Axtarış
The search found 105785 results in 0.066 seconds.
Search results
Moskva xəyanət edərək Tehranın maraqlarını qurban veribmi? – Rus politoloq: "RUSİYA SADƏCƏ İKİ TƏRƏF ARASINDA VASİTƏÇİLİK EDİR"
Bu həftə İranın Suriyada mövcud və gələcək varlığı ilə bağlı İsrailin narahatlıqlarını müzakirə etmək üçün Rusiya və İsrail səlahiyyətliləri Moskvada bir araya gəlib.
İsrail müdafiə naziri Aviqdor Liberman və digər İsrail rəsmiləri mayın 31-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüblər. Səfərin əsas məqsədi Suriyadakı vəziyyət, xüsusilə Libermanın sözlərinə görə, “İran və onun vəkilləri” olub.Muxalifet2 - 2-06-2018
İrəvanda “yeraltı məktəb”də plan: ABŞ-ın 140 milyonluq PROYEKTİ İŞƏ DÜŞÜR
ABŞ Rusiyanın Ermənistandakı təsir dairəsini zəiflətmək üçün bu ölkənin QHT sektoruna milyonlarla dollar həcmində maliyyə vəsaiti yatırıb. Əsas məqsəd Ermənistandakı anti-Rusiya cəbhəsini genişləndirməkdir.
Muxalifət.az-ın xəbrinə görə, bunub teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.
Politoloq hesab edir ki, ABŞ-da fəaliyyət göstərən “Soros” Fondunun Ermənistanın siyasi müxalifəti daxilində və QHT sektorunda nüfuz dairəsi kifayət qədər genişdir:Muxalifet2 - 2-06-2018
30 yaşlı Həsən gizli yolla Qarabağa girdi və... – Erməni əsgərlər QORXUDA
İran vətəndaşı olan 30 yaşlı Həsən Qolani Sayat Əli Araz çayı üzərindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə keçərkən erməni hərbiçilər tərəfindən tutulub.
Muxalifət.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Həsən mayın 18-də Araz çayı üzərindəki körpü vasitəsilə Qarabağ ərazisinə daxil olmaq istəyərkən saxlanılıb.
Hazırda həbsdə olan Həsənin İrəvana aparılacağı və orada istintaqa təhvil veriləcəyi deyilir.Muxalifet2 - 2-06-2018
Ərdoğandan ABŞ-a: Bizi başqa qapı döyməyə MƏCBUR ETMƏYİN
ABŞ Türkiyəyə beşinci nəsil F-35 təyyarələrinin tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.
Muxalifət.az xəbər verir ki, belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“Biz deyirik ki, ABŞ bizim strateji tərəfdaşımızdır. Strateji tərəfdaş bizə digər qapıları döyməyi təklif etməməlidir. Bizi Senatın nə dediyi maraqlandırmır. Bizi yalnız F-35-lər maraqlandırır. Bu məsələni ABŞ prezidenti ilə də müzakirə etmişəm. Əgər biz strateji tərəfdaşıqsa, ABŞ hansısa hüquqi səhvlər buraxmamalıdır”, – deyə o bildirib.Muxalifet2 - 2-06-2018
“Gənclik Mall”da oğurluq edərkən kameralara düşdü - FOTO
“Gənclik Mall”da ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb.
Muxalifət.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, paytaxt ərazisində insanların sıx olduğu ticarət mərkəzlərində oğurluqla məşğul olan paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Gözəlli saxlanılıb.Muxalifet2 - 2-06-2018
Tbilisidə aksiyanin təşkilatçısı:"Dövlət təhlükəsizlik Xidməti məni oğurlayıb, ÖLDÜRMƏK İSTƏYİRDİ"
“Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları məni oğurlayıb, öldürmək istəyirdi”.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bunu Tbilisidə keçirilən “Məni öldürmə!” etiraz aksiyasının təşkilatçısı Zaza Saralidze bildirib.
