Axtarış
The search found 105785 results in 0.116 seconds.
Search results
Bakı Apellyasiya Məhkəməsinin hakimi VƏFAT ETDİ
Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov vəfat edib.
APA-nın xəbərinə görə, A. Abdinbəyov uzun sürən xəstəlikdən sonra bu gün 61 yaşında dünyasını dəyişib.Muxalifet2 - 31-05-2018
Əcnəbi daimi yaşamaq icazəsini necə alır?
Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində daimi yaşaması qaydaları barədə bilgi yayıb. Novator.az bildirir ki, arayışa görə, azı 2 il Azərbaycan ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu əsaslarla daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər:
– Azərbaycan vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olma;
– ölkə iqtisadiyyatına azı 500 000 manat məbləğində investisiya qoyma;Muxalifet2 - 31-05-2018
Qarabağda vəziyyət dəyişdi, ERMƏNİLƏR AYAĞA QALXIR - Bakı hərəkətə KEÇƏ BİLƏR
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində üsyan başlayır.
Muxalifət.az xəbər verir ki, “Arsax işığı” (Dağlıq Qarabağ) hərəkatının üzvləri Vaan Badasyan, Qrişa Ayrapetyan, Artuq Xaçatryan, Nerses Oqanyanyan, Vaçik Zakaryan, Aşot Beklaryan, Qnel Ambartsumyan, Albert Ambartsumyan, Mhitar Asribabyan, Arnoldik Sarkisyan, Tiqran Qalfanyan, Vaçik Balasanyan, Suren Sarkisyan, Qor Ayrikyan, Serqey Amiryan və Mqer Petrosyan Qarabağdakı Bako Saakyan rejiminin əleyhinə bəyanatla çıxış ediblər.Muxalifet2 - 31-05-2018
Səudiyyə Ərəbistanında hərbi bazaya HÜCUM OLUB
Səudiyyə Ərəbistanında Məkkə şəhərindən 70 kilometr aralıda yerləşən Taif şəhərindəki Milli qvardiyanın bazasına baş vermiş hücum nəticəsində bir neçə hərbçi yaralanıb. Bundan əvvəl isə hücum edənlər polis əməkdaşını qətlə yetiriblər.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, terrorçulardan biri bıçaqla yol hərəkətinə nəzarət edən polis serjantına hücum edib və onu qətlə yetirib, silahını və avtomobilini ələ keçirib.
Silahlılardan biri Milli qvardiyanın hərbçiləri ilə atışmada yaralanıb və sonradan saxlanılıb. İkinci terrorçu qaçıb.Muxalifet2 - 31-05-2018
MM-də təklif: Bu məsələ ASAN Xidmətə verilsin
Hər hansı müəssisədə ixtisar olanda ən sonda əlilləri işdən azad etməlidirlər. Təəssüf ki, müəssisələrdə belə məqamlarda ilk növbədə onları uzaqlaşdırırlar.
Bu sözləri millət vəkili Siyavuş Novruzov “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi barədə müzakirələr zamanı deyib.
Millət vəkili bildirib ki, dövlət qanunvericilikdə bunu nəzərə alıb, lakin bəzi sturukturlar buna nəzarət etmir:Muxalifet2 - 31-05-2018
"Neftçi" baş məşqçi Tərlan Əhmədovla YOLLARINI AYIRDI
“Neftçi” PFK əsas komandanın baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb. Müşahidə Şurasının və təsisçilərin qərarı ilə onunla qüvvədə olan müqavilə yenilənməyib.
“Neftçi” PFK olaraq Tərlan Əhmədova xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.Muxalifet2 - 31-05-2018
NATO ilə tanqo oynamağa hazırıq - RUSİYA
Rusiya NATO ilə dialoq qurmağa hazırdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Tanqo üçün 2 nəfər lazımdır. Biz heç nəyə son qoymamışıq, dialoqa hazırıq. Ancaq NATO-nun bizim milli maraqlarımıza qarşı çıxış etdiyi yerdə biz həmin maraqları qoruyacağıq. Real vəziyyət bunu tələb edir”, - Qruşko bildirib.
Qruşkonun sözlərinə görə, alyans özünə yeni dünyada yer tapa bilməyib:Muxalifet2 - 31-05-2018
Sürücülük vəsiqələri dəyişdirilir - YENİLİKLƏR
Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna bir sıra dəyişiklik edilib.
Qanun layihəsinə barədə millət vəkili Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə, bu dəyişiklik qanuna velosiped və digər vasitələrdən istifadənin qanunla tənzimlənməsinə imkan verir: “Bu həm də vətəndaşlara əldə etdikləri sürücülük vəsiqəsini dünyanın bir sıra ölkələrində istifadə etməsinə imkan verəcək”.
Qanunun 33-cü maddəsinə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrində istifadə yaşı müəyyən edilib.Muxalifet2 - 31-05-2018
Çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü, 1 nəfər xəstəxanaya yerləşdirildi - YENİLƏNİB
Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğınla bağlı hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb edilib.
Bu barədə apa-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
Onun sözlərinə görə, isterik reaksiya ilə bağlı yerində 4 nəfərə ilkin tibbi yardım göstərilib.
S. Əhmədova qeyd edib ki, 1 nəfər tüstüdən boğulub, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.Muxalifet2 - 31-05-2018
Milli Məclisin yaz ssesiyası BAŞA ÇATDI
Milli Məclisin yaz ssesiyasının sonuncu iclası başa çatıb.
