Axtarış

The search found 105785 results in 0.065 seconds.

Search results

  1. ABŞ-dan İrəvana MESAJ: Rusiyanı qovun, 8 milyard verək

    Keçən illə müqayisədə Ermənistanın enerji sektoruna ABŞ-ın investisiya yatırma imkanları artıb.
    Muxalifət.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz deyib.
     “Mən yeni hökumətin nümayəndələri ilə görüşmüşəm və düşünürəm ki, onlar energetika bazarının liberalizasiyasını istəyirlər. Məhz bu bizə lazımdır”, – deyə o bildirib.

    Muxalifet2 - 5-06-2018

  2. ​Səlim Müslümov danışdı, “BÖHTAN ATIRLAR” dedi:“3 milyard manat pul necə itə bilər?”

    Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən azad olunduqdan sonra barəsində yazılanlara münasibət bildirib.

    Muxalifet2 - 5-06-2018

  3. Sabah Azərbaycanda 35 dərəcəyədək İSTİ OLACAQ

    Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 26-31, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet2 - 5-06-2018

  4. ​Naxçıvana gedənlər aviobileti onlayn ala biləcək

    Bu gündən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının saytında Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində aviabiletləri onlayn əldə etmək mümkündür.
    AZAL-dan verilən məlumata görə, bilet satışı artıq iyunun 20-də uçan reyslər üçün aparılır.
    Nazirlər Kabinetinin sərəncamına əsasən, bu istiqamətdə aviabiletin alınması üçün əvvəllər aviaşirkətinin rəsmi kassalarında sərnişinin şəxsiyyət vəsiqəsinin əsli və ya pasportu təqdim olunmalı idi. İdarələrarası razılaşmalara əsasən, bu məsələ artıq öz uğurlu həllini tapıb.

    Muxalifet2 - 5-06-2018

  5. ARİF RƏHİMZADƏDƏN QALMAQALLI AÇIQLAMA: “Azərbaycan dövlətini sovet hökuməti qurub…”

    Bəzi yerlərə sovet hakimiyyətinə bağlı şəxslərin adlarının verilməsinə etiraz etmək düzgün deyil. Çünki onların adı verilməsəydi, hansısa erməninin adı veriləcəkdi. Bəli, sovet hakimiyyəti Azərbaycan xalqına divan tutdu. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub axı? Biz də sovet dövründə işləmişik, indi xalqın düşməniyik?!”
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə deyib.

    Muxalifet - 5-06-2018

  6. "Yalvardım ki, məni burax, 3 balam var"- BAKIDA BANKA BASQIN İŞİ

    Bakıda banka basqın edən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, borcu olduğu üçün həbs edilmək istədiyini deyib.
     Bakı Ağır Cinayərlər Məhkəsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
    Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Səriyyə Nəcəfova dindirilib.
    O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini və özünü pis hiss etdiyini deyib.

    Muxalifet2 - 5-06-2018

  7. ​Putin Bakının layihəsində narahat olduğu məqamı dedi…

    Böyük olmaq üçün təkcə özünə deyil, başqalarına da rifah, sabitlik, təhlükəsizlik və tərəqqi bəxş edən böyük işlərə imza atmaq lazımdır...
     

    Muxalifet2 - 5-06-2018

  8. ​Yazıçı Varis yüksək vəzifəyə TƏYİN OLUNDU

    Azərbaycan yazıçısı Varis (Varis Yolçuyev) beynəlxalq statuslu yüksək vəzifəyə - Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri vəzifəsinə təyin olunub.
    Yazıçının Kulis.az-a verdiyi xəbərə görə, bu mötəbər qurumda həmsədrlik missiyasını o, Almaniya, Fransa, Rusiya, Qazaxıstan, Belarus, Danimarka, Avstriya və Çindən olan digər 8 həmsədrlə birgə icra etməyə başlayacaq ki, onların da arasında Sergey Biryukov, Nadaa Sendoo, Aleksandr Ratkeviç, Oljas Süleymenov kimi tanınmış və nüfuzlu şəxsiyyətlər yer alıb.

