedirik. Zəlzələ ocağında prosesin necə getdiyi araşdırılacaq. Bu işlərdən sonra zəlzələnin baş vermə səbəbləri və gərginliyin artma ehtimalının olub-olmadığı ilə bağlı ictimaiyyətə dəqiq məlumat veriləcək".
Muxalifet2 - 6-06-2018
"Whatsapp" hansı mobil cihazları dəstəkləməyəcək? - AÇIQLAMA
Dünyanın ən məşhur mesajlaşma platforması "Whatsapp" bəzi cihazları artıq dəstəkləməyəcək.
Muxalifet2 - 6-06-2018
Gürcüstan Əsədə NOTA VERDİ
Gürcüstan, Abxaziya və Cənubi Osetiyanın birtərəfli müstəqilliklərini tanıma qərarı alan Bəşşar Əsəd rejiminə diplomatik əlaqələrin kəsilməsi notasını göndərib.
Gürcüstan Xarici İşlər Nazirliyinin, Abxaziya və Cənubi Osetiyanın birtərəfli müstəqilliklərini tanıma qərarı alan Bəşşar Əsəd rejiminə diplomatik əlaqələrin kəsilməsi istiqamətində nota göndərdiyi bildirilib.Muxalifet3 - 6-06-2018
Xüsusi prokuror Trampın keçmiş menecerini sıxışdırmağa başladı –Manafort şahidlərə təsir göstərdiyi üçün HƏBS EDİLƏ BİLƏR
Xüsusi prokuror Rober Müllerlə birgə çalışan ittihamçılar deyir ki, ABŞ prezidenti Donald Trampın keçmiş kampaniya meneceri Pol Manafort onunla bağlı davam edən məhkəmə işində şahid qismində iştirak edənlərə gizli təsir göstərməyə çalışıb.
Strateq.az Amerikanın Səsi-nə istinadla xəbər verir ki, bazar ertəsi məhkəmə zamanı ittihamçılar Manafort və həmkarının iki şahidlə “dəfələrlə” əlaqə quraraq, onların ifadələrinə təsir göstərməyə çalışdığını bildirib.
Muxalifet2 - 6-06-2018
Sabiq baş nazir - SAXLANILDI
Qırğız Respublikasının keçmiş baş naziri Sapar İsakov korrupsiyada ittiham olunaraq saxlanılıb.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
O, ölkə paytaxtı Bişkekin İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi zamanı baş vermiş korrupsiya ilə bağlı araşdırılan cinayət işi çərçivəsində yaşadığı ərazini tərk etməmək barədə də iltizam verib.
Muxalifet2 - 6-06-2018
Komitə:"Dağlıq Qarabağa qanunsuz turist səfərinin QARŞISI ALINIB"
Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlılari Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşada fəaliyyət göstərən “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Muxalifet2 - 6-06-2018
Anar Məmmədov Londondan QAÇMAĞA MƏCBUR QALA BİLƏR
Britaniya hökuməti çirkli pullarla mübarizə tədbirlərini daha da sərtləşdirdi; sabiq nazir oğlunun son aylar Türkiyədə peyda olması bu xəbərlər fonunda maraq doğurur Xəbər verildiyi kimi, Britaniya hökuməti son günlər “çirkli pullarla” mübarizə tədbirlərini daha da sərtləşdirib. Böyük Britaniya hökuməti hələ ötən ilin aprel ayında korrupsiya ilə mübarizə çərçivəsində dünyada ilk dəfə olaraq oliqarxların daşınmaz əmlakının xüsusi reyestrini yaratmaq qərarı vermişdi.
Muxalifet2 - 6-06-2018
Anlaşmadan sonra ABŞ-dan İLK MÜNBİÇ HƏMLƏSİ: 17 PKK lideri..
Ankara ilə Vaşinqton arasında olan Münbiç anlaşmasından sonra 6 nəfərlik ABŞ nümayəndə heyətinin ilk görüşü PYD/YPG rəhbərləri ilə dünən baş tutub. Heyətin, təşkilatdan Qəndillə əlaqəli 17 terrorçunun bu gün Suriya torpaqlarından kənara çıxarılmasını tələb etdiyi bildirilib.
Muxalifet3 - 6-06-2018
Regionlarda vəkillik qurumları yaradılacaq
"Ölkə regionlarında vəkillik institutu ilə bağlı qurumların yaradılması istiqamətində işlər görülür".
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən tədbirdə deyib.
Muxalifet2 - 6-06-2018
Kəmaləddin Heydərov TƏCİLİ ZAQATALAYA GETDİ
Zaqatalada dünən axşam baş verən 6 bal gücündə zəlzələ ilə əlaqədar fövqaladə hallar naziri Kəmaləddin Heydərov əraziyə gedib. Nazirlə bərabər Zaqatalaya Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli və əməkdaşları da yollanıb.
Qurban Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq.
Muxalifet2 - 6-06-2018
Səhiyyə Nazirliyinin zəlzələ məlumatı: 31 NƏFƏR…
Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdə insan tələfatı qeydə alınmayıb.
Bu barədə Muxalifət.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
Zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə ümumilikdə 31 müraciət daxil olub.
Muxalifet2 - 6-06-2018
Kremlin ideoloqu kartı açdı – ARANI QATAN “BOZ KARDİNAL”...
Bakı-Moskva əlaqələri əleyhinə “sualtı daşlar”ı düzənlərin Rusiya XİN-də kök salmış erməni lobbisi olmasına dair iddialar doğrulur
Muxalifet2 - 6-06-2018
Ramin Hacılı ölkədən çıxmaq istərkən həbs edildi - FOTO
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
DSX-dan verilən məlumata görə, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Muxalifet2 - 6-06-2018
GMO ərzaqlar və energetik içkilər qətl və zorakılıqları artırır - İDDİA
Adil Qeybulla: “Müstəqillik dövründən sonra ölkəmizdə insanların qidalanma tərzi xeyli dəyişib”; Elnur Rüstəmov: “Ailədaxili konfliktlər və qətlləri energetik içkilər və ərzaqlarla bağlamaq məsələnin yalnız bir tərəfidir”
“Azərbaycanda qətl və zorakılığın artmasına səbəb təhlükəli, GMO ərzaqlar, energetik içkilərdir”.
Muxalifet2 - 6-06-2018
Bu yollarda hərəkət MƏHDUDLAŞDIRILIR
Rənglənmə ilə əlaqədar hərəkət hissə-hissə qismən məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 10:00-dan axşam saatlarınadək Nərimanov rayonu, Mübariz Nağıyev küçəsində və Ziya Bünyadov prospekti, Dərnəgül, Baksol yolunda üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq. Bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Muxalifet2 - 6-06-2018