Axtarış

The search found 105785 results in 0.114 seconds.

Search results

  1. ​Bu çimərliklərə getməyin - Nazirlikdən XƏBƏRDARLIQ

    Xəzər dənizinin və sahilyanı ərazilərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb.
    Report-un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsəlam Qənbərov mətbuat konfransında bildirib ki, nazirlik Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan ərazilərdə müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb.

    Muxalifet2 - 1-06-2018

  2. ​Azərbaycanda bank sektorunun zərəri - 4 AYDA 57 MİLYON MANAT

    2018-ci il mayın 1-nə bank sektorunun zərəri 57,1 mln. manat təşkil edib.
    "APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin 4 ayında bankların faiz gəlirləri 561 mln. manat, faiz xərcləri isə 201,1 mln. manat olub.
    Qeyd edək ki, banklar bu ilin yanvar-aprel aylarında kreditlər üzrə faizlərdən 386,6 mln. manat əldə edib.
    Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 242,5 mln. manat vəsait xərclənib.

    Muxalifet2 - 1-06-2018

  3. ​285 saylı bağçada DƏHŞƏT – Valideyni rüşvət verməyən uşağı tərbiyəçi vəhşicəsinə döyüb

    Xəzər rayon Binə qəsəbəsində yerləşən bağçada uşaqlardan biri tərbiyəçi tərəfindən döyülüb.
    Bu haqda Muxalifet.az-ın redaksiyasına uşağın anası Leyla Əlizadə məlumat verib.
    Onun sözlərinə görə, hər şey uşaq bağçasında “aylıq” adı altında yığılan 20 manat rüşvəti vermədikdən sonra baş verib.

    Muxalifet - 1-06-2018

  4. ​Azərbaycanın qonşuluğunda daha bir İNQİLAB? – İrəvandakı dalğa Tiflisə keçir

    Bu gün Tiflisin mərkəzində parlament binası qarşısinda daha genişmiqyaslı mitinqin keçirilməsi planlaşdırılır.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Xorava küçəsində qətlə yetirilən gəncin atasının, Zaza Saralidzenin təşkilatçılığı və #ნუმომკლავ (öldürmə) şüarı ilə keçiriləcək mitinq saat 16:00-a təyin edilib.
    Bir gün əvvəl aksiyanın təşkilatçıları parlament binası qarşısında “öldürmə” çadırını qurublar. Zaza Saralidze və onun onlarla tərəfdarı bütün gecə boyu orada qalıblar.

    Muxalifet2 - 1-06-2018

  5. ​4 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı vəzifəli şəxs HƏBS EDİLDİ

    Bakıda 4 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı bir nəfər həbs edilib.
    Muxalifət.az bildirir ki, Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, mayın 21-də Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) həyətində fəaliyyət göstərən çayxanada 4 nəfərin ölümü ilə nəticələnən partlayışla əlaqədar başlanmış cinayət işi üzrə həmin ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Muxalifet2 - 1-06-2018

  6. PALÇIQLA MÜALİCƏ - Çirkli müharibənin ideoloqları tərəfindən cəlb edilmiş trollar aqressiyanı artırır

    Təxminən iki ay əvvəl, mart ayında “Turan” agentliyi Azərbaycan siyasi meydanını əhatə edən indiyədək misli görünməmiş senzuradan kənar mübahisə ilə bağlı təhlilini auditoriyaya təqdim etmişdi.

    Muxalifet - 1-06-2018

  7. ​Pentaqon Suriya prezidentinə xəbərdarlıq etdi: “ABŞ və müttəfiqlərini ölkənizdən qova bilməzsiniz”

    Əsəd: “Artıq ölkənin yeganə problemi SDQ-dir”

    Muxalifet2 - 1-06-2018

  8. ​Balakişi Qasımov İTV-nin baş DİREKTORU SEÇİLDİ

    Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.
    APA-nın xəbərinə görə, iclasda İTV-nin baş direktoru vəzifəsinə seçki baş tutub.
    “İctimai televiziya və radio yayımı haqqında” qanunun müvafiq maddələrinin tələblərinə uyğun olaraq, Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İTV-nin baş direktoru seçilib.
    İclasda Yayım Şurasının 9 üzvündən 8-i iştirak edib ki, onların da hamısı gizli səsvermədə səslərini Balakişi Qasımova veriblər.

