Axtarış

The search found 105785 results in 0.131 seconds.

Search results

  1. Türkiyəli ekspert: "Ermənistanda hakimiyyət uğrunda mübarizə Qarabağ məsələsi ətrafında qurulub"

    Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda problemlə üzləşib.
     
    Muxalifət.az bildirir ki, bunu Trend-ə "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu deyib.

    Muxalifet4 - 5-06-2018

  2. 11 yaşlı azərbaycanlı uşaq İsveçdə hamını heyran qoydu - VİDEO

    İsveçin paytaxtı Stokholm şəhərində azərbaycanlı uşaq tamaşada oynadığı rolla hamını heyran qoyub

    Böyük türk şairi Nazim Hikmətin vəfatının ildönümü ilə bağlı Stokholm Türk Teatrında təşkil edilən tamaşada azərbaycanlı Məhəmməd Əlininin "Dünyanı uşaqlara verək" şeiri türk icmasının və bütün tamaşaçıların alqışlarına səbəb olub.

    Məhəmməd Əli Nəzərlinin şeirdən sonra “Nazim Hikmətin ruhu qarşısında baş əyirəm” deməsi alqışlarla qarşılanıb.

    Muxalifet - 5-06-2018

  3. ​ABŞ Türkiyə ilə razılaşmanı təsdiqlədi: YPG geri çəkilir və...

    Ötən gün Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında əldə edilən razılaşma ilə bağlı ABŞ Dövlət Katibliyi bəyanat yayıb.
    Muxalifet.az xəbər verir ki, ABŞ tərəfi tərəflər arasında Menbiçlə bağlı razılığın əldə edilməsini təsdiq edib.
    Bəyanata əsasən, YPG Menbiçdən geri çəkiləcək və hər iki tərəfin də razılığı əsasında yerli xalqdan bölgəyə yeni rəhbər təyin ediləcək.
     

    Muxalifet3 - 5-06-2018

  4. ​Xamenei məqsədini açdı, bizi yox edəcəklər - Netanyahu

    İranın məqsədi İsraili yox edəcək nüvə silahına sahib olmaqdır.
    Muxalifet.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
    “2 gün əvvəl İranın ali dini lideri Əli Xamenei İsrail dövlətini yox etmək niyyətini açıqladı. Dünən isə o bunu necə edəcəyini dedi. Nüvə bombası cəbbəxanası yaratmaq üçün uranı zənginləşdirəcəklər. Heç təəccüblənmədik. İranın nüvə silahı əldə etməsinə izn verməyəcəyik” – deyə o bildirib.

    Muxalifet3 - 5-06-2018

  5. ​Hind sənətçidən maraqlı aksiya — İnək olmaq qadın olmaqdan daha təhlükəsizdir

    Hindistanda Sujatro Goş adlı fotoqraf ölkədəki zorlamalara diqqət cəlb etmək üçün yeni layihəsini təqdim edib.
     Muxalifet.az xəbər verir ki, layihə “Qadınlar inəklərdən daha dəyərsizdir?” adlanır.
    Hindistanda hər 15 dəqiqədən bir zorlanma hadisəsi olur. Hind qadınları isə Hindistanda inək olmaq qadın olmaqdan daha təhlükəsizdir sualını ünvanlayırlar.
    23 yaşlı fotoqraf layihə ilə bağlı deyib:

    Muxalifet3 - 5-06-2018

  6. ​Yunan nazirdən Türkiyəyə: Ərazilərimizi artırırıq...

    Qısa zamanda ərazi sularımızın sahəsini artıracağıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Yunanıstan Müdafiə naziri Panos Kamennos Psara adasına səfəri zamanı deyib.
    “Ölkəmiz böyüyür. Bir müddət sonra ərazi sularımız xüsusi iqtisadi zona və dəniz sərvətlərinin qazanılması sayəsində artacaq”, - deyə yunan nazir bildirib.
    Kamennos əlavə edib ki, ölkəsi xüsusi iqtisadi zonada təbii qaz və neft hasilatına başlayacaq və bu bölgəni yunan donanması qoruyacaq.
    Qeyd edək ki, yunan nazirin açıqlaması mediada Türkiyəyə meydan oxuma kimi qiymətləndirilib.
     

    Muxalifet3 - 5-06-2018

  7. ​Azərbaycanda nə qədər ceyran var?

    Ceyranların balalama dövrü başa çatmaq üzrədir. Havaların mülayim keçdiyi illərdə ceyranların artımı mart-aprel aylarında, nisbətən soyuq hava şəraitində isə aprel ayından iyunun əvvəlinə qədər davam edir.

