Axtarış
The search found 105785 results in 0.063 seconds.
Search results
Putin-Netanyahu razılaşmasında İLK ADDIM - İran geri ÇƏKİLİR
Suriyada İranla bağlı silahlı qruplaşmalar, həmçinin Livanın “Hizbullah” şiə təşkilatının döyüşçüləri İsraillə həmsərhəd bölgələri tərk etməyi planlaşdırırlar.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda İsrailin “Jerusalem Post” qəzeti bildirib.
Nəşrin yazdığına görə, xüsusi halda, İrana yaxın qruplaşmalar Dera və Kuneytra şəhərlərindən çıxmaq niyyətindədir.Muxalifet2 - 1-06-2018
“Rusiya Azərbaycanın Qarabağda hərbi əməliyyatlarına “yaşıl işıq” yandıra bilər” - POLİTOLOQ
“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.
Bu fikirlər Türkiyə prezidenti hakim Ədalət və İnkişaf Partiyasının sədri (AKP) və prezidentliyə namizəd Rəcəb Təyyub Ərdoğanın “Seçki Bəyannaməsi”ndə yer alıb.
Ərdoğan növbəti prezident seçkilərində prezidentliyə namizəd kimi plaformasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə daxil edib.Muxalifet - 1-06-2018
"Arif Alışanovun adamları 60-70 malımı evimdən aparıb" - AzTV RƏHƏBİNƏ SUİ-QƏSD İŞİ
Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb.
Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur.
Məhkəmə prosesində təqsirləndirilən Şücayət Əkbərovun müdafiəsinə yeni vəkilin qoşulduğu elan olunub.Muxalifet2 - 1-06-2018
İRANA QARŞI SANKSİYALARDA TÜRKİYƏ HƏM LEHİNƏ, HƏM DƏ ƏLEYHİNƏDİR –Ankaranın itirəcəkləri və qazancı - TƏHLİL
ABŞ-ın İrana qarşı yeni sanksiyaları regionun böyük dövlətləri, xüsusilə Qərb və Birləşmiş Ştatlarla problemləri sona çatmayan Türkiyə üçün əlavə müşküllər doğurur. Həm də İranın qonşuları ilə əlaqələrində mövcud problemlərin qalması nəzərə alınmaqla.
Ankara sanksiyaların maliyyə və ticari nəticələrindən narahatlıq duyur, digər tərəfdən, İranın İraq və Suriyadakı artan nüfuzunu ehtiva edən narahatlıqda çəkindirmə Türkiyənin istəyinə uyğun gəlir.Muxalifet2 - 1-06-2018
Azərbaycanlı əsiri evində qul kimi işlədən ERMƏNİ GENERAL BUNU DA ETDİ
Ermənistanda Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı törətməsi ilə məşhur olan general Manvel Qriqoryan Paşinyanı devirmək üçün hərəkətə keçib.
Muxalifət.az Ermənistan mediasına istinadən xəbər verir ki, Manvel Qriqoryanın göstərişi ilə Eçmiədzində küçələrə şlaqbaumlar quraşdırılıb.Muxalifet2 - 1-06-2018
Sosial Müdafiə Fondunun binasında YANĞIN
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.
APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
Muxalifet2 - 1-06-2018
PENTAQONDAN ÇİN AÇIQLAMASI: “Ordumuz məhvetmə məsələsində təcrübəlidir”
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, ABŞ-ın Baş Qərargahının mətbuat katibi general-leytenant Kennet Makkenzi Çinin Cənubi Çin dənizindəki adaları silahlandırması ilə bağlı deyib: “ABŞ ordusu Sakit okeanda kiçik adaları yox eləmək məsələsində olduqca təcrübəlidir”.
Makkenzi bu təhdidi ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Dana Uayt ilə birlikdə çıxış elədiyi həftəlik mətbuat konfransında söyləyib.
Xəbər verdiyimiz kimi, Makkenzi həmin konfransda Suriyaya qarşı da təhdidlər səsləndirmişdi.