    Muxalifet2 - 1-06-2018

  9. ​DİN rəhbərinə məktub çatdırmaq istəyən JURNALİSTLƏR SAXLANILDI - Video

    Bu gün səhər 20-yə yaxın vətəndaş cəmiyyəti fəalı və media nümayəndəsi DİN-in qarşısına toplaşıb. Onlar daxili işlər naziri Ramil Usubova ünvanlanan məktubu ona təqdim etmək istəyiblər.
    Müraciətin mətni ötən gün açıqlanıb. Sənəddə nazir müraciəti imzalayanların hamısını həbs etməyə çağırılır. Belə ki, onlar da mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən yürüş və tədbirlərdə iştirak ediblər.
    Bundan sonra polis REAL Partiyasının 4 fəalını xuliqanlıqda və ictimi asayişi pozmaqda ittiham edərək həbs edib.

    Muxalifet - 1-06-2018

  10. ​İsrail-İran gizli razılaşması: HİZBULLAH BU ƏRAZİDƏN ÇIXIR

    Hizbullah və İrana bağlı olan digər qruplar İsrail-Suriya sərhədini tərk edirlər.
    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Yerusəlim Post” qəzeti yayıb. Qəzet İrana tabe olan qüvvələrin özəlliklə Dera və Kuneytra şəhərlərindən çıxmağı planlaşdırdığını bildirib.
    Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı mətbuatı İranla İsrail arasında gizli görüşün keçirildiyini və Tehranın Suriyanın cənub ərazilərini tərk etməyə razılıq verdiyi bildirilmişdi.

    Muxalifet2 - 1-06-2018

  11. ​Narkotik satan müəllim SAXLANILDI

    Narkotik vasitələrin satışı ilə məşğul olan müəllim saxlanılıb.
    Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında Laçın şəhər 1 saylı uşaq musiqi məktəbinin müəllimi Rüstəmov Şərif Qurban oğlunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Bakı şəhər prokurorluğuna məlumat daxil olduğu bildirilib.
    Daxil olmuş məlumat əsasında Bakı şəhər Baş Polis İdarəsi ilə birgə əməliyyat tədbirləri həyata keçirilib.

    Muxalifet2 - 1-06-2018

  12. Azərbaycanda AİLƏ FACİƏSİ: Ata, ana və oğlu bir ilin içində öldü - TƏFƏRRÜAT

    Dünən Masallı rayonunda ildırım vurması nəticəsində vəfat edən Mollaoba kənd sakini, 27 yaşlı Fərid Xəzər oğlu Həsənovla bağlı bəzi məqamlar üzə çıxıb.
    Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə ilə üzləşən gənc oğlan evli olub və 2 azyaşlı övladı qalıb.

    Muxalifet2 - 1-06-2018

  13. ​Trampın nitqləri ABŞ-ı tələyə saldı – İran HÜCUMA KEÇDİ

    İran parlamenti İŞİD terror qruplaşmasının Tehranda törətdiyi terror aktları ilə əlaqədar ABŞ-ı məhkəməyə verməyə hazırlaşır.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, İran məhkəmə iddiasında ABŞ prezidenti Donald Trampın seçkiqabağı niqtlərindən istifadə edəcək.
    Belə ki, Tramp seçkiqabağı kampaniyasında dəfələrlə iddia edib ki, İŞİD-i Barak Obama (həmin dövrün prezidenti) və Hillari Klinton (sabiq dövlət katibi) yaradıblar.