    Muxalifet3 - 5-06-2018

  8. ​Azərbaycan millisi Qazaxıstana məğlub oldu

    Astanada Azərbaycanın futbol üzrə milli komandası Qazaxıstan yığması ilə üz-üzə gəlib.
    Muxalifet.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri matçda ev sahiblərinə 2:0 hesabı ilə məğlub olub.
    Hesab oyunun 12-ci dəqiqəsində açılıb. Qapımıza təyin olunan cərimə zərbəsi zamanı Roman Murtazayev hamını qabaqlayaraq topu baş zərbəsi ilə uzaq küncə göndərib.
    İki dəqiqədən sonra Serikjan Mujikov müdafiəçilərimizin kobud səhvindən istifadə edərək  ikinci topu qapımızdan keçirib. 89-cu dəqiqədə meydana yeni çıxmış Baurjan Turusbek hesabı 3:0-a çatdırıb.

    Muxalifet3 - 5-06-2018

  9. ​Tacikistan liderini “ikinci İsa Məsih” adlandırdılar

    Tacikistan prezidenti Emoməli Rəhmon ikinci İsa Məsihdir. Belə bir iddianı tacikistanlı məşhur şair Ato Mirhoca irəli sürüb.
    Muxalifet.az xəbər verir ki, bu haqda “Axbor” məlumat yayıb.
    Öz “Nuristan tarixi” adlı əsərində şair Rəhmonu hakimiyyətə gəlməklə ölkəni zülmətdən qurtarmış bir lider kimi qələmə verir və bu baxımdan onu İsa Məsihlə müqayisə edir.
    Şair hər ikisinin anasının adının Məryəm olduğuna diqqət çəkir. Şair eyni zamanda prezidenti Həzrəti Əli ilə müqayisə edib, onun ölkəyə “İmam Əlinin nurunu” gətirdiyini bildirir.
     

    Muxalifet3 - 5-06-2018

  10. ​Ərdoğan: Cənab İncə, sən nə vaxt Hitler oldun?

    Cənab İncə bütün bütün terror əməliyyatlarına rəhbərlik edən bizim qəhrəman komandirimiz İsmayıl Mətinə bilirsiniz nə deyir? “Sənin rütbəni söyəcəyəm” deyir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    “Əvvəla onu deyim ki, mənim millətim sənin kimi həddini bilməz birinə 24 iyunda həddini onsuzda bildirəcək. Sən nə vaxtdan bura Hitler olmusan? Türkiyə hüquq dövlətidir. Türkiyədə məhkəmə var, sən əvvəla bunu öyrən”, - Ərdoğan bildirib.
     

    Muxalifet3 - 5-06-2018

  11. ​150 milyon illik dinozavr skeleti 2.36 milyon dollara satıldı

    Fransada hərraca çıxarılan 150 milyon illik dinozavr skeletinə 2.36 milyon dollar ödənilib.
    Muxalifet.az xəbər verir ki, “Aguttes” hərrac evi Parisdəki Eyfel Qülləsinin birinci mərtəbəsində sərgi açıb. Sərgidə 150 milyon illik dinozavr skeletinə 2.36 milyon dollar ödəyən müştəri də tapılıb.
    ABŞ-ın Vayominq ştatında 2013-2015-ci illər arasında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən skeletin hündürlüyü 2.6, uzunluğu isə 9 metrdir.
    Alimlər bildiriblər ki, skelet etobur cinsinə aid dinozavra məxsusdur və sümüklərin 70 faizi zədələnməyib.
     

    Muxalifet3 - 5-06-2018

  12. ​Havay adalarında növbəti dəhşət

    Havay adalarında fəaliyyətdə olan Kilauea vulkanı yerləşən bölgədə 5.5 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti informasiya yayıb.
    Zəlzələnin episentri Havay-Paradays-Park statistik izolyasiya bölgəsinin 40 kilometr cənub-qərbində, zəlzələ ocağı isə yerin 1.5 kilometr dərinliyində qeydə alınıb.
    Xatırladaq ki, dünyanın ən böyük vulkanlarından sayılan Kilauea vulkanı həmçinin aktivliyi ilə də seçilir. Son dəfə 1983-cü ilin 2 yanvarında oyanan vulkan hələ də fəaliyyətdədir.
     

    Muxalifet3 - 5-06-2018

  13. ​Daha bir dövlət qurumunda kadr təyinatı

    Cəlilabad rayon Gənclər və İdman İdarəsinə rəhbər təyinatı olub.
    Muxalifet.az-ın report-a istinadən məlumatına görə, bu vəzifəyə Elçin Hüseynov gətirilib.
    Qeyd edək ki, Ramil Rəhimov bir müddət əvvəl Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəhbəri vəzifəsindən çıxarılıb.
     

