Axtarış

The search found 105785 results in 0.155 seconds.

Search results

  1. ​Azərbaycan XİN-dən BƏŞƏR ƏSƏDƏ ETİRAZ:“Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq”

     “Azərbaycan Respublikası Gürcüstanın BMT-yə üzv olarkən beynəlxalq səviyyədə qəbul olunmuş sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır”.
    Bu sözləri Suriya hökuməti tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqil dövlət kimi tanınmasını APA-ya şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
    O bildirib ki, bu, Azərbaycanın prinsipial mövqeyidir.

    Muxalifet2 - 31-05-2018

  2. KREML:"Kiyev Babçenkoya qarşı sui-qəsddə Moskvanı ittiham etdiyinə görə cavab verməlidir"

    “Rəsmi Kiyev jurnalist Arkadi Babçenkoya qarşı sui-qəsddə Moskvanı ittiham etməsinə görə cavab verməlidir”.
    Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
    Qeyd edək ki, daha əvvəl A.Babçenkoya qarşı sui-qəsd haqqında yayılan informasiyada Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qriçak Rusiyanı ittiham edib.

    Muxalifet2 - 31-05-2018

  3. ​Ermənistanda mer və müavini HƏBS OLUNDU

    Ermənistan polisi Masis şəhərinin meri David Ambartsumyan və müavini Karen Ohanyanı həbs edib.
    Muxalifət.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
    Məlumata görə, polis İrəvanda baş verən iğtişaşlarla bağlı 5 nəfəri həbs edib. Masis şəhərinin meri və müavini də həbs olunanların arasındadır.

    Muxalifet2 - 31-05-2018

  4. ​MÜQƏDDƏS ZİYARƏTGAHLARA GETMƏK ASANLAŞDI

    AZAL müqəddəs ziyarətgahları daha əlçatan edəcək yeni reyslər açır.
    Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər artıq AZAL-ın saytında satışa çıxarılıb.
    AZAL-dan Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu - ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar.

    Muxalifet2 - 31-05-2018

  5. ​Danimarka parlamentindən müsəlmanları qəzəbləndirəcək QƏRAR

    Danimarkanın parlament ictimai yerlərdə üzü bağlayan baş geyimlərinin istifadəsinin qadağan edilməsi ilə bağlı hökumətin təklifini dəstəkləyib.
    Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli DR radiosu bildirib.
    Radiostansiyanın məlumatına görə, qadağa 2018-ci il avqustun 1-dən qüvvəyə minəcək. Qadağanın pozulmasına görə 1 min kron (təxminən 160 dollar) cərimə nəzərdə tutulub.

    Muxalifet2 - 31-05-2018

  6. Fransanın xəbər agentliyi bəyan etdi: “MÜHARİBƏ QAPIDADIR!”

    Xüsusi hesabatçı: NATO hibrid müharibə təhdidinə qarşı tədbir görməlidir
    Muxalifət.az xəbər verir ki, “Frans-Press” xəbər agentliyi NATO-nun qarşılaşdığı yeni bir problemi barəsində informasiya verib. Birləşmiş Krallığın NATO-ya hesabat təqdim edən mühafizəkar partiyası millət vəkili hərbi ittifaqın 5 nömrəli maddəsinin dəyişdirilməsini təklif edib.
    Lord Copinq hazırladığı hesabatda Rusiyanın hibrid müharibə təhdidinə qarşı təklifini Varşavada keçirilən NATO Parlament Assambleyası iclasında açıqlayıb.

    Muxalifet2 - 31-05-2018

  7. Bu azərbaycanlılar futbol üzrə dünya çempionatını izləyə bilməyəcəklər- SİYAHI

    Rusiya DİN bu ölkədə keçiriləcək dünya çempionatında arzuolunmaz azarkeşlərin siyahısını dərc edib.
    Muxalifət.az-ın Rusiya DİN-in rəsmi saytına istinadən məlumatına görə, siyahıda müxtəlif ölkələrdən 453 nəfərin adı var. “Arzuolunmazlar”ın siyahısına bu azərbaycanlıların da adı düşüb. Bunlar Əzizbəyov Rüstəm Zükfüqar oğlu, Əliyev Eldar Vaqif oğlu və Yolçuyev Cabbar Şəmistan oğludur.
    Siyahıda olanlar bu ilin noyabrına qədər Rusiyada keçirilən heç bir idman tədbirinə buraxılmayacaqlar.

