Axtarış

The search found 105785 results in 0.063 seconds.

Search results

  1. ​Azərbaycanda büdcə təşkilatlarına yeni tələb — Baş mühasib peşəkar olmalıdır

    Maliyyə Nazirliyi peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparacaq.
    Muxalifet.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.

    Muxalifet3 - 1-06-2018

  2. Avropa Çinə qarşı hərəkətə keçdi: Sistem çökə bilər...

    Avropa Birliyi (AB) Dünya Ticarət Təşkilatı (DTT) çərçivəsində Çinə qarşı hüquqi prosedurlara başlayıb. Muxalifet.az xəbər verir ki, buna səbəb kimi Çinin əqli mülkiyyət hüququna riayət etməməsi və şirkətlərən texniki baza məlumatlarını tələb etməsi göstərilib. Avropa Komissiyasının iqtisadiyyat üzrə müşaviri Sesiliya Malmström qeyd edib ki, şirkətlərdən zorla baza məlumatlarının alınmasına icazə verilməyəcək: “Çindəki tətbiqetmələr DTT qaydalarına uyğun gəlmir. Əsas oyunçular qaydalara əməl etməsə, sistem çökə bilər”.

    Muxalifet3 - 1-06-2018

  3. ​SON DƏQİQƏ: Paşinyan Qarabağı bu şərtlə Azərbaycana qaytarır

    Ermənistanın yeni baş nazirinin komandası xüsusi təkliflə çıxış edib
    Ermənistanın yeni baş naziri   Nikol Paşinyanın Nobel mükafatına namizədliyi verilə bilər.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə  TASS yerli erməni mətbuatına istinadən bildirir.
    Xəbərə görə, bu təşəbbüs Ermənistanda akreditasiya olunmuş bir neçə xariсi səfirə məxsusdur. Daha sonra onlara baş nazirin komandasının üzvləri də qoşulub.

    Muxalifet3 - 1-06-2018

  4. ​Tiflisin əsas prospekti bağlandı: Əhali etiraz edir

    Gürcüstanın paytaxtı Tiflisdə hökumətə qarşı etiraza qalxan əhali bu dəfə Rustaveli prospektində yolu bağlayıb.
    Muxalifet.az sputnik-ə istinadən xəbər verir ki, əksəriyyəti gənclər olan aksiyada 3 minə yaxın insanın iştirak etdiyi deyilir.
    Məlumata görə, aksiya təşkilatçıları, o cümlədən oraya gələn siyasətçilər 2 gəncin öldürülməsi olayının siyasiləşdirməməsi ilə bağlı çağırış edib.

    Muxalifet3 - 1-06-2018

  5. ​O cavan oğlan dəcəlləşib - Ərdoğan

    Avstriyanın Baş naziri Sebastian Kurz çox dəcəlləşib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə deyib.
    “Hazırda başımıza bəla olan Avstriya baş naziri 30 yaşındadır. O, xarici işlər naziri olanda yaşı 28 idi. Amma çox dəcəlləşib, havalara girdi. Aradabir Türkiyəyə qarşı xoş olmayan sözlər işlədir”, - deyə Ərdoğan bildirib.
    Qeyd edək ki, S.Kurz Türkiyəyə qarşı sərt mövqeyi ilə tanınan avropalı siyasətçilərdəndir.
     

    Muxalifet3 - 1-06-2018

  6. ​Ramazan ayının 17-ci gününün duası— İmsak və iftar vaxtı

    Bu gün Azərbaycanda Ramazan ayının on altıncı günüdür. Muxalifet.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 2-də imsak saat 03:24, iftar isə 20:21-dədir. İmsak duası: “Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin”. Tərcüməsi: “İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah!

    Muxalifet3 - 1-06-2018

  7. Bakı küçələrində yeni panduslar quraşdırılacaq

    Paytaxt küçələrində yeni panduslar quraşdırılacaq.
    Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, bu yay cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan pandusların quraşdırılması işləri də davam etdiriləcək.

