Axtarış
The search found 105785 results in 0.129 seconds.
Search results
İran ABŞ sanksiyalarına qarşı Avropa ilə danışıqlara başladı - NEFTİ SATMAQ ÜÇÜN
İran ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsirini azaltmaq məqsədilə digər ölkələrlə danışıqlara başlayıb.
Trend-in məlumatına görə, bunu İran hökumətinin rəsmi nümayəndəsi Məhəmməd Bağır Nobəxt deyib.
M.B.Nobəxt bildirib ki, neft tədarükünün davam etdirilməsi üçün Avropa ölkələri danışıqları davam etdirir.
Qeyd olunur ki, hazırda İran neftin əsas hissəsini Hindistan və Çinə satır.Muxalifet2 - 30-05-2018
Türkiyə və ABŞ razılaşdı - 3 mərhələli PLAN
Türkiyə və ABŞ-ın iyunun 4-dən sonra həyata keçirməsi planlaşdırılan Münbiç planı Fərat çayının qərb sahilində yerləşən terrorçuların bir ay içində bölgədən çıxarılmasını nəzərdə tutulur.
Muxalifət.az xəbər verir ki, bu haqda danışıqlara qatılan mənbələrə istinadən “Anadolu” agentliyi bildirib.Muxalifet2 - 30-05-2018
Xarici jurnalistlər Cocuq Mərcanlıya səfər edib - FOTO
İndoneziyadan olan bir qrup jurnalist Cocuq Mərcanlıya səfər edib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, jurnalistlər səfər çərçivəsində Cocuq Mərcanlıdan olan və orada yaşayan məcburi köçkünlərlə görüşüblər.Muxalifet2 - 30-05-2018
ABŞ-dan Tiflisə tam dəstək - MOSKVAYA ÇAĞIRIŞ
Abxaziya və Cənubi Osetiya Gürcüstanın bir parçasıdır.
Muxalifət.az xəbər verir ki, bu sözlər ABŞ Dövlət Departamentinin açıqlamasında yer alıb.
Dövlət Departamentinin açıqlamasında Rusiyanın bölgədəki əsgərləri geri çəkməsi ilə bağlı çağırış edilib.
Xatırladaq ki, Bəşər Əsəd rejimi Rusiyanın təsiri ilə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini birtərəfli qaydada tanıyıb.Muxalifet2 - 30-05-2018
İranda təyyarə qəzası - ÖLƏNLƏR VAR
İran Hərbi-Hava Qüvvələrinin yüngül mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, Tehran yaxınlığında baş vermiş qəza nəticəsində təyyarənin iki heyət üzvü həlak olub. Qeyd olunur ki, təyyarə Xomeyni beynəlxalq hava limanı yaxınlığında yerə düşüb.
Qəza təlim uçuşu zamanı texniki qüsurlar nəticəsində baş verib.Muxalifet2 - 30-05-2018
Rusiyadan yeni hərbi plan: İşğal bölgəsində NÜVƏ BAZASI QURULUR
Rusiya Krımı nüvə bazasına çevirir.
Muxalifət.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Pavlo Klımkin deyib.
O, Rusiyanın işğal altında saxladığı Ukraynanın bu bölgəsinə çoxlu sayda nüvə silahı yerləşdirdiyini açıqlayıb: “Rusiya buradakı nüvə və digər hərbi bazalarından Suriya da daxil olmaqla hədəfə aldığı bütün bölgələrə müdaxilə üçün istifadə edir.
Rusiya öz hərbi planlarını həyata keçirmək məqsədilə Krımdakı canlı qüvvələrinin sayını iki dəfə artırıb. Digər yandan, nüvə başlıqlarını saxlamaq üçün böyük anbarlar hazırlamağa başlayıb”.Muxalifet2 - 30-05-2018
Kiyevdən BMT-də SOS: “Rusiya ora nüvə silahı yerləşdirir"
Rusiya zəbt edilmiş Krımda nüvə arsenalının yerləşdirməyə aktiv hazırlaşır.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.
“Krımın işğalı demək olar ki, yarımadada Rusiyanın hərbi potensialının iki dəfə güclənməsinə və nüvə silahının yerləşdirilməsi üçün infrastrukturun genişləndirməsinə gətirib çıxarıb. Krım bu gün Rusiyanın böyük hərbi bazasıdır", - Klimkin deyib.Muxalifet2 - 30-05-2018
Ermənilər Naxçıvanda azad edilən mövqelərimizi çəkdi: "KƏNDDƏ ÇAXNAŞMADIR" - FOTO
Ermənistan müdafiə nazirliyi Vayots Dzor vilayətinin Arpa kəndi istiqamətində Azərbaycanın azad etdiyi yüksəkliklərə münasibət bildirib.
Muxalifət.az ordu.az-a istinadən xəbər verir ki, "Facebook" sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan, öz səhifəsində bildirib ki, Arpa kəndi yaxınlığında Azərbaycan yeni mövqelər qurub.Muxalifet4 - 30-05-2018
"AST Telman" 6 aydır işçilərinin maaşını vermir - AKSİYA KEÇİRDİLƏR
Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində tikdirdiyi "Mardan Palace Hotel”i qarşısında bu gün etiraz aksiyası keçirilib.
"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1,4 milyard dollarlıq lüks otelin sahibi T.İsmayılov iflasa uğradıqdan sonra işdən çıxarılan işçilər 6 aydır maaşlarını və təzminatlarını ala bilmədiklərini bildirirlər.
