Axtarış
The search found 105785 results in 0.098 seconds.
Search results
Putin Netanyahu ilə Suriyanı müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putinlə İsrail Baş naziri Benyamin Netanyahu Suriya konfliktinin nizamlanması ilə bağlı bir neçə aspektdə telefon danışığı aparıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Baş tutan telefon danışığında 9 mayda Moskvada baş tutan tədbirlər, Suriya münaqişəsinin nizamlanması və gündəmdə olan bir sıra ikitərəfli əlaqələr barədə müzakirə aparıldı”, - deyə bildirilib.
Muxalifet3 - 31-05-2018
Azərbaycanda bu sahədə nəzarət gücləndirilir
“Azərsu” ASC-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərsu”dan verilən məlumata görə, görüşdə tullantı sularının idarə olunması sahəsində vəziyyət müzakirə olunub, tullantı sularının yaratdığı problemlərin aradan qaldırılması və vəziyyətdən çıxış yolları istiqamətində fikir mübadiləsi aparılıb. İcra olunan yağış və tullantı su layihələri barədə təqdimatlar keçirilib.Muxalifet3 - 31-05-2018
İranlı qadınlar hicablarını belə atdılar... - VİDEO
İranlı Məsih Əlinecadın ölkəsində qadınlar üçün məcburi sayılan hicab və ya baş örtüsünə qarşı başlatdığı hərəkatdan artıq beş il ötür. Sürətlə sosial mediada yayılan və küçə nümayişlərinə qədər genişlənən hərəkata indiyədək minlərlə qadın qoşulub. Bəs hərəkat məqsədinə nail olmağa yaxındırmı?
Hər şey əslində zərərsiz bir hərəkətlə başlayıb: İranın bir dağ yolunda maşınını idarə edən bir qadın saçına toxunan küləyin gətirdiyi azadlıqdan həzz alır.
Muxalifet4 - 31-05-2018
SON DƏQİQƏ: İran hara qaçsa, vuracağıq - XƏBƏRDARLIQ
Muxalifet.az-ın verdiyi xəbərə görə, İsrail rejiminin Baş naziri Benyamin Netanyahu İranla bağlı açıqlama verib. Netanyahu bildirib ki, İran Suriyanın harasında olursa-olsun, onlar tərəfindən vurulacaq. "İranın Suriyada hərbi varlığının olmasına qarşı siyasətimizi davam etdirəcəyik. İranın yalnız Golan təpələrində deyil, Suriyanın heç bir yerində olmasını istəmirik", - deyə sionist rejim naziri söyləyib. Suriya Xarici İşlər Nazirliyi isə İran məsələsindəki mövqelərinin İsrailə təsiri olmayacağını bildirib.
Muxalifet3 - 31-05-2018
İsveç 27 yaşlı Xəyalə Quliyevanı xəstə oğlu ilə birgə ölkədən çıxarır
27 yaşlı Xəyalə Quliyeva ağır xəstə olan 4 yaşlı oğlu Mikayıl ilə İsveçdən deportasiya olunmaq təhlükəsi ilə üzləşib.
Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, X.Quliyeva Skandinaviya ölkəsinə İsveç vətəndaşı olan cavan bir şəxslə keçib.
İki il sonra cütlüyün oğlu dünyaya gəlib və həkimlər ona qorxunc diaqnoz qoyublar - autizmin ağır forması. Uşaq inkişafda geri qalır və ətrafında nələrin baş verdiyinin hamısını anlamır.
Xəyalə Quliyevanın sevgilisi oğlunun xəstəliyini qəbul edə bilməyib və çox keçmədən onu atıb. Beləliklə, o, qaçqınlar üçün mərkəzə düşüb.
Muxalifet4 - 31-05-2018
Bu ölkədə niqab qadağan edilir - Cərimə 1340 avro
Danimarkada qadınların kütləvi yerlərdə üzlərini bağlamaları qadağan olunacaq.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qərar səs çoxluğu ilə qəbul edilib və yeni qərara əsasən, qadağaya əməl etməyənlər cərimələnəcək.
Bildirilir ki, ilk dəfə belə hal baş verərsə, həmin qadın 123 avro məbləğində cərimələnəcək. Qadağanı təkrar pozanlar üçün 1340 avro məbləğində cərimən nəzərdə tutulur.
