Axtarış

The search found 105785 results in 0.067 seconds.

Search results

  1. ​“Putin anladı ki…” - İsraillə sazişin ŞOK PƏRDƏARXASI

    Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasily Nebenziya iyunun 2-də BMT Təhlükəsizlik Şurasının toplantısından sonra jurnalistlərə açıqlamasında Rusiya və İsrailin İran qüvvələrinin Suriyadan çıxarılması mövzusunda razılaşdığını bildirdi. Bundan bir gün əvvəl isə İsrailin “Jerusalem Post” qəzeti Suriyada İranla bağlı silahlı qruplaşmalar, həmçinin Livanın “Hizbullah” şiə təşkilatının döyüşçülərinin İsraillə həmsərhəd bölgələri tərk etməyi planlaşdırdığını yazdı.
    Nəşrin yazdığına görə, xüsusi halda İrana yaxın qruplaşmalar Dera və Kuneytra şəhərlərindən çıxmaq niyyətindədir.

    Muxalifet2 - 5-06-2018

  2. ​ABŞ-ın sanksiyası Neftçaladakı avtomobil zavodunu “VURDU” – Fransa şirkəti İranla ƏMƏKDAŞLIĞI DAYANDIRDI

    Fransanın avtomobil istehsalçısı PSA  İranın avtomobil şirkətləri ilə ortaqlıq fəaliyyətlərini 6 avqusta qədər təxirə saldığını açıqlayıb.
    Fransanın avtomobil istehsalçısı PSA ABŞ-ın İran ilə nüvə müqaviləsindən çıxması qərarından sonra bu ölkədəki fəaliyyətlərini 6 avqusta qədər təxirə saldığını açıqlayıb.
    “Peugeot” və “Citroen” kimi avtomobil brendlərinin daxil olduğu PSA Qrupundan verilən açıqlamada, bir razılaşma əldə etmək məqsədilə ABŞ rəhbərliyilə müzakirələrin davam etdiyi bildirildiib.

    Muxalifet2 - 5-06-2018

  3. ŞOK: Avropa Birliyi və BMT “AİLƏ DAĞITMAQ” LAYİHƏSİNƏ 200 MİLYON AYIRIB

    Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatının Qadın Qurumunun verdiyi pullarla Türkiyədəki Suriyalı qadın qaçqınlara boşanma dərsləri keçirilən layihə ortaya çıxıb. Humanitar yardım örtüyü altında Türkiyədəki qaçqınlara qarşı fəaliyyət göstərən “Həyata Dəstək Dərnəyinə” əksəriyyəti xarici təşkilatlar olmaqla, 5 ildə 200 milyon TL pul axıdıldığı aşkar edilib.
     

    Muxalifet3 - 5-06-2018

  4. ABŞ səfirliyi Qrin Kart-la bağlı məsləhətlər yayıb

    “Azərbaycanda Qrin Kart ətrafında bir çox fırıldaqçılıq və dələduzluq halları baş verir”.
     
    Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi facebook səhifəsində bildirib.
    Səfrrilik vətəndaşları fırıldaqçıların qurbanı olmamamğa, məlumatları yalnız rəsmi mənbədən almağa çağırır.

    Muxalifet3 - 5-06-2018

  5. Yumurta niyə bahalaşıb?

    “Azərbaycanda yumurtanın satış qiymətində son bir neçə gündə bahalaşma baş verib”, - bunu Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev BBC News Azərbaycancaya deyib.
     
    "Neptun" market şəbəkəsindən bildiriblər ki, hazırda marketdə fabrikdə istehsal olunan "yumurtanın biri 13 qəpiyə, kənd yumurtası isə 15-16 qəpiyə satılır". "Araz" marketlər şəbəkəsi isə qiymətin 4-5 gündür qalxdığını bildirir.
    Kiçik mağazalar da yumurtanın qiymətində son günlərdə 7 qəpikdən 13 qəpiyə qədər bahalaşma olduğunu deyirlər.

    Muxalifet3 - 5-06-2018

  6. Azərbaycanda Ermənistan eynəkləri satılır

    Azərbaycanda üzərində Ermənistan bayrağı olan günəş eynəyi satılır.
     
    Fakt Xırdalandakı mağazaların birində qeydə alınıb. Həmin mağazaya eynək almağa girən bir müştəri üzərində düşmən ölkənin bayrağının təsviri olan gözlüyü görüb və şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb.

    Muxalifet3 - 5-06-2018

  7. Çavuşoğlu Münbiç üçün YOL XƏRİTƏSİNİ AÇIQLADI

    Türkiyənin XİN rəhbəri Çavuşoğlu, ABŞ-lı həmkarı Pompeo ilə Menbiç üçün varılan müqaviləni ictimaiyyəti ilə bölüşüb. Buna görə, YPG bölgədən çəkilcək, silahlar alınacaq.
     