“Dövlət Təhlükəsizlik Xidməti məni indi oğurlamaq istəyirdi. Dostlarım olmasaydı, mən artıq burada olmazadım… Onlar artıq son tədbirə əl atıblar. Məni məhv etmək qərarına gəliblər”, – deyə Zaza Saralidze vurğulayıb.Muxalifet2 - 2-06-2018
Külək Heydər Əliyev mərkəzindəki böyük ölçülü şarı aşırıb -Video
İyunun 1-də Bakıda Nəriman Nərimanov rayonundakı Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilən festival zamanı külək böyük ölçülü şarı bir neçə dəfə aşırıb.
Şar aşan zaman insanlar onun altında qalıb. Ciddi xəsarət alan olmayıb.
Müxalifət.azMuxalifet3 - 2-06-2018
“REAL fəallarının həbsi birbaşa 28 May tədbirinin nəticəsidir” - Natiq Cəfərli
Mayın 29-dan başlayaraq REAL partiyasının 50-dən çox üzvü polisə çağırılaraq xəbərdarlıq edildikdən sonra azad buraxılıb. Fəallara Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirdikləri bayram nümayişindən sonra xəbərdarlıq edilib. Dörd fəal isə inzibati qaydada həbs edilib.
REAL partiyasının Məclis üzvü Natiq Cəfərli Amerikanın səsinin “Amerika icmalı” proqramında müsahibəsində fəalların saxlanması, ictimaiyyət nümayəndələrinin müraciəti və növbəti addımlardan danışıb.
Absurd ittihamlarMuxalifet3 - 2-06-2018
Əsəd TERRORÇU YPG İLƏ ANLAŞDI
Terror təşkilatı YPG/PKK və Əsəd rejimi, Suriyanın şərqindəki Deyrizor rayonunda təşkilatın işğalındakı ən böyük “ƏL Ömər” neft yatağından çıxarılan nefti mübadilə etmək məsələsində anlaşma əldə edib.
Deyrizordaki etibarlı mənbələrdən alınan məlumata görə, YPG/PKK terror təşkilatı Deyrizorda işğal etdiyi ən böyük “Əl Ömər” neft yatağından əldə etdiyi xam nefti mazut müqabilində rejimlə mübadilə mövzusunda razılaşıb.
Müqaviləyə görə, YPG/PKK-nın rejimə verdiyi hər 100 barel xam neft qarşılığında rejimdən 75 barel mazut alacaq.Muxalifet3 - 2-06-2018
Xankənddə Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının davası düşüb
Azərbaycanın işğal altında olan Xankəndi şəhərində Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə kütləvi dava olub.
Ermənistan KİV-i xəbər verir ki, hadisə ilə əlaqədar 15 nəfər tutulub.
Hadisənin məişət zəminində baş verdiyi bildirilir və Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırlıması tələb olunur.
Faktla bağlı məhkəmə tibbi-ekspertizası keçirilib.Muxalifet3 - 2-06-2018
“Ded Xasan”ın qatili azərbaycanlı avtoritet İMİŞ – Rusiya kəşfiyyatından ƏMƏLİYYAT
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının Moskvada saxladığı azərbaycanlı avtoritet Hacıbaba Talıbxanlı 2013-cü ildə öldürmüş Rusiyanın məşhur kriminal avtoriteti, “Ded Xasan” təxəllüsü ilə tanınan Aslan Usoyanın qatilidir.
Publika.az xəbər verir ki, bu haqda “Mash” kanalı bildirib.
Kanalın məlumatına görə, “Hacı Beyləqanski” ləqəbi ilə tanınan Hacıbaba Talıbxanlı İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın dostu olub. O, bir müddət əvvəl Nadir Səlfova (“Lotu Quli”) qarşı sui-qəsd cəhdində şübhəli bilinərək saxlanılmışdı.Muxalifet2 - 2-06-2018
Zabit olmaq istəyənlər İMTAHAN VERİR
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.
MN-dən verilən məlumata görə, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ixtisasları üzrə dörd il müddətində hazırlıq keçən kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.
Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə ixtisasları və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.Muxalifet2 - 2-06-2018
AŞPA-dakı nümayəndə heyətimizin TƏRKİBİ DƏYİŞİR
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilir.
Nümayəndə heyətinin tərkibinə rotasiya qaydasında dəyişiklik edilir.