    Muxalifet2 - 31-05-2018

  8. ​Liberman MOSKVAYA GETDİ: İranın taleyi həll edilir

    Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə İsrail Müdafiə naziri Aviqdor Liberman arasında görüş baş tutub.
    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik görüşün Moskvada baş tutduğu bildirilib.
    Görüşdə Suriya və İordaniya sərhədindəki vəziyyət müzakirə edilib.
    Qeyd edək ki, Libermanla bərabər Rusiyaya İsrail Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat üzrə rəisi general-mayor Tamir Xayman, Müdafiə Nazirliyinin Diplomatik Təhlükəsizlik üzrə rəisi polkovnik Zoar Palti də gəlib

    Muxalifet2 - 31-05-2018

  9. MKİ-nin işgəncələrinə ortaq olublar: AVROPA MƏHKƏMƏSİNDƏN QƏRAR

    Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2011 hücumlarından sonra tutulan və hazırda Quantanamo həbsxanasında saxlanılan Fələstinli Əbu Zübeydə və Səudiyyə Ərəbistanı vətəndaşı Abdülrahim əl Naşirinin müraciətlərinə baxaraqi qərar verib. Buna görə Rumıniya və Litvanın, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli həbsxanalar qurmasına icazə verdiyinə hökm edilib.
     

    Muxalifet3 - 31-05-2018

  10. ​Azərbaycanlı məktəblidən LAYİHƏ: 3 saniyədə enerji yığan smartfon

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Yüksək Texnologiyalar Parkının 23 nömrəli orta ümumtəhsil məktəbində “İdeyadan Biznesə” layihəsi çərçivəsində təşkil etdiyi təlimdə məktəbin şagirdi Riyad Orucov maraqlı ideya təqdim edib.
     
    Muxalifət.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, ideyanın reallaşdırılması zamanı mobil qurğu 3 saniyə ərzində tam olaraq cərəyan toplayacaq.

    Muxalifet4 - 31-05-2018

  11. ​“Azərbaycan və Avropa İttifaqı bir-birinə daha da yaxınlaşır” - Günter Ottinger

    “Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq qurulub, tərəflər bir-birinə daha da yaxınlaşır”.
     
    Muxalifət.az xəbər verir ki, bunu “Report”a Avropa İttifaqının (Aİ) büdcə və insan resursları üzrə komissarı Günter Ottinger deyib.
    O xatırladıb ki, 2011-ci ildə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün sənəd imzalanıb: “Avropa tezliklə Gürcüstan və Türkiyə, oradan da Yunanıstan, Bolqarıstan, Qərbi Balkan ölkələri və İtaliya vasitəsiylə Azərbaycandan qaz alacaq”.

    Muxalifet4 - 31-05-2018

  12. ​Salyanda dolu yağıb - VİDEO

    Salyan rayonuna güclü yağış və dolu yağıb.
     
    Muxalifət.az xəbər verir ki, təbiət hadisəsi daha çox rayon mərkəzində qeydə alınıb.
    Belə ki, əvvəlcə müşahidə olunan güclü yağış sonradan intensiv xarakter alıb və ardınca doluya çevrilib.
    Güclü yağış və dolu təsərrüfatlara ciddi ziyan vurmayıb./report/

    Muxalifet4 - 31-05-2018

  13. Deputatın oğluna qarşı cinayətin detalları məlum oldu

    Bakıda biznes qurmaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirli bilinən Elnur İbrahimovun törətdiyi cinayətlərin təfərrüatı məlum olub.
     
