Axtarış
The search found 105785 results in 0.113 seconds.
Search results
SON DƏQİQƏ: ABŞ Qarabağa ordu göndərəcəkmi? - TRAMP AÇIQLADI
Tramp adminstrasiyası prezident seçiləndən sonra ilk dəfədir ki, Dağlıq Qarabağ mövzusunda açıq fikir bildirir. Çünki əvvəl belə xəbərlər yayılmışdı ki, Tramp adminstrasiyası ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə nümayəndə təyin etməkdə tərəddüd edir. ABŞ münaqişə ilə yaxından maraqlanacaq, ya yox? Bu istiqamətdə şübhələr var idi.
Bu sözləri keçmiş xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov ABŞ prezidenti Donald Tramp və dövlət katibi Mayk Pompeonun Bakıya göndərdiyi məktubların məzmununu şərh edərkən deyib.Muxalifet3 - 28-05-2018
AXC ilə bağlı hərbi orkestrlərin çıxışları oldu
Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub.
Muxalifet.az xəbər verir ki, 28 May - Respublika Günü münasibətilə bu gün saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olub.
Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış ediblər:
- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;Muxalifet3 - 28-05-2018
Ərdoğandan şillə kimi cavab: Sübut etməsən, namərdsən!
Məhərrəm İncə deyir ki, Ərdoğan o vaxt partiya qurmaq üçün Pensilvaniyaya gedərək, icazə almışdı.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu iddiasını sübut etməlidir. Belə bir hadisədən söhbət belə gedə bilməz. Madam ki, belə bir fikir səsləndirirsən, bunu isbat etməlisən. İsbat etməsən, namərdsən”, - Ərdoğan bildirib.
Ərdoğanın bu çıxışından sonra Məhərrəm İncə prezident seçiləcəyi təqdirdə bunu sübut edəcəyini deyib.Muxalifet3 - 28-05-2018
Salahı zədələyən Ramosu gözləyən cəza - Məhkəmə
“Real Madrid” və “Liverpul” arasında keçirilən Çempionlar Liqası final matçında Məhəmməd Salahı zədələyən Sergio Ramos məhkəməyə verilib.
Muxalifet.az xəbər verir ki, misirli vəkil Bassem Vahba qəsdən zədələmə iddiası ilə məhkəməyə müraciət edib və 1 milyard avro təzminat davası açıb.
Hələ ki, “Real Madrid” və Sergio Ramos bu məsələ haqda fikir bildirməyib.
Qeyd edək ki, Salah “Real Madrid”lə final qarşılaşmasında zədələnmişdi. Onun DÇ-də iştirak edə bilməyəcəyi deyilsə də, həkimlər futbolçunun DÇ-yə qədər hazır olacağını bildiriblər.
Muxalifet3 - 28-05-2018
Abramoviç vətəndaşlıq almaq üçün İsrailə gedib
Rusiyalı biznesmen Roman Abramoviç şəxsi təyyarəsi ilə İsrailə uçaraq orada vətəndaşlıq almaq üçün prosedurlardan keçib.
Muxalifet.az -ın xəbərinə görə, bu barədə Yedioth Ahronoth qəzeti məlumat yayıb.
Mayın 24-də “Israel Hayom” qəzeti Abramoviçin İsrailə mühacirət etməsilə bağlı məlumat yazmışdı. Belə ki, biznesmenin İngiltərədə viza alması çətindir. Nəşrin məlumatına əsasən, “Çelsi” klubunun sahibi hazırda Tel-Əvivin ən mötəbər turizm hissəsində nəhəng qəsr tikdirir.
Muxalifet3 - 28-05-2018
Tbilisi teleqülləsi bayrağımızın rənglərinə büründü
28 may Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Tbilisidə televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına əsasən, teleqüllədə axşam saatlarından başlayaraq yaşıl, qırmızı və göy işıqlar yandırılıb.
