Axtarış
The search found 105785 results in 0.177 seconds.
Search results
ABŞ-la Şimali Koraya arasında yeni böhran: GÖRÜŞ OTELİNİN MƏSRƏFİNİ KİM ÖDƏYƏCƏK?
ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Jong görüşündən əvvəl indi də otel böhranı ortaya çıxıb. Sinqapurda yerləşən otelin xərclərini iki tərəf də ödəmək istəmir.
Muxalifet3 - 4-06-2018
DYP rəisi həkimlərə və iş adamlarına 500 manat haqq qoyub – AĞSTAFADAN PREZİDENTƏ SENSASİON MÜRACİƏT
Ağstafa şəhərində həkim işləyən Mahir Yusubov tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə pezident İlham Əliyevə müraciət edən şikayətçi yazır: “Hörmətli Prezident! Mənim şikayətim Ağstafa rayon Dövlət Yol Polis İdarəsinin Ağstafa şəhərinin rəisi Ramin Bağırovdandır. Bağırov Ramin bütün Ağstafada dövlət işində işləyən şəxsləri potentə otuzdurub. Belə ki, Ağstafa şəhərində rahat avtomobil idarə etmək üçün Ramin Bağırova 500 AZN hörmət etməlisən. Əks halda şərlənərək və ya başqa bir üsullu zərər veriləcək.
Muxalifet - 4-06-2018
Yunanıstanda “tac” qoyulan “qanuni oğru” Rəşidov İstanbula DEPORTASİYA OLUNDU - FOTO/VİDEO
Kiyevdə hüquq-mühafizə orqanları “Xidir” ləqəbli gürcü “qanuni oğru” Xidir Rəşidovu saxlayıblar.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, onun 5 il ərzində Ukraynaya girişi qadağan edilib.
Rəşidova 2014-cü ildə Yunanıstanda “tac” qoyulub. O, Gürcüstanda cinayətkar qruplaşmanın yaradılmasına görə cəza çəkirdi. 2017-ci ildə Ukraynanın sərhədini soyad və sənədlərin rəsmi dəyişməsindən sonra keçə bilib.Muxalifet2 - 4-06-2018
Nuridə Allahyarovaya VƏZİFƏ VERİLDİ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.
Modern.az-ın məlumatına görə, Nuridə Allahyarova qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
N.Allahyarova açıqlamasında faktı təsdiqləyib.
Xatırladaq ki, N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, “BakuBus”da mətbuat katibi vəzifələrində çalışıb. Eyni zamanda, Azərbaycan Universitetinin rektorunun müşaviri olub. Daha əvvəllər Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində çalışıbMuxalifet2 - 4-06-2018
Bakıda yük maşını yolu keçən qadını VURARAQ ÖLDÜRDÜ
Bakıda yük maşını yolu keçən qadını vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 2-də saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Maştağa qəsəbə sakini Musafəddin Hümbətov idarə etdiyi “ZİL” markalı avtomobillə yolu keçən 40-45 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.Muxalifet2 - 4-06-2018
Ali Məhkəmə bəzi saytların bloklanması ilə bağlı QƏRARI QÜVVƏDƏ SAXLAYIB
Ali Məhkəmədə "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" radiosunun azadlıq.org və digər saytların bloklanması ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Muxalifət.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mehparə Əhmədovanın sədrliyi ilə prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.Muxalifet2 - 4-06-2018
TRAMPIN ZİDDİYYƏTLİ BƏYANATLARI :“İndicə FTB rəhbərini qovmuşam, o dəli, əsl psix idi”
Cümə axşamı prezident Donald Tramp (Donald Trump) “Twitter”-də bu sözləri yazıb: “Elə də vacib məsələ deyil, ancaq mən heç vaxt Cemys Komini (James Comey) Rusiyaya görə qovmamışam! Korrupsiyaya uğramış aparıcı mətbuat orqanlarının bu versiyanı irəli sürməkdən xoşları gəlir, ancaq onlar bunun doğru olmadığını bilirlər”.
Trampın bəzi bəyanatlarını müvafiq faktlarla yoxlamaq çətindir, çünki onlar subyektiv fikirlərə əsaslanır, müxtəlif cür şərh edilə bilər.
Ancaq yuxarıdakı bəyanat onlara aid deyil.Muxalifet2 - 4-06-2018
“Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi
“Nar” 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günündə növbəti sosial aksiyaya imza atdı. Hər il 1 iyun tarixində müxtəlif maraqlı layihələrlə ənənəvi olaraq uşaqları təbrik edən mobil operator bu il də fərqli bir təşəbbüslə çıxış etdi. Belə ki, “Youtube” platformasındakı “Azərbaycan Xalq Nağılları” kanalında Azərbaycan dilində böyük bir milli nağıl resursu yaradıldı. Səsləndirilmiş 60 milli nağıl xüsusi tərtibatlı CD-lərə köçürüldü.
Muxalifet - 4-06-2018
İsrail genişmiqyaslı hərbi TƏLİMƏ BAŞLADI
İsrail genişmiqyaslı hərbi təlimə başlayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı İsrail ordusunun Baş Qərargahı yayıb. Təlimin 7 iyuna qədər davam edəcəyi bildirilib.
Rəsmi Təl-Əviv təlimlərə Qəzza sektoruna bitişik bütün rayonları cəlb edib.Muxalifet2 - 4-06-2018
ADP siyasi fəalların həbsinə etiraz etdi – “Onların müxtəlif bəhanələrlə həbsə atılması, işgəncələr verilməsi...”