    Muxalifet2 - 5-06-2018

  9. ​İndoneziyada bomba barədə zarafatdan sonra sərnişinlər TƏYYARƏNİN QANADINA TULLANIBLAR

    Təyyarənin göyərtəsində bomba olması barədə zarafatdan sonra sərnişinlər təyyarənin qanadı üzərinə tullanıblar.
    Muxalifət.az “Azərtac”a istinadən xəbər verir ki, hadisə İndoneziyada “Lion Air” şirkətinə məxsus uçuşa hazırlaşan təyyarədə baş verib.
    Göyərtə bələdçilərinə qəzəblənən sərnişin onlara təyyarənin salonunda bomba gizlədildiyini deyib. Bomba sözünü eşidən sərnişinlərdən biri qəza qapısını açaraq təyyarənin qanadına tullanıb. Təlaşa düşən digər sərnişinlər də onun ardınca təyyarənin qanadı üzərinə tullanıblar və nəticədə bir neçə nəfər xəsarət alıb.

    Muxalifet2 - 5-06-2018

  10. İTV-nin ikinci şəxsi İSTEFA VERDİ: yerinə...

    İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Həsən Abdullayev vəzifəsindən gedib.
    Bakıpost-a daxil olan məlumata görə, o, dünən rəhbərliyə işdən azad olunması üçün ərizə ilə müraciət edib. Onun ərizəsi qəbul edilib.
    Məlumat üçün bildirək ki, H.Abdullayev bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və ATV-nin vitse-prezidenti olub.

    Muxalifet2 - 5-06-2018

  11. ​Rövşən Rzayev məcburi köçkünləri QƏBUL ETDİ

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu gün növbəti qəbul keçirib.
    Muxalifət.az xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

    Muxalifet2 - 5-06-2018

  12. ​Hərraca çıxarılan dinozavr skeleti 2,36 milyon DOLLARA SATILDI

    Fransada “Aguttes” satış evinin hərraca çıxardığı dinozavr skeleti 2,36 milyon dollara öz alıcısını tapıb.
    Muxalifət.az azərtac-a istinadla xəbər verir ki, hündürlüyü 2,6 metr, uzunluğu 9 metrə çatan dinozavr skeleti əvvəllər Parisin “Eyfel” qülləsində sərgiyə qoyulmuşdu.
    Yaşının təxminən 150 milyon il olmasına baxmayaraq, bütünlüyünü demək olar ki, qoruyan skelet 2013-2015-ci illərdə ABŞ-ın Vayominq ştatında aparılan qazıntılar zamanı aşkarlanıb. Ekspertlər skeletinin 70 faizinin zərər görmədiyi bu dinozavr növünün elm aləminə indiyədək məlum olmadığını bildiriblər.

    Muxalifet2 - 5-06-2018

  13. Çexiya nə miqrantları istəyir, nə də onlara kompensasiya ödəməyi

    İstefada olan Çexiya hökumətinin sədri Andrey Babiş öz ərazisində miqrant qəbul etməkdən boyun qaçıran ölkələrin üzərinə Avropa İttifaqının digər ölkələrinin xeyrinə kompensasiya ödəmək öhdəliyi qoyan sistemin Aİ-də tətbiq olunması layihəsi ilə razılaşmadığını bildirib.

    Muxalifet2 - 5-06-2018

  14. ​Həbs edilən sabiq icra başçısı ilə bağlı - YENİ XƏBƏR

    Vəkilllər Kollegiyası həbs edilən sabiq icra başçısı ilə bağlı məlumat yayıb.
    Vəkillər kollegiyasından verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində qeyd olunduğu kimi, barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham irəli sürülmüş və hal-hazırda həbsdə saxlanılan Gədəbəy rayonunun keçmiş icra hakimiyyətinin başçısı Saleh Rüstəmovun ona müdafiəçi kimi təyin olunmuş vəkili ilə heç vaxt görüşmədiyi, habelə Rüstəmovun yaxın qohumlarının tutduğu vəkillə ünsiyyət hüququnun təmin edilmədiyi barədə xəbər yayılıb.

