Axtarış
The search found 105785 results in 0.082 seconds.
Search results
Almaniyada xalqa “KÜÇƏYƏ ÇIXMAYIN” ÇAĞIRIŞI: İNANILMAZ HADİSƏ
Almaniyada hər kəs zooparkdan qaçan heyvanlar haqda danışır. İki aslan, iki pələng, bir yaquar üçün həyəcan siqnalı verilib, polis bir ayını vuraraq öldürüb.
Almaniyanın Lünebaç qəsəbəsində yerləşən zooparkdakı iki aslan, iki pələng və bir yaquarın qaçdığı bildirilib.
Alman polisi qəsəbə sakinlərinə evlərindən çıxmamaları üçün çağırışı edib.
Qaçan heyvanlar içərisində bir ayının da olduğu, ancaq sonradan polis tərəfindən vurularaq yaxalandığı bildirilib.
Müxalifət.azMuxalifet3 - 1-06-2018
"ASAN xidmət"ə yeni TƏYİNAT
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni təyinat olub.
Muxalifət.az xəbər verir ki, Dəmirli Orxan Novruz oğlu Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O.Dəmirli əvvəllər Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb. O, 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.Muxalifet2 - 1-06-2018
Məhkəmə Saakaşvilini HAQSIZ ÇIXARDI
Kiyev məhkəməsi Mixail Saakaşvilinin Ukraynadan deportasiyasının qeyri-qanuni olması haqqında qərar qəbul etməkdən imtina edib.
Muxalifət.az xəbər verir ki, məhkəmə Saakaşvilinin ölkədən deportasiyasının qanuni olduğunu bildirib.
Qeyd edək ki, Saakaşvilinin Ukraynaya girişi 2021-ci ilə qədər qadağan edilib. O, zor tətbiq edilməklə ölkədən çıxarılıb.Muxalifet2 - 1-06-2018
PKK terrorçuları “İKİNCİ QƏNDİLDƏN” TƏMİZLƏNDİ
Terror təşkilatı PKK-nın ikinci Qəndili kimi qəbul etdiyi Hakurka girən Türk əsgəri, terrorçuları zərərsizləşdirərək regionda əmin-amanlığı təmin edib.
Türk Silahlı Qüvvələri, terror təşkilatı PKK-ya qarşı əməliyyatlarında fasilə vermir.
Təşkilatın Suriyada yuvalandığı kəndləri bir-bir təmizləyən Türk əsgəri, Şimali İraqda da böyük bir əməliyyata başlayıb.
TERRORÇULAR TƏMİZLƏNİB
Muxalifet3 - 1-06-2018
İlham Əliyev icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Ramiz Yediyarovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifət.az-ın xəbərinə görə, Sərəncamda qeyd edilir ki, Ramiz Qəni oğlu Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.Muxalifet2 - 1-06-2018
LONDONDAN PKK ÇAĞIRIŞI
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İngiltərənin paytaxtı London şəhərinin bələdiyyə başçısı Sadiq Xan deyib: “PKK qanundakı boşluqlardan istifadə edirsə, məncə hökumətin və daxili işlər nazirinin bu qanuni boşluqları ləğv eləmək üçün addımlar atmağa başlaması çox mühümdür”.
Sadiq Xan bu sözləri türk icmasının şəhərin şimalındakı Əziziyyə məscidində təşkil elədiyi iftar süfrəsində, “Anadolu Agentliyi”nin müxbirinə söyləyib.Muxalifet2 - 1-06-2018
Baş direktor: "İTV-də kadr islahatları olacaq, tamaşaçı yeniliyi hiss edəcək"
"Müasir Azərbaycana müasir televiziya lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik".
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru Balakişi Qasımov jurnalistlərə açıqlamasında deyib.
Baş direktorun sözlərinə görə, tamaşaçı televiziyadakı yeniliyi hiss edəcək: "Çalışacağıq ki, planlarımızı qısa müddətdə həyata keçirək".
O qeyd edib ki, televiziyada kadr islahatları olacaq: "Bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, işləməyi bacaranlar narahat olmasınlar".Muxalifet2 - 1-06-2018
“Paşinyan hər dəfə xalqla görüşəndə stress keçiririk” - MÜHAFİZƏ RƏİSİ
Ermənistanın Baş naziri Nikol Paşinyan Serj Sərkisyanın prezidentliyi dövründə dövlət mühafizə xidmətinin rəisi olmuş Qraçya Artünyanı mühafizə rəhbəri təyin edib.
Muxalifət.az “Joxovurd” nəşrinə istinadla xəbər verir ki, Sərkisyana sadiq olan Qraçya Artünyanın rəhbərlik etdiyi struktur hazırda baş nazirə tabedir və o öz vəzifəsindən istefa verməyib.
