Axtarış
The search found 105785 results in 0.096 seconds.
Search results
Millimiz asiyalılara heç bir şans vermədi
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Muxalifet.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qırğızıstan yığmasını qəbul edib.
Bakı Olimpiya Stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yerli komandanın heyətində 17-ci dəqiqədə kapitan Maksim Medvedev, 75-ci dəqiqədə isə Mahir Mədətov fərqlənib. Hər iki qol künc zərbəsindən sonra başla vurulub.
Görüşdə son nöqtəni isə 84-cü dəqiqədə müdafiəçi Ürfan Abbasov qoyub.Muxalifet3 - 29-05-2018
Ramazanın 14-cü günü — Dua, imsak və iftar vaxtı
Sabah Ramazan ayının 14-cü günüdür.
Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 30-da Bakıda imsak saat 03:26, iftar isə saat 20:19-dadır.
Ramazan ayının 14-cü gününün duası:
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".
Tərcüməsi:Muxalifet3 - 29-05-2018
İraq şiələrinin lideri İran və ABŞ-a XƏBƏRDARLIQ ETDİ
İraq seçkilərində ən çox səs alan Mukteda əs-Sadr, ABŞ və İranın ölkəsinə hər hansı bir müdaxilə etməsini qəbul etməyəcəklərini təkrarlayıb. Sadr, İranı "öz maraqlarından qorxan ölkə” kimi qiymətləndirib.
Muxalifet3 - 30-05-2018
ABŞ-ın yeni “TERROR DƏHLİZİ” PLANI DÖVRƏDƏ
Suriyanın şimalındakı “terror dəhlizi” planı Türkiyənin müdaxiləsi nəticəsiz olduqdan sonra ABŞ, indi də bu planı Suriyanın cənubunda həyata keçirməyə qərar verib. Artıq cənubda yeni terror təşkilatları qurulur. Raqqadan çıxarılanan İŞİD komandirlərinin hazırda yerləşdiyi Əl Tanfda bir çox terrorçulara təlim verilir.
ABŞ bununla da İŞİD terrorunu bəhanə edərək Suriyada qalmağın zəminini hazırlayır. Cənubda düşünülən yeni dəhliz eyni zamanda İraq neftlərini Ağ dənizə çatdıracaq bir marşrut olacaq.Muxalifet3 - 30-05-2018
ABŞ, Əsəd, BƏƏ və S.Ərəbistan! BİRGƏ PLAN İŞLƏYİR
Ankara ilə müzakirə aparan Vaşinqton, terror təşkilatı PKK-nı Münbiçdən çıxarmağı qəbul edib, ancaq şəhərdə təhlükəsizliyi ASO-nun təmin etməsinə qarşı çıxıb. Bir tərəfdən də Səudiyyə Ərəbistanının dəstəyilə PKK-ya kömək məqsədli "Ərəb Ordusu” yaradan ABŞ, Münbiçdə ASO-nu deyil", tərəfsiz hərbi qüvvələri istəyir.
Muxalifet3 - 30-05-2018
ABŞ F-35 ŞANTAJINA DAVAM EDİR
ABŞ Hərbi Hava Qüvvələrinin baş katibi Hazer Uilson, “Türkiyə F-35 ortağıdır, ancaq onların bu təyyarələri S-400-lərə yaxın bir yerdə saxlamasını istəmirik. Türkiyə ilə danışıqlar davam edir və Türkiyə bu təyyarələri təhvil almadan bu problemin həll ediləcəyi məsələsində ümidliyəm” - deyib.
ABŞ Hava Qüvvələrinin baş katibi Hazer Uilson, Türkiyənin S-400 raketi almasının NATO ittifaqı üçün bir problem təşkil etmədiyini və ölkəsinin də Ankaranın Rus S-400 sistemi almasına dair məsələnin bir hissəsi olduğunu deyib.Muxalifet3 - 30-05-2018
ABŞ-dan Türkiyə açıqlaması: MENBİÇ MƏSƏLƏSİNDƏ...
