Axtarış
The search found 105785 results in 0.113 seconds.
Search results
Alman deputat: İlk səfərimi Bakıya ona görə etdim ki...
Mayın 30-da ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Nikolas Löbel Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonağa ölkəmizin əldə etdiyi uğurlar, reallaşdırdığı layihələr, qanun yaradıcılığı prosesi barədə geniş məlumat verib.Muxalifet3 - 30-05-2018
Voleybolçularımız Qızıl Avropa Liqasında Bolqarıstanı məğlub edib
Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II dövrəyə start verilib.
Muxalifet.az xəbər verir ki, Azərbaycan millisi IV turda Bolqarıstanı qəbul edib.
Qrupda son ev qarşılaşması yığmamız üçün xüsusi əhəmiyyətli idi. Çünki komandamız səfərdəki 1:3 hesablı məğlubiyyətin revanşını ala bilməsə, liderlik şansından, demək olar ki, çəkiləcəkdi. Bu da voleybolçularımıza növbəti mərhələyə keçmək yolunda böyük əngəl ola bilərdi.Muxalifet3 - 30-05-2018
Azərbaycanda 1 yaşadək uşaqların əsas ölüm səbəbləri
Azərbaycanda 1 yaşadək olan uşaqların əsas ölüm səbəbləri açıqlanıb.
Muxalifet.az-ın trend-ə istinadən məlumatına görə, 2017-cı ildə Azərbaycanda 1 yaşadək 1700 uşaq dünyasını dəyişib ki, onların 993-ü oğlan, 707-si qızdır.
2016-cı ildə ölkədə 999-u oğlan, 667-si qız olmaqla 1666 uşaq, 2015-ci ildə isə 1220-si oğlan, 813-ü qız olmaqla ümumilkdə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.
1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1028 nəfər (2016-cı ildə 1090) körpə dünyasını dəyişib.Muxalifet3 - 30-05-2018
AB-dən 181 milyonluq təklif: Qanunsuzluq...
Avropa Komissiyası 2021-2027-ci il büdcəsində korrupsiyaya qarşı mübarizə üçün 181 milyon avro vəsait ayrılmasını nəzərdə tutan təklifini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, AB üzv ölkələrin dələduzluq, korrupsiya və digər qanunsuzluqlara qarşı mübarizəsini gücləndirmək üçün belə bir addım atıb.
AB korrupsiyaya qarşı mübarizə proqramı yaradacaq. Proqram çərçivəsində Avropa miqyasında korrupsiyaya qarşı mübarizə rəsmilərinə təlimlər keçiriləcək.
Muxalifet3 - 30-05-2018
Lavrov və Pompeo arasında telefon danışığı: Fikir ayrılığı...
Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri, Suriya və Ukraynadakı böhranı, eləcə də ölkələr arasındakı fikir ayrılıqlarını müzakirə ediblər.
Telefon danışığı Pompeonun təşəbbüsü ilə baş tutub.
Muxalifet3 - 30-05-2018
ŞOK: Qurani Kərimə dil uzadan ABŞ prezidenti "İt kimi uladı" - ARXİV VİDEO
ŞOK: Qurani Kərimə dil uzadan ABŞ prezidenti "İt kimi uladı" - ARXİV VİDEO
Muxalifet3 - 30-05-2018
Madurodan çağırış: "Diriliş Ərtoğrul"u izləyin!
Həyat yoldaşım Cilia ilə "Diriliş Ərtoğrul" adında tarixi bir filmi izləyirik, siz də izləyin. Möhtəşəmdir! Osmanlı İmperiyasının banisi, müsəlman bir qəhrəmanın həyatından danışır. Hekayə o qədər gözəl izah edilir ki, özünüzü o qəsəbədə o dəyərləri və tarixi yaşayarkən görürsünüz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro Tvitter hesabında bildirib.
Maduro hər kəsi filmi izləməyə çağırıb.
"Diriliş Ərtoğrul"un prodüseri Məhməd Bozdağ da Maduroya Tvitter hesabından öz təşəkkürünü bildirib.
Muxalifet3 - 30-05-2018
"Türk axını"nın II mərhələsi bu ölkədən keçə bilər, ancaq..."
"Türk axını" layihəsinin II mərhələsini Bolqarıstandan keçirə bilərik, ancaq hələlik bir razılıq əldə etməmişik.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov bildirib.
