Axtarış
The search found 105785 results in 0.062 seconds.
Search results
Feysbuk gələn il BAĞLANA BİLƏR
Dünyanın ən böyük sosial şəbəkəsi olan Feysbuk cari ilin sonunda bağlana bilər.
Muxalifət.az xəbər verir ki, bu barədə "Roskomnadzor"un rəhbəri Aleksandr Jarkov məlumat verib. Onun sözlərinə görə, milyonlarla istifadıçisi olan sosial şəbəkə Rusiyanın ölkə daxili qanunlarını pozduğu üçün bu istiqamətdə monitorinqlər başladılıb.Muxalifet2 - 29-05-2018
Bakıda bəzi YOLLAR BAĞLANIR
Bu gün saat 11:00-dan axşam saatlarına qədər Bakının Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Hava limanı yol qovşağına qədər olan hissəsində, saat 23:00-dan səhər saatlarına qədər isə əks istiqamət üzrə üfiqi nişan lanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu məqsədlə prospektin sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.Muxalifet2 - 29-05-2018
500-700 bal toplayanların sayı 10 faizə çatmır – Təhsil eksperti qəbul imtahanlarının nəticələrini AÇIQLADI
Təhsil eksperti Kamran Əsədov 2018-2019 – cu il üçün ali məktəblərə qəbul imtahanlarının yaz sessiyasının nəticələrini açıqlayıb. Strateq.az həmin nəticələri oxuculara təqdim edir:
Ümumilikdə I – IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib ki, onlardan da 9.8 faizi 500-700 arası bal toplayıb.
I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 – nəfər 500-700 arası bal toplayıb.
II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb.Muxalifet2 - 29-05-2018
“Respublika günü”ndə “Nar”dan bayraq aksiyası
Hər zaman milli dəyərlərə diqqəti ilə seçilən mobil operator "Nar" müstəqilliyimizin 100-cü ilində Bakıda maraqlı aksiya keçirib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq, "Nar" şəhər sakinlərinə dövlət bayrağının rəmzi olaraq üçrəngli lentlər hədiyyə etdi.
Muxalifet - 29-05-2018
KTN-də 40 milyonluq SKANDAL - İnam Kərimov daha bir şöbə müdirini vəzifəsindən azad etdi
Kənd Təsərrüfatı naziri İnam Kərimov strukturda kadr islahatlarını davam etdirir.
Muxalifət.az bildirir ki, qlobal.az-ın əldə etdiyi məlumata görə, İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev də vəzifəsindən azad olunub.
Qeyd edək ki, Kənd Təsərrüfatı nazirliyində Heyvandarlığın inkişafı şöbəsi ən çox korrupsiyaya uğramış şöbələrdən hesab edilir.
KTN-də 40 milyonluq skandal - İnam Kərimov daha bir şöbə müdirini vəzifəsindən azad etdiMuxalifet2 - 29-05-2018
Müharibə əmri veriləcək? - Netanyahu güc nazirlərini TƏCİLİ TOPLADI
İsrailin baş nazir Benyamin Netanyahu Qəzza sektorundan yəhudi dövlətinin cənub rayonlarına raket atəşindən sonra Qüdsdəki iqamətgahında təhlükəsizlik məsələləri üzrə təcili müşavirə keçirib.
Muxalifət.az xəbər verir ki, bu haqda “Yedioth Ahronoth” qəzeti bildirib.
Müşavirədə güc strukturlarının başçıları, həmçinin İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats iştirak edib.Muxalifet2 - 29-05-2018
Erməni ordusunun hərbçisi ÖLDÜ
Ermənistanın Geqarkunik vilayətində baş verən qəza nəticəsində erməni hərbçi ölüb.
Muxalifət.az xəbər verir ki, mayın 29-u gecə saatlarında Ermənistan ordusunun hərbi qulluqçusu Narek Çaqaryanın idarə etdiyi “Opel” markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü yerindəcə ölüb.Muxalifet2 - 29-05-2018
Erməni politoloqdan PAŞİNYANA PROQRAM ƏVƏZİNƏ BOŞ KAĞIZ MƏSLƏHƏTİ..
Erməni politoloq Suren Zolyan hesab edir ki, ortaya çıxan böhran vəziyyətindən çıxmaq üçün erkən seçkilərin keçirilməsinə ehtiyac var.
Muxalifet3 - 29-05-2018
Qətər Azərbaycana yeni SƏFİR TƏYİN EDİB
Qətər Azərbaycana yeni səfirini təyin edib.
"Report" xəbər verir ki, Qətər əmiri Şeyx Həməd Tamim bin Həməd əl-Taninin fərmanı ilə bu vəzifəyə Zayed Səid Rəşid əl-Kumait əl-Xayarin (Zayed Saeed Rashid al-Kumait al-Khayareen) təyin olunub.
O, 2016-cı ilin oktyabrından Qətərin Azərbaycandakı səfiri vəzifəsini icra edən Yusuf bin Həsən əl-Saaini əvəz edəcək.
Qətərin Azərbaycandakı yeni səfiri daha əvvəl ölkəsinin İordaniyadakı səfiri vəzifəsində çalışıb.Muxalifet2 - 29-05-2018
5 gün qeyri-iş günü olacaq - AÇIQLAMA
Ramazan bayramında 5 gün qeyri-iş günü olacaq.
Bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. O bildirib ki, iki bayram eyni günə təsadüf etdiyindən qeyri-iş günlərinin sayı artırılıb:
“Bayram, əslində, iki gündür - 15 və 16 iyun. Ayın 15-i həm də Milli Qurtuluş günüdür. İki bayram üst-üstə düşdüyünə və eyni zamanda ayın 16-sı həftənin şənbə gününə təsadüf etdiyinə görə, əlavə iki (18, 19 iyun) gün də qeyri-iş günü olacaq. Yəni 15, 16, 17, 18, 19-u qeyri-iş günü hesab olunur. İyunun 20-dən etibarən iş başlayacaq”.Muxalifet2 - 29-05-2018
Bakıda arvadını xəyanətdə günahlandıran kişidən DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜAT
Bakıda qadının həyat yoldaşı tərəfindən boğularaq öldürülməsi hadisəsinin maraqlı təfərrüatları üzə çıxıb.
Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Anar Yusifov özündən bir yaş kiçik olan həyat yoldaşı Kifayəti qısqanclıq zəminində öldürdüyünü bildirib.
Muxalifet - 29-05-2018
Meşədən 200-dən ÇOX AĞAC KƏSİLDİ - Cinayət işi başlandı
Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Haftoni meşəbəyliyinin 16 saylı dolayında köküstə yaş 227.33 m3 həcmində müxtəlif cinsli 229 ədəd ağac kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayonu meşə sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət barədə Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları araşdırma aparıb.Muxalifet2 - 29-05-2018
Rusiyalı məşhur oliqarx İsrail vətəndaşlığı aldı - Abramoviç bu ölkənin ən zəngin adamına çevrildi
Rusiyalı oliqarx, Britaniyanın Çelsi futbol klubunun sahibi Roman Abramoviç İsrail vətəndaşlığı alıb. Muxalifet.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, London və Moskva arasında diplomatik gərginliyin yüksək olduğu bir vaxta bir aya yaxındır ki, Abramoviçə Britaniya vizasının verilməsi ləngiyir.
Muxalifet - 29-05-2018
İsrail və Rusiya razılaşdı: İRANA AĞIR ZƏRBƏ VURULACAQ
İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Kanal 10” televiziyası məlumat yayıb. Razılaşmaya görə, İran, Hizbullah və ya hər hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta bilməyəcək.
Suriya rejiminin razılaşmanı təsdiq etdiyi deyilsə də, hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama yayılmayıb.
İsrail Müdafiə naziri Libermanın rus həmkarı Sergey Şoyqu ilə İranın Suriyadakı varlığını müzakirə üçün Moskvaya getməsi gözlənilir.Muxalifet2 - 29-05-2018
ƏMMANDA BARIŞMAZ TƏRƏFLƏRİN GİZLİ DANIŞIQLARI:Tehran və Təl-Əviv bir-birinə qarşı hansı öhdəlikləri götürüb?
“Elaf” məlumat mənbələrdən öyrənib ki, İordaniyanın vasitəçiliyi ilə Əmmanda İsrail və iranlılar arasında gizli danışıqlarda Tehran Suriyanın cənub-qərbindəki gələcək döyüşlərdə iştirak etməmək öhdəliyi götürüb.
Ötən həftə bir İordaniya brokeri iki hərbi güc arasında vasitəçilik edərək, iranlılardan israillilərə və əksinə ismarışlar çatdırıb.Muxalifet2 - 29-05-2018
Dünya nüvə müharibəsinə YAXINLAŞDI – ABŞ-ın rəqibi barədə ŞOK İDDİA
Çin yeni nəsilin nüvə silahının yaradılması templərini sürətləndirir və buna ABŞ-dan daha tez nail olacaq.
Muxalifət.az xəbər verir ki, bu haqda “The Hill” qəzeti bildirib.
Nəşr Çinin Mühəndislik Fizikası Akademiyasının məlumatlarına istinadən yazır ki, 2014-cü ilin sentyabrından 2017-ci ilin dekabrına kimi təxminən 200 sınaq keçirilib. Bu, ayda təxminən 5 sınaq deməkdir. Lourens adına Milli Laboratoriyanın məlumatlarına istinadə edən nəşr ABŞ-ın analoji sınaqları ayda bir dəfə keçirdiyini qeyd edib.Muxalifet2 - 29-05-2018
Bakıda məcburi köçkünlərin məktəbində YANĞIN
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məktəbdə yanğın olub.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, məktəbin 150 kvadratmetr hissəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yanğın baş verən İmanlar kənd orta məktəbi Laçın rayonundan olan məcburi köçkünlər üçün nəzərdə tutulub.Muxalifet2 - 29-05-2018
Türkiyədən qanunsuz zərgərlik məmulatları gətirənlər SAXLANILDI
Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz Actros" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb.Muxalifet2 - 29-05-2018
AĞSUDA DƏHŞƏT: Silahla oynayan 5 yaşlı uşaq anasını güllələyib ÖLDÜRDÜ
Ağsu rayonunda bədbəxt hadisə baş verib.
Muxalifət.az xəbər verir ki, Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb. Qadın hadisə yerində ölüb.
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb.Muxalifet2 - 29-05-2018
Akif Çovdarovun apelyasiya şikayəti ilə bağlı - QƏRAR
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.Muxalifet2 - 29-05-2018