Axtarış
The search found 105785 results in 0.099 seconds.
Search results
Dəhşətli müharibə başlayır - Donanma HƏRƏKƏTƏ KEÇDİ
Amerikanın hərbi gəmiləri Çinin ərazi sularına icazəsiz soxulub.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Çinin Müdafiə Nazirliyinin nümayəndəsi U Syan bildirib.
O təsdiq edib ki, “USS Antietam” raketləri ilə təchiz edilən “USS Higgins” esminesi və kreyser Sişa adalarının 12 dəniz mili məsafəsindən keçib. Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Pekin cavab olaraq Cənubi Çin dənizi regionuna təyyarədaşıyan gəminin daxil olduğu donanma qrupunu göndərib.Muxalifet2 - 28-05-2018
“Kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir” - İQTİSADÇI
Ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün daha da münbit şərait yaradılmalıdır. Ötən 2 il ərzində bəzi imkanları əldən verdik. Qəbul edilmiş qanunun tələblərinə baxmayaraq, bir sıra qanunsuz yoxlamaların aparılması, bir biznes qurumunun bir neçə orqan tərəfindən yoxlanılması, normativ hüquqi aktların tələblərinin pozulması kimi hallar baş verdi. Bu problemləri ölkə başçısı dəfələrlə çıxışlarında hallandırıb. Neftin qiymətinin artdığı bir dönəmdə qeyri-neft sektoru üçün yeni imkanlar açılıb, biz bundan doğru yararlanmalıyıq.
Muxalifet2 - 28-05-2018
“İcra başçısı məclislərdə deyir ki, Zərdabı mənə veriblər…" – SAKİNLƏRDƏN PREZİDENTƏ MÜRACİƏT
Zərdab rayonunun bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsi ilə prezident İlham Əliyevə müraciət ediən sakinlər yazırlar:
“Cənab Prezident!Muxalifet4 - 28-05-2018
Serjə möhtac Nikolun Qarabağ AQRESSİYASININ SƏBƏBİ
Gözlənilmədən baş nazir olan Paşinyan parlamentdə Sərkisyanın partiyasının deputatlarının, yəni Qarabağ klanının səsinə möhtacdır.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, Paşinyanın hakimiyyəti çox kövrəkdir:Muxalifet2 - 28-05-2018
Rusiyadan Əsədin ƏSGƏRLƏRİNƏ MÜDAXİLƏ
Rus hərbi polisinin, Əsəd qüvvələrinə bağlı 20-dən çox şəxsi nəzarətə götürdüyü bildirib. Əsas isə soyğunçuluq və qətl hadisələri törətmək olub.
Ərəbcə nəşr edilən “Al Məsdər” internet saytına görə, Rus hərbi polisi 20-dən artıq Əsəd əsgərini Dəməşqin cənubundakı Babbilada ev və dükanları taladıqları səbəbilə həbs edib.
Sayt, Şamdan gələn xəbərlərə görə, Əsədə bağlı jandarmların da həbsdə iştirak etdiyi bildirilib.
Müxalifət.azMuxalifet3 - 28-05-2018
İranla İsrail arasında ŞOK RAZILAŞMA - MOSSAD-la gizli görüşün DETALLARI
İordaniyanın paytaxtı Əmmanda İran və israilli səlahiyyətlilər arasında gizli görüş keçirilib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Səudiyyə Ərəbistanının Londonda dərc olunan “İlaf” qəzeti çıxış edib.Muxalifet2 - 28-05-2018
Diqqət: BU YOLLAR BAĞLANIR
Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində hərəkət qismən məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq. Bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Muxalifet2 - 28-05-2018
Rüşvət vermək üçün 20 min manat yığmışdı, onu da DƏLƏDUZ APARDI
Lombardda yığılıb qalan borclarını bağlamaq üçün ona güvənən insanları hədəf seçib. Toruna düşənlərdən birinə qızıl işinə girişdiyini, Dubaydan qızıl gətizdirib Bakıda satdıracağını, digərinə isə yaşadığı mənzili obyektə çevirmək üçün sənədləşmə işlərində rəsmi icazə alacağına söz verərək pullarını dələduzluq yolu ilə ələ keçirib. Sonda məlum olub ki, nə qızıl biznesində əli, rəsmi qurumlarla əlaqəsi varmış.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sabirabad rayon sakini 52 yaşlı Vüqar Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Muxalifet2 - 28-05-2018
ABŞ-ın dəhlizini darmadağın etdik – TÜRKİYƏ
ABŞ-ın PKK-çılarla bir qurmaq istədiyi dəhlizi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə darmadağın etdik.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyə hökumətinin sözçüsü və Baş nazirin müavini Mahir Ünal deyib.Muxalifet2 - 28-05-2018
ABŞ-da 16 ildir Azərbaycanı qürurla təmsil edən Nəimi Əmiral! – AZƏRBAYCANLI ZABİTİN MARAQLI HƏYAT HEKAYƏSİ! - Video/Fotolar
16 ildir ABŞ hərbi donanmasının zabiti olan Nəimi Əmiralı (Con Naimi) Azərbaycanda çox tanımasalar da, Amerika və Avropa ölkələrində onu yaxşı tanıyırlar. Çünki o, ABŞ və Fransa prezidentləri başda olmaqla, bir çox dövlət başçılarının əlindən çoxsaylı mükafatlar alıb.
ABŞ-da və bir sıra Avropa ölkələrində Azərbaycanı qürurla təmsil edən Nəimi Əmiralın maraqlı həyat hekayəsi var. Buyurun, izləyin!Muxalifet4 - 28-05-2018
"Atatürkün Nərimanovdan borc istəməsi və aldığı cavab..."