Peskov məsələ ilə bağlı danışıqların davam etdirildiyini və Bolqarıstanın bununla məşğul olduğunu söyləyib: "Əvvəlki təcrübələrimizdən də bəllidir ki, Avopa Komissiyasının Bolqarıstana bəzi zəmanətləri olmadan bunu edə bilmərik. Müəyyən plan üzərində işlər görülür".Muxalifet3 - 30-05-2018
Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, 24 iyun seçkisi öncəsi son iclas 3 saat 15 dəqiqə davam edib.
İclasda qarşıya qoyulan məsələlər, seçki təhlükəsizliyi, terrorla mübarizə və Suriyadakı hadisələr gündəmə gətirilib.
Bundan əlavə, Türkiyənin hər zaman, hər sahədə Fələstin davasına sahib çıxmağa davam edəcəyi, dəstəyin beynəlxalq platformada davam etdiriləcəyi təsdiq edilib.
Muxalifet3 - 30-05-2018
“Məmməd Əmin Rəsulzadə: siyasi portret”
TEAS Press Nəşriyyat Evi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə dövlətçilik tarixinə dair kitabların nəşrini davam etdirir.
Muxalifet3 - 30-05-2018
Skripal əngəli: Abramoviç iş icazəsi də almalıdır
"Çelsi" futbol klubunun sahibi Roman Abramoviç İsrail vətəndaşlığı aldıqdan sonra İngiltərədə iş icazəsi də almalıdır.
Muxalifet.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən İngiltərə hökumətinin sözçülərindən biri məlumat verib.
Sözçü bildirib ki, Abramoviç 6 aya qədər İngiltərədə yaşaya biləcək, ancaq hər hansı işlə məşğul ola bilməz.
Qeyd edək ki, rusiyalı keçmiş zabit Sergey Skripal və qızı İngiltərədə zəhərləndikdən sonra Rusiyanın iş adamlarına qarşı sanksiyalar tətbiq edilib.
Muxalifet3 - 30-05-2018
Azərbaycanda nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb
Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb.
Muxalifet.az-ın trend-ə istinadən məlumatına görə, son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin ildə 26 288 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib. Bu isə həmin ildə bütün diri doğulanların 16,5 faizini təşkil edib.Muxalifet3 - 30-05-2018
Türkiyədə "Hacı"nın dəstəsinə basqın edildi: saxlanılanlar var
Türkiyənin paytaxtı Ankarada "Hacı" ləqəbli Göksəl S-nin mütəşəkkil cinayətkar dəstəsinə qarşı əməliyyat keçirib.
Muxalifet.az xəbər verir ki, paytaxtın 64 məntəqəsində eyni vaxtda əməliyyat keçirilib. Nəticədə 40 nəfər saxlanılıb.
Xüsusi təyinatlıların apardığı əməliyyatda 300 nəfər iştirak edib. İlk olaraq, Göksəl, Sinan, Gökçə S-nin olduğu Mamak binasına əməliyyat təşkil edilib.
Binada axtarış zamanı gizli bir keçid müəyyən edilib. Keçiddən cinayətkarların polis basqınından qaçmaq üçün istifadə etdiyi ehtimal edilir.
Muxalifet3 - 30-05-2018
Ən yaxşı HHM batareyası: yarış... - Foto
Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının təlim mərkəzində “Ən yaxşı HHM batareyası” adı uğrunda yarış keçirilir.
Muxalifet.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışlara müxtəlif zenit-raket kompleksləri və zenit qurğuları batareyalarının döyüş heyətləri cəlb olunub.
Bir neçə mərhələdən ibarət yarışlar zamanı batareyaların döyüş heyətləri atış, atəşin idarəolunması, texniki, fiziki, taktiki, atəş və xüsusi hazırlıq üzrə bacarıqlarını nümayiş etdirəcək.
Yarışların yekun nəticələrinə görə ən yaxşı HHM batareyası müəyyən ediləcək.
Muxalifet3 - 30-05-2018
Bin Laden peyda olub QİSAS ANDI İÇDİ: Səudiyyə devriləcək, Məkkə ələ keçiriləcək, ABŞ...
“Əl-Qaidə” terror təşkilatının lideri Üsəma bin Ladenin oğlu Həmzə bin Laden Qərbi atasının qisasını almaqla hədələyib. Həmzə həmçinin Səudiyyə Ərəbistanında monarxiyanı devirməyi, müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinəni tutmağı planlaşdırır.