    Muxalifet3 - 5-06-2018

  14. ​Avropalı nazirdən XƏBƏRDARLIQ: "Qapıları bağlamalıyıq, yoxsa, məhv olacağıq!"

    Miqrasiya böhranı həll edilməzsə, Avropa Birliyi (AB) bir neçə ilə dağılacaq.
    Muxalifet.az xəbər verir ki bu sözləri Belçikanın Miqrasiya ilə iş üzrə naziri Teo Franken deyib.
    “Avropa bir evdir və 3 ildir ki, hansı otaqda kimin qalacağını düşünürük. Lakin öncə evin arxa və ön qapılarını bağlamalıyıq”, - deyə nazir bildirib.
     

    Muxalifet3 - 5-06-2018

  15. ​Onlar bizə problem yarada bildilər - Qurbanov

    İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandamızın problemləri barədə öz aramızda danışacağıq. Qazaxıstan isə yaxşı oynadı. Biz ilk 20 dəqiqədə uduzduq. Sonradan toparlanaraq yaxşı oyun sərgiləməyə çalışdıq. Lakin bu, mənim gözlədiyim oyun deyildi.
    Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov səfərdə Qazaxıstan yığmasına 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

    Muxalifet3 - 5-06-2018

  16. ​Tiflis meriyasına böyük zərər: 600 min...

    Tiflis metropolitenində maşinistlərin əmək haqlarının yüksəldilməsi üçün təşkil edilən tətil zamanı şəhər meriyasına bir neçə yüz min lari dəyərində zərər dəyib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Tiflis meri olmağa keçmiş namizəd Vahid Milli Hərəkat Partiyasından olan namizəd Zaal Udumaşvili danışıb.
    “Bu 2 gün ərzində paytaxt meriyası 600 min lari dəyərində zərərə məruz qalıb. Tətillərə görə meriyanın gündəlik itkisi 300 min lariyə bərabərdir. Bu məbləğ bir il ərzində etiraz edən metro işçilərinin tələblərini qarşılamağa kifayət edə bilərdi”, - Udumaşvili bildirib.

    Muxalifet3 - 5-06-2018

  17. ​Putin Avropadan ABŞ-a mesaj verdi: Faydasızdır!

    Siyasi motivli məhdudiyyətlər və mühafizəkarlıq bütün tərəflər üçün zərərlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin avstriyalı həmkarı Aleksandr Bellen ilə görüşündən sonra mediaya açıqlamasında deyib.
    “Sanksiyalar, təzyiqlər, məhdudiyyətlər, mühafizəkarlıq – bunların hamısı yekun nəticə əldə etmək baxımından olduqca faydasızdır. Rusiya xarici məhdudiyyətlərlə bağlı bütün maneələri aşdı”, - deyə Putin bildirib.
    Qeyd edək ki, V.Putin hazırda Vyanada səfərdədir.
     

    Muxalifet3 - 5-06-2018

  18. ABŞ-dan Ankaraya TƏHDİD: F-35-lər Rusiyaya uçarsa...

    Türkiyənin həyata keçirdiyi Rusiyadan Su-57 qırıcıları kimi yüksək texnologiyalı silahlar almaq kursu onun ABŞ-ın beşinci nəsil F-35 qırıcıları layihəsində iştirakını təhlükə altında qoyur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin müavini Uess Mitçel deyib.
    “F-35-lərə gəldikdə isə onların Rusiya yüksək tüxnologiyalı silahlarına doğru hərəkət etməsi onların ABŞ hərbi layihələrində iştirakına avtomatik olaraq təsir göstərəcək”, - Mitçel bildirib.

    Muxalifet3 - 5-06-2018

  19. Trampla Kim Çen İn bu oteldə görüşəcək

    ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin görüş yeri bəlli olub.
    Muxalifet.az xəbər verir ki, liderlər Sinqapurun Sentosa adasında yerləşən Kapella otelində bir araya gələcək.
    Bununla bağlı məlumatı Ağ Evin mətbuat katibi Sara Sanders Tvitter hesabında yazıb.
    Görüşün yerli vaxtla 9:00-da başlayacağı bildirilib.
     

    Muxalifet3 - 5-06-2018

  20. ​Sürücülük vəsiqəsi ilə bağlı rüsum artırılır

    Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir.
    Muxalifet.az "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər layihəsinə istinadən xəbər verir ki, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.
    Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.
     

    Muxalifet3 - 5-06-2018

Pages