Axtarış
The search found 105785 results in 0.099 seconds.
Search results
Paşinyanın Tbilisi səfərindəki SİRLİ DETAL ORTAYA ÇIXDI - Ağlasığmaz hədəf
Bu gün Gürcüstana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın proqramında Cavaxetiyada ermənilərlə görüşün keçirilməsi diqqətçəkən detaldır.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Paşinyanın səfəri iki gün (30-31 may) davam edəcək.
Bu səfərin arxasında bir sıra amillər dayanır: Gürcüstan vasitəsilə Azərbaycan və Türkiyənin blokadasını yarmaq; Abxaziya üzərindən Rusiyaya tranzitin açılmasına nail olmaq; İqtisadi dəstək əldə etmək və s.Muxalifet4 - 30-05-2018
Bayraq Meydanının keçmiş rəisi 350 min dollar tələb edir - Rəşad Məmmədov yenidən məhkəmədə
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəhbəri, həbs olunub bir ildən artıq MTN-in istintaq təcridxanasında saxlandıqdan sonra buraxılan Rəşad Məmmədov mayın 30-da yenə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Bu dəfə isə zərərçəkmiş qismində. O, 1 milyona yaxın dələduzluqda suçlanan Vəsait Məlikovun məhkəməsində dindirilib. Çünki keçmiş məmur torpaq sahəsi almaq üçün adıçəkilən təqsirləndirilən şəxsə 800 min manat pul verdiyini deyir. Məhkəmədə də bu barədə danışıb.
Muxalifet4 - 30-05-2018
İTV-nin baş direktoru vəzifəsinə seçkinin vaxtı bəlli oldu
Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə keçiriləcək seçkinin vaxtını açıqlayıb.
Muxalifət.az xəbər verir ki, MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun apa-ya verdiyi məlumata görə, İTV-nin baş direktoru vəzifəsinə seçki iyunun 1-də keçiriləcək.
Aparat rəhbəri qeyd edib ki, seçki MTRŞ-da baş tutacaq.Muxalifet4 - 30-05-2018
ABŞ Rusiyaya xəbərdarlıq etdi: REGİONDAN ƏSGƏRLƏRİNİ ÇƏK
Abxaziya və Cənubi Osetiyanın birtərəfli müstəqilliklərini tanıyan Bəşşar Əsəd rejiminə təpki göstərən ABŞ, Rusiyaya bu regionlardan əsgərlərini çəkməsi üçün xəbərdarlıq edib.
ABŞ Xarici İşlər Nazirliyi açıqlama yayaraq, 10 il bundan öncə müharibəyə səbəb olan Abxaziya və Cənubi Osetiyanın birtərəfli müstəqilliklərinə bir daha təpki göstərib. Bəşşar Əsəd rejiminin bu iki separat rejimi tanımasından sonra, Vaşinqtondan edilən açıqlamada, Rusiyaya bu regionlardan əsgərlərini çəkməsi istiqamətində xəbərdarlıq edilib.
Muxalifet3 - 30-05-2018
Bu ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir
Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir.
Muxalifət.az Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Serbiyaya səfər edən Azərbaycan vətəndaşları üçün viza rejimi iyunun 2-də ləğv ediləcək.
Muxalifet4 - 30-05-2018
Çavuşoğlu:"Türkiyə xalqı ABŞ-ı İncirlik aviabazasında görmək istəmir"
“Türkiyə xalqı ABŞ-ın İncirlik aviabazasında mövcudluğunu istəmir”
Muxalifət.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlunun sözlərinə görə, buna səbəb Vaşinqtonun Ankara ilə münasibətdə həyata keçirdiyi qeyri-səmimi siyasətdir.
Nazir qeyd edib ki, ABŞ Türkiyə kimi müttəfiqi itirməməlidir.
M.Çavuşoğlu ABŞ-ın səhv addımlardan geri dönəcəyinə ümid etdiyini deyib:
“Amma əgər ümidlərimiz doğrulmasa, Türkiyə öz gücünü göstərə bilər”.Muxalifet4 - 30-05-2018
Binəqədidə tikinti özbaşınalığı: SAKİNLƏR TƏHLÜKƏDƏ… - VİDEO, FOTOLAR
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, mənzil 3-də yaşayan Mehrəliyevlər ailəsi təhlükə qarşısındadır.
Evlərinin bir addımlığında çoxmərtəbəli binanın tikintisi evlərini qəzalı vəziyyətə salıb.
Muxalifət.az bildirir ki, musavat.com-un müxbiri adıçəkilən ünvanda olub, tikinti aparılan əraziyə baş çəkib, sakinlərin gileyini dinləyib.Muxalifet4 - 30-05-2018
ABŞ İrana qarşı sanksiyaları genişləndirib- "Qara siyahı"da 6 fiziki, 3 hüquqi şəxs var
ABŞ İrana qarşı sanksiyaları genişləndirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
“Qara siyahı”ya İranın 6 vətəndaşı və 3 şirkəti daxil edilib.Muxalifet4 - 30-05-2018
Prezident hərbi xidmətə çağırış haqqında sərəncam imzaladı
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Muxalifet4 - 30-05-2018
“Real"ın 40 milyon avroluq transfer planı
Çempionlar Liqasında arıdıcl 3-cü dəfə qalib olan "Real" transfer düyməsini basıb. "Kral klubu" "Real Sosyedad"dan Alvaro Odriosolanı transfer hədəfinə alıb. 22 yaşlı sağ cinah müdafiəçisinin keçidi üçün Madrid klubu 40 milyon avro ödəməyə hazırdır. Bu transfer reallaşsa, gənc futbolçu sağ cinahda Dani Karvahalla əsas heyət uğrunda mübarizə aparacaq. Əşrəf Hakimi isə "Rayo Valyekano"ya icarəyə veriləcək. Bu mövsüm sərgilədiyi oyunla diqqətləri özünə çəkən Odriosola "Real Sosyedad" yetirməsidir. O, İspaniya millisinin dünya çempionatına yollanacağı heyətdə yer alıb.