Muxalifet.az xəbər verir ki, “RİA-Novosti” agentliyi onun atasının yerini tutmağa nə dərəcədə bacarıqlı olduğunu araşdırıb.Muxalifet3 - 30-05-2018
SON DƏQİQƏ: Erməni kəşfiyyatçı danışdı:"Qarşısı alınmazsa ermənilər Azərbaycana gedəcək..."
İrəvanda Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən “məxməri inqilab” Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də gəlir.
Muxalifet.az xəbər verir ki, Serj Sarkisyan tərəfindən həbsə atılan Samvel Babayan və Jirayr Səfilyanın azad olunması Xankəndində “Qarabağ klanı”ndan ibarət qondarma rejimin devrilməsi ilə nəticələnə bilər.
Ermənistan mediası Səfilyanın həbsdən azad olunandan sonra Xankəndinə yürüş keçirəcəyini yazıb.
Muxalifet3 - 30-05-2018
Biznesmenlər pullarını Rusiyadan çıxarır
Rusiya biznesindən ofşor zonalara kapital axını davam edir. Axın müxtəlif şirkətlərdə payların alınması və kreditlərin verilməsi yolu gerçəkləşir.
Muxalifet.az xəbər verir ki, bu haqda “Rosbalt” məlumat yayıb.
Rusiya Mərkəzi bankının hesablamalarına görə, təkcə ötən il Rusiyadan ofşorlara kapital axını 42 milyard dollara yaxın olub.
Bu rəqəm federal büdcənin il ərzində iqtisadi inkişafa xərclədiyi vəsaitdən 15 faiz çoxdur. Təhsil və səhiyyəyə ayrılan məbləğdən isə iki dəfə artıqdır.Muxalifet3 - 30-05-2018
Sərkisyandan şahzadəyə gülməli “hədiyyə”
Ermənistan Prezidenti Armen Sərkisyan erməni xarakterinə uyğun “səxavət” nümayiş etdirib.
Muxalifet.az xəbər verir ki, Sərkisyan Britaniya şahzadəsi Çarlza bağ hədiyyə etdiyini bildirib.
Şahzadəni Ermənistanın “böyük dostu” adlandıran, onun hər zaman “İrəvan – məhəbbətim mənim” layihəsinə dəstək olduğunu bildirən Sərkisyan qeyd edib ki, ailəmin sahib olduğu yeganə dəyərli şey kiçik bağımızdır: “O bağ mənim övladlarıma və övladlarımın övladlarına məxsusdur. Bu bağı ona hədiyyə edirəm”.
Sərkisyan bağın Ermənistanın harasında yerləşdiyini açıqlamayacağını da bildirib.Muxalifet3 - 30-05-2018
Tramp ağzından qaçırdı: “300 RUSU 10 DƏQIQƏDƏ VURDUQ”
ABŞ prezidenti Tramp, fevral ayında Suriyada Amerikan əsgərlərinin də olduğu PKK düşərgəsinə hücum edən Rusları vurduqlarını açıqlayıb.
Tramp, Qələbə Komitəsinin yardım gecəsində Suriyadakı bir əməliyyatın detallarını ağzından qaçırıb. Əsəd rejiminin dəstəkçisi kimi qiymətləndirdikləri Rus əsgərlərinin PKK düşərgəsinə hücum etdiyini bildirən Tramp, onlara qarşı hava hücumu təşkil etdiklərini söyləyib.
TƏYYARƏÇİNİ TƏRİFLƏYƏNDƏ QAZA GƏLDİ
Muxalifet3 - 31-05-2018
Tramp etiraf etdi: ÇOX PEŞMANAM
ABŞ prezidenti Donald Tramp, Rusiya araşdırması məsələsindəki mövqeyini tənqid etdiyi ədliyyə naziri Cef Sessions yerinə başqa birini seçmədiyinə peşman olduğunu bildirib.
Tramp, Twitter hesabından verdiyi açıqlamada bir daha ədliyyə naziri Sessionsı tənqid edib.
Rusiya istintaqından özünü kənara çəkən Sessionsı tənqid edən Tramp, Cənubi Karolinadan olan Respublikaçı vəkil Trey Gowdynin Sessions haqqındakı sözlərinə istinad edib.
KAŞ Kİ, BAŞQASINI SEÇSƏYDİM
Muxalifet3 - 31-05-2018