Axtarış
The search found 105785 results in 0.065 seconds.
Search results
Bu planetdə donmuş təpələr aşkarlandı - İlginc
ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) 2015-ci ildən kosmosda olan “New Horizons” kosmik gəmisi Pluton planetindəki ürəkşəkilli azot buz dağlarının kənarlarında apardığı müşahidələr zamanı donmuş metan tərkibli qum təpələri aşkar edib.
Muxalifet3 - 5-06-2018
ŞOK! Bakı toyunda görünməmiş hadisə: bəy və gəlini belə döydülər
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yerləşən “Ağ çiçəyim” şadlıq sarayında kütləvi dava düşüb. Dava zamanı bəy və gəlinə də şillə-təpik dəyib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə iyulun 3-də saat 24:00 radələrində baş verib. Hətta dava o həddə çatıb ki, gəlin və bəyi şadlıq sarayının pilləkənləri ilə sürüyüblər. Hadisənin təfərrüatları məlum deyil.
Muxalifet3 - 5-06-2018
Bir gün onların yerində biz ola bilərik – Millət vəkili
Cəmiyyətdə yüzlərlə xəstə bu sənədin qəbulunu gözləyir. Günlərin birində həmin xəstələrdən biri biz də ola bilərik. Ona görə bu qanunun qəbulunu və təbliğatını sürətləndirmək lazımdır.
Muxalifet3 - 5-06-2018
Kaçinskinin ölümünə səbəb olan qəzada yenilik
2010-cu ildə Smolensk yaxınlığında Polşa Prezidenti Lex Kaçinskinin də ölümünə səbəb olan təyyarə qəzasının araşdırılması məqsədilə yaradılan istintaq komissiyası təyyarənin qalıqları arasında partlayıcı izləri tapıldığını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Polşanın “Prasova” agentliyi yazıb.
Məlumata görə, faciənin qurbanlarından birinin cəsədində də partlayıcı maddə hissəciklərinə rast gəlinib.
Xatırladaq ki, Polşa tərəfi təyyarənin göyərtəsində baş verən partlayışların faciəyə səbəb ola biləcəyini açıqlamışdı.
Muxalifet3 - 5-06-2018
Erməni deputatlar 5 milyona qanuni oğrunu azad etmək istədi
Ermənistan parlamentinin millət vəkilləri, o cümlədən Çarukyan blokunun 9 nümayəndəsi və Yelk blokunun üzvü Sasun Mikayelyan məhkəmədən şəxsi zəmanət vermək yolu ilə qanuni oğru Alik Banduryan barəsindəki həbs qətimkan tədbirinin aradan qaldırılması üçün müraciət edib.
Muxalifet.az xəbər verir ki, məlumatı Banduryanın vəkili də təsdiqləyib.Muxalifet3 - 5-06-2018
Azərbaycanda güclü zəlzələ baş verib
Muxalifet.az apa-ya istinadla xəbər verir ki, zəlzələ ölkənin əksər rayonlarında hiss olunub. Zəlzələnin episentrinin şimal-qərb bölgəsində olduğu ehtimal olunur. Güclü təkanlar daha çox Şəki, Qax, Balakən, Zaqatala rayonlarında hiss olunub.
Zəlzələ həmçinin Göyçay, Şamaxı və digər ətraf rayonlarda da hiss olunub.
Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.
Xəbər yenilənəcək..
Muxalifet3 - 5-06-2018
İrana şok ittiham: Suriyaya döyüşçü və silah daşıyırlar
İran şirkətləri mütəmadi şəkildə Suriyaya döyüşçü və silah-sursat daşıyırlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri Demokratiyaların Qorunması Fondunda çıxışı zamanı ABŞ Maliyyə nazirinin müavini Siqal Manderker deyib.Muxalifet3 - 5-06-2018
Qasırğa azərbaycanlıların şəhərinə ziyan vurdu
Gürcüstanda iyunun 5-də yağan güclü leysan yağışları və qasırğa yenidən ciddi fəsadlar yaradıb.
