Axtarış
The search found 105785 results in 0.056 seconds.
Search results
"Fitç" Azərbaycan bankının reytinqini yüksəltdi
"Fitçh" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqlərinə yenidən baxıb. Agentlik bankın dayanıqlılıq reytinqini (VR) “b-” səviyyəsinə yüksəldib. Xarici valyutada uzunmüddətli reytinqini isə sabit proqnozla “B-” səviyyəsində saxlayıb.
Muxalifet3 - 4-06-2018
Türkiyə XİN: Menbiçlə bağlı yol xəritəsi qəbul edildi
Çavuşoğlu-Pompeo görüşündə Menbiçlə bağlı yol xəritəsi qəbul edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN qeyd edib ki, tərəflər ikitərəfli əməkdaşlığın gələcəyini müzakirə ediblər. Bu məqsədlə yol xəritəsi qəbul edilib və bölgədə proseslərin yaxından izlənilməsi barədə razılaşma əldə edilib.
Muxalifet3 - 4-06-2018
SON DƏQİQƏ: Yunanıstandan Türkiyənin əleyhinə addım
Yunanıstanın paytaxtı Afinada 4 qiyamçı azadlığa buraxılıb.
Muxalifet.az xəbər verir ki, Türkiyə hökumətinin israrlarına baxmayaraq 4 qiyamçı barəsində verilən 18 aylıq həbs cəzasının müddəti başa çatıb və təxliyə ediliblər.
Yunanıstanlı vəkil məsələ ilə bağlı açıqlamasında təxliyə edilən şəxslərin polis himayəsində olduğunu bildirib.
Muxalifet3 - 4-06-2018
ABŞ Almaniyanı kəskin TƏNQİD ETDİ: Nə ordusu, nə də...
Almaniyanın yeritdiyi diplomatiyanın arxasında ciddi bir hərbi təhdid yoxdur, xidmətdə olan bir sualtı gəmiləri də yoxdur. Hazırda hazırlıqlı bir orduya sahib deyillər.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Berlindəki səfiri Riçard Qrenell çıxış edib.
Qrenell Almaniya hökumətini müdafiə xərcləri üçün kifayət qədər büdcə ayırmamaqda qınayıb.
Trampın ona Almaniyanın NATO üzvü olaraq, hərbi büdcəni artırmaq üçün vəzifə verdiyini deyən Qrennel bu ölkənin Avropanın ən böyük iqtisadiyyatına sahib olduğunu və NATO qarşısında öhdəliklər daşıdığını bildirib.Muxalifet3 - 4-06-2018
Azərbaycanda beyin ölümü faktı necə təyin ediləcək?
Beyin ölümü faktının təyin edilməsi ölümün başvermə tarixi, saatı, ölümün necə təyin olunması qaydası müəyyənləşib.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun 10-cu maddəsinə (Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi) dəyişiklik təklif olunur.Muxalifet3 - 4-06-2018
Azərbaycanda pensiya yaşı artırıldı - YENİ QAYDALAR
"Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun qüvvəyə minib.
Muxalifet.az-ın məlumatına görə bildirir ki, qanuna dəyişikliklər Milli Məclis tərəfindən qəbul edilib.
Qanuna 98 dəyişiklik olunub.Muxalifet3 - 4-06-2018
Düşmənə 10 qat cavab verəcəyik - Xamenei
Düşmənin hücumuna 10 qat cavab verəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Ayətullah Xamenei bildirib.
"Biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik. Bizə bir raket atılarsa, 10 raketlə qarşılıq verəcəyik", - Xamenei söyləyib.
Muxalifet3 - 4-06-2018
Çavuşoğludan önəmli bəyanat: ABŞ sözünü tutdu
Nəhayət, ABŞ Türkiyəyə 2013-cü ildə verdiyi sözü tutdu.
Bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
"Bütün dəlilləri nəzərdən keçirəcəyik. Bu toplantının əsas məqsədi də Suriyada gördüyümüz işləri dəyərləndirmək və yol xəritəsidir. Yol xəritəsini qəbul etmişik. Yol xəritəsinin məqsədi təhlükəsizlik və sabitliyi tam şəkildə təmin etməkdir", - Çavuşoğlu qeyd edib.
