Axtarış

The search found 105785 results in 0.063 seconds.

Search results

  1. ​ABŞ-dan İrana qarşı növbəti həmlə

    İranın Dövlət Televiziya və Radio Təşkilatının sədri Əli Əsgərinin adı ABŞ-ın sanksiyalar siyahısına salınıb. ABŞ-ın mətbuat nümayəndəsinə qarşı sanksiya tətbiq etməsi İranda birmənalı qarşılanmayıb.
    Muxalifet.az xəbər verir ki, mətbuat nümayəndəsinə qarşı sanksiyanın tətbiq edilməsi onu deməyə əsas verir ki, ABŞ həqiqətlərin televiziya vasitəsi ilə yayımlanmasından narahatdır.

    Muxalifet3 - 3-06-2018

  2. SON DƏQİQƏ: Türk ordusu İraqa girdi - Ermənistanadək sərhədlər NƏZARƏTƏ GÖTÜRÜLDÜ

    Türk Silahlı Quvvələri (TSQ) Şimali İraqda PKK terrorçularına qarşı həyata keçridiy əməliyyat nəticəsində bu ölkənin sərhədlərinin daxilinə 22 km girib.
    Muxalifet.az xəbər verir ki, TSQ İraqın şimalındakı Hakurk, Bermize, Kalareş və Sidekan bölgələrini ələ keçirib.
    Türk ordusu bölgənin terrorçulardan təmizlənməsi ən mürəkkəb olan Bradost əyalətini də tam nəzarətə götürüb.
    Türkiyə mətbuatının məlumatına görə, Bradost əyaləti Türkiyənin Şəmdinli tərəfdən Hakkarı, Van, Ağrı, Bitlis, Ərzurum, Ərzincan və Ermənistanadək bir keçid xətti rolunu oynayırdı.

    Muxalifet3 - 3-06-2018

  3. ​ABŞ-ın qum torbası deyilik - Kanada

    Kanada ABŞ-ın qum torbası deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Kanada Baş naziri Castin Trudo ABŞ-ın polad və alümünium idxalına yeni vergi tətbiqi ilə bağlı açıqlamasında deyib.
    “Kanadanın polad sənayesinin ABŞ-a qarşı milli təhlükə yaratdığı barədə söylənilən fikirlər bizə təhqirdir. Trampın tarifləri ləğv etmək üçün nə istədiyini bilmirəm. Lakin bildiyim odur ki, amerikalılarla çiyin-çiyinə savaşan kanadalı hərbçilərin və Kanadanın ABŞ-a təhlükə yaratdığını demək qəbuledilməzdir”, - deyə baş nazir bildirib.

    Muxalifet3 - 3-06-2018

  4. ​Zaxarova açıqladı: Babçenko öldürüldü...

    Rusiyalı jurnalist Aleksandr Babçenko Ukrayna kəşfiyyatının mütləq qurbanıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
    “Onun mütləq bir qurban olduğundan əminəm. Babçenkonun əslində öldürülmədiyi deyilərkən, öldürülmüş oldu. Belə bir insan artıq yoxdur. Artıq dünya miqyasında lağ obyektinə çevrilən şəxs var. Söhbət bizim onu dəstəkləməyimizdən getmir. Yazıları ciddiyətlə oxunan, ciddiyə alınan jurnalist artıq yoxdur. Bu mənada Ukrayna kəşfiyyatı onu öldürdü”, - deyə Zaxarova bildirib.

    Muxalifet3 - 3-06-2018

  5. ​İŞİD-ə qarşı son həmlə: “Basqın” əməliyyatı

    ABŞ-ın başçılıq etdiyi koalisiya və Suriya Demokratik Qüvvələri (SDQ) Suriya-İraq sərhədində İŞİD-ə qarşı “Basqın” adlı hərbi əməliyyatların növbəti fazasını başladıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə koalisiyanın mətbuat xidməti məlumat yayıb.
    “SDQ “Basqın” əməliyyatı çərçivəsində sərhəddə İŞİD-də qarşı növbəti quru əməliyyatlarına başlayıb. SDQ İŞİD terrorçularını ərazidən təmizləmək məqsədilə hücumlara start verir. Əməliyyatlar koalisiya və İraq ordusu tərəfindən dəstəklənir”, - deyə bildirilib.