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, Suriyanın Menbiç şəhərilə bağlı Türk rəsmiləri ilə keçirilən görüşdən hələlik nəticə çıxmadığını bildirib.
Muxalifet3 - 30-05-2018
Savaş bitdi: HƏMAS-la İsrail razılaşdı
HƏMAS-la İsrail arasında atəşkəs rejiminin bərpa olunması haqqında razılıq əldə olunub.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı HƏMAS yayıb.
HƏMAS-ın yaydığı bəyanat hələlik İsrail tərəfindən təsdiqlənməyib. İsrail mətbuatı Təl-Əvivin də eskalasiyada maraqlı olmadığını yazıb.
Qeyd edək ki, bundan öncə HƏMAS-la İsrail arasında razılaşmanın Misir vasitəsilə əldə olunduğu haqqında məlumat yayılmışdı. Lakin sonradan tərəflər arasında münasibətlərin gərginləşməsi bu məlumatın doğru olmadığını ortaya çıxardı.Muxalifet2 - 30-05-2018
Müsəlman ölkəsindən ŞOK ADDIM: İsrailin adı "Qurani-Kərim"dəki bu surəyə verildi
Birləşmiş Ərəb Əmirliklərində dərc edilən “Qurani-Kərim” kitabında təhrifə yol verilib.
Muxalifət.az xəbər verir ki, kitabda yer alan “İsra” surəsi çıxarılıb və yerinə “Bəni İsrail”, yəni “İsrailoğulları” adlı uydurma surə yazılıb.
Dəyişiklik dərhal diqqət çəkib və sosial mediada yayılıb. Körfəz dünyasından isə mövzu ilə bağlı hər hansı açıqlama və ya təkzib gəlməyib.Muxalifet2 - 30-05-2018
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bakı küçələrində reyd keçiriləcək
İyunun 1-də Bakı yollarında təbliğat xarakterli reyd keçiriləcək.
Muxalifət.az trend.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, məlum olduğu kimi, iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür:Muxalifet2 - 30-05-2018
BRİTANİYA ŞİRKƏTİ AZƏRBAYCANDAN GETDİ
Böyük Britaniyanın “Globex International LLP” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib. Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 10Q, STN Plaza 11-ci mərtəbə ünvanına bildirə bilərlər.
Muxalifet2 - 30-05-2018
İsrailli nazirdən “HƏMAS” LİDERLƏRİNƏ SUİ-QƏSD TÖVSİYƏSİ
İsrailin dövlət təhlükəsizliyi naziri Gilad Erdan, İsrailin Qəzza Zolağındakı Fələstin müqavimət təşkilatları liderlərinə qarşı sui-qəsd siyasətlərinə yenidən qayıtmaq çağırışı edib.
İsrailin dövlət təhlükəsizliyi naziri Erdan, “Kanal10” televiziyasına verdiyi müsahibədə, "Gün boyu yüksələn gərginlik və atılan raketlərə görə, İsrailin Qəzza Zolağında bu gecə sui-qəsd siyasətlərinə geri qayıtması lazımdır" deyib.Muxalifet3 - 30-05-2018
Abutalibov və oğlu ilə bağlı İLGİNC İDDİALAR
Sabiq mer hər gün Bakı meriyasına niyə gəlir? Bir vaxtlar Suriyaya getdiyi deyilən İsrafil Abutalıbov Biləcəridə restoran açıb
Muxalifet2 - 30-05-2018
Rus jurnalist UKRAYNADA ÖLDÜRÜLDÜ
Rusiya vətəndaşı, jurnalist Arkadiy Babçenkonun Ukraynanın paytaxtı Kiyevdəki evində kürəyindən silahla vurularaq öldürüldüyü bildirilib.
Ukrayna Daxili İşlər Nazirliyindən edilən açıqlamada, Babçenkonun evində silahlı təcavüzə məruz qaldığı və kürəyindən vurulduğu qeyd olunub. Rusiya vətəndaşı olduğu bildirilən Babçenkonun təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda həyatını itirdiyi bildirilib.