Muxalifet3 - 4-06-2018
Dünyanın ən bahalı futbolçusu: Nə Messi, nə də Ronaldo...
CIES Futbol Araşdırmaları Mərkəzi dünyanın ən bahalı 100 futbolçusunun siyahısını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, siyahıya 201,2 milyon avro dəyərində qiymətləndirilən “Tottenhem”in hücumçusu Hari Keyn başçılıq edir.
H.Keynin ən yaxın izləyicisi PSJ-nin hücumçusu Neymardır (195,7 milyon avro). İlk üçlüyü isə braziliyalının komanda yoldaşı 19 yaşlı fransız Killian Mbape (186,5 milyon avro) tamamlayır.
“Barselona”dan Lionel Messi (184,2 milyon avro) dördüncü, “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah (171,3 milyon avro) beşincidir.
Muxalifet3 - 4-06-2018
ŞOK: Türkiyə döyüşə hazırdır: “Bu ölkəyə HÜCUM EDİLƏCƏK...”
Türkiyə ordusu Qəndildə hər an əməliyyatlara başlaya bilər.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib.
"Qəndilin terrorun mərkəzi olduğunu bilməyən yoxdur. Biz İraqın şimalında da terrorçuların sığınacağına girməyə davam edirik. Bundan sonra da hər şey ola bilər", - Bozdağ vurğulayıb.
Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Qəndil bölgəsinin mərkəzindən cəmi 22 kilometr məsafədə qərarlaşdığı barədə açıqlama yayılmışdı.
Muxalifet3 - 4-06-2018
Yanar vulkan püskürdü: 56 ölü, 33 itkin
Qvatemalada iyunun 3-də başlayan vulkan püskürməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb, 33 nəfər itkin düşmüş sayılır.
Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.
Muxalifet3 - 4-06-2018
Ramazanın 20-ci günü — Dua, imsak və iftar vaxtı
Sabah Ramazan ayının 20-ci günüdür.
Muxalifet.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 5-də Bakıda imsak saat 03:22, iftar isə saat 20:24-dədir.
Ramazan ayının 20-ci gününün duası:
"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".
Tərcüməsi:
"İlahi, bu ayda mənim üçün cənnət qapılarını aç, cəhənnəm qapılarını bağla. Məni bu ayda Quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərinə rahatlıq salan Allah!"Muxalifet3 - 4-06-2018
Pediatrdan xəbərdarlıq — Uşaqlara dondurma verməyin!
"Dondurma mövsümü gəldi. Üç yaşa qədər uşaqlara olmaz. Dondurma uşaqlar üçün faydalıdır, amma südə və müxtəlif giləmeyvələrə allergiyası olan uşaqlara vermək olmaz".
Muxalifet.az Sputnik-ə istinadla xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev öz "Facebook" səhifəsində yazıb.
O bildirib ki, satış şəbəkəsində olan dondurmalara müxtəlif yağlar və aromatizatorlar əlavə edildiyindən həm keyfiyyətsiz olur, həm də allergiya yaradır.Muxalifet3 - 4-06-2018
Netanyahu Merkeli yola gətirə bilmədi: İrana qarşı...
İsrail Baş naziri Benyamin Netanyahu İrana qarşı sərt siyasət aparması üçün Almaniya kansleri Angela Merkeli yola gətirə bilməyib.
Muxalifet.az xəbər verir ki, tərəflər arasında keçirilən görüşdən sonra baş tutan mətbuat konfransında Merkel Almaniyanın İranla nüvə sazişini dəstəkləyəcəyini bildirib.
Merkel nüvə sazişinə sadiq qalmaqla yanaşı, İranın İsrailə yaxın bölgələrdən geri çəkilməsi üçün diplomatik cəhdləri davam etdirəcəyini də qeyd edib.