Muxalifet4 - 31-05-2018
Baldızının çılpaq şəkillərini ofisdəki kompüterə yüklədi, həyatı məhv oldu
Türkiyədə bank işçisi pedofilliyə görə həbs olunub.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, Bursa şəhərindəki bankların birində işləyən M.A. adlı şəxs yaxşı 18-dən az olan baldızının çılpaq şəkillərini ofisdəki şəxsi kompüterinə yükləyib.
Ofisə yoxlama gələn zaman uşağın lüt şəkillərini görən müfəttiş polisə məlumat verib.
Uşaqla münasibəti olan M.A saxlanılıb.
Muxalifet4 - 31-05-2018
Tramp Kim Çen İnin məktubundan danışdı
Şimali Koreyadan gələn heyətlə görüş olduqca müsbət sferada keçib.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, nümayəndələr vasitəsilə Kim Çen İndən göndərilən məktubda nə yazıldığını bilmək üçün olduqca səbrsizlənir.
Qeyd edək ki, Şimali Koreya Əmək Partiyasının vahid cəbhə bölməsinin rəhbəri Kim Yon Çxol dünən Nyu Yorka səfər etmişdi.
Muxalifet3 - 31-05-2018
Yaponiyanın yarım milyon işçiyə ehtiyacı var - 2025-ci İLƏDƏK...
Yaponiya 2025-ci ilə qədər ən azı 500 min xarici işçi cəlb edəcək.
"Azərtac" "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiya hökuməti, əsasən kənd təsərrüfatı və inşaat sahəsində işçi qüvvəsi çatışmazlığı səbəbindən 2025-ci ilədək ölkəyə azı 500 min xarici işçinin cəlb edilməsinə qərar verib.
Muxalifet4 - 31-05-2018
Yaş saçlarla yatmaq HANSI FƏSADLARA yol açır?
Saçları fenlə qurutmadan yatmaq çox zərərlidir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaş saçla yatanda yastığa keçən rütubət zərərli bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Eyni zamanda saç köklərinin uzun müddət nəm qalması onları zəiflədir və tökülməsinə səbəb olur.
Bakterial infeksiyalar
Nəm saçla yatanda yastığa keçən rütubət zərərli bakteriyaların çoxalması üçün çox əlverişli şərait yaradır. Nəticədə bakteriyalar bütün gecə boyu dəriyə hopur, burun və ağıza keçir.
Göbələk
Muxalifet4 - 31-05-2018
Alimlərdən qaranlıq materiya ilə bağlı YENİ KƏŞF
Harvard Universitetinin alimləri qaranlıq materiya haqqında yeni kəşf ediblər. Bu barədə məqaləni “Nature” jurnalı yayımlayıb. Alimlər bildiriblər ki, qaralıq materiyanın zərrəcikləri təxminən elektronlardakından milyon dəfə az elektrik cərəyanına sahib ola bilər: “Bunu “Large Hardon Collider” (Böyük Hardon Kollayderi) ilə müəyyən etmək mümkün deyil. Digər tərəfdən, bizim həmkarlarımızın müşahidələr zamanı aşkarlanan radiosiqnallar onların mövcud olduğunu göstərir”. Fevralın sonunda astronomlar Böyük partlayışdan 180 milyon il sonra yaranan ulduzun izini aşkarlayıblar(teleqraf).
Muxalifet4 - 31-05-2018
Zabit Səmədova "Gelandevagen" hədiyyə edildi – FOTO
Azərbaycanlı K-1 ustası Zabit Səmədova qələbə qazanması münasibətilə bahalı hədiyyə verilib.
Belə ki, Çeçenistanın “Əhməd” kikboksinq klubu Səmədova "Gelandevagen" markalı avtomobil hədiyyə edib.
Xatırladaq ki, ötən gecə baş tutan qarşılaşmada Zabit Səmədov fransız rəqibi Freddi Kemayoya 5 dəqiqə davam edən görüşdə 50:46 hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib.Muxalifet4 - 31-05-2018
ŞOK: Paşinyan böyük dövlətlərə qarşı “HÜCUMA” KEÇDİ - İran, Rusiya və Türkiyə TƏHLÜKƏDƏ
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bu ilin aprel ayının sonlarında Ermənistanda kütləvi etiraz aksiyaları nəticəsində Serj Sarqsyanın baş nazir postundan istefa vermək məcburiyyətində qalması onun hakimiyyətlə vidalaşması idi.
