Axtarış

The search found 105785 results in 0.087 seconds.

Search results

  1. ​Musa Yaqubdan PİS XƏBƏR: Danışa, gəzə bilmir...

    Hazırda Musa Yaqubun vəziyyəti stabildir.
    Bu sözləri Kult.az-a açıqlamasında Azərbaycanın böyük şairi Musa Yaqubun kürəkəni Faiq Qarayev söyləyib.
     “Parkinson xəstəliyindən əziyyət çəkdiyinə görə danışa, əl-ayağını tərpədə bilmir. Həkimlər tez-tez gəlib müayinə edir. Hazırda İsmayıllıda müalicəsi davam edir. Rahat şəkildə ayağa qalxıb yeriyə bilmir, eləcə yatır. Hərdən hava almağa çıxarırıq, yeməyini özümüz yediririk”.
    F.Qarayev hər gün xeyli adamın şairə baş çəkməyə gəldiyini deyib:

    Muxalifet2 - 29-05-2018

  2. ​Təyyarədə "Bomba var" deyə zarafat etdi, 11 NƏFƏR XƏSTƏXANALIQ OLDU

    İndoneziyaya məxsus sərnişin təyyarəsinin göyərtəsində baş vermiş insident nəticəsində 11 nəfər xəsarət alıb.
    Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, sərnişinlərdən biri bort bələdçisinin "Əşyalarınızın içində nə var" sualına "Bomba var" deyə cavab verib. Təyyarədə təşviş də məhz bundan sonra yaranıb. Belə ki, yaxınlıqdakı sərnişin bu cavabı eşidib və həyəcanlanıb, təyyarədə gərgin anlar yaşanıb.
    Qarmaqarışıqlıqda 11 sərnişin müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
    Zarafat edən şəxsin saxlanıldığı və onu 1 ilə qədər həbs gözlədiyi bildirilir.

    Muxalifet2 - 29-05-2018

  3. ​UMAYRA TAĞIYEVA: “Mayda sonuncu dəfə belə sərin hava 9 il əvvəl olub”

    “Bakıda və Abşeron yarımadasında may ayında havanın sərin keçməsi bu ay üçün o qədər səciyyəvi deyil”.
    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu çoxillik iqlim normasından 3 dərəcəyə qədər aşağı olub:
    “Ümumiyyətlə, son illər üçün bu, o qədər də səciyyəvi bir temperatur göstərici deyil. Çünki son 10-15 il ərzində may ayında anomal isti hava şəraiti üstünlük təşkil edib”.

    Muxalifet2 - 29-05-2018

  4. ​Matviyenko: Putinin Federal Məclisə göndərdiyi MESAJ

    Rusiyaya yeni silahlanma yarışı olmadan onilliklər ərzində sülh və sabitlik lazımdır, ancaq bununla belə, Moskva öz maraqlarını bütün qərarlılığı ilə qorumağa hazırdır.
    Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko deyib.

    Muxalifet2 - 29-05-2018

  5. “Məqsədimiz kəndi ələ keçirmək idi” – ALIŞANOVA YENİ İTTİHAM

    Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz edib.
    Məhkəmə etirazı baxılmamış saxlayıb.

    Muxalifet2 - 29-05-2018

  6. ​İsrailin Vaşinqtondan tələbi: TÜRKİYƏYƏ VERMƏYİN...

    Rəsmi Təl-Əviv Türkiyəyə F-35 qırıcılarının satılması məsələsinə görə böyük narahatlıq keçirir.
    Bu barədə İsrailin “Haaretz” nəşri yazıb.
    Məlumata görə, İsrail Türkiyəyə F-35-lərin imkanlarını artıran texnologiyanın verilməsinin qarşısını almaq üçün ABŞ rəsmiləri ilə danışıqlar aparır. İsrail ABŞ-dan Türkiyəyə ən azından sözügedən texnologiya yazılmamış F-35-lərin verilməsini tələb edir. Bununla İsrail Yaxın Şərqdəki hərbi üstünlüyünü qorumağa çalışır.