Qraçya Artünya istefa etməməsinin səbəbini hərbçi olmaqda görür: “Hərbçiyəm, istefamla bağlı məsələni mən həll etmirəm. Nikol Paşinyan məni yaxşı qəbul elədi və normal əməkdaşlıq quruldu”.Muxalifet2 - 1-06-2018
Türkiyədə silahlı insident: YARALILAR VAR
Türkiyənin Bursa şəhərində yerləşən “Türk Telekom”un mərkəzi binasında silah səsləri eşidilib.
Muxalifət.az xəbər verir ki, hadisə yerində çox sayda yaralının olduğu bildirilib.
Hazırda “Türk Telekom”un mərkəzi binasına polis və təcili yardım briqadaları cəlb olunub.Muxalifet2 - 1-06-2018
Daha bir bələdiyyə sədri cərimələndi - 2000 MANAT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, reyd zamanı Şabran rayonu Uzunboyad bələdiyyəsinin ərazisinə məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı, qanunvericiliyə uyğun idarə edilmədiyi və yandırıldığı aşkar edilib.Muxalifet2 - 1-06-2018
27 obyektdə aksiz markasız məhsulların satışı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI
Vergilər Nazirliyi ölkə ərazisində alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışının həyata keçirilməsinin qarşısının alınması məqsədilə aparılan nəzarət tədbirlərini davam etdirir.
Muxalifet2 - 1-06-2018
İranda Azərbaycanla bağlı – MÜHÜM ADDIM
Bir qrup azərbaycanlı ədib İranda Azərbaycan dilində televiziya yaradılması üçün bir araya gəlib.
Kult.az İran mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı yazıçı Eyvaz Tahanın başçılığı ilə İranda yaşayan bir qrup azərbaycanlı milli-mədəni fəal bir araya gələrək Azərbaycan dilində internet televiziyasının yaradılması istiqamətində bir çox məsəllərin həlli problemini müzakirə ediblər.Muxalifet2 - 1-06-2018
Əfv siyahısına salmaq adı ilə dələduzluq - CİNAYƏT İŞİ BAŞLANIB
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikası Baş Prokurorluğu birgə məlumat yayıb.
Birgə məlumatda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən humanizm və ədalət prinsiplərinə əsaslanaraq reallaşdırılan uğurlu dövlət strategiyasının əyani təzahürü kimi ölkədə çoxsaylı əfv sərəncamları imzalanıb, minlərlə məhkum olunan şəxsin cəzadan azad edilərək cəmiyyətə reinteqrasiya olunması təmin edilir.Muxalifet2 - 1-06-2018
ABŞ-la savaşa hazırlaşmırıq - AB
Avropa Birliyi ABŞ-la ticarət müharibəsi aparmağa hazırlaşmır.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Avropa Birliyinin baş diplomatı Federika Moqerini yayıb.
“AB heç kimlə müharibədə deyil və müharibədə olmaq belə istəmir. Tariximizdə çoxlu savaşlar olub və hər şey bununla bitib. AB sülh layihəsidir. Biz qlobal və azad ticarətin tərəfdarıyıq”, - o bildirib.Muxalifet2 - 1-06-2018
Azərbaycanlı İŞİD-çiyə HÖKM OXUNDU
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində döyüşməkdə təqsirləndirilən Zaur Eynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Zaur Eynalov 8 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet2 - 1-06-2018
Geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
Ötən gündən başlayan geomaqnit həyəcanlaşmasının bu gün və qarşıdan gələn günlərdə davam edəcəyi, hətta qasırğaya keçəcəyi gözlənilir.
Bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.Muxalifet2 - 1-06-2018
İyunun 4-nə MANATIN MƏZƏNNƏSİ
İyunun 4-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Muxalifət.az-a verilən məlumata görə, 04.06.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il iyunun 1-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.
Muxalifet2 - 1-06-2018
Yeni nazir 20 yüksək vəzifəli məmuru işdən çıxardı - SİYAHI
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev son 2 həftə ərzində kütləvi şəkildə kadr islahatı həyata keçirib.
Unikal.org-un xəbərinə görə, DSMF-nin direktor müavini Xıdırov Sərdar Xasay oğlu vəzifəsindən azad edilib. Onun yerinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin qardaşı Cavid Abdullayev (Qaradağ DSMF-nin keçmiş müdiri) gətirilib.
Digər vəzifələrindən azad olunan şəxslər isə aşağıdakılardır:
Sosial ödənişlər şöbəsinin müdiri Şahin QuliyevMuxalifet2 - 1-06-2018
Kür sahilində kişi meyiti tapıldı - YENİLƏNİB
Şirvanda tapılan naməlum kişi meyitinin kimliyi məlum olub.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxs 1958-ci il təvəllüdlü Davudov Əlizamin Kərəm oğludur.
Meyitin Kür sahilində göldən tapıldığı bildirilir.***Şirvan şəhərində, Kür çayının sahilində naməlum kişi meyiti tapılıb.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, meyit tanınmaz haldadır. Faktla bağlı prokurorluqda araşdırma aparılır.Muxalifet2 - 1-06-2018
BMT-nin baş katibi İlham Əliyevə məktub göndərib
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir: "Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.Muxalifet2 - 1-06-2018