Axtarış

The search found 105785 results in 0.107 seconds.

Search results

  1. ​Səudiyyə Ərəbistanı mədəniyyət naziri təyin edilib - TARİXDƏ İLK DƏFƏ

    Səudiyyə Ərəbistanı tarixində ilk dəfə mədəniyyət naziri təyin edilib.
    Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bununla bağlı kral Salman bin-Əbdüləziz əl-Səud uyğun fərman imzalayıb.
    O, ilk mədəniyyət naziri vəzifəsinə Səudiyyə şahzadəsi Bədr bin-Abdullah bin-Farxan əl-Səudu təyin edib.
    Monarx Səudiyyə Ərəbistanı mədəniyyəinn inkiafına cavabdey olacaq müstəqil nazirliyin yaradılması haqqında göstəriş verib. Əvvəllər bu sahəyə krallığın İnformasiya və Mədəniyyət Nazirliyi nəzarət edib.

    Muxalifet2 - 2-06-2018

  2. ABŞ-dan Ermənistana böyük maliyyə vədi – KRİTİK GƏLİŞMƏ

    Ağ Evin ikili standart siyasəti: Vaşinqton “kartını” açır; Rusiyaya sanksiyalar tətbiq edən Amerika Azərbaycan ərazilərini işğal edən digər işğalçıya böyük paralar vəd edir; İrəvandakı ABŞ səfirinin yerli rəhbərliklə tez-tez təmasa girməsinin sirri; Rusiyanın reaksiyası sərt ola bilər, çünki...

    Muxalifet2 - 2-06-2018

  3. ​Bakı meri kim olacaq: hansı başçılar yola salınır? - DEPUTAT

    Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun Axar.az-a müsahibəsini təqdim edirik:
    - Prezident ötən gün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etdi. Bu qərardan sonra icra başçılarının dəyişəcəyi barədə rəylər gündəmə gəldi...

    Muxalifet2 - 2-06-2018

  4. ​Türkiyə və ABŞ generalları arasında KRİTİK TELEFON DANIŞIĞI

    Türkiyə Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford arasında telefon danışığı olub.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.
    ABŞ Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder deyib ki, generallar İŞİD-in birdəfəlik məğlubiyyəti daxil olmaqla Suriya mövzusunda danışıqları davam etdiriblər.
    Onun sözlərinə görə, Türkiyə və ABŞ NATO-nun kilid üzvləridir və iki ölkə arasında hərbi əlaqələr güclüdür.

    Muxalifet2 - 2-06-2018

  5. MÜƏMMALI OLİQARX-DƏLƏDUZ YUFİSOV: Sierra-Leonenin qanlı almazından Azərbaycan neftinə qədər

    Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Naxçıvan MR Şahbuz rayon sakini 57 yaşlı Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. virtualaz.org xəbər verir ki, son illər Azərbaycan məhkəmələrinin ən müxtəlif sxemlərdən istifadə olunan dələduzluq əməlləri ilə bağlı çoxsaylı cinayət işləri içərisində “itib-batdığı” bir vaxtda şahbuzlu Yufisovun işi bəlkə də diqqəti cəlb etməyə bilməzdi.

    Muxalifet2 - 2-06-2018

  6. ​Qadını döyüb 9 minini apardılar – QUBADA CİNAYƏT

    Quba rayonunda ötən il baş verən quldurluq cinayətinin üstü açılıb.
    Muxalifət.az xəbər verir ki, 2017-ci il noyabrın 7-də Quba şəhər sakini olan bir qadın rayon polis şöbəsinə ərizə ilə müraciət edib.
    O, evində tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirib.
    Araşdırma zamanı döyülmə faktından əlavə zərərçəkənin evindən 9000 manat pulun oğurlanması da müəyyən edilib.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən bir yeniyetmə saxlanılıb.

    Muxalifet2 - 2-06-2018

  7. Şahzadə toyuna göndərilən 7 milyonluq HƏDİYYƏNİ GERİ QAYTARDI

    Şahzadə Harri ilə Meqan Markl toya gətirilən hədiyyələri geri qaytarır.
    Muxalifət.az xəbər verir ki, geri qaytarılacaq hədiyyələr 7 milyon sterlinq dəyərindədir.
    Cütlüyü təbrik etmək üçün bir çox şirkət və markalar saraya bahalı hədiyyələr göndərib. Ancaq krallıq ailəsinin qəti qaydalarına görə, cütlük şirkətlərin məhsullarını və reklam məqsədilə göndərilən hədiyyələri geri qaytarmalıdır. Saray qaydalarına görə, göndərilən hədiyyələr arasında saxlanılan və geri qaytarılmalı olanlarla bağlı təlimatlar dəqiqdir. Qaydalar pozulsa, hədiyyələr göndərənə geri qaytarılır.