Təcavüzün günahkarı haqqında hələlik bir məlumat verilməyib, polisin hadisə ilə bağlı araşdırma başladığı qeyd edilib.Muxalifet3 - 30-05-2018
Gizli yolla İrana keçmək istəyən Banqladeş və İran vətəndaşları TUTULDU
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən DİN əməkdaşları ilə birgə mayın 25-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İmişli rayonu ərazisində Cəbrayılrayonunun məcburi köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş İİR vətəndaşı, 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Heydər oğlu saxlanılıb.
Muxalifet2 - 30-05-2018
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - İNANILMAZ DƏLƏDUZLUQ...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və “Rosneft”in bir neçə menecerini həbs edib.
Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, əməliyyat ölkənin bir neçə regionunda və eləcə də Moskvada keçirilib.
Məlumata görə, əməliyyat uzun sürən izləmə və araşdırmalardan sonra başlayıb. Təhlükəsizlik xidmətinə məlum olub ki, bu şirkətlərə məxsus yanacaqdolrma məntəqələrində xüsusi viruslu proqramlar quraşdırlıb. Nəticədə avtomobillərin çəninə göstərildiyindən 7 faiz az yanacaq vurulur.Muxalifet2 - 30-05-2018
Bu, Trampın Putinə ən böyük hədiyyəsi olar - İŞİNGER
Hər şeyə rəğmən NATO-nu qoruyub saxlamaq lazımdır.
Muxalifət.az xəbər verir ki, bunu “Tayms” qəzetinə açıqlamasında Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfanq İşinger deyib. Onun sözlərinə görə, NATO-nun yox olması, Rusiya Prezidenti Vladimir Putinin qələbəsi anlamına gələcək:
“Əgər Tramp administrasiyası ABŞ-ın NATO-dakı liderliyini şübhə altına alsa, Vladimir Putinə ən böyük hədiyyəni vermiş olacaq. Almaniya hökuməti anlayır ki, NATO-nun bütün üzvləri hərbi xərclərini artırmalıdırlar. Lakin almanlar və digərləri ABŞ-ın tələblərini bir anda icra edə bilməzlər”.Muxalifet2 - 30-05-2018
NİKOL PAŞİNYAN GÜRCÜSTANA GETDİ
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib.
Muxalifət.az xəbər verir ki, N. Paşinyan həmkarı Giorgi Kvirikaşvili ilə təkbətək və iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək.
Ermənistanın baş naziri iki günlük səfər çərçivəsində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə də görüşəcək.
N. Paşinyan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə birgə Samtsxe-Cavaxeti bölgəsinə səfər edəcək və Axalkalaki şəhərində yerli etnik ermənilərlə görüş keçirəcək./apa/Muxalifet2 - 30-05-2018
Varis şahzadə Muhəmməd bin-Salmanın ölüm xəbəri Amerika nəşrinin diqqətini çəkib:“Digər şahzadələr qisas alıblar” - ARAŞDIRMA
Səudiyyə Ərəbistanının 32 yaşlı varis şahzadəsi və ölkənin faktiki rəhbəri Muhəmməd bin Salmanı şübhəli sükut bürüyüb. Bu sükut o qədər qulaqbatırandır ki, Yaxın Şərqdə bəzi KİV-lər onun ölüb-ölmədiyi haqda sual edir.
Muhəmməd bin Salman aprelin 12-də İspaniya kraliçasının ailəsiylə görüşdən sonra publikada görünməyib. Aprelin 21-də isə Ər-Riyadda kral sarayının yanında atışma baş verib.Muxalifet2 - 30-05-2018
Ankara polisi antiterror əməliyyatına başladı- 100-dən ÇOX SAXLANILAN VAR
Səhər saatlarından başlayaraq Ankara polisi genişmiqyaslı antiterror əməliyyatına başlayıb.
Trend-in məlumatına görə, əməliyyat 64 ünvanda aparılır.
Artıq əməliyyat zamanı adı bilinməyən 100-dən çox şəxsin saxlanıldığı da qeyd edilir.
Digər təfərrüatlar barədə məlumat verilmir.Muxalifet2 - 30-05-2018