Axtarış
The search found 105785 results in 0.06 seconds.
Search results
27 yaşlı oğlanı telefonla danışarkən ildırım vurdu - MASALLIDA
Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb.
Muxalifət.az apa-ya isinadən xəbər verir ki, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.
Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.Muxalifet4 - 31-05-2018
Danimarkada niqab qadağan edilir - Cərimə 1340 avro
Danimarkada qadınların kütləvi yerlərdə üzlərini bağlamaları qadağan olunacaq.
Muxalifet4 - 31-05-2018
Tramp: "Kim Çen Inla birgünlük görüş bəs etməz"
ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya lideri Kim Çen Inla birgünlük sammit bütün məsələləri müzakirə etmək üçün kifayət etməz.
Muxalifət.az xəbər verir ki, iki ölkə liderinin görüşəcəyi nəzərdə tutulan sammit iyunun 12-də Sinqapurda keçiriləcək.
ABŞ lideri sammitdə Şimali Koreya lideri ilə görüşü barədə deyib: "Bütün məsələləri bir sammit çərçivəsində müzakirə edəcəyimiz mümkün görsənmir. Ola bilsin ki, bizə ikinci və üçüncü görüş lazım olacaq. Bəlkə heç bir görüş də olmayacaq". (trend)Muxalifet4 - 31-05-2018
İraqın şimalında Türkiyənin 3 hərbçisi şəhid oldu
İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə terrorçular arasında baş verən atışma nəticəsində 3 əsgər şəhid olub.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Hadisə Türkiyə ordusunun İraqın şimalında antiterror əməliyyatı keçirdiyi zaman baş verib.Muxalifet4 - 31-05-2018
Heydər Əliyev adına Neft Emalı Zavodu oktyabrda əsaslı təmirə bağlanacaq
Heydər Əliyev adına Neft Emalı Zavodu oktyabr ayında planlaşdırılmış illik əsaslı təmirə bağlanacaq.
Muxalifət.az-ın məlumatına görə, bunu SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, illik əsaslı təmir işləri neft emalı zavodu ilə yanaşı, “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda isə 40-45 gün ərzində dayandırıla bilər: “Vəziyyət işin gedişatından asılı olaraq dəyişə bilər”.Muxalifet4 - 31-05-2018
İlahiyyat İnstitutuna rektor təyin edildi
Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib.
Muxalifət.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.Muxalifet4 - 31-05-2018
Haker virusları "icarəyə" verməklə milyonçu oldu
"Dr. Web" şirkətinin mütəxəssisləri ümumdünya internet şəbəkəsində "Faker" ləqəbli hakeri ifşa ediblər.
İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, o, virusları "icarəyə" verməklə auksion ruletlərində qələbəni təmin edən proqram satırmış.
Bundan başqa, "Faker" virusların köməyi ilə "Steam" akkuntlarını oğurlayırmış. Virusların yayılması guya şəbəkə oyunları üçün olan saxta səsli məlumat vasitəsilə reallaşırmış. Bununla da o, istifadəçilərin inamını qazanırmış.Muxalifet4 - 31-05-2018
Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 5,8 milyon manat ayırıb
Prezident İlham Əliyev “Ağsu rayonunun Muğanlı–İsmayıllı (7 km)–Xatman–Hacman–Kalva–Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Muxalifet4 - 31-05-2018
Ərdoğan Putinin Suriya böhranı üzrə xüsusi nümayəndəsi ilə görüşdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Rusiya prezidetinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi qəbul edib.
Muxalifət.az "TRTHaber"ə istinadən xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət müzakirə edilib.
Qeyd edək ki, mayın 25-də Rusiya prezidentinin Suriya böhranı üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və ölkənin Xarici İşlər Nazirliyinin Orta Şərq və Şimali Afrika İdarəsinin müdiri Sergey Verşin Türkiyəyə səfər etmişdi.Muxalifet4 - 31-05-2018
“MƏHKƏMƏ QƏTNAMƏSİNİN İCRA OLUNMASINA GÖSTƏRİŞ VERİN” - Generalın bacısı oğlunun “qurbanları”ndan nazirə müraciət
Bakı şəhər sakinləri Məmmədov Xəqani Məmməd oğlu və Fərzəliyev Vahid Qüdrət oğlu Ədliyyə naziri Fikrət Məmmədova və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevə ünvanladıqları növbəti məktubun bir nüsxəsini də “AzPolitika.info” saytına göndəriblər. Şikayətçilər Bakı şəhər Xətai İcra Şöbələrinin vəzifəli şəxslərinin fəaliyyətsizliyindən şikayətlənirlər. Məktubda deyilir: “Hörmətli nazir və Baş idarə rəisi!