    Muxalifet2 - 2-06-2018

  8. Amerikan hərbi mundirli TERRORÇULAR ÖLDÜRÜLDÜ

     Bu foto Əfqanıstanın paytaxtı Kabildəki Daxili İşlər Nazirliyinin binası önündə çəkilib.
     
    Terrorçulardan biri nazirlik binası girişində üstündəki bombanı partladıb. Partlayışdan dərhal sonra digər terrorçular atəş açaraq içəri girmək istəyib. Ancaq binanı qoruyan polislər cavab verib və atışma baş verib.

    Muxalifet3 - 2-06-2018

  9. İranda azərbaycanca çəkilən filmlər

    İranın Ərdəbil şəhərindən gələn Leila Noroozinin Mən İsmətəm adlı sənədli filmi Bakıda nümayiş olunan 14 filmdən biridir.
     
    Film Təbrizdə və İstanbulda film festivalında münsiflərin mükafatına layiq görülüb və 10-dan çox beynəlxalq sənədli film festivalında da iştirak edib.
    İranda azərbaycanca çəkilən 10 bədii və 4 sənədli film Cumhuriyyətin 100 illiyi münasibətilə Bakıda da nümayiş olunub.
    Nümayiş olunan filmlər əsasən Təbriz, Ərdəbil, Urmiyada çəkilən filmlərdir.

    Muxalifet3 - 2-06-2018

  10. Hacı Beyləqanski MƏŞHUR AVTORİTETİ ÖLDÜRÜB

    Azərbaycanlı qanuni oğru Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) rus mafiyasının keçmiş lideri Aslan Usoyanın (Ded Xasan) ölümündə ittiham olunur.
     
    Bu barədə məlumatı "Teleqram" sosial şəbəkəsindəki "Mash” kanalı yayıb.
    “Teleqram" kanalı həbs olunan Beyləqanskiyə qarşı əməliyyatın Moskva polisinin yox, Federal Təhlükəsizlik Xidmətinin apardığını bildirib.
    Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Talıbxanlının "Ağ Ev” restoranında saxlanıldığını bildirib.

    Muxalifet3 - 2-06-2018

  11. Trampla Putinin görüşü planlaşdırılır

    Ağ Ev ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putinin görüşünü planlaşdırır.

    Muxalifet3 - 2-06-2018

  12. İtaliya dağlarda uçan UNO LENTƏ ALINDI - VİDEO

    İtaliya dağlarında uçan naməlum obyekt lentə alınıb.
     
    Müəllifin səhər saatlarında mehmanxananın eyvanından çəkdiyi video internetdə rezonans doğurub.
    Operator hadisəni belə təsvir edir:
    “Mən heç vaxt buna bənzər bir şey görməmişəm. Birincisi, bu aparat qanadsız idi, öz oval forması ilə yad planetli mənşəli obyektlərə oxşayırdı. Bundan başqa, o heç bir səs çıxarmırdı, hətta bir müddət səmada hərəkətsiz dayandı. Bilmirəm, bizim dünyada belə texnologiya var, ya yox, faktiki olaraq görməmişik”.
    Müxalifət.az

    Muxalifet3 - 2-06-2018

  13. “Müxalifət yeni taktiki gedişləri müzakirə edir” – Pənah Hüseyn

     “Müxalifət yaranmış şəraitdə yeni taktiki gedişlərini müzakirə edir”.
     
    Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədəki daxili siyasi durumu dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.
    Pənah Hüseynin müxalifət sadəcə müdafiə olunmur, əksinə fəaliyyətini davam etdirdiyini deyib:
    “Gördüyünüz kimi, az qala hər gün müxalifətçilər həbs olunurlar, onlara qarşı absurd ittihamlar irəli sürülür, siyasi fəaliyyətə imkan verməmək üçün bütün addımlar atılır.

    Muxalifet3 - 2-06-2018

  14. Beyləqanda əhalini bir damla suya həsrət qoyan kimlərdir?

    Beyləqan rayonunun kəndləri susuz qalıb. Kəndlərə paylanmalı olan su Haramı düzünə, məmurların fermalarına, şirkətlərin əkin sahələrinə ötürülür.
     