    Çavuşoğlunun yol xəritəsi ilə bağlı açıqlaması:
    "Münbiç modeli tamamlandıqdan sonra bunu digər sahələrə də tətbiq edəcəyik. YPG-nin işğal etdiyi digər ərazilərə də bu model sirayət edəcək. Anlaşmamızda bu da var".
     
    "Silahlar YPG-dən alınacaq".
     

    Muxalifet3 - 5-06-2018

  8. ABŞ eksperti:“Amerika Əfqanıstanın 70%-ə ələ keçirən “Taliban”la danışıqlara məhkumdur” – TƏHLİL

    ABŞ və KXDR arasında qarşıdakı danışıqlar, habelə başqa beynəlxalq aktual problemlər  fonunda Əfqanıstan münaqişəsi ikinci plana keçib. , Görünür, bədbəxtlikdən, Əfqanıstandakı durum getdikcə daha da qəlizləşir.
    BMT məlumatına əsasən, 2018-in I rübündə 750-dən çox mülki şəxs öldürülüb, demək olar, daha 1500 nəfər yaralanıb. “Taliban” və İŞİD döyüşçülərinin  Kabulda çoxsaylı hücumları baş verib. Əfqanıstan hadisələrini işıqlandıran bir neçə jurnalist 2018-ci il aprelin  sonunda  teraktlar nəticəsində həlak olub. Jurnalistlərə bu hücum son 10 ildə ən qanlı həmlə olub.

    Muxalifet2 - 5-06-2018

  9. ​Azərbaycan Avropanın neftə olan tələbatının 5 FAİZİNİ ÖDƏYİR

    Azərbaycan Avropa İttifaqının (Aİ) neftə olan tələbatının 5 faizini ödəyir.
    Bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Aİ-Azərbaycan biznes forumunda deyib.
    O bildirib ki, Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il ərzində 15 faiz artıb. Aİ Azərbaycanın ticarət dövriyyəsində 42 faiz paya sahibdir. (AzərTAc)

    Muxalifet2 - 5-06-2018

  10. ​NETANYAHUYA SUİ-QƏSDİN QARŞISI ALINDI

    İsrail xüsusi xidmət orqanları Baş nazir Benyamin Netanyahuya sui-qəsd hazırlayan qrupu neytrallaşdırıblar.
    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Yerusəlim Post” yayıb. Xüsusi qrupun Şərqi Qüdsdə neytrallaşdırıldığı vurğulanıb.
    İddiaya görə, qrup Suriyadan idarə olunub.
    “Yerusəlim Post” zərərsizləşdirilən qrupun Netanyahu ilə bərabər Qüds meri Nira Barkat, Kanada nümayəndə heyəti və ABŞ Konsulluğuna hücum etməyi planlaşdırdığını da yazıb.

    Muxalifet2 - 5-06-2018

  11. ​Üç ölkə barədə ŞOK XƏBƏRDARLIQ - Tanksız və artilleriyasız yeni müharibə BAŞLAYIR

    “Qərb hərbi və mülki alətlərin birləşdiyi yeni tipli münaqişə ilə qarşılaşır”. Muxalifət.az xəbər verir ki, bunu “The Times” üçün yazdığı məqalədə Böyük Britaniyanın Mühafizəkar Partiyasından olan deputatı Bob Sili və Henri Cekson adına Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin direktoru Endrü Foksoll bildiriblər. Müəlliflər Rusiyanın son iki onillikdə apardığı münaqişələri sadalayıblar: Estoniyaya kiberhücumlar, Gürcüstan və Ukrayna ilə müharibələr, informasiya müharibəsi, xarici siyasətin aləti kimi iqtisadi addımlar və sair.

    Muxalifet2 - 5-06-2018

  12. ​Yunanıstandan Türkiyəyə qarşı XOŞAGƏLMƏZ AÇIQLAMA

    Muxalifət.az xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Kotzias, dünən baş nazir və hökumətin mətbuat katibi Bəkir Bozdağın Yunanıstanda azadlıqda olan 8 nəfər çevrilişçi, FƏTÖ üzvü olan türk hərbçisi barəsində verdiyi açıqlamalara ERT dövlət televiziyası vasitəsilə cavab verib.

    Muxalifet2 - 5-06-2018

  13. ​Hollandiya “Qazprom”un aktivlərinə HƏBS QOYDU – Ukraynanın “Naftoqaz” şirkətinə borcuna görə

    Hollandiya məhkəməsi Ukraynanın “Naftoqaz” şirkətinə 2,6 milyard dollar borcun ödənilməsi üçün Rusiyanın “Qazprom” şirkətinin Hollandiyadakı aktivlərinə həbs qoyub.
    APA-nın xəbərinə görə, bu barədə “Naftoqaz” şirkəti məlumat yayıb.
     “Naftoqaz” ötən həftə “Qazprom” və “Qazprom”un törəmə şirkətlərinin Hollandiyadakı aktivlərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edib. “Qazprom”un 6 törəmə şirkəti məhkəmə ilə əməkdaşlıqdan imtina etsə də, bu, aktivlərə həbs qoyulmasına təsir göstərməyib.

