Axtarış

The search found 105785 results in 0.062 seconds.

Search results

  1. Rövşən Rzayev qaçqınpulu yeyən şəbəkəni çökdürə biləcəkmi? - İTTİHAM

    Məlum olduğu kimi, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edildi və onun yerinə millət vəkili Rövşən Rzayev təyin olundu.
    Rövşən Rzayev işə başlayandan bir neçə gün sonra Repatriasiya Departamentinin direktoru Elman İsmayılovu və Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyevin vəzifələrindən azad etdi. Yeni sədrin bu addımı məcburi köçkünlər tərəfindən böyük razılıqla qarşılandı.

    Muxalifet2 - 5-06-2018

  2. ​Putinin Bakı və İrəvana səfir təyinatında – İLGİNC MƏQAM

    Rusiyanın Ermənistandakı yeni səfiri Sergey Kopırkin iyunun 4-də etimadnaməsini Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyana təqdim etməklə bu ölkədə rəsmən fəaliyyətə başlayıb.
    Muxalifət.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
    Onun sözlərinə görə, maraqlıdır ki, Rusiyanın Ermənistandakı səfir postu cəmi ay yarım boş qalıb:

    Muxalifet2 - 5-06-2018

  3. ​Mikayıl Cabbarov çətinlikləri AÇIQLADI:“Biz nazirlik olaraq 3 böyük problemlə qarşılaşırıq”

    Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar həyata keçiriləcək. Amma biznes strukturunun bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsindən asılıdır.

    Muxalifet2 - 5-06-2018

  4. BLOKADANIN BİR İLİ:Qətər bu sınaqdan necə çıxmalıdır? - TƏHLİL

    2017-ci il iyun 5-də Qətərə blokada tətbiq olunduqda, onun bu qədər davam edəcəyini az adam güman edirdi. Bir il ərzində Qətərin müstəqil xarici siyasətində dəyişiklik etmə səyləri əslində, siyasi bölünmələri dərinləşdirdi və əgər mövcuddursa, Körfəz Birliyinə dönüşü daha da çətinləşdirdi.
    Bu gün Səudiyyə Ərəbistanı da daxil olmaqla, blokadanın hər kəsə mənfi təsir göstərdiyini heç kim inkar edə bilməz. İddia edildiyi kimi, İrandan qorunma əslində, Körfəz təhlükəsizliyinin azalması ilə nəticələnib.

    Muxalifet2 - 5-06-2018

  5. ​Tiflisdə nəqliyyat kollapsı: TƏTİL DAVAM EDİR

    Tiflisdə metro maşinistlərinin tətili davam edir.
    Muxalifət.az xəbər verir ki, Tiflis meri Kaxa Kaladzenin maşinistlərlə apardığı danışıqlar nəticəsiz qalıb. Maşinistlərin tətilinə görə Tiflisdəki avtobus dayanacaqlarında böyük tıxaclar yaranıb. İnsanların öz iş yerlərinə getməkdə çətinlik çəkirlər.
    Qeyd edək ki, maşinistlərin tətili dünəndən başlayıb. Etirazlara metronun demək olar ki, bütün maşinistləri qoşulub. Maşinistlər əmək haqlarının 45% artırılaraq 870 dollara çatdırılmasını tələb ediblər.

    Muxalifet2 - 5-06-2018

  6. ​Adam oğurluğu edən qadın məhkəmə zalında HƏBS OLUNDU

    Bakıda adam oğurluğu və dələduzluqda təqsirli bilinən Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Arifə Sadıqova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində ev dustaqlılığı qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

    Muxalifet2 - 5-06-2018

  7. Maşınqayırma ixtisasını bitirən kosmetoloq qadınları dəhşətli hala salıb - FOTOLAR

    Barəsində ittihamlar səslənən Elnarə Rzayeva mətbuat konfransı keçirməkdən imtina etdi; o, haqqında deyilənlərlə razılaşmır...

    Qadınların üz görkəmini dəhşətli vəziyyətə salıb, dodaqlarını yandırmaqda ittiham olunan kosmetoloq Elnarə Rzayeva iyunun 4-də jurnalistləri bir araya gətirərək mətbuat konfransı keçirəcəyini açıqlamışdı. Qeyd olunan tədbirdə E.Rzayevanın mətbuatda barəsində səslənən ittihamlara aydınlıq gətirəcəyi gözlənilirdi.