Muxalifet3 - 28-05-2018
Paraqvay prezidenti istefa verdi — Senator olmaq istəyir
Paraqvay prezidenti Orasio Kortes istefa verib.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkədə bu barədə verdiyi açıqlamada senator olmaq üçün bu addımı atdığını qeyd edib:
"Mən Paraqvay Respublikasının prezidenti vəzifəsindən istefa edirəm. Ölkəmə xidmət etməyi senatda davam edəcəyəm. Mən xalqın səsvermə zamanı ifadə etdiyi istəyi yerinə yetirirəm. Tanrı Paraqvayı gorusun" .
Qeyd edək ki, Kortes, 2013-ci ilin avqust ayından Paraqvayın prezidenti vəzifəsini icra edir. Bu ilin avqust ayında onun prezidentlik müddəti başa çatır.
Muxalifet3 - 28-05-2018
5 yaşlı uşaq anasını öldürdü — Ağsuda dəhşət
Ağsu rayonunda güllələnmə hadisəsi baş verib.
Muxalifet.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün saat 16:00 radələrində rayonun Bico kənd sakini, 1992-ci il təvəllüdlü İmaməliyeva Samirə Sədaqət qızı 5 yaşlı oğlu tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alıb.
Məlumata görə, iki uşaq anası olan Samirə İmaməliyeva divanda yatan zaman azyaşlı oğlu ov tüfəngini götürərək onu oynadıb və ehtiyatsızlıq səbəbindən qəflətən açılan atəş nəticəsində faciəli hadisə baş verib. Qadın başından aldığı xəsarət səbəbindən hadisə yerində dünyasını dəyişib.Muxalifet3 - 28-05-2018
4 rus hərbçinin ölümü: hücumu kim edib?
Suriyanın Deyr əz-Zor şəhərində 4 rusiyalı əsgərin ölümünə səbəb olan hücumu ABŞ-ın nəzarətində olan Tranf bazasından bölgəyə göndərilən müxaliflər etmiş ola bilər.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov çıxış edib.
"4 rusiyalı hərbi müşavirin ölümünə və 3-nün yaralanmasına səbəb olan Deyr əz-Zor hücumunun Tanf bazasından bölgəyə göndərilən müxaliflər tərəfindən keçirilməsi son dərəcə mümkündür. Bu hücumun sabitliyi pozan amil olduğunu bilirik və bir təxribat olmasını istisna etmirik", - Şamanov söyləyib.Muxalifet3 - 28-05-2018
AB İtaliyada dövlət çevrilişi edib – Le Pen
İtaliyadakı hökumət böhranı Avropa Birliyinin təzyiqi ilə gerçəkləşdirilən dövlət çevrilişidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Fransanın Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen paylaşıb.
“AB və maliyyə bazarları növbəti dəfə demokratiyanı məhv edirlər. İtaliyada baş verənlər dövlət çevrilişidir. Bu, İtaliya xalqına qarşı qeyri-legitim institutların hücumudur. Demokratiyadan bu cür imtina fonunda bütün Avropada xalq qəzəbi artacaq”, – o bildirib.
Muxalifet3 - 28-05-2018
Ramazanın 13-cü gününün – DUASI VƏ TƏQVİMİ
Muxalifet.az müqəddəs Ramazan ayının 13-cü gününün təqvimi və duasını təqdim edir.
13 ramazan 1439 – 29 may 2018
İmsak: 03:27
İftar: 20:18
On üçüncü günün duası:
“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və sohbətil-əbrar biaunikə ya qurrətə əynil-məsakin!”
Tərcüməsi:Muxalifet3 - 28-05-2018
"Qəbələ"nin baş məşqçisi istefa verdi
"Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk tutduğu vəzifədən istefa verib.
Muxalifet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis qərarını Azərbaycan Kubokunun finalında "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları görüşün ardından açıqlayıb.
O deyib: "Bu, "Qəbələ"də məşqçi kimi son oyunum idi. Finalda belə ab-havaya görə təşkilatçılara minnətdarlıq edir, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edirəm".
Muxalifet3 - 28-05-2018
Moskvada Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olundu
Rusiya paytaxtında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
Muxalifet.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasim paytaxtın “Avropa” sarayında baş tutub.