    Muxalifet2 - 1-06-2018

  14. Suriyada müxali güclər BİRLƏŞİR: 60 MİNLİK ORDU

    Azad Suriya Ordusuna (ASO) bağlı 11 hərbi müxalif qrupun birləşmə qərarı almasından sonra “Heyət Təhrir Şam”-ın da onlara daxil olacağı iddia edilib. Beləliklə, 60 min nəfərlik bir müxalif gücü yaranacaq.
     
    Suriyada Əsəd hakimiyyətinə müxalif olan silahlı qruplar birləşir. İdlib və Hama rayonunun şimalındakı Azad Suriya Ordusuna (ASO) bağlı 11 hərbi müxalif qrupun "Milli Azadlıq Cəbhəsi" adı altında birləşmə qərarı almasından sonra “Heyət Təhrir Şam”-ın (HTŞ) da bu qrupa qoşulacağı iddia edilib.

    Muxalifet3 - 1-06-2018

  15. “AzərRos” prezidentindən ŞOK AÇIQLAMA: "Bizim ermənilərlə heç bir problemimiz yoxdur" - VİDEO

    “AzərRos”un prezidenti ermənilərlə bağlı şok açıqlamlarla Rusiya televiziyasına müsahibə verib.

    Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqova ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu bildirib.

    Muxalifet - 1-06-2018

  16. “Elçibəyin düşmənlərini məhəbbətlə islah edirdi” – SƏRDAR CƏLALOĞLU YAZIR

    "Elçibəy millətə liderlik haqqını öz cəlladlarını belə, sevə biləcək qədər böyük bir şəxsiyyət olması ilə qazanmışdı"

    Muxalifet - 1-06-2018

  17. ​Bakı-Qazax yolunda sərnişin avtobusu aşdı – ÇOXLU SAYDA XƏSARƏT ALAN VAR

    Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.
    Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.
    İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.

    Muxalifet - 1-06-2018

  18. Ukrayna jurnalist Arkadi Babçenkonun "qətlinin sifarişçisini" həbs etdi

    Ukrayna məhkəməsi Kremlin tənqidçisi kimi tanınan jurnalist Arkadi Babçenkonun qətlini sirafiş verməkdə şübhəli bilinən biznesmeni həbs edib.
     
    Boris Herman Arkadi Babçenkonun qətli üçün muzdlu qatilə 15,000 min dollar verməkdə ittiham edilir.
    Boris Herman deyib ki, jurnalisti öldürmək niyyətində olmayıb və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edib.
    Ukrayna təhlükəsizlik qüvvələri həftənin ikinci günü Arkadi Babçenkonun ölümünü səhnələşdirib. Qurum bəyan edib ki, bununla Rusiya tərəfindən verilən sui-qəsd safarişinin qarşısını almağa çalışıb.

    Muxalifet3 - 1-06-2018

  19. ​İrandan Amerikaya İSMARIC: “BİZƏ GÜCÜNÜZ ÇATMAZ”

    İran İnqilabı Keşikçilərinin komandirlərindən olan general Hüseyn Səlami prezident Donald Trampın 2015-ci ildə imzalanan nüvə müqaviləsindən birtərəfli şəkildə imtina eləməsindən sonra xarici işlər naziri Mayk Pompeonun İran ilə yeni bir nüvə razılaşması üçün 12 maddəlik yeni şərtlər irəli sürməsini qınayıb, İranın regional nüfuzunun çox güclü olduğunu, toqquşma baş verəcəyi təqdirdə Amerikanın İranı üstələyə bilməyəcəyini deyib.

    Muxalifet - 1-06-2018

  20. Azərbaycanlı “qanuni oğru” saxlanıldı

    Azərbaycanlı “qanuni oğru” “Hacı Beyləqanski” Rusiyada saxlanılıb.
     
    Məlumata görə, Hacıbaba Talıbxanlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Moskvada həbs olunub. Hələlik onun hansı səbəbdən saxlanıldığı bəlli deyil.
    Qeyd edək ki, “Hacı Beyləqanski” ləqəbli kriminal avtoritet 2016-cı ildə İstanbulda qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin ən sadiq və yaxın adamlarındadır.

    Muxalifet3 - 1-06-2018

Pages