Muxalifet4 - 30-05-2018
Biləcəri bələdiyyəsinin sədrini otağında döydülər
Binəqədi rayonu Biləcəri qəsəbə bələdiyyəsinin sədri Hikmət Quliyev öz iş otağında döyülüb. Hadisə qanunsuz tikinti ilə məşğul olan qəsəbə sakinləri 53 yaşlı Bəykişi Baxışov və 37 yaşlı Natiq Qasımov tərəfindən ötən gün törədilib.
Muxalifet4 - 30-05-2018
Ata və oğlu bıçaqlandı - CƏLİLABADDA
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakinləri - 1946-cı il təvəllüdlü Vəliəhd Əziz oğlu Əliyev və onun oğlu, 1980-ci il təvəllüdlü Babək Əliyev mübahisə zəminində bıçaqlanıb.
Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 30-05-2018
Bakıda ermənipərəst “haqqinaz” saytının rəhbəri saxlanıldı
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi jurnalist adı altında reketliklə və şantajla məşğul olan Bəhruz İmanqulu oğlu Əliyevi həbs edib. Bu barədə hüquq-mühafizə orqanlarından virtualaz.org-a məlum olub.
Məlumata görə Bəhruz Əliyev “Neytral İnformasiya Agentliyi” (NİA) təsis edib, orada sifarişli materiallar dərc olunub. Sonra Bəhruz Əliyev müxtəlif məmurları və biznesmenləri barələrində ləkələyici məlumatlar yaymaqla hədələyərək onlardan iri məbləğlərdə pul alıb.
Muxalifet4 - 30-05-2018
Bakıda 2 gənc söyüş söyən yaşlı kişini belə döydü - VİDEO
Bakının Səbail rayonunda iki gənc oğlan yaşlı kişini döyüb.
Görüntülərdən aydın olduğu kimi tərəflər arasında əlbəyaxa dava olub.
Hadisə Seyid Rüstəmov küçəsində təxminən günorta, saat 12 radələrində baş verib.
Axundov bağının ətrafında baş verən hadisə zamanı əvvəlcə yaşlı kişi qarşısına qəfil çıxan yük maşınının sürücüsü ilə mübahisə edib. Daha sonra söyüş söyən yaşlı kişiyə yaxınlıqdan keçən gənclər irad bildirib.
Muxalifet3 - 30-05-2018
Kiyevdə öldürüldüyü bildirilən rus jurnalist sağdır - Yeniləndi
Ötən gün Ukraynanın paytaxtı Kiyevdə öldürüldüyü açıqlanan rusiyalı jurnalist Arkadi Babçenko sağdır.
Muxalifet3 - 30-05-2018
Türkiyə ilə bu plan üzərində işləyirik - Putin
Türkiyə ilə "Türk axını" boru kəmərinin Bolqarıstan üzərindən Avropa Birliyinə daşınması üçün bir plan üzərində işləyirik.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
Muxalifet3 - 30-05-2018
ABŞ sözünü tutsun - Çindən ÇAĞIRIŞ
ABŞ verdiyi sözü tutsun.
Muxalifet.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunyinq deyib.
Çunyinq iki ölkə arasında Vaşinqtonda aparılan danışıqlarda əldə edilən razılaşmalara zidd addım atıldığını və ABŞ-ı sözünü tutmasına çağırıb.
Qeyd edək ki, ABŞ 25 faiz əlavə gömrük vergisini tətbiq edəcəyi 50 milyard dollar dəyərindəki Çin mallarının siyahısını açıqlayacağını elan edib.
Muxalifet3 - 30-05-2018
Qarabağ yenidən müzakirəyə çıxarılır - Bu dəfə Berlində...
ATƏT Parlament Assambleyasının iyunun 7-11-də Berlində keçiriləcək illik sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
Muxalifet.az-ın verdiyi məlumata görə, sessiya zamanı qurumun Siyasi məsələlər və Təhlükəsizlik Baş Komitəsinin iclasında Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndə Kristian Vigeninin müəllifi olduğu “ATƏT öhdəliklərinin yerinə yetirilməsi: parlamentin rolu” adlı hesabat layihəsi dinləniləcək.Muxalifet3 - 30-05-2018
DİQQƏT: Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 kilometrində (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.Muxalifet3 - 30-05-2018
İsrail əvvəlcə bombaladı, sonra girov götürdü - Yeniləndi
İsrail hərbçiləri Şərqi Qüds və Qərbi İordan çayının müxtəlif bölgələrində 17 fələstinlini həbs edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Fələstin Girovlar Cəmiyyətindən məlumt verilib.
Qeyd edilir ki, İsrail həbsxanalarında 450-si inzibati həbs, 12-si deputat və 300-ü uşaq olmaqla, təxminən 6 min 500 fələstinli var.
Muxalifet3 - 30-05-2018