Axtarış

The search found 105785 results in 0.065 seconds.

Search results

  1. Dünyanın gözlədiyi TARİX VƏ SAAT BƏLLİ OLDU

    Ağ Ev, ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Jong arasındakı ilk görüşün iyunun 12-də yerli vaxtla saat 09.00-da Sinqapurda baş tutacağını açıqlayıb.
     
    Ağ Evin sözçüsü Sarah Sanders, ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Yong arasında ilk görüşün iyunun 12-də Sinqapurda yerli vaxtla 09.00-da reallaşacağını bildirib.
    Sanders, Ağ Evdəki gündəlik mətbuat brifinqində Tramp-Kim sammitinə dair açıqlama verib.

    Muxalifet3 - 5-06-2018

  2. “Times” xəbər verdi: NARKOTİK BARONU “MARİO FİKRİ” YAXALANDI

    “Times”, Almaniyada narkotik qaçaqmalçılığı ittihamı ilə 10 il həbs yatdıqdan sonra İngiltərəyə yerləşən Fikri Yaraşır adlı bir Türkün, ölkənin ən böyük heroin qaçaqmalçılığı şəbəkələrindən birini qurduğunu yazır.
     
    Qəzet, 1997-ci ildə Almaniyanın Frankfurt şəhərində Türkiyədən heroin qaçaqmalçılığı ittihamı ilə yaxalanan Yaraşırın, bu cinayətdən 10 il həbs cəzası aldığını bildirir.

    Muxalifet3 - 5-06-2018

  3. TSQ Qəndilə gedir: ABŞ TERRORÇU PKK-nı QORUMA DƏRDİNDƏ

    TSQ-nin Qəndil əməliyyatı terroru müdafiə edən ABŞ-ı narahat edib. Terror təşkilatının Qəndildən Sincara köçəcəyi iddia edilərkən, ABŞ-da 200 nəfərlik əsgər və zirehli texnikasını buraya yerləşdirib.
     
    ABŞ-ın PKK-nı HİMAYƏ FƏALİYYƏTİ
     
    Təqaüddə olan general Osman Yıldırım, ABŞ-ın bu addımını PKK dəstəkçiliyini bir yüksək mərhələyə daşıma və təşkilatı hədsiz himayə fəaliyyəti kimi səciyyələndirib. General son dəyişiklikləri PKK-nın strateji məqamda yeni mərkəz bazasını təşkil etməsi üçün başlayan təşəbbüs kimi qiymətləndirib.

    Muxalifet3 - 5-06-2018

  4. ​Türkiyədə inflyasiya REKORD HƏDDƏ ÇATIB – Mərkəzi Bank faiz dərəcələrini yenidən artırmaq qərarı verib

    Türkiyədə illik inflyasiya son altı ayda ən yüksək həddə çatıb. Buna səbəb milli valyuta lirənin məzənnəsinin enməsi və bunun nəticəsində uçot faizinin yüksəldilməsi olub. Türkiyə Statistika İnstititunun məlumatına görə bu ilin mayında inflyasiya ötən ilin aprelində olan 10, 85 faizdən 12, 15 faizə yüksəlib.
    May ayında geyim əşyalarının qiymətləri 5, 21, nəqliyyat qiymətləri isə 2, 32 faiz artıb. Ən böyük illik qiymət artımı (20, 02 faiz) nəqliyyatda qeydə alınıb. Enerji, ərzaq, içkilər, tütün məmulatı və qızılı çıxmaq şərtilə özək “C” inflyasiyası 12, 64 faizə çatıb.

    Muxalifet2 - 5-06-2018

  5. Qətərin S-400 qərarı TƏŞVİŞƏ SALDI

    Qətərin Rusiyadan S-400 müdafiə sistemləri alması ilə bağlı müzakirələr davam edir.
    Muxalifət.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətər Şura Məclisinin sədri Əhməd bin Abdullah Zaid məlumat yayıb. Onun sözlərinə görə, Rusiya ilə Qətər arasında razılaşmanın şərtlərinə daim riayət olunur:
    “Qətərlilər razılaşma şərtlərinə hər zaman hörmətlə yanaşır və bütün maddələrə uyğun davranırlar. Hələ ki danışıqları davam etdiririk”

    Muxalifet2 - 5-06-2018

  6. ​“Xəstə” Petrosyan necə dirildi? – NİKOLA ATA QAYĞISININ SƏBƏBİ

    Levon Ter-Petrosyan Paşinyanın xaç atasına çevrilib və şagirdini hər cür təhlükədən qorumağa çalışır.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın son zamanlar aktivləşməsi ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib.