Muxalifət.az xəbər verir ki, spiker Oqtay Əsədov bildirib ki, deputatların 79 nəfərinin məktubu ilə növbədənkənar iclaslar olacaq: “Hörmətli millət vəkilləri iclasların vaxtı barədə sizə məlumat veriləcək”.
Bununla da yaz ssesiyasi bağlı elan edilib.Muxalifet2 - 31-05-2018
Putin Kim Çenə məxfi MƏKTUB GÖNDƏRDİ
Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər naziri Sergey Lavrov vasitəsilə Şimali Koreya lideri Kim Çen İnə məktub göndərib.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov Kim Çen İnə göndərilən məktubda nələrin yazıldığını deməkdən imtina edib.
Qeyd edək ki, Lavrov dünən Pxenyana səfər edib. O, Kim Çen İnlə görüşüb.Muxalifet2 - 31-05-2018
Azərbaycanın dövlət sərhədini pozan Türkiyə vətəndaşı tutulub – FOTOLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alıblar.
DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, hadisə Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.Muxalifet2 - 31-05-2018
"Kənddən 5-6 milyard qazana bilərik" - DEPUTATDAN TƏKLİF
Monopoliya kənd təsərrüfatına yaxın buraxılmamalıdır. İri təsərrüfatlar yaxşı işləyən kiçik təsərrüfatları sıradan çıxarmamalıdır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Əli Məsimli "Torpaq icarəsi haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, bununla da kənd təsərrüfatının icarə haqlarının büdcəyə daxil olması təmin edilməlidir:Muxalifet2 - 31-05-2018
Türkiyə səfirini yenidən Vaşinqtona göndərir
Türkiyənin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Sərdar Kılıç ABŞ-a geri göndərilir.
Muxalifət.az xəbər verir ki, Kılıç Mövlud Çavuşoğlunun Pompeo ilə gerçəkləşəcək görüşündən əvvəl xidməti yerində olacaq.
Xatırladaq ki, Donald Trampın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürmək qərarına etiraz əlaməti olaraq Türkiyə Vaşinqtondakı səfirini məsləhətləşmələr üçün geri çağırmışdı.Muxalifet2 - 31-05-2018
“Görüş zamanı eşitdim ki...” - Kremlin ənənəvi ssenarisinin ŞOK DETALLARI
“Moskva Donbasda “LXR” və “DXR”lə (“xalq respublikaları” adlandırılan separatçı rejimlər –red.) birbaşa danışıqları təklif edərək Ukraynanı tələyə salmaq istəyir”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Georgi Tuk deyib.
“Kremlin hədəfi Ukraynada Dnestryanı ssenarisini təkrarlamaqdır. Moldovanın baş nazirin müavini ilə görüş zamanı mən eşitdim: bizim strateji səhvimiz ondan ibarətdir ki, Dnestryanı ilə birbaşa danışıqlara razılaşdıq”, - o bildirib.Muxalifet2 - 31-05-2018
KRAL KLUBUNDA ŞOK - Əfsanə istefa verdi
Zinəddin Zidan “Real Madrid”in baş məşqçisi postunu tərk edib.
Muxalifət.az xəbər verir ki, Zidan qərarını bu gün baş tutan mətbuat konfransında açıqlayıb.
“Klubun 3 ildən sonra dəyişiklik etməsi vacib idi. Növbəti il “Real Madrid”də qalmamaq qərarını verdim”, - Zidan bildirib.
Mətbuat konfransında “Real Madrid”in prezidenti Florentino Perez də iştirak edib.Muxalifet2 - 31-05-2018
200 manatlıq əskinaslar DÖVRİYYƏDƏ
Artıq “Azərbaycan Beynəlxalq Bankı”nın bankomatlarında bir müddət öncə ölkədə dövriyyəyə buraxılan 200 manatlıq əskinasları əldə etmək mümkündür.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat bank tərəfindən verilib.
Bu gündən etibarən inkassasiya zamanı başqa nominallarla yanaşı, bankomatlardan 200 manatlıq əskinaslar da veriləcək.Muxalifet2 - 31-05-2018
24 yaşlı oğlan iş yerində özünü asdı - ŞƏKİDƏ
Şəkidə intihar olub.
Muxalifət.az xəbər verir ki, hadisə rayonun Axundov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən ayaqqabı sexində işləyən, 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədov sexin tavanından özünü asıb. Onun asılmış meyiti iş yoldaşları tərəfindən aşkar edilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb./apa/Muxalifet2 - 31-05-2018
İyun ayının HAVA PROQNOZU açıqlandı
İyun ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə bir qədər yüksək olacağı gözlənilir. İyun ayının ilk günlərində hava şəraiti qeyri-sabit, küləkli keçəcək, havanın temperaturu normadan aşağı olacaq. Birinci ongünlüyün ortalarından temperatur yenidən yüksələcək.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı gözlənilir.Muxalifet2 - 31-05-2018
Votsapda gözlənilən funksiya İSTİFADƏYƏ VERİLDİ
"Votsap" messencerində qrup şəklində ünsiyyət həvəskarları üçün çoxdan gözlənilən funksiya istifadəyə verilib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, artıq messencer istifadəçiləri qrup şəklində səsli və videozənglər funksiyasından yararlanmaq imkanı əldə ediblər.
Məlumata görə, iki istifadəçinin başladığı söhbətə sonradan daha iki nəfəri əlavə etmək mümkündür. Bunun üçün danışıq rejimində ekranın sağ yuxarı küncündə yerləşən xüsusi işarənin üzərinə toxunmaq kifayətdir.Muxalifet2 - 31-05-2018