Belə ki, AŞPA-dakı nümayəndə heyətinin tərkibinə deputatlar Çingiz Qənizadə və Naqif Həmzəyevin yeni üzv seçilməsi təklifi irəli sürülüb.
Məsələyə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında baxılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:Muxalifet2 - 2-06-2018
KOMİTƏ:"Bakının Baş Planı istiqamətində işlər araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək"
Bakının Baş Planının hazırlanması istiqamətində bu günədək görülmüş işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dərindən araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək.
Muxalifet2 - 2-06-2018
Sabah hava necə olacaq?- PROQNOZ
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Muxalifet2 - 2-06-2018
Sərkisyan Putini XƏBƏRDAR ETDİ: Paşinyanı devirin, yoxsa...
Ermənistanın Respublika Partiyası Nikol Paşinyandan qisas almağa hazırlaşır.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Jamanak” qəzeti yayıb. Partiyanın bunun üçün Rusiyanın dəstəyini əldə etməyə çalışdığı bildirilib:
“Partiyanın məqsədi odur ki, Rusiyanı Ermənistanın yeni hökumətinin ölkənin xarici siyasət kursunu dəyişdirəcəyinə və Ermənistanı Rusiya təsirindən çıxaracağına inandırsın. Əgər Rusiya Ermənistanı öz təsir zonasına qaytarmaq istəyirsə, bunun üçün Respublika Partiyasına hakimiyyəti geri qaytarmaqda yardım etməlidir”.Muxalifet2 - 2-06-2018
Göyçay çayı üzərindəki körpü çökə bilər - TƏHLÜKƏ - FOTO
İyunun 1-də axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.
Göyçay şəhəri, eləcə də Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələrinə, meyvə bağlarına zərər yetirib.Muxalifet2 - 2-06-2018
ŞİNZO ABE:"Yaponiya ABŞ-KXDR sammiti vasitəsilə Pxenyanın problemlərinin həlli üçün hər şeyi edəcək"
ABŞ-Koreya Xalq Demokratik Respublikası (KXDR) sammiti zamanı Pxenyanın nüvə-raket problemlərini həllində tərəqqiyə nail olmaq üçün Yaponiya öz tərəfindən hər şeyi etməyə hazırdır. Muxalifət.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə bəyanatla Yaponiyanın Baş naziri Şinzo Abe iyunun 2-də çıxış edib.
Baş nazirin sözlərini sitat gətirən agentlik yazır: “Görüşün tarixi hadisəyə çevrilməsi və nüvə-raket, həmçinin oğurlanmış yapon vətəndaşları problemlərinin həlli üçün müsbət nəticələr verməsi məqsədilə biz öz tərəfimizdən hər şeyi etməyə hazırıq”.Muxalifet2 - 2-06-2018
“Ermənistana qədər uzanan ərazidə...” - İlanın başını əzəcək ƏMƏLİYYATIN DETALLARI
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK terror təşkilatının əsas bazası olan Afrini “Zeytun budağı” hərəkatı ilə təmizlədikdən sonra İraqın şimalında PKK düşərgələrinə qarşı əməliyyatlara başlayıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, müvəffəqiyyətli əməliyyatlarla İraqın şimalında Hakurk, Bermize, Kalereş və Sidekan yaşayış məntəqələrinin yerləşdiyi Bradost bölgəsində nəzarət tamamilə təmin edilib.Muxalifet2 - 2-06-2018
Fəzail Ağamalıdan “Quska” ilə bağlı növbəti AÇIQLAMA
Ölkə mətbuatı bir neçə vaxtdır ki, Almaniyada siyasi sığınacaq almış keçmiş deputat və biznesmen, “Quska” ləqəbli bəstəkar Hüseyn Abdullayevin həbs edilməsindən yazır.
Muxalifət.az bildirir ki, məsələ ilə bağlı modern.az-ın əməkdaşı 2007-ci ildə Milli Məclisdə Hüseyn Abdullayevlə əlbəyaxa olmuş parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı ilə əlAqə saxlayıb.
Deputat bildirib ki, kimliyindən asılı olmayaraq Azərbaycan qanunlarını pozan şəxslər qanun qarşısında mütləq cavab verməldir.Muxalifet2 - 2-06-2018