Axtarış
The search found 105785 results in 0.058 seconds.
Search results
347 nəfəri öldürən FƏLAKƏT… – Yenidən təkrarlandı
İndoneziyanın Yava adasındakı Merapi vulkanı yenidən püskürüb.
Muxalifət.az xarici KİV-ə istinadən xəbər verir ki, vulkan püskürməsi nəticəsində əmələ gələn kül və duman 6 km hündürlüyə qədər yüksəlib.
Rəsmilər hələlik vulkan püskürməsinin Adisutjipto hava limanında işə təsir etmədiyini açıqlayıblar.
Mütəxəsisslər İndoneziyada 130 aktiv vulkanın olduğunu bildiriblər.
Qeyd edək ki, 2010-cu ildə Merapi vulkanının püskürməsi nəticəsində 347 nəfər həlak olmuşdu.Muxalifet2 - 1-06-2018
Belarus ABŞ-ı HƏDƏLƏDİ: “Amerika hərbi kontingenti...”
“Polşada Amerika hərbi kontingenti daimi olarsa, Belarus öz ərazisində Rusiyanın hərbi bazasının yerləşdirilməsinə icazə verə bilər”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Brüsseldə Belarusun xarici işlər naziri Vladimir Makey bildirdi.
Makey deyib ki, Minsk regionda gərginliyi azaltmaq və həm Qərb, həm də Moskva ilə yaxşı münasibətləri dəstəkləmək istəyir.Muxalifet2 - 1-06-2018
Tbilisidə etirazlar yenidən başladı - VİDEO
İki gündür Tbilisidə davam edən etiraz aksiyaları iyunun 1-də yenidən başlayıb.
Muxalifət.az xəbər verir ki, parlamentin qarşısında keçirilən aksiyada hazırda 1500-dək insan iştirak edir.
Onlar ölkənin məhkəmə-hüquq sisteminin yenidən qurulmasını, mövcud hakimiyyətin dəyişdirilməsini tələb edirlər.
Aksiya iştirakçılarının sayının artacağı və 5000 nəfərdən çox olacağı bildirilir.Muxalifet2 - 1-06-2018
İsrail, Səudiyyə Ərəbistanına NÜVƏ İNFORMASİYASI SATIR
İsrailli ekspert Ami Dor-on, “İsrail, Səudiyyə Ərəbistanına nüvə silahI hazırlaması üçün "nüvə informasiyası" satır” deyib.
İsrail hərbi təşkilatlanmasının yüksək səviyyəli nüvə analitiklərindən Ami Dor-on, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd Bin Salman və İsrail baş naziri Benyamin Netanyahu arasında inkişaf edən əlaqələrin nəticəsi olaraq nüvə sahəsində də əməkdaşlığa başlanıldığını söyləyib. Bunun isə bölgədə yüksələn nüvə silahlanma yarışının göstəricisi olduğunu bildirib.Muxalifet3 - 1-06-2018
AVROPA İTTİFAQI-RUSİYA MÜNASİBƏTLƏRİNDƏ 4 SSENARİ:Kreml qarşıdakı 6 ildə hansı istiqamət üzrə hərəkət edəcək? - ARAŞDIRMA
Mütəxəssislər qlobal geosiyasi proseslərin sistemli təhlili əsasında Avropa İttifaqı ilə Rusiya arasında yaxın altı ildə hansı münasibətlərin formalaşa biləcəyini proqnozlaşdırmağa çalışırlar. Burada çox fərqli yanaşmalara rast gəlinir. Rusiyalı analitik Andrey Kortunov da apardığı araşdırmalar nəticəsində tərəflər arasında dörd mümkün münasibətlər ssenarisindən bəhs edir. Maraqlı məqamlara toxunan təhlil müasir elmi yanaşmaya söykənir. Təhlildə Cənubi Qafqazda geosiyasi dinamikanın dəyişməsi baxımından bir sıra əhəmiyyətli tezislərə rast gəlinir.