    Muxalifet2 - 5-06-2018

  15. ​Qarabağdakı aksiyada Azərbaycan MƏQAMI: erməni şərhçilər HƏR ŞEYİ AÇDI

    Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin qondarma rejimə qarşı aksiyası başa çatıb. Bundan sonra baş verəcəklər haqda müxtəlif proqnozlar səsləndirilir.
    Muxalifət.az xəbər verir ki, Ermənistan mediası etiraz aksiyasının səbəblərini araşdırır.
    Erməni siyasi şərhçi Tevos Arşakyan yazır ki, Xankəndində ermənilərin ayağa qalxmasının bir sıra dərin səbəbləri var.

    Muxalifet2 - 5-06-2018

  16. ​AMEA bu tarixdə yeni prezidentini seçəcək

    İyunun 8-i saat 10:00-da AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın ümumi yığıncağı keçiriləcək.
    AMEA-dan verilən məlumata görə, tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı keçiriləcək. Yığıncaqda, həmçinin, AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək.
    Qeyd edək ki, AMEA-nın hazırki prezidenti akademik Akif Əlizadə 2013-cü ildən bu quruma rəhbərlik edir.

    Muxalifet2 - 5-06-2018

  17. Bu istiqamətdə "BakuBus"dan istifadə PULSUZDUR

    Azneft Meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edən “BakuBus” avtobuslarından istifadə pulsuzdur.
    Bu barədə  “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətindən məlumat verilib.
    Məlumatda bildirilib ki, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft Meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir.

    Muxalifet2 - 5-06-2018

  18. İordaniyada “yaxşı padşahın nağılı” bitdi – Səudiyyə Ərəbistanı və BƏƏ ölkəni yeni müttəfiqlər axtarmağa sövq edir - TƏHLİL

    İordaniyadakı etiraz nümayişlərinin beşinci günündə vəliəhd-şahzadə Hüseyn bin Abdullah gecə küçəyə çıxıb, təhlükəsizlik qüvvələrindən nümayişçiləri və onların ifadə hüququnu qorumalarını istəyib.
    Bu, rejimin və kralın iordaniyalılara daha çox vergi tətbiq etməyə çalışan hökumət və onun iddialı başçısını devirməyə razılaşdığını göstərən aydın mesaj idi. Həm də kral, onun məsləhətçiləri və təhlükəsizlik xidməti – hətta hökumət və parlament – iordaniyalıların yüksək qiymətlər və maaşlardan təhlükəli həddə çatan hiddətinin anlamasının əlaməti.
     

    Muxalifet2 - 5-06-2018

  19. Terror təşkilatı YPG-dən ETİRAF: ÇƏKİLİRİK

    Terror təşkilatı PKK-nın Suriya qolu YPG, hərbi müşavirlər adlandırdığı terrorçuların Münbiçdən çəkilmə qərarı aldığını bildirib.
     
    ABŞ ilə Türkiyənin apardığı danışıqlar nəticəsində razılaşdıqları anlaşmadan  sonra açıqlama verən terror təşkilatı YPG, Fəratın qərbindəki Menbiçdən ayrılacaqlarını rəsmən açıqlayıb.
    Fransız xəbər agentliyi AFP-nin yaydığı son dəqiqə məlumatına görə, terror təşkilatı PKK-nın Suriya davamı YPG-nin, Menbiçdəki hərbi müşavirlərinin şəhərdən çəkilmə qərarı aldığını bildirib.
     
    SABAH SƏHƏR REGİONU TƏRK EDƏCƏKLƏR

    Muxalifet3 - 5-06-2018

  20. ​Magistratura imtahanının nəticələri AÇIQLANDI

    Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 3-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

    Muxalifet2 - 5-06-2018

Pages