Axtarış
The search found 105785 results in 0.058 seconds.
Search results
Suriya prezidenti Bəşər Əsəd: “Kürd qüvvələri ya bizimlə danışıqlara başlamalıdır, ya da onları...” – TƏHLİL
ABŞ Suriyada iştirak üçün “Suriya Demokratik Qüvvələri”ndən (SDQ) faydalanır; Dəməşq hərəkatla danışıq aparmaq niyyətindədir, lakin danışıqlar iflasa uğrayacağı halda güc işlətməyə hazırdır. SƏR prezidenti Bəşər Əsəd bildirib – amerikalılar bu variantların hər birində Suriya ərazisini tərk etməlidirlər.
Əsəd RT telekanalına müsahibədə bildirib ki, Hələb, Deyr-əz-Zor, Xoms və Dəməşq azad edildikdən sonra “ABŞ-ın əlində getdikcə daha az kart qalır”.Muxalifet2 - 1-06-2018
Bu yollarda hərəkət MƏHDUDLAŞDIRILDI
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 09:30-dan axşam saatlarınadək Binəqədi- Qaradağ rayonu, Xocasən-Lökbatan yolu, Xocasən dairəsindən Meyvəli dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.Muxalifet2 - 1-06-2018
“POKROV MƏHƏRRƏM”LƏ BİRLİKDƏ “BATAN” MƏMURLAR - Onların sırasında DYP polkovniki də var…
Uzun müdət Rusiyadakı ən varlı və nüfuzlu azərbaycanlılardan biri sayılan və “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Həsənovun Azərbaycandan bir xeyli tanınmış məmur və iş adamına külli miqdarda borcunun olduğu məlum olub. Muxalifət.az bildirir ki, bu barədə “AzPolitika.info”ya iş dünyasına yaxın mənbələrdən məlumat daxil olub.
Muxalifet2 - 1-06-2018
Putindən Bakıya TARİXİ JEST – Rusiya Azərbaycan və Türkiyə ilə hesablaşır
Kremlin işə düşən CQD layihəsinə pozitiv reaksiyasının pərdəarxası; Rusiya valı dəyişir?
Muxalifet2 - 1-06-2018
NATO Rusiyaya bir daha XƏBƏRDARLIQ EDİB: “Ukraynaya müdaxiləni dayandır!”
NATO səfirləri Rusiya rəsmiləri ilə görüşdə Moskvanı özünün Avropa və başqa yerlərdəki “ziyanlı fəaliyyətlərinə” son qoymağa çağırıblar.
ABŞ-ın NATO-dakı səfiri Kay Bailey Hutçson mayın 31-də yazdığı tvitdə bildirir ki, Qərb alyansı həmrəy şəkildə Rusiyaya “güclü” mesaj verib: “Ukraynadakı müdaxiləni dayandır və alyansımızın arasına nifaq salmaq məqsədli fəaliyyətlərinə son qoy”.Muxalifet2 - 1-06-2018
Bolqarıstanda türklərə qarşı – ŞOK ADDIM
Bolqarıstanın Zağara bölgəsində 51 mahalda türk-ərəb mənşəli 838 yer adı bolqar dilində yeniləri ilə əvəzlənib.
Muxalifət.az xəbər verir ki, bu barədə Əski Zağara Bələdiyyə Məclisi qərar qəbul edib.
Bolqarıstanın Baş Müftiliyi bələdiyyənin qərarına sərt reaksiya verib. Müftiliyin yayımladığı bəyanatda qərarın ölkədə 1989-cu ilə qədər iqtidarda olan devrilmiş diktator Todor Jivkov rejiminin türk və müsəlmanlara qarşı həyata keçirdiyi assimilyasiya kampaniyasını xatırlatdığı ifadə edilib.Muxalifet2 - 1-06-2018
Bu aydan BMT TŞ-a Rusiya sədrlik edəcək
BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik iyun ayından Rusiyaya keçir.
Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasiliy Nebenzi deyib ki, ölkəsi TŞ-da əsasən Yaxın Şərqdəki vəziyyəti qabardacaq.
Diplomat vurğulayıb ki, hazırda dünyada ən qaynar münaqişə ocağı məhz bu regiondur.Muxalifet2 - 1-06-2018
Bakıda iki marşrut xətti birləşdirilir - BNA
Bakı Nəqliyyat Agentliyi “Beynəlxalq Avtovağzal” kompleksi – “8-ci km Bazarı”nı əlaqələndirən 20 nömrəli və Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s) – “Xalqlar Dostluğu” metrostansiyasını əlaqələndirən 94 nömrəli marşrut xətləri ilə bağlı müsabiqə elan edib.
Muxalifet2 - 1-06-2018
Bu il azərbaycanlı uşaqlar Türkiyə və İran vətəndaşlarına ÖVLADLIĞA VERİLİB
“2018-ci ildə əcnəbilər tərəfindən Azərbaycan vətəndaşı olan iki uşaq övladlığa götürülüb”.
Bunu APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəfa Ələkbərova deyib.Muxalifet2 - 1-06-2018
“Məhv etmək bizim işimizdir” – ABŞ-dan MÜHARİBƏ ELANI kimi bəyanat
ABŞ Baş Qərargahının sözçüsü general-leytenant Kennet Makkenzi Çini təhdid edib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Çinin Cənubi Çin dənizində yerləşən adaları silahlandırmasını şərh edən general-leytenant ABŞ ordusunun Qərbi Sakit okeanında kiçik adaları yox etməkdə təcrübəli olduğunu deyib.
“II Dünya müharibəsində kiçik və təcrid edilmiş adaları yox etmək mövzusunda böyük təcrübə əldə etdiyimiz bir gerçəkdir. Bu, ABŞ ordusunun daha əvvəl də etdiyi etdiyi bir işdir”, - Makkenzi bildirib.Muxalifet2 - 1-06-2018
“Yaxın Şərqdə ABŞ-a GÜVƏNƏNİN VAY HALINA”
Moskvada “Orta Şərqdə yeni böyük oyun" adlı panel keçirilib.
Paneldə çıxış edən BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin müşaviri və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi məsləhətçisi professor Vitaliy Naumkin, "Yeni böyük Yaxın Şərq oyununu" bu sözlərlə dəyərləndirib:Muxalifet3 - 1-06-2018
Tiflisin Paşinyanı təmtəraqlı qarşılamasının – SƏBƏBİ
Nikol Paşinyanın Gürcüstana səfəri diqqət mərkəzində saxlanılmalı, onun Gürcüstan rəsmiləri ilə keçirdiyi görüşlər ciddi şəkildə təhlil olunmalı və nəticə çıxarılmalıdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli qeyd edib. O bildirib ki, xüsusilə Paşinyana Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində yerli ermənilərlə görüş keçirməyə və qəhrəman kimi qarşılanmasına şərait yaradılması, bu görüşdə səsləndirilən fikirlər nəzərdən qaçırılmamalıdır:Muxalifet2 - 1-06-2018
“Təhqir edirlər, hədələyirlər...” – UŞAQ BİRLİYİNİN SƏDRİ MƏHKƏMƏDƏ
Dələduzluq, rüşvət vermə, rüşvətə təhrik və digər cinayətlərdə ittiham olunan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin sabiq direktoru Vasif Akifli ifadə verib.Muxalifet2 - 1-06-2018
Tramp Kremlin CASUSU OLUB – ABŞ kəşfiyyatından sensasion iddia
Amerikada agentlər Donald Trampın 2016-cı ildən Rusiya casusu olduğunu bilir.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu iddianı ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) sabiq analitiki irəli sürüb.
NSA-nın sabiq analitiki Con Schindler bu iddia barədə “Observer” qəzetindəki məqaləsində yazıb.