Azərbaycan Xalq Cümhuriyyəti qürur yerimiz, iftixarımız, yüksək dəyərlərlə tarix yaradan bir quruluşdur.
Muxalifət.az xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərtac-a açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.Muxalifet2 - 28-05-2018
Livan mətbuatından ŞOK İDDİA: “Vəliəhd Şahzadə VURULUB VƏ YARALANIB”
İslami Dirçəliş Partiyasının baş katibi Məhəmməd al-Masari etibarlı mənbələrdən məlumat verildiyini qeyd edərək, Səudiyyə Vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın ötən ayın sonlarında kral sarayının kənarından açılan atəş nəticəsində vurulduğunu və yaralandığını iddia edib.
Muxalifet3 - 28-05-2018
Elmar Məmmədyarov ABŞ-a getdi
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.
Muxalifət.az Xarici İşlər Nazirliyinə istindən xəbər verir ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub.Muxalifet2 - 28-05-2018
İtaliyada böhran dərinləşir: BAŞ NAZİR TAPILMIR
İtaliyada hökumət böhranı yenidən uzanıb.
Muxalifət.az xəbər verir ki, baş nazir vəzifəsinə əsas namizəd kimi göstərilən Cuzeppe Konte hökumətə rəhbərlik etməkdən imtina edib.
Qeyd edək ki, bundan öncə İtaliya Prezidenti Serco Matarella Konteyə yeni hökuməti formalaşdırmağı tapşırmışdı. Matarella ilə görüşdən sonra Konte İtaliyanın maraqlarını həm beynəlxalq aləmdə, həm də Avropa Birliyi institutlarında təmsil etməyə hazır olduğunu bildirmişdi.Muxalifet2 - 28-05-2018
6 hərbçinin MÜƏMMALI ÖLÜMÜ – Müdafiə Nazirliyi də bilmir...
Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin 6 hərbçisi həlak olub.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Yəmənlə sərhəd bölgələrində baş verib.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin açıqlamasında hərbçilərin hansı səbəbdən həlak olması haqda heç bir məlumat verilməyib. Hərbçilərin silahlı qarşıdurma vaxtı, yoxsa digər səbəblərdən həlak olması bilinmir.
Qeyd edək ki, mayın 27-də Səudiyyə Ərəbistanın liderliyindəki koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərində əməliyyat keçirib.Muxalifet2 - 28-05-2018
“İRAN AZƏRBAYCANLILARININ ƏKSƏRİYYƏTİ TÜRKDÜR” – Türk aliminin təxribatçı suallara cavabları - MÜSAHİBƏ
Mayın 27-də İranın “Qanun” qəzetində İstanbul Mədəniyyət Universiteti Şərq dilləri və ədəbiyyatı departamentinin əməkdaşı Turqay Şefiklə müsahibə dərc olunub. Müsahibədə son vaxtlar İran mediasında mütəmadi olaraq gündəmə gətirilən məsələlərə toxunulub.
Muxalifet2 - 28-05-2018
Suriyadakı neft uğrunda ABŞ-Suriya QARŞIDURMASI QIZIŞIR
Suriya neftinin əsas yatağı olan Deyrizorda Ruslara qarşı bir hücum təşkil olunub. Hücumun İŞİD tərəfindən həyata keçirildiyi açıqlansa da, ABŞ və YPG nəzarətindəki şəhərə icazəsiz bir milçəyin belə girə bilmədiyi hər kəsə bəllidir.
Suriya müharibəsinə xarici qüvvələrin daxil olmasından bu yana ən böyük münaqişənin səbəbi Deyrizordaki neft yataqları olub. Davamlı olaraq Rusiya və ABŞ-ın toqquşmalarına səhnə olan Deyrizor, hazırda ABŞ-ın himayəsində olan PKK-nın nəzarəti altındadır.Muxalifet3 - 28-05-2018
İbrahim övladlarının bölə bilmədiyi şəhər – QÜDS
Qüds davasını aparanlar, kim nə qədər haqlıdır?
Muxalifet2 - 28-05-2018
Kiyevdə qafqazlıların bazarına hücum: YARALILAR VAR
Kiyevdə Qafqaz əsilli şəxslərin mağazalarının çox olduğu bazara bir qrup ukraynalı hücum edib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, polis hücum edən şəxslərdən bir neçəsini saxlayıb.
Kiyevin “Lesnaya” bazarında baş verən hadisəyə səbəb təqaüddə olan hərbçinin bazarda miqrantlar tərəfindən döyülməsini göstərən videonun yayılması olub.
Videoda satıcılarla mübahisə edən hərbçi yumruq zərbəsi alır. Bir qadın yerı sərilmiş təqaüdçünü müdafiə edir.Muxalifet2 - 28-05-2018
ABŞ etibarsızlaşır, Avropanın birliyi güclənməlidir - KURTS
ABŞ getdikcə daha etibarsız tərəfdaş olur.
Muxalifət.az xəbər verir ki, bunu “Faynənşl Tayms” qəzetinə müsahibəsində Avstriya kansleri Sebastian Kurts deyib.
“ABŞ bizim üçüb getdikcə etibarsızlaşır. Ən vacib olan Avropanın vahidliyinin qorunmasıdır” – Kurts bildirib.
Breksitlə bağlı fikirlərini bölüşən Kurts həmçinin bunu dəhşətli qərar adlandırıb və buna əsas səbəbin miqrasiya böhranı olduğunu deyib.Muxalifet2 - 28-05-2018