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Muxalifet.az xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr əsas müzakirə obyekti olub.
Muxalifet - 4-06-2018
Azərbaycan 200 min nəfərin iştirak etdiyi Beynəlxalq Festivalda
Belarusun Qrodno şəhərində 12-ci "Milli Mədəniyyətlər" festivalı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, festivalda 36 ölkədən diaspor təşkilatları iştirak edib. Belarusdakı "Azərbaycan İcmaları Konqresi" beynəlxalq ictimai birliyi Azərbaycanın milli musiqiləri, xalq geyimləri, milli mətbəximizin ləziz təamlarını festival iştirakçılarına təqdim edib.Muxalifet2 - 4-06-2018
Ərdoğan müsəlman ölkələrinin ümididir - ÇAVUŞOĞLU
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin ümididir.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, 24 iyunda keçiriləcək seçki Türkiyə üçün vacib və taleyüklüdür.
Qeyd edək ki, 24 iyunda Türkiyədə prezident və parlament seçkisi keçiriləcək.Muxalifet2 - 4-06-2018
SOROS GÖZÜNÜ YUMUB AĞZINI AÇDI
Muxalifət.az xəbər verir ki, macar əsilli amerikalı milyarder Corc Soros Avropa İttifaqını ölkəyə daxil olan qaçqınlar üçün vəsait ödəməyə çağırıb.
“Qardian” yazır ki, “Corriera della Sera” qəzetində məqaləsi dərc edilən Soros İtaliyada radikal sağ partiyaların seçkilərdə uğur qazanmasının “İtaliyanın üzərinə ədalətsiz yük yıxan bir Avropadan” narazılığını bildirib.Muxalifet2 - 4-06-2018
Ermənilər Azərbaycan Ordusunu QARABAĞA ÇAĞIRIR - İrəvan QORXU İÇİNDƏ
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılan qondarma rejimin əleyhinə etiraz aksiyaları davam edir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, dünən Xankəndində iki mitinq olub.
Küçələri bloklayan etiraz aksiyasında Ermənistan parlamentinin deputatı Zarui Postandjyan və digər siyasətçilər iştirak edib. Aksiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirilib.Muxalifet2 - 4-06-2018
Bakıda güclü yanğın başladı – FOTO
Paytaxtda güclü yanğın başlayıb. Unikal.org-un əldə etdiyi məlumata görə, yanğın Sabunçu rayonunun Balaxanı qəsəbəsi istiqamətindədir.Paytaxtın Nizami və Sabunçu rayonlarında qatı tüstü ətrafı bürüyüb. Qeyd edək ki, dünən paytaxtın Binəqədi rayonu təkər tullantıları sexində də yanğın baş vermişdi
Muxalifet2 - 4-06-2018
Biznes ortağının başına torba keçirdilər, küllü miqdar pulunu alıb “obşak”a verdilər - FİLM KİMİ CİNAYƏT
Xətai Rayon Məhkəməsində keçmiş biznes ortağını girov götürərək küllü miqdarda pulunu alan dəstənin məhkəməsi başlayıb.
Muxalifət.az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 322.2-ci (özbaşınalıq; zor tətbiq etməklə) maddəsi ilə təqsirləndirilən 4 nəfər- Ramin Hüseynov, Yusifzadə Rəşad Elbrus oğlu, Rzayev Rəşid Akif oğlu və Mustafayev Simral Qasım oğlunun məhkəməsinə hakim Bəxtiyar Məmmədov sədrlik edəcək.Muxalifet2 - 4-06-2018
Baş nazir Aparat rəhbəri VƏZİFƏSİNİ ONA TAPŞIRDI
Nazirlər Kabinetinin (NK) yeni strukturu təsdiqlənib.
Report-un əldə etdiyi məlumata görə, NK-nın şöbələrinin sayı 15-dən 10-a endirilib.
Üç şöbə (Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi) birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Hələ ki, həmin şöbənin müdiri vəzifəsinə təyinat olmayıb.Muxalifet2 - 4-06-2018
Çovdarovun işində zərərçəkmişin oğlu da həbs edildi – TİKİNTİ
“Yüksəliş – C” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri və hüquqşünasına cinayət işi açılıb.
Muxalifet2 - 4-06-2018
Səlim Müslümov hara köçüb? - İNFARKT KEÇİRDİYİ XƏBƏRİ YAYILIB
Nazirlər Kabinetindəki son dəyişikliklərdən sonra vəzifədən gedən bəzi nazirlər haqqında mətbuat səhifələrində ilginc informasiyalar yer almaqdadır. Ən çox tənqid atəşinə tuş gələnlər arasında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etmiş Səlim Müslümovun da adı var.
Məsələn iddia edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan külli miqdarda vəsait yoxa çıxıb. Media Səlim Müslümovun barəsində araşdırma aparıldığı, haqqında cinayət işinin başlanacağını proqnozlaşdırır.Muxalifet2 - 4-06-2018
LOTU QULİ BAKIDADIR
Məşhur kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Bakıya gəlib. Bu barədə virtualaz.org-a Bakı hava limanındakı mənbələr məlumat verib.
Lotu Qulinin Bakıya gəlişinin səbəbləri məlum deyil. Daha öncə o, Türkiyədə, BƏƏ-də və Albaniya ərazisində yaşayıb.
Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən artıq vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Həbs olarkən, N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.Muxalifet2 - 4-06-2018