    Muxalifet2 - 29-05-2018

  7. ​“Azərbaycanı İran qaçqınları bürüyəcək...” - JİRİNOVSKİ

    ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxması bu ölkədə sosial partlayışa səbəb olacaq, nəticədə iranlı qaçqınlar Qafqaza axın edəcək.
    Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, belə proqnozla rusiyalı siyasətçi, LDPR sədri Vladimir Jirinovski Primakov qiraətində çıxış edib.
    Onun sözlərinə görə, Birləşmiş Ştatlar İran iqtisadiyyatını dağıda bilməyəcək. Çünki İran dayanaqlı ölkədir, ancaq dini qruplar arasında qarşıdurma yarana və bu da sosial qeyri-sabitliyə gətirib çıxara bilər. Çünki İranda çoxdandır sünnülərlə şiələr arasında mübahisələr gedir.

    Muxalifet2 - 29-05-2018

  8. ​Suriyada sensasion gəlişmə - Rusiya və İsrailin MƏXFİ PLANI

    Suriya – İsrail sərhədində yerləşən cənub bölgələrinin Bəşər Əsəd ordusunun nəzarətinə verilməsi ilə bağlı anlaşma əldə edilib.
    Muxalifət.az xəbər verir ki, bu iddia ilə İsrailin “Kanal 10” telekanalı çıxış edib.
    Mənbə anlaşmanın İsrail və Rusiya arasında uzun zamandır davam edən gizli diplomatik müzakirələrdən sonra əldə edildiyini bildirib.

    Muxalifet2 - 29-05-2018

  9. ​Avropalı turistlər Azərbaycana niyə gəlmir? – Səfir “ölkəniz bizim vətəndaşlar üçün bahalıdır” dedi - TƏHLİL

    Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) turizm sahəsində növbəti bilğiləri açıqlayıb. Bu ilin əvvəlindən dünyanın 151 dövlətindən ölkəmizə 630 mindən çox əcnəbi gəlib. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 12,4% təşkil edib.
    Gələnlərin coğrafi strukturuna nəzər salsaq, turistlərin 27,4%-i Rusiyanın payına düşür. Gürcüstan 22,1%, İran 15,8%, Türkiyə 11,6%, BƏƏ 4,7%, Ukrayna 1,9%, İraq 1,8% təşkil edir. Digər ölkələrin vətəndaşları 14,6%, vətəndaşlığı olmayanlar 0,1% təşkil edib.

    Muxalifet2 - 29-05-2018

  10. ​ABŞ-ın tank diviziyası Rusiya sərhədlərinə YAXINLAŞIR - Moskvadan HƏDƏ

    Polşa ABŞ-ı ölkədə zirehli tank diviziyasını yerləşdirməyə çağırıb. Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi “ABŞ-ın Polşada daimi olması üçün Təklif” adlı sənədi dərc edib. Varşava bu hədəf üçün 1,5-2 milyard dollar ayırmağa hazırdır. Diviziyanın yerləşdirilməsinin mümkün məkanları kimi Bıqdoş və Torun şəhərləri göstərilib. Sənəddə qeyd edilir ki, Vaşinqton və Varşavanın münasibətləri fövqəladə sıxdır, ümumi dəyərlərə və maraqlara söykənir. Polşada Amerika qoşunlarına ehtiyac Rusiya təhlükəsinin güclənməsi ilə əsaslandırılır.

    Muxalifet2 - 29-05-2018

  11. ​Ermənistanın borcu açıqlandı – BÜDCƏDƏN 3 DƏFƏ ÇOX

    Ermənistanın dövlət borcunun miqdarı açıqlanıb.
    Muxalifət.az xəbər verir ki, 2017-ci il üzrə hesabatını təqdim edən Maliyyə naziri Atom Yanyuqazyan Ermənistanın 6.675 milyard dollar borcunun olduğunu bildirib.
    Nazir qeyd edib ki, borcda hökumətin payı 6.173 milyard dollardır.
    Yanyuqazyan hökumətə məxsus xarici borcun 4.893 milyard dollar, qalan həcmin isə daxili borc olduğunu deyib: “Xarici borc Ümumi Daxili Məhsulun 58.8%-ni təşkil edir. Dövlət borclarının yalnız 18.4%-i dramladır”.

    Muxalifet2 - 29-05-2018

  12. ​İran ABŞ-ın ultimatumunu RƏDD ETDİ: “Dünyada heç kəs...”

    “ABŞ da daxil olmaqla, dünyada heç kəs İranı milli raket proqramını dayandırmağa məcbur edə bilməyəcək”.
    Muxalifət.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (silahlı qüvvələrin elit birlikləri –red.) komandanının müavini, briqada generalı Hüseyn Salami bildirib.
    “Onlar hesab edirlər ki, İran öz raket proqramını dayandırmalıdır. Ancaq bizi bunu etməyə məcbur edə bilməyəcəklər. Bizim raket potensialımızı heç kim məhv edə bilməz. Qorxduqları üçün özlərinə sığınacaqlar axtarırlar”, - o deyib.