    Muxalifet3 - 3-06-2018

  6. ​Ramazanın 19-cu günü — Dua, imsak və iftar vaxtı

    Muxalifet.az müqəddəs Ramazan ayının 19-cu gününün təqvimi və duasını təqdim edir. 19 ramazan 1439 – 04 iyun 2018 İmsak: 03:22 İftar: 20:23 On doqquzuncu günün duası: “Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin”. Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi”.

    Muxalifet3 - 3-06-2018

  7. Vəsiyyət etdi, AVTOMOBİLİ İLƏ BİRLİKDƏ BASDIRILDI

    Çində həyatını itirən bir avtomobil həvəskarı etdiyi vəsiyyətə görə, avtomobili ilə birlikdə torpağa basdırılıb.
     
    Çində yaşayan və avtomobillini çox sevən bir adam öldüyü təqdirdə avtomobili ilə birlikdə dəfn olunmasını vəsiyyət edib. Çinli adamın dediyi kimi, öləndən sonra ailəsi və yaxınları vəsiyyətini yerinə yetirərək, onu avtomobilinin içində torpağa basdırıblar.
    Çinli adamın basdırılma anı isə isə sosial media gündəmi məşğul edib.

    Müxalifət.az

    Muxalifet3 - 4-06-2018

  8. ​Aksiyaçılar mərkəzi prospekti bağladı, GƏRGİNLİK YAŞANDI

    Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında yenidən bərpa olunan etiraz aksiyasında gərginlik yaşanıb.
     
    APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiya iştirakçıları parlamentin binası qarşısında Rustaveli prospektini bağlamağa cəhd edib. Bu zaman polislə onların arasında qarşıdurma yaşanıb. Polis bir neçə aksiya iştirakçısını saxlayıb. Buna baxmayaraq, aksiya iştirakçıları yolu bağlamağa nail olublar.
     

    Muxalifet4 - 4-06-2018

  9. ​TÜRKİYƏ ÜÇ ŞƏHİD VERDİ

    Türkiyə ordusu şəhid verib.
    Muxalifət.az xəbər verir ki, Türkiyə ordusu Hakkarinin Şəmdinli qəsəbəsində Şimali İraqla sərhəddə PKK terrorçuları ilə silahlı toqquçma zamanı üç hərbçisini itirib.

    Muxalifet2 - 4-06-2018

  10. ​İmişlidə İNTİHAR - Bu dəfə müəllimə...

    İmişli rayonunda 65 yaşlı müəllimə intihar edib.
    “Report” xəbər verir ki, İmişli şəhər 1 saylı tam orta məktəbin müəllimi, 1953-cü il təvəllüdlü Cəfərova Xanım Qanı qızı sirkə turşusu içərək intihara cəhd göstərib.
    O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbi hələlik məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 4-06-2018

  11. Münbiç DÜYÜNÜ BU GÜN ÇÖZÜLÜR: STRATEJİ VƏ TAKTİKİ ƏHƏMİYYƏTİ

    Türkiyənin XİN rəhbəri Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Pompeonun bu gün keçirəcəkləri görüşdə, "PYD terrorçularının Münbiçdən çəkilməsi, təhlükəsizliyi Türk və ABŞ əsgərinin təmin etməsi, hakimiyyətin yerli Məclis tərəfindən idarə edilməsini ehtiva edən yol xəritəsi ilə bağlı yekun qərarın qəbul olunması gözlənilir.
     
     "STRATEJİ BAXIMDAN DAHA ÖNƏMLİ”
     

    Muxalifet3 - 4-06-2018

  12. ​Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 2 ölü, 4 yaralı

    Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.
    APA-nın məlumatına görə, hadisə rayonun Gərgər kəndində baş verib.
    Hərəkətdə olan iki VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər - 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər.
    Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet2 - 4-06-2018

  13. ​Dünya birjalarında NEFTİN QİYMƏTİ

    Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.
    Muxalifət.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,07 dollar və ya 0,11% azalaraq 65,74 dollar təşkil edib.
    ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,31 dollar ya 0,40% azalaraq 76,48 dollar təşkil edib.