Muxalifet4 - 31-05-2018
Prezident bir qrup şəsxi təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifət.az-ın xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan mülki aviasiyasının 80 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Əliyev Səyad Sabir oğlu
“Tərəqqi” medalı ilə
Abdullayev Nadir Əbülfəz oğluMuxalifet4 - 31-05-2018
Bricet Brink: ABŞ ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır
ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin Azərbaycana səfəri ilə bağlı məlumat yayıb.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, Bricet Brink mayın 31-i Bakıya rəsmi səfər edərək prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov, xarici işlər nazirinin müavini Araz Əzimov və müxalifət nümayəndələri ilə görüşlər keçirib.Muxalifet3 - 31-05-2018
İran ABŞ-a meydan oxudu: BİZİMLƏ BACARA BİLMƏZSİNİZ
İran İnqilab Mühafizəçiləri komandanlarından general-leytenant Hüseyn Selami, silahlı qüvvələrin raket inkişaf etdirmək proqramı və regional nüfuzunun çox güclü olduğunu, bir qarşıdurma olduğu təqdirdə belə ABŞ-ın bununla bacara bilməyəcəyini deyib.
Muxalifet3 - 31-05-2018
Bakıda DƏHŞƏT: Körpəni küçədə doğub, yola atdı - VİDEO
Paytaxt küçələrindən birində ürəkağrıdıcı olay yaşanıb.
Şəhər sakinləri torbada yenicə doğulmuş qız uşağı tapıblar.
Təcili tibbi yardım və polisə xəbər verən Bakı sakinləri bu görüntülər qarşısında üzüntülərini gizlədə bilməyiblər.
Körpənin ilkin doğum anındakı vəziyyətdə olması, üstünə əski parçası belə atılmadan sellofan torbada ölümə tərk edilməsi onu tapanlarda valideynlərinə qarşı nifrət hissi oyadıb
Muxalifet3 - 31-05-2018
Lavrovdan Kim Çen İnə müəmmalı hədiyyə - Video
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Şimali Koreya lideri Kim Çen İnə üzərində təsvir olan gizli qutu hədiyyə edib.
Muxalifet.az xəbər verir ki, Rusiya XİN rəhbəri hədiyyəni təqdim edərkən zarafatyana şəkildə “Bu qutuya gizli şeyləri qoya bilərsiniz” - deyə bildirib.
Muxalifet3 - 31-05-2018
Tramp ən yaxın müttəfiqlərini vurdu - Yüksək vergi
Avropa Birliyi, Kanada və Meksikadan idxal edilən polad və aliminiumla bağlı yüksək gömrük vergiləri gecəyarıdan etibarən qüvvəyə minəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın İqtisadiyyat naziri Vilbur Ros deyib.
O bildirib ki, polada 25, aliminiuma isə 10 faiz vergi tətbiq ediləcək.
Qeyd edək
Muxalifet3 - 31-05-2018
Eynək taxan insanların intellekti yüksək olur — Alimlər açıqladı
Zəif görmə və eynək taxmaq daha yüksək səviyyəli intellektlə bağlı ola bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə Edinburq universitetinin alimləri açıqlama veriblər. Alimlər 300 mindən çox insanın genetik məlumatını araşdırıblar.
Nəticələr “Nature Communications” jurnalında dərc edilib.
Alimlər intellektə təsir edən 148 genetik lokus aşkar ediblər.
Alimlər həm də yüksək intellekt və uzunömürlülük, ağ ciyər xərçəngi riskinin aşağı səviyyədə olması, möhkəm psixika və daha sağlam damarlar arasında əlaqəni də aşkar ediblər.Muxalifet3 - 31-05-2018
Gürcülər ayağa qalxdı, baş prokuror istefa verdi
Gürcüstanın Baş Prokuroru İraklı Şotadze istefa verib.
Muxalifet.az xəbər verir ki, bu barədə sputnik -in Gürcüstan bölməsi məlumat yayıb.
Buna səbəb kimi Tiflis məhkəməsinin yeniyetmələrin qətli ilə bağlı verdiyi qərar olub.
Belə ki, məhkəmənin şübhəli şəxsləri qismən təqsirli bilməsi cəmiyyətin ciddi etirazına səbəb olub və Şotadzenin istefası tələb edilib.
Xatırladaq ki, ötən ilin dekabrın 1-də Tiflisdə 16 yaşlı David Saralidze və Levan Dadunaşvili mübahisə zamanı bıçaqlanaraq öldürülüblər.Muxalifet3 - 31-05-2018
Oğlanı anasının qəbri üstündə ildırım vurdu
Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb.
Muxalifet.az-ın məlumatına görə, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.
Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.Muxalifet3 - 31-05-2018
Qaradağda yanğın: 20 nəfər təxliyə olundu
Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin eyvanında dolab 5 m2 sahədə yanıb.
Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı 20 nəfər bina sakini təxliyə olunub.
Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib, vəziyyəti normaldır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Muxalifet3 - 31-05-2018