Muxalifet2 - 1-06-2018
Putin Paşinyanı bağışlamayacaq və Əliyevə... - Rusiyadan inanılmaz Qarabağ XƏBƏRDARLIĞI
Ermənistanın baş naziri Nikol Paşinyanın son təyinatları Moskvada suallar yaradıb. Çünki yeni təyin olunan kadrların əksəriyyəti rusofoblardır. Misal üçün, “Moskva komsomolçusu” nəşri “niyə mülayim Paşinaynın komandasında bu qədər rusofob var?” sualını manşetə çıxarıb. “Eadaily” saytı isə “Paşinyanın komandasında rusofoblar: Soros “erməniyönümlü” baş nazirin gəmisini yönəldir” deyə yazıb.
Muxalifet2 - 1-06-2018
Qida Təhlükəsizliyi Agentliyində YENİ TƏYİNAT
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.
Muxalifət.az xəbər verir ki, Elxan Mikayılov Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri təyin olunub.
Bununla bağlı agentliyin sədri Qoşqar Təhməzli əmr imzalayıb.
E.Mikayılov bundan öncə Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə bir sıra beynəlxalq layihələrdə, eləcə də İsveçərinin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO), İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.Muxalifet2 - 1-06-2018
Türkiyədən PKK-ya ZƏRBƏ - 34 terrorçu məhv edildi
Türkiyə Silahlı Qüvvələrinin ölkə ərazisində, eləcə də İraqın şimalında növbəti əməliyyatı keçirib.
Trend-in məlumatına görə, genişmiqyaslı əməliyyat mayın 25-dən 31-dək davam edib.
Əməliyyatlar nəticəsində PKK terror təşkilatının 34 üzvünün məhv edildiyi bildirilir.
Qeyd olunur ki, zərərsizləşdirilən terrorçulardan biri xüsusi təhlükəli olub, Türkiyədə hərbi hissələrə hücumların və terror aktlarının təşkil olunmasında iştirak edib.Muxalifet2 - 1-06-2018
Məşhur aktyor futbol klubuna TRANSFER OLDU - Rəsmi müqavilə
Türkiyədə və ölkəmizdə maraqla izlənən “Çukur” serialında “Vartolu” obrazını canlandıran məşhur aktyor Ərkan Kolçak Köstəndil futbol klubu ilə razılığa gəlib.
Aktyor regional qeyri-peşəkar liqa komandası olan “Vəfaspor”la müqavilə imzalayıb.
“Vəfa” liseyində təşkil edilən Kamal Sunal mükafatlarına qatılan aktyor klubun idarə heyəti ilə görüşüb və komandada çıxış etmək istədiyini deyib. Klub da onun istəyini nəzərə alıb və müqavilə imzalayıb.Muxalifet2 - 1-06-2018
Gədəbəyin sabiq icra başçısı istintaq Təcridxanasına köçürüldü
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov bildirib.
O qeyd edib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan S. Rüstəmov üç gün əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.Muxalifet2 - 1-06-2018
Zidanın “Real”dan getmə səbəbləri AÇIQLANDI
“Real”ın fransalı baş məşqçisi Zinəddin Zidan rəhbərliklə fikir ayrılığına görə komandadan gedib.
Muxalifət.az xəbər verir ki, o, transfer məsələsində Florentino Peres ilə ortaq məxrəcə gələ bilməyib.
Zidan xüsusi ilə Ronaldo və Beylin gələcəyi ilə bağlı qeyri-müəyyənliyin olmasına etiraz edib.
Fransız məşqçi eyni zamanda “Atletiko”dan qapıçı Kepu Arrisavalaqu, “Bavariya”dan Robert Levandovdski və PSJ-dən Neymarın transferinə razılıq verməyib.Muxalifet2 - 1-06-2018
İlkin Həsəni uşaqlığının ən uğursuz fotosunu paylaşdı
Aparıcı İlkin Həsəni sosial şəbəkədə arxiv fotosunu paylaşıb.
Muxalifet.az-ın məlumatına görə, o, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşdığı şəklini uğursuz adlandırıb:
“Uşaqların Beynəlxalq Müdafiəsi günündə icazə verin uşaqlığımın ən uğursuz fotosunu paylaşım. Uşaqları qoruyun".
Fotoda İlkinin valideynləri də yer alıb.