    Muxalifet - 5-06-2018

  8. Qəndilə gedən Amerika SİLAHLARININ QARŞISI KƏSİLDİ: TERRORÇUBAŞLARI QAÇIRLAR

    Türk Silahlı Qüvvələrinin(TSQ) Şimali İraqda keçirdiyi əməliyyat uğurla davam edərkən, Qəndildəki terror təşkilatının başçılarının qaçmağa hazırlandıqları bildirilir.
     
    Hərbi mənbələr Türk əsgərinin qurudan və havadan apardığı əməliyyatda, Qəndil dağındakı PKK bazalarına 20 kilometrdən də az məsafənin qaldığını qeyd ediblər.
    Təşkilatın Suriyadakı qolu PYD üzərindən aldığı Amerikanın silah-sursat və loJistik dəstəyinin qarşısı kəsilib.
     
    PKK TÜKƏNMƏ NÖQTƏSİNDƏ
     

    Muxalifet3 - 5-06-2018

  9. ​Bakıda dəhşətli İNTİHAR: kostyumunu geyinib, ÖZÜNÜ ÖLDÜRDÜ

    Bakıda dəhşətli intihar hadisəsi baş verib.
    Muxalifət.az xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən bağ evinin həyətində yaşayan “Kolya” ləqəbli şəxs özünü asaraq intihar edib. sənədləri olmadığından 65-70 yaşlı həmin şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.
    Bəlli olub ki, “Kolya” 20 ilə yaxındır ki, imkanlı şəxslərdən birinin Maştağadakı bağında yaşayıb və həyət bacaya baxıb. Xristian dininə mənsub olan həmin şəxs qonşuluqda yaşayan şəxslərə həmişə qəfil ölərsə, onu kostyumda, üzü qırxılmış və təmiz ayaqqabıda dəfn edilməsini xahiş edirmiş.

    Muxalifet2 - 5-06-2018

  10. Azərbaycanlı iş adamından aktrisaya əxlaqsız təklif - Səninlə 1 gecəyə 1 milyon dollar ...

    Aktrisa Özge Borak Instagram hesabının mesaj bölümündə ona əxlaqsız təklif edən şəxsi ifşa edib.
    Muxalifet.az Milli.Az-a istinadən xəbər verir ki, özünü azərbaycanlı iş adamı olaraq təqdim edən istifadəçi, Özge Borakın Instagram hesabına "Moskvada yaşayıram. Səninlə 1 gecə 1 milyon dollar... Hesabını söylə, pulunu dərhal köçürüm" sözlərindən ibarət mesaj göndərib.
    Ona göndərilən əxlaqsız təklif mesajının ekran görüntüsünü paylaşan aktrisa təklifi edən şəxsə bu cavabı verib:

    Muxalifet - 5-06-2018

  11. ​“Xaricilərə iş icazəsinin verilməsi daha şəffaf və rahat formada olacaq” - Vüsal Hüseynov

    “Azərbaycanda fəaliyyət göstərən və xarici işçi qüvvəsi üçün daha çox müraciət edən şirkətlərin və təşkilatların nümayəndələrdən ibarət Məşvərət Şurası yaradılır”.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

    Muxalifet - 5-06-2018

  12. ​Prokuror Lənkəranskinin tərəfdarlarına cəza istədi - BAKIDA

    Quldur dəstəsi yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. Prokuror Araz Fərəcovun 10 il 7 ay, Vüqar Musayevin 10, Eltən Əliyevin 10 il, Renad Zahirovun 10 il, Namiq Babayevin 7 il, Elməddin Şahbazun 18 il və Xəyyam Qurbanlının isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Muxalifet2 - 5-06-2018

  13. ​DGK-da elektron xidmətlərin sayı artırıldı - YENİ SƏDR

    Dövlət Gömrük Komitəsində elektron xidmətlərin sayı 14-ə çatdırılıb.
    Muxalifət.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Aİ-Azərbaycan biznes forumunda deyib.
    O bildirib ki, sahibkarlığın inkişafına dəstək olmaq, gömrük fəaliyyətində şəffaflığı artırmaq üçün elektron xidmətlərin sayı artırılır. Bu vətəndaş ilə məmur münasibətlərinin də minimuma endirilməsinə gətirib çıxaracaq.