"Haykakan Jamanak" qəzetinin sabiq baq redaktoru, bir zamanlar keçmiş prezident Levon Ter-Petrosyanın yanında yavərlik etmiş Nikol Paşinyan Ermənistanın baş naziridir.Muxalifet3 - 31-05-2018
ABŞ bundan sonra kartlarını uduzdu - Əsəd
Bizim Duma bölgəsində kimyəvi hücum həyata keçirməyimizlə bağlı ABŞ-ın yönəltdiyi ittihamlara dünya inanmır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriya lideri Bəşər Əsəd deyib.
O bildirib ki, ABŞ-ın bütün maneələrinə baxmayaraq Suriya 7 illik müharibəni demək olar ki, qazanıb:Muxalifet3 - 31-05-2018
Avropa ABŞ-a qarşı hərəkətə keçdi: 1 iyunda...
Avropa Şurası ABŞ-ın polad və aliminumla bağlı əlavə gömrük rüsumuna qarşı 1 iyunda Dünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində hüquqi prosedurlar başladacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA-nın məlumatına deyilir.
Bildirilib ki, avropalı komissarların iclasında bu barədə qərar verilib.
Qeyd edək ki, bu gündən etibardən ABŞ hökuməti Kanada, Meksika və Avropa İttifaqı ölkələrindən polad və aliminium idxalına əlavə gömrük vergisi tətbiq edəcək.
Muxalifet3 - 31-05-2018
İranlı general açıqladı: ABŞ-la müharibə olarsa...
ABŞ nüvə proqramımızı zorla sonlandıra bilməyəcəyini anlayır, ona görə də bunu bizdən istəyir.
Muxalifet.az xəbər verir ki, bunu iranlı general Hüseyn Səlami deyib.
“Silahlı qüvvələrimizin müdafiə və hücum qabiliyyəti, regionda nüfuzu olduqca güclüdür. Müharibə olması durumunda ABŞ bizimlə bacarmayacaq”, - deyə Səlami bildirib.
Muxalifet3 - 31-05-2018
”Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi ola bilməz. Bizimlə müharibə diliylə danışa bilməzlər” – Erməni spikerdən AÇIQLAMA
“Arçax” respublikası heç vaxt Azərbaycanın bir hissəsi ola bilməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistan milli məclisinin spikeri Ara Babloyan deyib.
İtaliyanın Ermənistandakı səfiri Vinçense del Monako ilə görüşdə Qarabağ məsələsinə toxunan Ara Babloyan bildirib ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. "Demokratik Arçax" respublikası heç vaxt müharibə dili ilə danışan Azərbaycanın bir hissəsi ola bilməz.
Muxalifet3 - 31-05-2018
Buz dövründə insanlar Amerikaya köç edib - Tapıntı
Alimlər buz dövrü insanlarının Asiyadan Sakit okean sahillərini keçərək Şimali Amerikaya köçünü göstərən izlər aşkar ediblər.
Muxalifet3 - 31-05-2018
Koalisiyadan etiraf: 892 dinc sakini öldürdük
ABŞ-ın İŞİD-ə qarşı başçılıq etdiyi koalisiya 2014-cü ildən bəri Suriya və İraqda təşkil etdiyi hərbi əməliyyatlarda 892 dinc sakin ölüb.
Muxalifet.az xəbər verir ki, bu barədə koalisiyanın hesabatında deyilir.
Bildirilib ki, 2014-cü ilin aprelindən 2018-ci ilədək 29 min 358 hücum təşkil edilib.
Qeyd edək ki, koalisiya bundan öncə də bir neçə dəfə hücumlarda dinc əhalinin öldüyünü bəyan etmişdi.
Muxalifet3 - 31-05-2018
Husilər Səudiyyəyə məxsus helikopteri vurdu
Yəməndə husiləri Səudiyyə Ərəbistanına məxsus helikopteri hədəf alıblar.
Muxalifet.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Helikopterin ekipaj heyəti barədə informasiya yoxdur.
Ər-Riyad isə məsələ ilə bağlı hələ ki, bəyanat yaymayıb.
Muxalifet3 - 31-05-2018