Muxalifet.az xəbər verir ki, güclü külək paytaxt Tiflisdə, Rustavi və Marneuli rayonu ərazisində problemlərə səbəb olub. Ağaclar və elektrik dirəkləri sınıb, qərb bölgəsində çaylar daşıb. Kür çayında suyun səviyyəsi qalxıb və suyun çirkliliyi artıb.
Marneuli rayonunun Sadaxlı kəndinə daha ciddi ziyan dəyib.
Külək ağacları kökündən qoparıb, kənddə bir neçə evə və avtomobilə ziyan dəyib.
Muxalifet3 - 5-06-2018
Ramazanın 21-ci gününün DUASI VƏ TƏQVİMİ
Muxalifet.az müqəddəs Ramazan ayının 21-ci gününün təqvimi və duasını təqdim edir.
21 ramazan 1439 – 06 iyun 2018
İmsak: 03:21
İftar: 20:24
21-ci günün duası:
“Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin”.Muxalifet3 - 5-06-2018
ŞOK: Qırmızı Beretlilər QƏNDİLƏ İRƏLİLƏYİR - PKK bitirilir!
PKK-ya qarşı əməliyyatda Qəndilin mərkəzinə 73 kilometrə qədər irəliləyən TSQ-nin hədəfində yeddi təlim və maddi-texniki bazası yerləşir. TSQ-nin əməliyyat sahəsi içində yer alan bölgənin bəzi mövqeləri ilə iki mühüm nöqtəsi isə İranın nəzarətindədir.
Muxalifet3 - 6-06-2018
ABŞ-dan Münbiç açıqlaması: TÜRKİYƏ İLƏ ANLAŞMA ŞƏRTLƏRƏ BAĞLIDIR
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, Türkiyə ilə ABŞ arasında Münbiç məsələsində varılan yol xəritəsinin şərtlərə bağlı bir müqavilə olduğunu deyib.
Nayert, sahədəki proseslərə görə, dəyişikliklərin ola biləcəyini deyərək, yenə də konkret deyil, ikibaşlı danışıb.
PKK-nın Suriya qolu YPG-nin yol xəritəsinə dair təpkisinə də münasibət bildirən Nayert, "Onların adından danışa bilmərəm, amma görürəm ki, yol xəritəsində nəzərdə tutulduğu kimi, qüvvələrini Fəratın şərqinə çəkəcəklərini bəyan ediblər” deyə, söyləyib.
Muxalifet3 - 6-06-2018
Dünyanın gözü Türk ordusunda: Qəndilə Afrindəkindən daha BÖYÜK HAVA HƏRƏKATI BAŞLADILIR
Türk Silahlı Qüvvələrinin (TSQ) Şimali İraqda Hakurk bölgəsinə qarşı əməliyyatları davam edərkən, terror təşkilatı PKK-nın baş qərargahı mövqeyindəki Qəndil Dağının, intensiv hava hücumlarının hədəfi ola biləcəyi bildirilib.
Muxalifet3 - 6-06-2018
Oyun olmayacaq: ARGENTİNA İSRAİLLƏ MATÇDAN İMTİNA ETDİ
İsrail ilə Argentina arasında işğal altındakı Qüdsdə oynanılması planlaşdırılan futbol üzrə hazırlıq matçı gələn təpkilərdən sonra təxirə salınıb. Argentina Futbol Federasiyasının, İsrailə matça çıxmayacaqları haqda qərarlarını çatdırdığı bildirilib.
İsrailin Argentinayla işğal altında olan Qüdsdə matç keçirmək planı baş tutmayıb. Argentina Futbol Federasiyası, Fələstinlilərin təpkisi və yaşanan gərginliklər səbəbiylə Dünya Kuboku ərəfəsində bu matça çıxmama qərarı alıb.Muxalifet3 - 6-06-2018
Netanyahunun dərsini verdilər: ÖNCƏ MERKEL, SONRA MAKRON
İsrailin baş naziri Binyamin Netanyahu, İrana qarşı sərt siyasət yeritməsi məsələsində Fransa prezidenti Emmanuel Makrona təsir edə bilmədi. Netanyahu dünən Merkellə görüşmüş və oradan da əliboş ayrılmışdı.