    Muxalifet2 - 5-06-2018

  14. Gümrüdəki rus bazası ABŞ-ın HƏDƏFİNDƏ - Səfirin səfərinin pərdəarxası

    Ermənistanın Gümrü şəhərində “Amerika həftəsi” elan edilib.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Ermənistanın Mədəniyyət Nazirliyinin verdiyi açıqlamada proqram çərçivəsində bir həftə ərzində şəhərdə Amerika filmlərinin nümayiş olunacağı bildirilir.
    Filmlər Gümrüdəki “Moskva” kinoteatrında nümayiş etdiriləcək.
    “Cəsarətləndir, güc və ilham ver” devizi altında keçiriləcək Amerika günlərində küçələrdə sərgilərin keçirilməsi də planlaşdırılır.
    Proqram çərçivəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Gümrüyə gedəcək.

    Muxalifet2 - 5-06-2018

  15. ​Taksi sürücüsünə bıçaq çəkib, 9 manatını alanlara 24 il müddətinə həbs CƏZA KƏSİLDİ

    Taksi sürücüsünə qarşı quldurluq edib 9 manat pul alan şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Tərlan Şahkərimov, Elvin Babayev və Murad Əşrəfova hökm oxunub. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 5-06-2018

  16. ​Azərbaycan KİV-lərindən Rusiya XİN-ə MÜRACİƏT

    Azərbaycan kütləvi informasiya vasitələri (KİV) Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarovaya müraciət ünvanlayıblar.
    Trend-in məlumatına görə, müraciətdə qeyd olunur ki, Trend İnformasiya Agentliyinin jurnalistinin bu il iyunun 1-də Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən brifinq zamanı Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinə verdiyi suala cavabın sonradan nazirliyin saytında təhrif olunması qəbuledilməzdir.

    Muxalifet2 - 5-06-2018

  17. ​ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATININ DƏHŞƏTLİ HESABATI –İldə 1,7 milyon uşaq ətraf mühit çirklənməsindən ölür

    Yaşı 5-dən aşağı hər dörd uşaq ölümündən azı biri qeyri-sağlam ətraf mühitə bağlıdır. Hər il ətraf mühit risklərindən – qapalı və açıq hava çirkənlənməsindən, siqaret çəkənlərin təsirindən, natəmiz sudan, sanitariyanın yoxluğundan və qeyri-adekvat gigiyenadan yaşı 5-dən aşağı 1,7 milyon uşaq dünyasını dəyişir.
    Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iki yeni hesabatında bildirir.

    Muxalifet2 - 5-06-2018

  18. ​Terror təşkilatı silahı yerə qoyacaq – Ankara rəsmən AÇIQLADI

    “Münbiçin YPG-dən təmizlənməsi bir neçə ayda 3 mərhələdə tamamlanacaq. Silahlar YPG-dən alınacaq”.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu amerikalı həmkarı Maykl Pompeo ilə iyunun 4-də Vaşinqtonda keçirdiyi görüşün nəticələrini şərh edən Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

    Muxalifet2 - 5-06-2018

  19. ​ƏSƏDLƏ KİM ÇENIN GÖRÜŞÜ HAZIRLANIR

    Suriya Prezidenti Bəşər Əsəd Şimali Koreya lideri Kim Çen İnlə görüşə bilər.
    Muxalifət.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında suriyalı deputat Camal Rabiə deyib. O, Suriyanın da Şimali Koreya kimi ABŞ-la mübarizə apardığını deyib.
    Qeyd edək ki, bundan öncə Şimali Koreya mətbuatı Əsədin Pxenyana səfər edəcəyi haqqında məlumat yayıb.

    Muxalifet2 - 5-06-2018

  20. AZƏRBAYCANIN KÜLƏYƏ VERİLƏN 140 MİLYON DOLLARI - Sensasiyalı faktlar

    Azərbaycandan neft məhsullarının alqı-satqısından tutmuş Sierra-Leonedə almaz yataqlarında hasilat işlərinə qədər ən müxtəlif və qaranlıq işlərlə məşğul olan müəmmalı biznesmen-oliqarx, milyonlarla dollarlıq dələduzluq əməlində ittiham olunan Ələddin Yusifovun işi üzrə məhkəmə prosesində yenə sensasion məlumatlar açıqlanıb.
    Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, iş üzrə məhkəmədə Ələddin Yusifov və onun aldadaraq milyonlarla avro pulunu mənimsədiyi almaniyalı iş adamı Hans-Georq Tomas ifadə veriblər. Hər iki tərəf səs-küylü məlumatlar açıqlayıb.

    Muxalifet2 - 5-06-2018

Pages