    Muxalifet3 - 1-06-2018

  8. ​Hacıqabulda baş verən qəza ilə bağlı rəsmi — AÇIQLAMA

    ​Hacıqabulda baş verən qəza ilə bağlı rəsmi — AÇIQLAMAHacıqabul rayonu ərazisində baş verən yol qəzası zamanı hadisə yerinə ilk olaraq Dövlət Yol Polisi əməkdaşları gəlib və sərnişinlərə operativ yardım göstərilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.
    O.Mansurzadənin sözlərinə görə, polis əməkdaşları hadisə yerinə gələrək təcili tibbi yardım briqadası çağırıb:

    Muxalifet3 - 1-06-2018

  9. ​ŞOK: Uşaqları həyatından edən bayram: "Oyun çadırı insanların üstünə belə aşdı" – VİDEO

    Muxalifet.az sosial mediada yayılan və onlarla uşağın xəsarət aldığı deyilən həmin görüntüləri təqdim edir:

    Muxalifet3 - 1-06-2018

  10. ​Qəzza zolağında toqquşma — 21 yaşlı qız öldü, 100 fələstinli yaralanıb

    Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma olub.
    Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, toqquşmalar nəticəsində 1 nəfər ölüb, 100 fələstinli yaralanıb. Ölən şəxsin 21 yaşlı fələstinli qız olduğu bildirilir.
    Bundan əvvəl Fələstinin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, martın 30-dan etibarən Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.

    Muxalifet3 - 1-06-2018

  11. ​Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var

    İyunun 1-də Azərbaycanda əsas qiymətli metallar ucuzlaşıb.
    Muxalifet.az-ın trend-ə məlumatına görə, qızılın qiyməti mayın 31-i ilə müqayisədə 7,9135 manat azalaraq 1 troy unsiyası üçün 2207,6965 manat təşkil edib.
    Gümüş 0,1683 manat ucuzlaşaraq 1 unsiya üçün 27,9256 manata bərabər olub.
    Platinin qiyməti 4,318 manat azalaraq 1543,5915, palladiumun qiyməti 2,3375 manat azalaraq 1679,0475 manat təşkil edib.
     

    Muxalifet3 - 1-06-2018

  12. ​Yunanıstandan Türkiyəyə jest

    Yunanıstanda saxlanılan və İnterpol xətti ilə axtarılan terrorçu Turqut Qaya Türkiyəyə ekstradisiya ediləcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Yunanıstan Ali Məhkəməsinin qərarında deyilir.
    Bildirilib ki, Yunanıstanın Ədliyyə naziri Stavros Kondonisin də bununla bağlı yekun qərar verəcəyi gözlənilir.
     

    Muxalifet3 - 1-06-2018

  13. Putin ərəb şahzadəsinə öz limuzinini göstərdi

    Rusiya Prezidenti Vladimir Putin Kremldə baş tutan görüşdən sonra Əbu Dabi vəliəhdi, şahzadə Məhəmməd bin Zeydə öz xüsusi limuzinini göstərib.
    Muxalifet.az xəbər verir ki, vəliəhd əvvəlcə avtomobilə nəzər gəzdirib, daha sonra isə arxa oturacağa əyləşib.
    Qeyd edək ki, Putin üçün nəzərdə tutulan məxsusi avtomobil “Kortej” layihəsi çərçivəsində hazırlanıb.
    Avtomobil gülləkeçirməz xüsusi zirehə malikdir.
     

    Muxalifet3 - 1-06-2018

  14. ​Tramp son qərarını açıqladı: Kim Çen İnlə görüşürəm...

    Şimali Koreya lideri Kim Çen İnlə 12 iyunda Sinqapurda görüşəcəyəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
    O, Pxenyana qarşı artıq maksimum təzyiq siyasəti yürütmək istəmədiklərini bildirib:
    “Baş tutacaq sammitin uğurla nəticələnəcəyinə ümid edirik”.
    Qeyd edək ki, bundan öncə Tramp görüşdən imtina etdiyini Tvitter səhifəsindən paylaşmış, səhərisi gün isə "görüş mümkündür" mesajını vermişdi.
     

    Muxalifet3 - 1-06-2018

  15. ​Cəlilabadda iki vəzifəli şəxs işdən çıxarıldı

    Cəlilabad rayonunda iki vəzifəli şəxs işdən çıxarılıb.
    Muxalifet.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Malik Şərbətov vəzifəsindən kənarlaşdırılıb.
    Rayonun Gənclər və İdman İdarəsinin rəisi Ramil Urşan oğlu Rəhimov da tutduğu vəzifədən azad edilib.
     