Muxalifet3 - 1-06-2018
Avropalı diplomat Qarabağdan danışdı: Rusiyasız...
Rusiyasız Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ADA Universitetində çıxışı zamanı deyib.Muxalifet3 - 1-06-2018
Meksika prezidenti İlham Əliyevi təbrik etdi
Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nieto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Muxalifet.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
"Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Meksika xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına salamlarımı və səmimi təbriklərimi çatdırmaq mənim üçün şərəfdir.
Bu günlərdə qeyd edilən tarixi hadisələr Azərbaycan xalqının birliyinin daha da möhkəmlənməsi və uğurlu gələcəyi üçün bir mənəvi təkandır.Muxalifet3 - 1-06-2018
Türkiyədə əməliyyat: 4 terrorçu məhv edildi
Türkiyənin Siirt bölgəsinin Pərvari mahalında PKK terrorçularına qarşı hava dəstəkli antiterror əməliyyatı keçirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik orqanları informasiya yayıb.
Əməliyyat nəticəsində 4 terrorçu məhv edilib.
Bölgədə əməliyyatlar davam etdirilir.
Muxalifet3 - 1-06-2018
Ermənilər Moskvada Amerikalı tarixçinin təqdimatına mane olub
Rusiyadakı erməni lobbisi Amerikalı tarixçi Edvard Eriksonun "Türklər və ermənilər: üsyançılara qarşı mübarizənin tədqiqi" adlı kitabının təqdimat mərasiminə mane olub. Təqdimat mayın 31-də Moskva Kitab Evində keçiriləcəkdi.
Edvard Erikson ABŞ ordusunun istefada olan zabitidir. Fars körfəzindəki müharibənin iştirakçısı olub. İzmir, Neoapol və Sarayevoda NATO məmuru olub. Əvvəlki illərdə o, ötən əsrin əvvəllərində Osmanlı Türkiyəsində baş verən hadisələri araşdırdığı bir neçə kitab buraxıb.Muxalifet4 - 1-06-2018
Avropadan xəbərdarlıq: ABŞ təhlükəli oyundadır...
İqtisadiyyat savaşında deyilik, lakin çətin dönəmdəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının iqtisadi müşaviri Sesiliya Malmström ABŞ-ın polad və aliminium idxalına qoyduğu əlavə vergi ilə bağlı açıqlamasında deyib.
“Mən ticarət savaşı termini istifadə etmərəm. Lakin durum narahatedicidir. ABŞ təhlükəli oyun oynayır”, - deyə Malmström bildirib.
Muxalifet3 - 1-06-2018
Lukaşenko dünya üçün əsas təhdidi açıqladı
“Böyük dövlətlərin maraqlarının toqquşması dünya üçün əsas təhdiddir”.
Muxalifet.az BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko sərhədçilərlə və onların ailələri ilə görüşdə deyib.Muxalifet3 - 1-06-2018
Deputatdan inanılmaz sözlər: Xarici itlər yerli itləri sıxışdırır...
Avstriyanın radikal sağ təmayüllü Azadlıq partiyasının üzvü Qotfrid Voldhausun debat zamanı söylədiyi fikir dünya mediasının diqqətini cəlb edib.
Muxalifet.az xəbər verir ki, əyalət məclisini deputatı olan Voldhaus xaricdən gələn itlərin yerli itləri sıxışdırdığını dilə gətirib.
O bildirib ki, ölkə kənarından gələn itlər ölkədə olan itləri qovur.
Siyasətçi bunun üçün hökumətin təcili tədbirlər görməli olduğunu da əlavə edib.
Voldhausun bu açıqlaması ölkə ictimaiyyətinin lağ obyektinə çevrilib.
Muxalifet3 - 1-06-2018
Rusiyadan Paşinyana sillə kimi CAVAB:”Kənar danışıq ola bilməz...”
Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səs-küylü bəyanatı konstruktiv deyil.
Muxalifet.az-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Səs-küylü bəyanat ATƏT tərəfindən bu məsələ ilə bağlı əsası qoyulan müvafiq relslərə sığımır, yəqin ki, konstruktiv deyil", - deyə o vurğulayıb.Muxalifet3 - 1-06-2018