Muxalifet3 - 4-06-2018
Azərbaycan-Rusiya sərhədində əməliyyat başladı
Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatlarına başlanıb.
Muxalifet.az-ın verdiyi məlumata görə, genişmiqyaslı əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən ölkənin şimal-qərb və şimalında, Rusiya dövləti ilə həmsərhəd rayonlarında keçirilir. Rayonların girişində polis postları qurulub. Bu gün başlanılan əməliyyatlar iyun ayının 10-dək davam etməsi planlaşdırılır.Muxalifet3 - 4-06-2018
Sərkisyanı daha bir deputat tərk etdi - İstefa
Deputat Feliks Çolakyan Respublika Partiyasının parlament fraksiyasından istefa verib.
Muxalifet.az xəbər verir ki, bununla bağlı o, bəyanat da yayıb.
“RP fraksiyasını tərk etdiyimi bəyan edirəm. Hamı bilir ki, mən heç bir partiyanın üzvü olmamışam. Ancaq 1 mayda baş nazir seçkisi ilə bağlı səsvermədən sonra faktiki olaraq RP ilə əməkdaşlığı dayandırmışam. Mən müstəqil deputat kimi fəaliyyətimi davam etdirəcəyəm", - bəyanatda bildirilib.
Bundan öncə mediada F.Çolakyanın RP-nin mövqeyinə zidd olaraq Paşinyanın baş nazir seçilməsinə səs verdiyi bildirilmişdi.Muxalifet3 - 4-06-2018
TSQ-nin Şimali Iraqdakı HƏDƏFİ: PKK-nın GİZLİ ARXİVLƏRİ
Terror təşkilatı PKK-nın İraqın şimalındakı maddi-texniki və təlim düşərgələrinə qarşı 2 aydır ki, əməliyyatlar davam edir. TSQ-nin ilk hədəfi terror təşkilatının 40 ildən bu yana qoruduğu iki arxiv sənədlərinin qorunduğu sahələrdən biri olacaq. "Barazgir arxiv sahəsinin ələ keçdiyi təqdirdə təşkilatın 40 illik çirkli əlaqələri ifşa olacaq. Hərbi mənbələr, iyulda Barazgirə qarşı əməliyyatların başlayacağını bildirir.
Muxalifet3 - 5-06-2018
Qəndil əməliyyatına XÜSUSİ TƏYİNATLI QÜVVƏLƏR DƏSTƏK VERƏCƏK
“Zeytun Budağı” Hərəkatında terror təşkilatı YPG-yə qarşı mücadilə verən Xüsusi Təyinatlı Komandolar, Qəndilə qarşı keçiriləcək əməliyyatın da ön sıralarında yer alacaq.
Suriyanın şimalına yuvalanaraq dövlət qurmaq xəyalına qapılan terror təşkilatları, “Zeytun Budağı” Hərəkatı ilə iflasa uğradı.
Təxminən 5 min terrorçunun zərərsizləşdirildiyi əməliyyatlar çərçivəsində, Afrində sülh və əmin-amanlıq şəraiti təmin olunub.
XÜSUSİ TƏYİNATLILAR NÖVBƏTİ XİDMƏTƏ
Muxalifet3 - 5-06-2018
FETÖ-ya qarşı ABŞ-da İLK ÜSYAN
ABŞ-da vaqf adı altında 170 məktəb işlədən və dövlət təhsil yardımlarını təşkilata ötürən FETÖ, Massaçusets ştatında yeni bir məktəb açmaq istəyəndə böyük bir etirazla üzləşib.
Muxalifet3 - 5-06-2018
İran liderindən DÜNYANI ŞOK EDƏN TƏLİMAT: SABAHDAN BAŞLAYIRLAR
İranın dini lideri Ayətullah Əli Xamneyi, ölkəsinin təxirə saldığı nüvə işlərini yenidən başlaması üçün hazırlıqların sabahdan etibarən başlanılması tapşırığını verib.
SABAHDAN ETİBARƏN BAŞLANILMALIDIR
Muxalifet3 - 5-06-2018