    Muxalifet2 - 5-06-2018

  7. ​Binəqədidə mənzildə QADIN MEYİTİ TAPILDI

    Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Teleqraf.com-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb. Orada 1959-cu il təvəllüdlü Həsənova Firuzə Fətqul-Qədirovnanın meyiti aşkarlanıb. Qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet2 - 5-06-2018

  8. ​Sosial Müdafiə Fondunda müəmmalı yanğın – SƏLİM MÜSLÜMOV İZİ...

    Müslümovun DSMF sədri və nazir olduğu illər ərzində 2-2,5 milyard manat vəsaitin yoxa çıxdığı iddialarından sonra baş vermiş yanğın şübhələri daha da artırıb; sabiq nazirlə bağlı daha ilginc xəbərlər də var...     

    Muxalifet2 - 5-06-2018

  9. ​Nazirlik Bakı şəhər İcra Hakimiyyətinə MÜRACİƏT ETDİ - Tikintinin dayandrılması üçün

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
    Nazirlikdən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı köküstə yaş 16 sm diametriliyində 1 ədəd ərik ağacının tikinti işləri aparılan zaman kəsildiyi və təbiətə 900 manat ziyan dəydiyi məlum olub.

    Muxalifet2 - 5-06-2018

  10. Putin və Tramp RƏSMƏN ANLAŞDI

    Amerika ilə Rusiya, hər məsələdə qarşı-qarşıya gəlsə də, Suriya neftinin ölkədən çıxarılması üçün razılıq əldə edib.
     
    Suriyada illərdir davam edən müharibəni qızışdıran ölkələr, zəngin neft yataqlarında hakimiyyətini təmin edib.
    Terror təşkilatlarını alət kimi istifadə edərək ölkənin neft sərvətlərini istismar edən bu iki ölkə, neftin daşınması və nəqli məsələsində dalana dirənmişdi.
    Suriyanın ən zəngin neft ehtiyatlarının yerləşdiyi Deyrizorda baş verən bu böhran, qarşılıqlı anlaşma ilə nəticələnib.
     

    Muxalifet3 - 5-06-2018

  11. ​ABŞ Çinə qarşı hərbi GƏMİLƏR GÖNDƏRİR

    ABŞ Çinin hərbi təlimlərinə cavab verməyə hazırlaşır.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. ABŞ hökumətindəki bəzi şəxslərin artıq Tayvan boğazına təyyarədaşıyan gəmi göndərməyi təklif etdiyi iddia edilib.
    Qeyd edək ki, ABŞ sonuncu dəfə Çinə qarşı Tayvan boğazına öz gəmisini 2007-ci ildə ABŞ Prezidenti Corc Buşun əmri ilə göndərmişdi. O zaman rəsmi Pekin buna heç bir reaksiya verməmişdi.

    Muxalifet2 - 5-06-2018

  12. ​Bütün Gürcüstanı ayağa qaldırmış “sadə insan” – Fəhlə Saralidze baş prokuroru necə İSTEFAYA GÖNDƏRDİ?

    Azadlıq Radiosunun müxbiri Alan Srosbi yazır ki, Zaza Saralidze iyunun 4-də baş nazir Georgi Kvirikşvili ilə görüşəndə əsl siyasətçi kimi danışırdı.
    Amma bunu onun özünə demək məsləhət deyil. Çünki elitaların elitalar üçün ədliyyə sistemini əyməsindən cana yığılmış sadə gürcülərin etirazlarına başçılıq edən bu şəxs özünü sadə insan adlandırır.

    Muxalifet2 - 5-06-2018

  13. Güney Azərbaycandan BƏD XƏBƏR: Yusif Fərzanə…

    İranda Azərbaycan dilində fəaliyyət göstərən azsaylı nəşriyyatlardan birinin sahibi həbs edilib.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, “Yeni Fikir” nəşriyyatının sahibi, Güney Azərbaycandan olan Yusif Fərzanə Tehranda həbs olunub.
    Yusif Fərzanə 40 ildir türk dili, Azərbaycan tarixi və mədəniyyəti ilə əlaqədar araşdırmalar aparır, kitablar nəşr etdirir.
    Onun bu yayımları İran hökumətinin icazəsi ilə həyata keçirdiyi bildirilir. Yusif Fərzanə məşğul olduğu sahə ilə bağlı 100-dən çox əsərin müəllifidir.
    Həbsin səbəbləri barədə məlumat yoxdur.