O, ABŞ kəşfiyyat xidmətində Prezident Donald Trampla Kremli arasında əlaqələrə dair indiyə qədər ortaya çıxanlardan daha çox məlumat olduğunu qeyd edib.Muxalifet2 - 1-06-2018
Yeni təhlükəli virus yayılıb - MEYMUN QRİPİ
Afrika qitəsinin cənub ölkəsi olan Kamerunda meymun qripi virusu yayılıb.
Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, artıq 7 nəfər bu virusdan ölüb.
Daha 7 nəfər isə bu diaqnozla xəstəxanaya yerləşdirilib.
Kamerun rəhbərliyi virusun yayılmasının qarşısını almağa çalışır.
Rusiya Səhiyyə Nazirliyi müvafiq qurumlara Kamerundan gələn miqrantları diqqətlə yoxlamağı tapşırıb.
Virus keçici sayılır və əsas simptomları başağrısı, yüksək temperatur, əzələ ağrısı və dəri səpkisidir.Muxalifet2 - 1-06-2018
İran Yunanıstandan FIFA-ya şikayət edəcək
İran Futbol Federasiyası (FFİRİ) Yunanıstan Futbol Federasiyasından (HFF) FIFA-ya şikayət edəcək. “Report” xəbər verir ki, buna səbəb Yunanıstan yığmasının iyunun 2-də Türkiyədə İstanbul şəhərində İran millisi ilə öncədən planlaşdırılmış yoldaşlıq oyunundan imtina etməsidir. HFF ilə əlaqələri kəsdiyini açıqlayan FFİRİ təzminat tələbi ilə ali futbol qurumuna üz tutacaq. Bildirilir ki, Yunanıstanın matçdan imtinası İran yığmasının DÇ-2018-ə hazırlığına ciddi zərbə endirib.
Muxalifet2 - 1-06-2018
Prezident KİV haqqında qanuna edilən dəyişiklikləri imzaladı –SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1128-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:Muxalifet2 - 1-06-2018
Kamaləddin Heydərov seksual kitab yazan polkovniki QOVDU
Fövqəladə hallar naziri Kamaləddin Heydərov FHN-nin hərbi hissələrinə paylanılan qalmaqallı kitabın müəllifini işdən azad edib.
Muxalifət.az xəbər verir ki, bu barədə AzEuroNews.com-a verilən xəbərdə iddia olunur ki, polkovnik-leytenant Əbülfəz Kazımovun seksual sətirlər olan kitabı nazirin əlinə keçib və FHN şefi əsəbləşib.
Müəllifin "Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi” kitabında seksual mövzuya toxunması cəzalanması ilə nəticələnib.Muxalifet2 - 1-06-2018
Paşinyan Sərkisyanın mətbuat katibinə VƏZİFƏ VERDİ
Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin sədr müavini vəzifəsinə Vladimir Akopyanı təyin edib.
Muxalifət.az xəbər verir ki, Vladimir Akopyan 1982-ci ildə İrəvanda anadan olub. 2006-cı ilə qədər o, Ermənistan Silahlı Qüvvələrinin kompüter mərkəzində texniki operator işləyib və gizir rütbəsində olub. 2006-cı ildən 2015-ci ilə qədər Akopyan gözlənilmədən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə cəlb edilib və burada mayor rütbəsinə qədər yüksəlib.
2015-ci ildə isə o, Serj Sərkisyana mətbuat katibi təyin edilib.Muxalifet2 - 1-06-2018
“On trilyon dollarla....” – Avropanın Rusiya qarşısında acizliyinin ŞOK SƏBƏBLƏRİ
“Rusiya prezidenti Vladimir Putinin Donbasdan qoşunlarını çıxarması üçün Ukraynanın qərb partnyorları Moskvaya qarşı sanksiyaları gücləndirməli və müxtəlif beynəlxalq strukturlarda iştirakını məhdudlaşdırmalıdır”.
Muxalifət.az xəbər verir ki, bunu “Apostrof” nəşrinə təhlükəsizlik məsələləri üzrə ekspert, general-leytenant Vasiliy Boqdan deyib.Muxalifet2 - 1-06-2018