Muxalifet2 - 1-06-2018
Məscid-i Aksada NAMAZ QILMAQ ÜÇÜN ÇƏTİN YOLÇULUQ
Qərb Şeriadakı Fələstinlilər İsrailin törətdiyi çətinliklər və maneələrə baxmayaraq, Ramazan ayının üçüncü cümə namazını Məscid-i Aksada qılmaq üçün müxtəlif yollarla Qüdsə axın edir.
Ayrılıq Divarının Qərbi Şeria tərəfində qalan minlərlə Fələstinli, cümə namazını Məscid-i Aksada qılmaq xatirinə Qüdsə keçmək niyyəti ilə səhər saatlarından etibarən yola çıxırlar.
İşğal altındakı Qərbi Şeria ilə Qüds arasında 2003-cü ildə inşa edilən 5 metr hündürlüyündə beton divar boyu çox sayda İsrail hərbi nəzarət nöqtəsi yer alır.Muxalifet3 - 1-06-2018
Çinin televiziya kanalında xəbərlərİ robotlar aparacaq –FOTO
Çinin cənubunda yerli televiziya kanalında süni zəkaya malik robot aparıcı olacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Nanning” telekanalında iyunun 6-dan başlayaraq 29 kiloqram ağırlığında 1 metr 21 santimetr hündürlükdə olan “Çao Nıng Şiaoboy” – yəni “Super Balaca Bəyaz” adlı robotlar ekranlara çıxacaq. Robotların əsas üstünlüyü onların 12 saat ərzində fasiləsiz işləyə bilməsidir.
Çin hökuməti həmin robotların gələcəkdə bütün telekanallarda istifadə olunmasında maraqlıdır.Muxalifet2 - 1-06-2018
Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan 6-nın adı məlum oldu - FOTO (YENİLƏNİR)
Hacıqabul rayonunda Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan 6-nın adı məlum olub.
Gürcüstan vətəndaşı, 1971-ci il təvəllüdlü Orbalişvili Petri Qadiroviçin idarə etdiyi sərnişin avtobusu idarəetmədən çıxaraq "KamAZ"la toqquşub.
Nəticədə sürücü Petri Orbalişvili və avtobusda olan sərnişinlər - 2000-ci il təvəllüdlü Qvanca Makhabelli, Anna Qavuaşvili, Tamar Okronidze, Georgi Okronidze və Mariam Datviaşvili müxtəlif dərəcəli xəsarətlər alıblar. (report)Muxalifet2 - 1-06-2018
Fazi Məmmədovun daha bir kadrı “VURULDU” - Gədəbəyin icra başçısı vəzifəsindən çıxarıldı
Gədəbəy rayon İcra Hakimiyətinin başçısı Ramiz Yediyarov tutduğu vəzifədən azad edilib. Sabiq vergilər naziri Fazil Məmmədovun kadrlarından olan Ramiz Yediyarov bu vəzifəyə 2012-ci ilin aprelində təyin olunmuşdu.
Muxalifet2 - 1-06-2018
Ermənistanın xarici işlər naziri ilk dəfə Moskvaya gedir - Qarabağ MÜZAKİRƏSİ
Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan iyulun 7-də ilk dəfə Moskvaya səfər edəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə Rusiya XİN-in informasiya departamentinin direktor müavini Artyom Kojin deyib.
Onun sözlərinə görə, Mnasakanyan Moskvada Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcək.
“Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və ikitərəfli münasibətlər müzakirə olunacaq”, - deyə o bildirib.Muxalifet2 - 1-06-2018
Akif Çovdarov "zon"a göndərildi - QƏRAR
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun saxlanma rejimləri dəyişdirilib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, həmin şəxslər saxlanıldığı Bakı İstintaq Təcridxanasından 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Onlar bu müəssisədə cəza çəkəcəklər.Muxalifet2 - 1-06-2018
“Qızıldan dəyərli tərəvəz” – Ölkəyə pomidor qızıldan da çox valyuta gətirib (RƏQƏMLƏR)
2018-ci ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda pomidor birinci yeri tutub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin may sayına istinadən xəbər verir ki, aprel ayında 18,5 milyon ABŞ dolları dəyərində pomidor ixrac olunub. 2018-ci ilin yanvar-aprel ayları ərzində isə Azərbaycandan 42,5 milyon dollar dəyərində pomidor ixrac olunub. Qeyd edək ki, 2017-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan 33,8 milyon ABŞ dolları həcmində pomidor ixrac olunmuşdu (26% artım).