Makron və İsrailin baş naziri Binyamin Netanyahu, Yelisey Sarayındakı danışıqlarından sonra birgə mətbuat konfransı keçirilib.Muxalifet3 - 6-06-2018
Ruslarla Türklər arasında “savaş” SÜLHLƏ BİTDİ
DÇ-2018-ə ev sahibliyi edəcək Rusiya millisi Türkiyə ilə yoldaşlıq oyununda qarşılaşıb.
Muxalifet.az saytının məlumatına görə, matçda qalib müəyyənləşməyib.
Hərəyə 1 qol vuran tərəflər matçdan bərabərliklə ayrılıblar.
Qeyd edək ki, Rusiya mundialın ev sahibi olsa da, Türkiyə yığması 4 illiyin ən böyük futbol yarışından kənarda qalıb.Muxalifet4 - 6-06-2018
ABŞ-ın GİZLİN NİYYƏTİ: “Regionda İrana qarşı çıxa biləcək yeganə ölkə məhz Türkiyədir…”
ABŞ-ın Türkiyə ilə münasibətlərində əsas məqsəd Ankaranın Qərbə siyasi meylliliyinin qorunub saxlanılmasıdır.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçel bildirib.
Muxalifet4 - 6-06-2018
Süleyman Şah EVİNƏ QAYIDIR
Türkiyə ilə ABŞ-ın Münbiçlə bağlı razılığa gəldiyi planın içərisində Süleyman Şah Türbəsi də var. 2015-ci ilin fevralında “Şah Fərat” əməliyyatı ilə Türkiyənin Eşmə kəndinə gətirilən türbə, region PKK-dan təmizləndikdən sonra Suriyanın Karakozakdakı köhnə yerinə daşınacaq. Türkiyə və ABŞ, Münbiçdə 11 müşahidə nöqtəsi yaradacaq. 6-sı TSQ-ya, 5-i Pentaqona aid olacaq.
Muxalifet3 - 6-06-2018
Nazirlik borclu vətəndaşın əmlakını satışa çıxardı - 7 ƏDƏD XALÇA, 5 ƏDƏD PALTARYUYAN MAŞIN…
Vergilər Nazirliyi Əbdüləzimov Rüfət Əlövsət oğluna məxsus 7 ədəd xalçanı vergi borcuna görə hərraca çıxarıb.
Bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.
Hərraca çıxarılan xalçaların ümumi dəyəri 3000 min manat civarındadır. Əmlak Goranboy rayonu, Goranboy şəhəri, yaşayış massivi, 58-ci kvartal ünvanında yerləşir.Muxalifet4 - 6-06-2018
27 yaşlı oğlan damarlarını kəsdi – İNTİHARA CƏHD
Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.
"Report”un Şirvan bürosunun məlumatına görə, şəhərin Nizami küçəsi, 4a ünvanında yaşayan 1991-ci il təvəllüdlü yerli sakin İmaməli Hüseynov gecə saatlarında evdə özünə qəsd edib.
O, hələ ki, bilinməyən səbəbdən hər iki qolununun damarlarını iti alətlə kəsərək özünə ağır xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 6-06-2018
İran qorxulu qərarı verdi - yenidən uranı zənginləşdirəcək
Regionda vəziyyət 10 il əvvəlki formata dönür; Azərbaycan üçün də riskli dövr başlayır
İran nüvə fəaliyyətini bərpa edir. Bu barədə ölkənin ali dini lideri bəyanat verib. İran İslam İnqilabının lideri Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü ilə bağlı mərasimdə çıxışında dini lider Ayətullah Xameneyi hökuməti nüvə fəaliyyətini yenidən bərpa etməyə çağırıb.
Muxalifet2 - 6-06-2018