    Muxalifət.az apa-ya istinadən xəbər verir ki, E. İbrahimov özgə əmlakının etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən ofis ləvazimatları və kartriclər gətirərək, satmağı, satışdan əldə olunan gəlirdən qazanc verəcəyi ilə tanışı Həbib Axundovu aldadıb.

    Muxalifet4 - 31-05-2018

  14. Bakı bulvarında iri əyləncə mərkəzi açılacaq - FOTOLAR

    Bu il Bakı bulvarında "Caspian Waterfront" iri əyləncə mərkəzi açılacaq.
     

    Muxalifət.az xəbər verir ki, bunu mərkəzin layihələndirmə işlərini görən "Chapman Taylor" dizayner şirkətinin direktoru Tim Karran deyib.
    O bildirib ki, sahəsi 120 min kvadratmetr olan mərkəz ailəvi istirahət məkanı kimi hazırlanır: "Təklif ediləcək əyləncə xidmətlərinin çeşidi çox müxtəlif olacaq, mərkəzdə bütün nəslin nümayəndələri üçün çox gözəl ab-hava yaradılacaq".

    Muxalifet4 - 31-05-2018

  15. ​Nazirlərin ilk iş yeri - Fəhlə, tərcüməçi, tornaçı, biznesmen...

    Ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinin yeni tərkibi formalaşdı. Novruz Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərəcək hökumətin yeni tərkibində 41 üzv yer alır ki, onlardan 18-i müxtəlif sahələrə rəhbərlik edən nazirlərdir.
     
    Bəs görəsən ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri bir sahəyə məsul olan nazirlərimiz bu zirvəyə necə və hansı yollarla çatıblar?
     
    Araşdırma nəticəsində məlum olub ki;

    Muxalifet4 - 31-05-2018

  16. ​Narkotiklərə meyillənən gənclər məcburi müalicə oluna bilər

    Ölkədə gənclərin narkotik vasitələrə meyilliyinin azaldılması üçün daha təsiredici tədbirlər görmək lazımdır.
     
    Muxalifət.az xəbər verir ki, bu barədə Trend-ə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev bildirib.

    Muxalifet4 - 31-05-2018

  17. ​Məhkəmədən Təranə Qumralla bağlı ŞOK QƏRAR

    Müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumralın məhkəmədə hazırlıq iclası olub. İstintaq zamanı Təranə İbrahimovaya Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilib və onun barəsində başqa yerə getməmək barədə qəti iltizam qəti imkan tədbiri seçilib.
     
    Muxalifət.az bildirir ki, yenicag.az-a bu barədə "Alter Eqo" hüquq şirkətinin baş direktoru Heyrat Qarayev açıqlama verib:
    "Məhkəmədə hazırlıq iclası olub. Növbəti məhkəmə prosesi iyunun 7-sinə təyin olunub".

    Muxalifet4 - 31-05-2018

  18. ​Rusiya vətəndaşlarına pəncərəyə çıxmağı qadağan etdi - ŞOK SƏBƏBLƏR

    2018 Dünya Çempionatına ev sahibliyi edən Rusiya futbolçuların təhlükəsizliyini təmin etmək üçün yarışların təşkil edildiyi şəhərlərdə əhaliyə bəzi qadağalar qoyub.
     
    Muxalifət.az xəbər verir ki, yarışlar ərzində vətəndaşların pəncərədən baxması, eyvanlara çıxması və yarışların videosunu çəkməsi qadağan edilib.

    Muxalifet4 - 31-05-2018

  19. İyunun 1-nə MANATIN MƏZƏNNƏSİ

    İyunun 1-nə manatın məzənnəsi açıqlanıb.
     
    Muxalifət.az Mərkəzi Banka istinadən xəbər verir ki, 01.06.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2018-ci il mayın 31-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet4 - 31-05-2018

  20. Azərbaycanda mağazaya basqının ŞOK GÖRÜNTÜLƏRİ - Video

    Şirvan şəhərində mağazaya oğurluq məqsədiylə basqın olub.

    Muxalifet - 31-05-2018

Pages