Mərasimdə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Rusiya Xarici İşlər Nazirliyinin dördüncü MDB ölkələri departamentinin rəhbəri Aleksey Pavlovski, Dövlət Dumasının deputatları, Rusiyanın tanınmış dövlət, ictimaiyyət və mədəniyyət xadimləri iştirak ediblər.Muxalifet3 - 28-05-2018
Nazir rəisi işdən azad etdi - Azərbaycanda
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi işdən çıxarılıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri İman Kərimov sərəncam imzalayıb.
Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.
Muxalifet3 - 28-05-2018
Bakıda yeniyetmə itkin düşüb – FOTO
Bakıda 14 yaşlı yeniyetmə itkin düşüb.
Muxalifet.az report-a istinadla xəbər verir ki, bu barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə itkin düşən yeniyetmə Ağayev Asim Faiq oğlunun atası Faiq Ağayev məlumat verib.
O bildirib ki, 2004-cü il təvəllüdlü oğlu Asim Ağayev bu ilin aprelin 23-də yaşadıqları Xəzər rayonu Mərdəkan qəsəbəsindəki evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun sözlərinə görə, Asim qardaşı Rafiq Ağayevlə birlikdə metronun “Koroğlu” stansiyasına doğru gedib. Həmin gündən etibarən evə qayıtmayıb.Muxalifet3 - 28-05-2018
Mövlud Çavuşoğlu: "Neçə-neçə 100 illərə çatasan, can Azərbaycan"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdırıb.
Muxalifet.az xəbər verir ki, M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb:
"Bir kərə yüksələn bayraq bir daha enməz! Neçə-neçə 100 illərə çatasan, can Azərbaycan..."
Nazir səhifəsində "#Azerbaycan100" etiketini də paylaşıb.
Muxalifet3 - 28-05-2018
Putin-Əsəd İTTİFAQINDA BÖHRAN
Əsəd rejiminin əsgərlərinin İŞİD-in boşaltdığı Yermuk düşərgəsində həyata keçirdiyi görünməmiş qarət, Rusiyanı qəzəbləndirib. Rus əsgərlər, talançı Əsəd əsgərlərini həbs edib, Əsəd tərəfdarları Rus bazası qarşısında etiraz aksiyası keçirib.
Muxalifet3 - 29-05-2018
Səudiyyə Ərəbistanı QAPILARI AÇDI
Səudiyyə Ərəbistanının 3 il fasilədən sonra Yəmənlilərin ümrə ibadətlərini yerinə yetirmələri üçün ölkəyə girişinə icazə verib.
Yəmənin fondlar və irşad naziri Əhməd Atıyyə, etdiyi yazılı açıqlamada, Səudiyyə Ərəbistanının bu ildən etibarən Yəmənlilər üçün ümrə yolunun açılmasını təsdiq edən bir kral fərmanının çıxdığını bildirib.Muxalifet3 - 29-05-2018
ƏRDOĞAN: "Güclü prezident üçün güclü parlamentə ehtiyac var"
"Əgər güclü hökumətdən danışırıqsa, güclü hökuməti güclü parlamentə yerləşdirməliyik".
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallara müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, güclü prezident üçün güclü parlamentə ehtiyac var. İyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərindən danışan Ərdoğan prezident köməkçisi məsələsinin hüquqi tənzimləmədə ortaya çıxdığını deyib. Dövlət başçısı qeyd edib ki, köməkçilərin sayı 1, yaxud 2 ola bilər.Muxalifet2 - 29-05-2018
Polşanın müdafiə naziri ABŞ qoşunlarının ölkəsində qalmasını istəyir – RUSİYADAN QORUNMAQ ÜÇÜN
Polşanın müdafiə naziri Mariuş Blaşak mayın 28-də deyib ki, o, ABŞ rəsmiləri ilə Rusiyanı təcavüzdən çəkindirmək məqsədilə Polşa ərazisində daimi qaydada ABŞ qoşunlarının yerləşdirilməsinə dair danışıqlar aparıb.
Muxalifet2 - 29-05-2018