    Muxalifet2 - 5-06-2018

  14. SENSASİON ANLAŞMA: İran silahlıları çıxır, Tel-Rifat Türk ordusuna təhvil verilir

    TSQ-nin “Zeytun Budağı” Hərəkatı Suriyadakı nizamı bir daha dəyişdirib. İranın dəstəklədiyi 2 mindən çox qüvvə, 5 gün ərzində Tel Rifat qəsəbəsini tərk edəcək. Qəsəbənin, Rusiya və İran ilə varılan anlaşmaya uyğun olaraq TSQ və Azad Suriya Ordusuna (ASO) təhvil verilməsi gözlənilir. Bölgənin dövr edilməsi üçün Ankara-Moskva xəttində telefon diplomatiyasının başladığı bildirilir.
    “Habertürk”-ün xəbərinə görə, İrana bağlı qüvvələr Azez ilə Hələb şəhərləri arasında strateji əhəmiyyətə malik Tel Rifat qəsəbəsindən çəkilməyə başlayıb.

    Muxalifet3 - 5-06-2018

  15. ​Rüfət Aslanlıya daha bir ZƏRBƏ - Avropa İttifaqının 100-dən artıq şirkəti narazıdır

    Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqının 100-dən artıq şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətini səmərəsiz hesab edir.
    Muxalifət.az "Report"a istinadən xəbər verir ki, bu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirdiyi sorğunun nəticəsində məlum olub. Sorğu 27 Aİ ölkəsini əhatə edən 400-ə yaxın şirkət arasında keçirilib.

    Muxalifet2 - 5-06-2018

  16. Amerikanın qorxulu “Böyük Ermənistan” projesi – SENSASİON İDDİA

    İşğalçı ölkədəki məxməri inqilabın daha bir ilginc hədəfi üzə çıxır; rusiyalı tanınmış analitikdən SOS siqnalı: “Rusiya, Türkiyə, İran və Azərbaycan artıq indidən yığışıb önləyici tədbirlər görməlidir...”

    Muxalifet2 - 5-06-2018

  17. Xamenei tapşırıq verdi: İran nüvə hazırlığına başladı

    İran bu gündən etibarən uranın zənginləşdirilməsi üçün potensialın artırılması prosesini başladıb.
    Bunu İSNA agentliyinə açıqlamasında İranın Nüvə Enerjisi Təşkilatının nümayəndəsi Bəhrus Kamalvəndi deyib. Onun sözlərinə görə, Tehran bununla bağlı MAQATE-ni məlumatlandırmaq niyyətindədir.
    O, İranın bu addımı ehtiyac yaranacağı təqdirdə lazım olan hədəfə tez çatmaq üçün atdığını bildirb. Kamalvəndi İranın uranın zənginləşdirilməsini qısa müddətdə 20%-ə qaldıra biləcəyini deyib.

    Muxalifet2 - 5-06-2018

  18. ​Trampla Putin RAZILAŞDI: Suriya neftini bölüşdürəcəklər

    Suriyada illərdir davam edən müharibəni qızışdıran ölkələr zəngin neft yataqlarında hakimiyyəti ələ almaq məqsədilə razılığa gəliblər.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, YPG və digər terror təşkilatlarından "maşa" kimi istifadə edərək ölkənin neft sərvətlərindən istifadəni davam etdirmək üçün Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla razılığa gəlib. Regionda münaqişələrə yol verilməyəcək.

    Muxalifet2 - 5-06-2018

  19. Azərbaycanda ceyranların sayı 7 MİNƏ ÇATDI

    "Ceyranların balalama dövrü başa çatmaq üzrədir. Havaların mülayim keçdiyi illərdə ceyranların artımı mart-aprel aylarında, nisbətən soyuq hava şəraitində isə aprel ayından iyunun əvvəlinə qədər davam edir".

    Muxalifet2 - 5-06-2018

  20. Avropanın İSLAMOFOBİYA XƏRİTƏSİ

    “Pew” Araşdırma Mərkəzi, Qərbi Avropadakı dini inanc və ibadətlər üzərində apardığı son araşdırmaya görə, Avropalılar ailə fərdləri arasında Müsəlman və ya Yəhudi şəxslərin olmasını istəmir.
     
    Ailəsində Müsəlman və Yəhudi istəməyən Avropalıların siyahısında İtalyanlar ilk sırada yer alır. Araşdırmaya qatılan İtalyanların 43 faizi Müsəlmanları, 25 faizi isə Yəhudi birini ailə fərdi olaraq istəmir.
    İtaliyanı İngiltərə, Avstriya və Almaniya izləyir.
     
    ƏN AZ TƏPKİ GÖSTƏRƏN ÖLKƏLƏR: NORVEÇ və HOLLANDİYA
     

    Muxalifet3 - 5-06-2018

Pages