Təxminən minə yaxın işçinin alacağı ümumi məbləğ isə 16 milyon TL-dir.Muxalifet4 - 30-05-2018
Mikayıl Cabbarovun təyin etdiyi direktor vəzifəsindən istefa verdi - RÜŞVƏT TƏLƏBİNƏ GÖRƏ…
Lənkəranda imtahanda yüksək bal topladıqdan sonra sabiq təhsil naziri Mikayıl Cabbarovun əmri ilə məktəb direktoru vəzifəsinə təyin olunan gənc müəllim Fazil Gülverdiyev Lənkəran şəhər Təhsil şöbəsinə rüşvət vermədiyi üçün məcburi olaraq istefa ərizəsi yazaraq vəzifəsindən uzaqlaşdırılıb.
Muxalifet4 - 30-05-2018
SƏLİM MÜSLÜMOVA ŞOK İTTİHAM: “Dövlətin iki milyardını yeyib, camaatın 50 manatını vermir..."
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet - 30-05-2018
Sabiq polis polkovniki məhkəmə zalından azadlığa buraxıldı
Dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Fərhad Məmmədxanova şərti cəza verilib və məhkəmə zalından buraxılıb.Muxalifet4 - 30-05-2018
Hacıqabuldakı Türk Şəhidliyinin lövhələri sökülüb - VANDALİZM
Hacıqabul rayonunda inşa edilmiş Türk Şəhidliyinin lövhələri sökülüb.
Muxalifət.az bildirir ki, bu barədə musavat.com-a Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, 1918-ci ildə Türkiyədən Azərbaycana, daha sonra isə Bakıya gələrək Azərbaycan xalqını erməni-bolşevik zülmündən qurtaran Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin şərəfinə inşa edilmiş Türk Şəhidliyinin lövhələri sökülüb.
Hadisənin nəyə görə, hansı səbəbdən baş verdiyi üzrə araşdırmalar aparılır.Muxalifet4 - 30-05-2018
Sensasion məhkəmə işi: Yüksək vəzifəli şəxslər, ölkədən çıxarılan 157 milyon - TƏFƏRRÜAT
Həbsdə olan polkovnikin cinayət işi üzrə məhkəmə iclası keçirilib. O, 800 minlik dələduzluqda ittiham edilir.
Muxalıifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid Telman Əliyev ifadə verib.Muxalifet4 - 30-05-2018
Gəncə Dövlət Universitetinin 80 yaşlı kafedra müdirindən nazirə şikayət - “BU ADAM ŞANTAJ YOLU İLƏ...”
Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinin əməkdaşları adından Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifləri saytımız vasitəsilə təhsil naziri Ceyhun Bayramova müraciət ediblər. Həmin məktubu, etik nortmaları əsas tutub, ixtisarla dərc edirik: “Cənab nazir! Məlumunuz olsun ki, Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrası riyaziyyat-informatika fakültəsinin ən fundamental kafedrasıdır. Bu kafedranın çox böyük tarixi keçmişi vardır. Kafedra yarandığı gündən burada Respublikada tanınan çox yaxşı riyaziyyatçılar işləmişdir.
Muxalifet - 30-05-2018
İki idarə rəisi ciddi nöqsanlara görə işdən çıxarıldı - NAZİRDƏN NÖVBƏTİ ADDIM
Bu gün Kənd Təsərrüfatı Nazirliyində qurumun tabeliyindəki strukturların, Ərazi Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.
Muxalifət.az xəbər verir ki, bunu report-a Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib.Muxalifet4 - 30-05-2018
Türkiyə və ABŞ Münbiç MƏSƏLƏSİNDƏ RAZILAŞDI: YPG ÇƏKİLƏCƏK
Türkiyə və ABŞ, YPG/PKK-nın Suriyanın şimalında, Fərat çayının qərbində işğal etdiyi Münbiçdən çəkilməsi üçün texniki anlaşmanı təmin edib.
ANLAŞMA 4 İYUNDA ELAN EDİLƏCƏK
Anlaşmaya görə, YPG, işğal etdiyi Münbiçdən çəkiləcək. Ancaq, razılıq, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun ABŞ-lı həmkarı Mayk Pompeo ilə 4 iyunda Vaşinqtonda edəcəyi yekun görüşdə elan ediləcək.
30 GÜN İÇİNDƏ YPG ÇƏKİLƏCƏK
Muxalifet3 - 30-05-2018
Mayın 31-nə MANATIN MƏZƏNNƏSİ
Mayın 31-nə manatın məzənnəsi açıqlanıb.
Muxalifət.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31.05.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il mayın 30-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.Muxalifet4 - 30-05-2018
Nazir Səlim Müslümovun işdən çıxardığı müdiri geri qaytardı
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Lənkəran şəhər şöbəsində kadr dəyişikliyi həyata keçirilib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, DSMF-nın Lənkəran şəhər şöbəsinin müdiri Maarif Bayramov işdən azad edilib.
Onun yerinə həmin vəzifəyə uzun illər bu təşkilatda sektor müdiri kimi fəaliyyət göstərən və eləcə də əvvəllər DSMF-nın Lənkəran şəhər şöbəsinin müdiri olan Babək Cəfərov təyinat alıb.Muxalifet4 - 30-05-2018
Eldar Mahmudova qarşı iddia əsasında daha bir məhkəmə başlayıb
Bu gün Nəsimi Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən 21 ay həbsdə saxlanılan və sonradan bəraət alan Mətləb Mustafayevin sabiq MTN-in sədri, general-polkovnik Eldar Mahmudov, MTN-nin Hərbi Tibb İdarəsinin rəisi, ixtisasca stomotoloq olan general-mayor Məzahir Yaqubov və MTN-nin Baş İstintaq İdarəsinin müstəntiqi olmuş Elşən Murtuzova qarşı mülki qaydada verdiyi iddiası üzrə məhkəmə iclası başlayıb.
Muxalifet4 - 30-05-2018