    Muxalifet3 - 1-06-2018

  16. ​Netanyahudan Əliyevə: Heç zaman unutmayacam

    İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
    Muxalifet.az xəbər verir ki, təbrikdə qeyd edilir:
    "Hörmətli cənab Prezident, əziz dost.
    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması münasibətilə İsrail hökuməti və xalqı adından səmimi təbriklərimi qəbul edin. Bu çox əlamətdar tarixi hadisəni qeyd etdiyiniz bir zamanda mən Sizə və Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğur arzu edirəm.

    Muxalifet3 - 1-06-2018

  17. Suriyada uzun müddətli MÜHARİBƏ HAZIRLIĞI

    Suriyada uzun sürəcək yeni bir müharibəni tətikləyənABŞ-İsrail alyansı, şimaldakı İŞİD-PKK oyununu cənubda Şiələr üzərindən həyata keçirəcək. ABŞ, Suriyanın şimal və şərq bölgələrində İŞİD üzərindən oynadığı oyunun oxşarını indi cənubda İranın dəstəklədiyi Şiə milisləri bəhanəsi ilə həyata keçirmək istəyir. ABŞ və İsrailin Suriyada uzun müddətli bir müharibəyə hazırlaşdığını deyən “Ceyşül Mücahid”-in keçmiş siyasi məsələlər üzrə səlahiyyətlisi Zəkəriyyə Mollahafçi, "Qərbli güclər öncə İranı, sonra da Türkiyəni Suriyadan çıxarmanın planlarını hazırlayır" deyib.

    Muxalifet3 - 2-06-2018

  18. ​Lavrovla Kimin görüşü xoşuma gəlmədi, ancaq... - TRAMP

    Rusiya və Şimali Koreya arasındakı danışıqlara mənfi yanaşıram, ancaq bu danışıqlar müsbət nəticə verərsə, münasibətimi dəyişəcəm.
    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə Rusiya XİN rəhbəri Sergey Lavrovun görüşünə münasibət bildirərkən deyib.
    "Lavrov-Kim görüşü xoşuma gəlmədi. Bu görüşün məqsədinin nə olduğunu soruşdum. Lakin bu, müsbət görüş də ola bilər. Əgər müsbət danışıqlardırsa, o zaman xoşuma gələr", - Tramp söyləyib.

    Muxalifet2 - 2-06-2018

  19. ​Artıq insanlar barmaq izindən deyil, yerişindən TANINACAQ

    Hər fərdin özünəməxsus gəzmək tərzinə sahib olmasından ilhamlanan elm adamları süni intellekt texnologiyasından istifadə edərək şəxsiyyəti təyin etmək üçün yeni bir sistem ərsəyə gətirib.
    Muxalifət.az xəbər verir ki, sistemdə minlərlə addım həm yerə yerləşdirilən təzyiq əyləcləri, həm də yüksək keyfiyyətli kameralar vasitəsilə müşahidə edilib.
    “Sinir şəbəkəsi” adlandırılan süni intellekt hər bir yeriş tərzindəki ağırlığın paylanmasını, sürətini və 3D ölçülərini analiz edib və insanların gəzişindəki spesifik cəhətləri təyin edib.

    Muxalifet2 - 2-06-2018

  20. ABŞ-la Şimali Koreya liderlərinin GÖRÜŞ VAXTI MÜƏYYƏNLƏŞDİ

    ABŞ və Şimali Koreya liderlərinin daha əvvəl planlaşdırılan görüşü ləğv olunduqdan sonra, Tramp, yeni verdiyi açıqlama ilə görüşün əvvəl nəzərdə tutulduğu eyni gündə, iyunun 12-də Sinqapurda baş tutacağını deyib.
     
    ABŞ prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Jong ilə daha əvvəl planlaşdırıldığı kimi iyunun 12-də Sinqapurda bir araya gələcəyini bildirib. Tramp, Şimali Koreyalı yüksək səviyyəli səlahiyyətli Kim Yong-çol ilə Ağ Evdə keçirdiyi görüşdən sonra mətbuat nümayəndələrinə dəyərləndirmə edib.

    Muxalifet3 - 2-06-2018

Pages