Muxalifet2 - 1-06-2018
Bakıda 11 küçədə parklanma QADAĞAN EDİLƏCƏK
Paytaxtın əsas küçələrində hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək.
Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, qarşıdakı aylarda diqqət mərkəzində olacaq daha bir mühüm məsələ nəqliyyatın hərəkətini çətinləşdirən avtomobillərin parklanma qaydalarının pozulması ilə bağlı olacaq:
“Agentliyin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil edib və artıq bu yay yol hərəkətinə mane olan yerlərdə parklanma qadağan ediləcək”.Muxalifet2 - 1-06-2018
Sumqayıtda torpaq uçqunu: ÖLƏN VAR
Sumqayıtda 3 nəfər torpaq uçqunu altında qalıb, 1 nəfər ölüb.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.
Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsada, 1 nəfər, 1986-cı il təbəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 1-06-2018
DGK-da YENİLİK: Sahibkara mesaj göndəriləcək
Samur gömrük məntəqsindən 2018-ci ilin may ayı ərzində ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib.
Muxalifət.az xəbər verir ki, jurnalistlərə bu barədə məlumatı qurumun Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları baş idarəsinin texnoloji innovasiyalar idarəsinin rəisi Azər Abbasov deyib.Muxalifet2 - 1-06-2018
Bütün Dağıstan bu adamı axtarır: AZƏRBAYCANA KEÇƏ BİLƏR
Dağıstan respublikasının tibbi-sosial baş bürosunun sədri Məhəmməd Maxaçev axtrışa verilib.
Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, o rüşvət almaqda və korrupsiyada ittiham edilir. Bu səhər həbsi barədə orderlə onun evinə gələn polislər Maxaçevi tapa bilməyiblər. Məlum olub ki, o, az öncə doğma kəndi olan Qindibə gedib.
Operativ qrup dərhal Qindibə yollansa da, Maxaçevi orada da tapa bilməyiblər. Qindib ətrafında və ətraf meşələrdə postlar qurulub.
Dağıstan polisi onun Azərbaycana keçə biləcəyini də istisna etmir.Muxalifet2 - 1-06-2018
Misirli futbolçu “Real”ın kapitanının BAŞINA BƏLA OLDU
“Real Madrid”in ulduz futbolçusu Sergio Ramos və ailə üzvləri təhdid edilib.
Muxalifət.az xəbər verir ki, futbolçu və ailə üzvləri mütəmadi zənglərdən sonra telefon nömrələrini dəyişməyə məcbur olub.
Ramos və ailə üzvlərinin təhdid edilməsinə səbəb kimi Çempionlar liqasının final qarşılaşmasında təcrübəli müdafiəçinin “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahı zədələməsi göstərilib.Muxalifet2 - 1-06-2018
Adi bir qan testi ilə xərçəngi təyin etmək mümkündür - Tibbdə İNQİLAB
Yeni bir qan testi erkən mərhələdə tətbiq edilən bir üsulla ümidverici nəticələr verib.
Muxalifət.az xəbər verir ki, aparılan araşdırmalar bəsit bir qan testi ilə xərçəng xəstəliyinin son dərəcə doğru diaqnozunu qoya biləcəyini ortaya çıxarıb.
Xərçəng hüceyrələrinin DNT parçaları üçün qan yoxlanışınıı ehtiva edən texnologiya “Maye Biobsiya” olaraq da adlandırılır. Nəticələr bizi xərçəngin diaqnozu zamanı yeni və daha doğru uğurlar əldə etməyə yaxınlaşdırır.Muxalifet2 - 1-06-2018