    Muxalifet2 - 5-06-2018

  14. “Gürcüstanda hakimiyyət dəyişikliyi mümkündür” - QABİL HÜSEYNLİ

    Bir neçə gündür ki, Gürcüstanın paytaxtı Tiflisdə etiraz aksiyalarının keçirilməsi əslində, oktyabrda bu ölkədə keçiriləcək prezident seçkiləri ilə birbaşa əlaqəlidir. Baxmayaraq ki, 2017-ci ilin dekabr ayında Tiflisdə qətlə yetirilmiş iki gəncin işiylə bağlı təqsirləndirilən şəxslərin azadlığa buraxılması parlament binasının qarşısında etiraz aksiyasına səbəb olub, əslində, bir fərdə, bir ailəyə qarşı ədalətsizliyi “bu gün ona, sabah mənə” düşüncəsi ilə bütün cəmiyyətin ortaq problemi kimi qavrayan Gürcüstan cəmiyyəti həm də bu aksiyalarla hazırkı iqtidardan narazılıqlarını ifadə edirlər.

    Muxalifet - 5-06-2018

  15. Rusiya televiziyasında NÖVBƏTİ YALAN: QALMAQAL MANİPULYASİYA

    Rusiyadakı dövlət televiziya kanalı "Rossiya-1" də göstərilən bir fotoşəkil şübhəyə səbəb olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 31 mayda Şimali Koreya səfərinin nəticələrinin dəyərləndirildiyi "Həftənin icmalı" proqramında Kim Jong Un gülər üzlü göstərilməsi bunun fotoşopla edilməsi şübhəsi yaradıb.
     

    Muxalifet3 - 5-06-2018

  16. ​Azərbaycan səfiri Skripalla bağlı qalmaqalda LONDONU DƏSTƏKLƏDİ: “Biz kimyəvi silahlardan istifadənin əleyhinəyik”

    “Azərbaycanın Skripal məsələsində mövqeyi ilk gündən etibarən bundan ibarət olub ki, məkanından və zamanından asılı olmayaraq, biz kimyəvi silahların istifadəsinin əleyhinəyik”. Bu sözləri Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə APA-ya verdiyi müsahibədə Rusiya xüsusi xidmətinin sabiq əməkdaşının zəhərlənməsi və bununla bağlı İngiltərə-Rusiya arasında yaranmış problemi şərh edərəkən bildiirb.

    Muxalifet2 - 5-06-2018

  17. ​Qarabağ klanından QİSAS ƏMƏLİYYATI BAŞLADI

    Ermənistan Xüsusi İstintaq Xidməti 1 mart hadisələri ilə bağlı təhqiqatın aktiv mərhələsinə başlayıb.
    Muxalifət.az xəbər verir ki, Xidmət təhqiqat zamanı çoxlu sayda vəzifəli şəxsin dindiriləcəyini deyib.
    “Aykakan Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən böyük maraq yaradacaq məlumat paylaşıb. Qəzet xidmətin 1 mart təhqiqatıyla bağlı Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın da dindiriləcəyini yazıb.

    Muxalifet2 - 5-06-2018

  18. ​Əjdər Cəbiyevin yaxın qohumu işdən çıxarıldı - NAZİRDƏN DAHA BİR QƏRAR

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin(Əjdər Ol) yaxın qohumunu tutduğu vəzifədən azad edib.
    Muxalifət.az sfera.az-a istinadən xəbər verir ki, yeni nazirin əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Nazim Hüseynovu fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarıb.
    Qeyd edək ki, Nazim Hüseynov Əjdər Cəbiyevin bacısı oğludur.

    Muxalifet2 - 5-06-2018

  19. ​Azərbaycan üçün karantin hesab edilən onlarla növ aşkar edilir - DÖVLƏT XIDMƏTİ

    İdxal edilən karantin nəzarətində olan yüklərə baxış zamanı il ərzində Azərbaycan Respublikası üçün karantin hesab edilən onlarla növ aşkar edilir.
    Bu barədə Kənd Təsərrüfatı Nazirliyi Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məlumat verilib.

    Muxalifet2 - 5-06-2018

  20. ​Həmsədrlər İrəvana gəlir – İLK GÖRÜŞ

    ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 13-də Ermənistana gələcəklər.
    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tiqran Balayan deyib. O, həmsədrlərin İrəvanda ilk dəfə Ermənistanın yeni hökumətinin nümayəndələri ilə görüşəcəyini deyib.
    Balayan həmsədrlərin kimlərlə görüşəcəyini açıqlamayıb.

    Muxalifet2 - 5-06-2018

Pages