    Yenicag.az-a daxil olan məlumata görə, Beyləqan rayon Bünyadlı, Aşıqlı, Şəfəq, Qəhrəmanlı, Eyvazallar kəndlərində ciddi su problemi yaşanır. Kənd sakinlərinin bildirdiyinə görə, kəndlərə gələn suyun qarşısı kəsilib. Beyləqan su-kanal idarəsi kəndləri təmin etmək yerinə, suyu məmurların torpaqlarına verir.

    Muxalifet3 - 2-06-2018

  15. Yazı müsabiqəsinə Türkiyədən də qoşuldular -"Mifdən gələcəyə: ELÇİBƏY"

    Həyat, təbiət, düşüncə və varlıq həmişə öz axarında dəyişən, dönüşən və fərqliləşən bir sujetə sahibdir. Bu davam edən prosesin öz içərisində qanunları, anlayışları və bir fəlsəfəsi də mövcuddur. Əslində, varlığın nüvəsi də eləcə bu fəlsəfədi, ona görə ki, qədim yunan fəlsəfəsindən bizə qalan bu böyük miras da sübut edir ki, bugünkü bütöv elmlərin mənbəyində fəlsəfə, ya da fəlsəfi fikir dayanır. Fəlsəfənin özü, əsasında ziddiyyətə və anlaşılmazlığa mübarizələr aparan və bu toqquşmada dəqiq nəticələr tapa bilən bir elmdir.

    Muxalifet3 - 2-06-2018

  16. İrəvanda HOTELDƏ KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

    İrəvanda hotellərin birində 13 nəfər xlordan zəhərlənib.
     
    Erməni KİV-lərinin verdiyi məlumata görə, zəhərlənmə hovuzda qeydə alınıb.
    Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

    Muxalifet3 - 2-06-2018

  17. Putin Ərəb Şahzadəyə YENİ LİMUZİNİNİ GÖSTƏRDİ - Video

    Rusiya Prezidenti Vladimir Putin Əbu-Dabinin vəliəhdi Məhəmməd Naxayana yeni “Kortej” layihəsi əsasında hazırlanan limuzinini göstərib.
     
    Putin Naxayana bu avtomobilin “Mersedes”dən bir qədər böyük olduğunu deyib.
    Bundan sonra Putin danışıqlarda iştirak edən Çeçenistan lideri Ramzan Kadırovdan “Sizdə beləsi yoxdur?” soruşub. Kadırov Putinə cavabında “Hələlik yoxdur” deyib.
    Putin onunla zarafat edib: “Pis işləyirsiniz”.
    Kadırov isə “Əsas odur ki, sizdə var” ifadəsini işlədib.

    Muxalifet3 - 2-06-2018

  18. ​Yıldırım Medvedyevlə danışdı: mühüm layihələr müzakirədə

    Türkiyə Baş naziri Binəli Yıldırımla rusiyalı həmkarı Dmitri Medvedyev arasında telefon danışığı baş tutub.
    Muxalifet.az xəbər verir ki, telefon danışığında tərəflər iki ölkə arasındakı münasibətləri, eləcə də "Akkuyu" və "Türk axını" kimi mühüm layihələri müzakirə ediblər.
     

    Muxalifet3 - 2-06-2018

  19. ​İbrahimbəyov Gürcüstandakı soydaşlarımızı necə aldadıb?!

    Məlum olduğu kimi, bədnam Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminin çəkilişlərinin bir hissəsi qonşu Gürcüstanda aparılıb. Məqsədi düşmən dəyirmanına su tökməklə Azərbaycana, azərbaycanlılara zərbə vurmaq olan R.İbrahimbəyov hətta filmdə Gürcüstanda yaşayan azərbaycanlı aktyorları aldadaraq xəyanətkar niyyətini həyata keçirməyə cəhd edib.

    Muxalifet3 - 2-06-2018

  20. ​Türk ordusuna minaatanlarla hücum edildi: şəhidlər var

    Şimali İraqda Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə TSQ məlumat yayıb.
    “2 iyun 2018-ci il tarixində İraqın şimalında yol tikintisi zamanı separatçı terror təşkilatı üzvləri hərbi maşına minaatanlarla hücum edib. Hadisə nəticəsində iki qəhrəman hərbiçimiz şəhid olub, biri isə ağır yaralanıb”,- Türkiyə ordusundan bildirilib.
     

    Muxalifet3 - 2-06-2018

Pages