    Muxalifet2 - 4-06-2018

  14. ​Azərbaycanda qeyri-adi hadisə: BAŞ REDAKTOR ÖZÜNƏ QƏBİR QAZDI

    Bir neçə gün əvvəl cəzasını başa vurub azadlığa çıxan baş redaktor qeyri-adi addım atıb.
    Muxalifət.az criminal.az-a istinadla xəbər verir ki, Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov qəbiristanlığa gedərək özünə qəbir qazıb.
    O bu addımını həbsdən çıxandan sonra hədələnməsi, hətta ölümlə təhdid olunması ilə izah edib: ''Dedilər əgər susmasan get öz qəbrini qaz. Mən də qəbrimi qazdım''.

    Muxalifet2 - 4-06-2018

  15. Azərbaycan üçün növbəti fürsət: QARABAĞDA DA İNQİLAB BAŞLADI

    Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində - Dağlıq Qarabağda, Xankəndidə iyunun 2-də yerli xüsusi xidmət orqanlarının xüsusi təyinatlıları tərəfindən iki nəfərin xüsusi qəddarlıqla döyülməsi spontan kütləvi aksiyalara səbəb olub. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, xüsusi təyinatlıların qrupu iki nəfər arasında davaya qarışıb və onları bərk döyüb. Döyülənlər xəstəxanaya yerləşdirilib.

    Muxalifet2 - 4-06-2018

  16. ​İran generalından SON NÖQTƏ: ABŞ və İsrailə pis xəbər

    Rəsmi Tehran İranın Suriyadan çıxması ilə bağlı mediada yayılan təbliğat xarakterli xəbərlərin təsiri altına düşməyəcək.
    Muxalifət.az xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Məsud Cəzayiri deyib.

    Muxalifet2 - 4-06-2018

  17. PKK QƏNDİLƏ SIXIŞDIRILDI: TERROR YUVASINA ƏMƏLİYYAT HAZIRDIR

    İraqın şimalındakı PKK düşərgələrinə yönəlik əməliyyatda kritik nöqtələr terror təşkilatından təmizlənib. Addım-addım irəliləyən Türk əsgəri, artıq Qəndilin qapısına dayanıb. Sərhəd xəttində yerləşən kəndləri bu həftə boşaldacağını açıqlayan İran, Qəndilə qarşı böyük əməliyyata dəstək verəcəyi bildirilir.
     

    Muxalifet3 - 4-06-2018

  18. ​İş yerini dəyişmək istəyən müəllimlərin qeydiyyatına başlanılıb – NAZİRLİK

    Bu gündən iş yerini dəyişmək istəyən müəllimlərin miq.edu.az saytında onlayn qeydiyyatına başlanılıb.
    Təhsil Nazirliyindən  verilən məlumata görə, qeydiyyat iyunun 11-də bitəcək.

    Muxalifet2 - 4-06-2018

  19. Ermənilər TƏLAŞDA: Azərbaycan prezidenti ABŞ-a gedir

     “Tramp Ağ Evə birinci kimi dəvət edəcək” sualı aktuallaşır; Qarabağ məsələsi yeni müstəviyə keçir; rusiyalı tanınmış politoloq: “Moskva Azərbaycanın hərbi əməliyyatlarına dəstək verə bilər...”

    Muxalifet2 - 4-06-2018

  20. Kərkük neftinin İrana İXRACI BAŞLANDI

    İraq Kərkük neftinin İrana tədarükünə başlayıb.
    Muxalifət.az xəbər verir ki, bunu “Əl Sumariyə” televiziyasına açıqlamasında İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Cihad deyib. Onun sözlərinə görə, Bağdad İranla imzalanan razılaşma əsasında Tehrana neft ixrac edir:

    Muxalifet2 - 4-06-2018

Pages