    Muxalifet2 - 29-05-2018

  13. ​Suriyadan Abxaziya ilə bağlı – İNANILMAZ QƏRAR

    Suriya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Suriya XİN məlumat yayıb.
    Rəsmi Dəməşq Sxinvali ilə yanaşı Suxumi arasında da səfirliklər səviyyəsində diplomatik münasibətlər qurulub.
    Qeyd edək ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Rusiya, Nikaraqua, Venesuela, Qаuru, Vanuatu və Tuvalu tanıyıb.

    Muxalifet2 - 29-05-2018

  14. Şakiradan Qəzzada qırğın törədən İsraillə bağlı GÖZLƏNİLMƏZ ADDIM

    UNİSEF-in xoşməramlı səfiri, Kolumbiya əsilli ABŞ müğənnisi Şakira İsrailin Təl-Əviv şəhərində verəcəyi konserti ləğv edib.
    Muxalifət.az “Report”a istinadən xəbər verir ki, bu ilin iyunun 9-da İsraildə müğənninin konserti planlaşdırılıbmış.
    Şakira mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edən minlərlə fələstinlinin Qəzza zolağında İsrail ordusu tərəfindən atəşə tutulmasına etiraz olaraq belə bir addım atıb.

    Muxalifet2 - 29-05-2018

  15. ​Almaniya 857 azərbaycanlının sığınacaq istəyini RƏDD ETDİ – Nə qədər soydaşmız qaçqın statusu üçün müraciət edib?

    Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) məlumatına görə 2018-ci ilin yanvar ayının 1-dən aprel ayının 30-na kimi olan müddətdə müxtəlif vaxtlarda Azərbaycan Respublikasının vətəndaşı kimi qaçqın statusu almaq üçün müraciət edən 1564 nəfərin müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

    Muxalifet2 - 29-05-2018

  16. GÖMRÜKDƏ ŞOK DƏYİŞİKLİKLƏR - Vüsal Novruzov sərəncama göndərildi

    Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub.

    Muxalifet.az bildirir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”‘ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.

    Muxalifet - 29-05-2018

  17. "Paşinyan antiiran siyasəti aparacaq" - RUSİYALI EKSPERT

    Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan hökumətinin Moskva qarşısında "boyun əyməsinə" baxmayaraq, onlar antiiran siyasəti həyata keçirəcəklər.
     
    Muxalifət.az
    xəbər verir ki, bu barədə "Report"a rusiyalı ictimai xadim, ekspert Maksim Şevçenko bildirib.
     

    Muxalifet4 - 29-05-2018

  18. Bu avtobusların hərəkəti dəyişdirildi - SİYAHI

    Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
     
    Muxalifət.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
     
    Məlumata görə, yay mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.
     
    Dəyişikliyə əsasən iyunun 1-dən 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə;
     

    Muxalifet4 - 29-05-2018

  19. ​Ermənilərin açdığı atəş kombaynı bu vəziyyətə salıb - FOTOLAR

    Ermənilərin açdığı atəş nəticəsində kombayna 10-dək güllə dəyib.
     
    Muxalifət.az-ın apa-ya istinadən xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Əbdülrəhmanlı kəndi ərazisində atəşə tutduğu kombaynı idarə edən Veysəlli kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Taleh Kamandar oğlu bildirib ki, taxıl zəmisində biçin işləri aparan zaman ermənilərin atəşinə məruz qalıb.
    Sürücü güllələrdən qorunmaq üçün nisbətən təhlükəsiz əraziyə çəkilə bilib. Lakin ermənilərin atdığı güllələr texnikaya ziyan vurub.

    Muxalifet4 - 29-05-2018

  20. ​Azər Qasımlı polis idarəsinə aparıldı

    REAL Partiya Məclisinin üzvü Azər Qasımlı Azərbaycan Baş Prokurorluğuna çağırılıb.
     
    Muxalifət.az xəbər verir ki, bu barədə REAL partiyası məlumat yayıb.
    Məlumata görə, A.Qasımlı daha sonra Yasamal Rayon Polis İdarəsinə aparılıb.

    Muxalifet4 - 29-05-2018

Pages